Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
    Suriyadakı vəziyyətə dair çoxtərəfli görüş keçiriləcək
    Bu gün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün, Türkiyə və bir neçə ərəb dövlətinin iştirakı ilə görüş keçiriləcək. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq. Bundan əvvəl Təhlükəsizlik Şurası beynəlxalq müşahidəçilərin geri çağırılması haqqında qərar qəbul edib. Son müşahidəçilər Dəməşqi avqustun 25-də tərk edəcək. BMT-nin sülhməramlı qüvvələrinin komandan müavini Edmon Mool bildirib ki, Suriya hakimiyyəti və üsyançılar “müharibə yolunu seçiblər”. Dünən əlcəzairli diplomat Lahdar Brahiminin Kofi Annanı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsində əvəz edəcəyi məlum olub. Brahimi Annanı sentyabrın 1-dən əvəz edəcək.
    17.08.12 Məqaləni oxumaq
     
    Saakaşvili idmançıların London Olimpiadasında nəticələrindən razı qalıb
    Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə idmançılarının 2012-ci il London Yay Olimpiya Oyunlarında göstərdikləri nəticədən razı qalıb. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, Saakaşvili 1 qızıl, 3 gümüş, 3 bürünc medal əldə edən olimpiyaçılarla fəxr etdiyini bildirib. O deyib ki, əhali sayı ilə medal sayını müqayisə etdikdə görmək olar ki, Gürcüstan dünyada ilk sıralarda yer alan ölkələrdəndir”.
    17.08.12 Məqaləni oxumaq
     
    BBC-nin baş direktoru “The New-York Times” qəzetinə keçir
    BBC-nin baş direktoru Mark Tompson “The New-York Times” qəzetinə keçir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Tompson qəzetin prezidenti və baş direktoru postunu tutacaq. Bununla yanaşı, Tompson qəzetin Direktorlar Şurasına da daxil olacaq. Tompson 2004-cü ildən BBC-nin baş direktoru vəzifəsini tutub.
    16.08.12 Məqaləni oxumaq
     
    İran xarici yardımları qəbul etmək qərarına gəlib
    İran keçən həftənin şənbə günü ölkənin şimal-qərbində baş verən iki zəlzələ qurbanlarına xarici yardımları qəbul etməyə hazır olduğunu bildirib. “KƏLAMİNFO” xəbər verir ki, İranın dövlət “İRNA” xəbər agentliyi vitse-prezident Məhəmməd Reza Rəhimiyə istinadən bildirib ki, İran xaricin təklif etdiyi yardımları qəbul edəcək. Bundan əvvəl İran Birləşmiş Ştatlar, Almaniya, Rusiya, Türkiyə və digər ölkələrin yardım təkliflərini rədd etmişdi. İranın Qırmızı Aypara Cəmiyyəti fəlakətin fəsadlarını aradan qaldırmaq imkanına malik olduğunu və xaricdən gələn yardıma ehtiyacı olmadığını demişdi.
    16.08.12 Məqaləni oxumaq
     
    Misirdə 14 yaraqlı ölümə məhkum edilib
    Misir məhkəməsi 14 radikal islamçını ölümə məhkum edib. Onlar ötən ilin yayında Sinay yarımadasında 7 nəfərin qətlində ittiham olunurdular. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, yaraqlılar həmin vaxt bank və polis bölməsinə hücum edərək 7 nəfəri qətlə yetiriblər. Ölənlərin əksəriyyəti polislər olub. Yaraqlıların hökmdən 10 gün əvvəl Qəzzə bölməsindən Misir və İsrail sərhədindəki nəzarət-buraxılış məntəqələrinə hücumu nəticəsində isə 16 sərhədçi ölüb.
    15.08.12 Məqaləni oxumaq
     
    Suriyanın milli barışıq naziri: “Qaçqınların taleyi Suriyanın öz işidir”
    Hərbi münaqişə nəticəsində evlərini tərk edən qaçqınların taleyi BMT-nin və başqa beynəlxalq təşkilatların deyil, Suriyanın öz işidir. Bunu Suriyanın milli barışıq naziri Əli Heydər deyib. “KƏLAMİNFO” xəbər verir ki, açıqlamanı rəsmi “SANA” agentliyi yayıb. BMT-nin humanitar əməliyyatlar üzrə rəhbəri Velerie Amos dünən Suriyanın hakimiyyət nümayəndələri ilə ölkədəki humanitar vəziyyəti müzakirə edib.
    15.08.12 Məqaləni oxumaq
     
