Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
    Əhməd Davudoğlu: Bəşər Əsəd terror təşkilatına silah dəstəyi verir
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər Əsədin terror təşkilatına silah dəstəyi verdiyini deyib və bu təhdidə qarşı lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin açıqlamalarının qəbuledilməz olduğunu deyən nazir Salehinin “daxili siyasi səbəblərlə söylənən sözlərə əhəmiyyət verməyin" dediyini bildirib. Davudoğlu ən çox narahat olduğu məsələnin isə Suriyadakı hadisələrin məsuliyyətini Türkiyənin üzərinə yükləmə səyləri olduğunu söyləyib: "Bunu qəbul etməyimiz mümkün deyil. Fikir ayrılıqları başa düşülə bilər. Amma Suriyada on minlərlə insanların ölümündə günahlandırılan bir iqtidarla əlaqələri davam etdirəcəksiniz, ona dəstək verəcəksiniz, sonra da dönüb Türkiyəni təhdid edəcəksiniz. Bunun səmimiyyətlə, dürüstlüklə əlaqəsi yoxdur".
    09.08.12 Məqaləni oxumaq
     
    Rusiya zabitləri Medvedyevi ittiham edirlər
    Rusiya ordusunun keçmiş və hazırkı hərbir komandirlərindən bəziləri keçmiş prezident Dmitri Medvedyevi 2008-ci ildə Gürcüstana qarşı hərbi əməliyyatlar zamanı ehtiyatlılıqda ittiham ediblər. Onlar deyirlər ki, keçmiş prezidentin tərəddüdləri lazımsız itkilərə səbəb olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, komandirlərin bu ittihamları onların internetdə yaydıqları videolarda səslənib. Videoda onlar deyirlər ki, Ali Baş Komandan kimi Medvedyev çox tərəddüd edib. Sonda o zaman baş nazir olan Vladimir Putin onu hərbi əməliyyata başlamağa sövq edib.
    09.08.12 Məqaləni oxumaq
     
    Ərdoğan: “Prezidentlə aramızı vurmağa kimsənin cürəti çatmaz”
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan “Ahaber” kanalında jurnalistlərin suallarını cavablandırıb. Baş nazir PKK-nı dəstəkləyən ölkələrin məlum olduğunu, ancaq indi ölkə adı çəkməyin problem yarada biləcəyini deyib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, terrorun hansı mənbələrdən bəsləndiyinin məlum olduğunu vurğulayan baş nazir qonşu ölkələr, Qərb ölkələri arasında da terrora dəstək verənlərin olduğunu söyləyib: “Türkiyə cümhuriyyəti və əziz millətimiz yalnız terror təşkilatına deyil, terror təşkilatının iplərini əlində tutan düşmən ölkələrə və dairələrə, terror təşkilatının iplərini əlində tutduğu canilərə də həddini bildirəcək gücdədir”. Ərdoğan ölkə daxilində və xaricində bəzi media quruluşlarının da terror təşkilatına dəstək verdiyini bildirib. Terror təşkilatı üçün ən mühüm şeyin öz təbliğatını apartdırmaq olduğuna diqqət çəkən baş nazir bunu edən yazılı və görüntülü media quruluşlarının olduğunu vurğulayıb.
    07.08.12 Məqaləni oxumaq
     
    Amerikanın ən məşhur binasının üzərində Azərbaycan bayrağının rənglərinə uyğun işıqlar yandırılacaq
    Dünyanın ən hündür binalarından biri olan Nyu-Yorkdakı “Empire State Building” binasını avqustun 8-də Azərbaycan bayrağının rənglərinə uyğun işıqlar bəzəyəcək. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, beynəlxalq biznes və tursizm mərkəzi olan “Empire State Building” 2012-ci il London Olimpiadasında dünya ölkələrinin milli komandalarını belə bir şəkildə alqışlayır. Olimpiada davam edən müddətdə binanın dörd tərəfinin hər birində iştirakçı ölkənin bayraqlarının rənginə uyğun işıqlar yandırılır. Binanın cənub tərəfdən divarı çərşənbə günü Azərbaycan bayrağının rənglərinə boyanacaq. Digər üç divarda isə Belçika, Venesuela və Honk-Konqun bayraqlarının rənglərini əks etdirən işıqlar yandırılacaq. Olimpiadada iştirak edən yalnız 200 ölkənin bayrağı Nyu-York göydələnin divarını işıqlandıracaq. Bu ölkələr Olimpiadada idmançıların sayına görə müəyyən edilir.
    07.08.12 Məqaləni oxumaq
     