    İranda iki günlük matəm elan olunub
    İranda avqustun 13-ü və 14-ü iki günlük matəm elan olunub. Şənbə günü Təbriz şəhəri ətrafında baş verən zəlzələdə 227 adam həlak olub, 1380 adam yaralanıb. Bu haqda İran Daxili İşlər Nazirliyindən məlumat verilib. Artıq əməliyyat axtarış tədbirləri başa çatdırılıb. 600-dən çox kənd ziyan çəkib. İranın Qırmızı Aypara Cəmiyyəti 16 min adam üçün 6 minə yaxın çadır qurub. “KƏLAMİNFO” “Franc-Press”ə istinadən xəbər verir ki, Tehran başqa ölkələrin yardımından imtina edib. Avqustun 11-də günortadan sonra Təbriz və Ahar şəhərləri ətrafında əvvəlcə 6,4 bal, 11 dəqiqə sonra isə 6,3 bal gücündə zəlzələ olmuşdu. İran televiziyasının məlumatına görə, bölgədəki 20 kənd tamam dağılıb. İran zəlzələ bölgəsi olduğundan burda tez-tez dağıntılar olur. 2003-cü ildə Bam şəhərində baş verən zəlzələ nəticəsində 25 mindən çox adam ölmüşdü.
    13.08.12 Məqaləni oxumaq
     
    Lukaşenko: “Oyuncaq işinə adekvat cavab tapacağıq”
    Belarus prezidenti Aleksandr Lukaşenko İsveçlə yaşanan diplomatik böhranın Minsk səmalarında uçan təyyarədən atılan oyuncaq ayılarla bağlı olmadığını deyib. “KƏLAMİNFO” Belarusun rəsmi xəbər agentliyi “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko jurnalistlərlə söhbətində: “Bəziləri bu problemi oyuncaq ayıyla və ya fillə əlaqələndirir. Amma bunlar tamamilə ayrı-ayrı məsələlərdir” deyib. Belarus prezidenti iddia edib ki, Stokholm və Minsk arasında səfirlərin dəyişdirilməsinə dair razılaşma olsa da, sonradan İsveç tərəfi bu razılaşmanı pozub və nəticədə diplomatik konflikt yaranıb. “Oyuncaq ayı” məsələsinə gəlincə, Lukaşenko bunun yalnız İsveçin deyil, Litvanın da rol oynadığı ayrı mövzu olduğunu deyib: “Bu mövzu da İsveç və Litvadan beynəlxalq standartlar çərçivəsində izahat tələb edir. Hazırda biz bununla məşğuluq. Onların cavabları beynəlxalq normalara uyğun olmasa, biz bu oyuncaq işinə adekvat cavab tapacağıq”.
    11.08.12 Məqaləni oxumaq
     
    Ukrayna müxalifəti MSK-nı məhkəməyə verir
    Birləşmiş Ukrayna müxalifəti məhkəmə yolu ilə Mərkəzi Seçki Komissiyasında keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş nazir Yuri Lutsenkonun deputatlığa namizədliyinin qeydə alınmasına nail olmaq istəyir. “Dəyişiklik cəbhəsi”nin lideri Arseni Yasenyukun sözlərinə görə, ölkə Konstitusiyası və beynəlxalq qanunlara görə, onların ikisi də parlament uğrunda mübarizə apara bilərlər. Onun sözlərinə görə, Avropa insan haqları məhkəməsi seçkiyə 3 ay qalmış Ukrayna məhkəməsinin Timoşenko barəsində çıxardığı siyasi motivli qərarı ləğv edə bilər.
    10.08.12 Məqaləni oxumaq
     
    Putinin Cənubi Osetiya etirafı
    Rusiya prezidenti Vladimir Putin bildirib ki, hələ 2006-cı ildən - Gürcüstanla müharibədən iki il əvvəl Cənubi Osetiyada hərbi əməliyyat planı qurublar. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, 2008-ci ildə Gürcüstanla qısamüddətli müharibənin ildönümü münasibətilə çıxışında Putin bildirib ki, hələ 2006-cı ildə Tbilisinin Cənubi Osetiyaya mümkün hücumunun dəf olunmasına dair planlar hazırlayıblar və onu şəxsən özü təsdiq edib. Putin bildirib ki, həmin plana Cənubi Osetiyadakı silahlı birlikləri təlimləndirmək və Gürcüstanla müharibə zamanı onların Rusiya ordusuna yardımına nail olmaq varmış: “Belə silahlı qruplar hətta Gürcüstan ordusu olsa belə, nizami ordu ilə bir şey edə bilməzdilər, amma onlar gözləndiyindən daha effektli oldular”.
    10.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30