    Türkiyədə 115 kürd yaraqlısı məhv edilib
    Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda genişmiqyaslı əməliyyatları nəticəsində 115 kürd yaraqlısı məhv edilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, daxili işlər naziri İdris Naim Şahin üsyançıların Semdinli yaxınlığında iyulun 23-dən etibarən qurudan və havadan həyata keçirilən hücumların bir hissəsi olaraq aparılan əməliyyatlar nəticəsində öldürüldüyünü bildirib. Yerli televiziyanın verdiyi məlumata əsasən, əməliyyatlarda təxminən 2 min əsgər iştirak edib.
    06.08.12 Məqaləni oxumaq
     
    Putin Kofi Annanın istefa verməsindən təəssüflənir
    Rusiya prezidenti Vladimir Putin BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın istefa verməsindən təəssüfləndiyini söyləyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, Annanı təcrübəli bir diplomat və çox dürüst bir insan olduğunu və bu səbəbdən onun BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi vəzifəsindən istefa verməsinə kədərləndiyini deyib: “Ümid edirəm ki, beynəlxalq ictimaiyyət Suriyada vəziyyəti idarə etmək üçün çalışmalarını davam etdirəcək”.
    04.08.12 Məqaləni oxumaq
     
    Ermənistan Baş prokurorluğu qarşısında etiraz aksiyası keçirilib
    Bu gün Ermənistan Baş prokurorluğu qarşısında etiraz aksiyası keçirilib. “KƏLAMİNFO” “Tert.am” a istinadən xəbər verir ki, aksiya Erməni Milli Konqresinin fəallarının azad olunması tələbi ilə keçirilib. Aksiya iştirakçıları gənc fəallara qarşı zor tətbiq edənlərin cəzalandırılmasını da tələb ediblər.
    03.08.12 Məqaləni oxumaq
     
    Ukraynada parlament seçkilərinə start verilib
    Ukraynada oktyabr ayının 28-də keçiriləcək parlament seçkilərindən əvvəl 90 günlük kampaniyaya start verilib. Lakin ölkənin ən qabaqcıl müxalifət lideri Yuliya Timoşenko yarışlara qatıla bilməyəcək. 2010-cu ildə prezident seçkilərində məğlub olan Timoşenko həbs cəzası altındadır. İndi onu partiyasının Kiyevdəki qərargahında qızı Yevgeniya əvəz edir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ailəsini Londonda qoyub Kiyevə gələn Yevgeniya anasının azadlığa buraxılmasına çalışır: “Mənim anam dövlətin nəzarəti altında olan xəstəxanadadır. Həkimlərə daim təzyiq göstərilir. Məni onun həyatı qorxudur”. Rəy sorğularına görə, Timoşenkonun nüfuzu artmaqdadır. Hazırda o, prezident Yanukoviçin əsas rəqibidir. Timoşenkonun tərəfdarları onunla həmrəylik kampaniyasına başlayıb.
    03.08.12 Məqaləni oxumaq
     
    Türkiyə Suriyadan ölkə ərazisinə kürdlərin hücum edə biləcəyindən narahatdır
    Türkiyə rəsmiləri Suriya hökumətinin şimal bölgələrdə nəzarəti əldən itirməsinə nəticəsində kürd üsyançılarının Türkiyə ərazisinə hücumlar həyata keçirə bilməsilə bağlı narahatlıqlarını ifadə edir. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, son üç gün ərzində Türkiyənin şərqində toqquşmalar nəticəsində 22 PKK yaraqlısı qətlə yetirilib. Bu səbəbdən rəsmi Ankaranın Suriyada kürd qrupların fəaliyyətini gücləndirə bilməsi ilə bağlı narahatlıqları artır. PKK ilə əlaqəsi olan Suriya Demokratik Birlik Partiyasının Suriya-Türkiyə sərhəddinin 900 kilometrlik ərazisində nəzarəti ələ keçirdiyi bildirilir. Sərhəddin hər iki tərəfində yaşayan çox sayda etnik kürd həm siyasi və iqtisadi cəhətdən, həm də kriminal fəaliyyətlərlə bir-biri ilə bağlıdır.
    03.08.12 Məqaləni oxumaq
     
    Əlillərin bərpa-müalicəsi Bolqarıstanda da təşkil olunacaq
    Avqustun 6-da ilk dəfə olaraq ölkəmizdən 30 nəfər dayaq-hərəkət sistemi xəstəlikləri olan əlil vətəndaş 28 günlük bərpa-müalicə kursu keçmək üçün Bolqarıstanna yola salınacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daha 55 nəfər əlilliyi olan şəxs isə Ukraynanın Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndəriləcək. Bolqarıstan və Ukraynaya yola salınacaq əlillərlə bu gün keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov əlil şəxslərin sağlamlığının bərpasının, onların tibbi-sosial reabilitasiyasının möhtərəm ölkə rəhbərinin sosial sahə ilə bağlı siyasətində mühüm yer tutduğunu, bu istiqamətdə tədbirlərin ilbəil gücləndiyini bildirib.
    03.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30