Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Türkiyədə PKK terrorçuları ilə atışmada 9 əsgər şəhid olub
    PKK terrorçuları Türkiyənin Şırnak vilayətinin Beytüşşəbah rayonunda hərbi şəhərciyə və polis postlarına basqın ediblər. Hücum zamanı qumbaraatanlardan və avtomat silahlardan istifadə edilib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçularla baş verən atışmada 9 əsgər və polis şəhid olub, 20-dən çox PKK yaraqlısı məhv edilib.
    03.09.12 Məqaləni oxumaq
     
    Abdulla Gül təbriki xəstəxanadan etdi
    Türkiyə prezidenti Abdulla Gül xəstəxana palatasından xalqın Zəfər Bayramını təbrik edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, o, Twitter sosial şəbəkəsindəki hesabında yazıb: “Hər kəsə salam. Bu gün 30 avqust Zəfər Bayramıdır. Bütün vətəndaşlarımın 30 avqust Zəfər Bayramını təbrik edirəm. Çox istəsəm də, həkimlərin tövsiyəsi üzündən mərasimlərə qatıla bilmirəm. Hacəttəpə Universitet xəstəxanasındakı müalicəm davam edir. Daha bir neçə gün burda qalacam. Sağ olsun, bütün heyət əlindən gələn hər şeyi edir. Çox şükür, səhhətim yaxşılaşır”. Prezident xəstəxanada vaxtını boş keçirmədiyini, işinə davam etdiyini, hesabatlar və kitablar oxuduğunu söyləyib.
    01.09.12 Məqaləni oxumaq
     
    Pan Qi Mun İran liderlərinin İsrailə qarşı aqressiv çıxışlarını pisləyib
    Tehranda Qoşulmama Hərəkatının sammitində çıxış edən BMT-nin baş katibi Pan Qi Mun İran liderlərinin İsrailə qarşı aqressiv çıxışlarını pisləyib. Mun həmçinin İranı onun nüvə proqramı ilə bağlı BMT-nin qəbul etdiyi bütün qətnamələri yerinə yetirməyə çağırıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Suriyadakı vəziyyətə gəldikdə isə BMT-nin baş katibi deyib ki, ölkə vətəndaş müharibəsi təhlükəsilə üzləşib. İranın ali dini lideri Ayətullah Əli Xameneyi isə ölkəsinin nüvə silahı üzərində işləmədiyini və dinc nüvə proqramından dönmək fikrində olmadığını deyib.
    31.08.12 Məqaləni oxumaq
     
    ABŞ-da dövlət çevrilişinə cəhd olub
    ABŞ-da prezident Barak Obamaya qarşı sui-qəsd və dövlət çevrilişi hazırlayan 4 hərbçi tutulub.

    “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, onlar hərbi bazanın silah anbarını ələ keçirməyi, Virciniya ştatının daxili təhlükəsizlik idarəsinin binasını və ştatın su ilə təminatı sistemini partlatmaq niyyətində olublar. Bundan sonra isə onlar Obamaya qarşı sui-qəsd və ABŞ-da dövlət çevrilişi həyata keçirməyi planlaşdırıblar.
    30.08.12 Məqaləni oxumaq
     
    Yaponiya və Şimali Koreya son dörd ildə ilk dəfə bir araya gəliblər
    Bu gün Yaponiya və Şimali Koreya hökumət rəsmiləri son dörd ildə ilk dəfə birbaşa danışıqlar aparmaq üçün bir araya gəliblər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Pekində təşkil olunan danışıqlarda İkinci Dünya müharibəsi zamanı Koreya yarımadasının şimalında ölən Yaponiya vətəndaşlarının qalıqlarının qaytarılması müzakirə olunacaq. Yaponiya həmçinin 1970-ci və 1980-ci illərdə öz vətəndaşlarının Şimali Koreya hökuməti tərəfindən oğurlanması məsələsini qaldıra bilər.
    29.08.12 Məqaləni oxumaq
     
    ABŞ-da qasırğa həyəcanı
    ABŞ prezidenti Barak Obama Meksika körfəzi sahilindəki ştatlarda yaşayan vətəndaşlara qasırğa ilə bağlı xəbərdarlıq edib. â€śKƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obama bildirib ki, hazırda yaxınlaşmaqda olan İsaak tropik qasırğası çox böyük daşqınlara səbəb ola bilər. Bu səbəbdən yerli rəsmiləri bütün xəbərdarlıqlara və çağırışlara əməl etməyə çağırıb: “Əgər sakinlərin evakuasiyası tələb olunarsa, buna qulaq assınlar”.
    Hazırda Luiziana, Missisipi, Alabama və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib. İsaak qasırğasının 7 il əvvəl Katrina qasırğasının vurduğu Nyu-Orlean şəhərini vurması gözlənilir.
    29.08.12 Məqaləni oxumaq
     
    Abdulla Gül xəstəxanada müalicə olunur
    Qulağındakı ağrı səbəbilə Qırğızıstan səfərini yarıda kəsən prezident Abdulla Gül Ankaradakı Hacəttəpə Xəstəxanasında müalicə olunur. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, prezident Hacəttəpə Universitetinin Tibb Fakültəsinin qulaq-burun-boğaz şöbəsində müayinə olunub. Müayinənin nəticələrini dəyərləndirən həkimlər Abdulla Gülün qulağında əməliyyat aparılmamasına qərar veriblər. 
    Gecəni xəstəxanada qalan prezidentin müalicəsinə başlanıb.
    25.08.12 Məqaləni oxumaq
     
    Suriya BMT-nin yeni təyin olunmuş xüsusi səfiri ilə işləməyə hazırdır
    Suriya hökuməti bəyan edib ki, BMT-nin ölkəyə yeni təyin olunmuş xüsusi səfiri Lahdar İbrahimi ilə işləməyə hazırdır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Suriyanın xarici işlər nazirinin müavini deyib ki, döyüşlərin davam etməsinə baxmayaraq, Dəməşq ümid edir ki, İbrahimi konfliktə son qoyulması üçün “milli dialoqa” yol aça biləcək. 
    Dünən Suriya qüvvələri Dəməşqətrafı və Hələb şəhərini güllələyiblər. Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupu deyir ki, avqustun 23-də ölkədə 100 insan öldürülüb.
    25.08.12 Məqaləni oxumaq
     
    Belarusda aparıcı müxalif siyasətçini seçkiyə buraxmayıblar
    Belarus Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkisində iştirak etmək üçün 362 namizədin qeydə alındığını bildirib. 110 deputatın seçiləcəyi parlament seçkisi bu il sentyabrın 23-də baş tutacaq. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, seçki komissiyası bəyan edib ki, 124 müraciət ərizəsi rədd edilib, 7 namizəd isə seçkidən uzaqlaşdırılıb. Qeydiyyata alınmayanlar arasında aparıcı müxalif siyasətçi Aleksandr Milinkeviç də var. Seçki rəsmilərinin dediyinə görə, Milinkeviçin öz tərəfdarlarından topladığı imzaların əksəriyyəti saxtadır və namizəd öz gəlirləri və əmlakı barədə düzgün informasiya verməyib. Milinkeviç bu addımı siyasi adlandırır və bununla bağlı məhkəməyə müraciət edəcəyini deyir.
    25.08.12 Məqaləni oxumaq
     
    BMT Suriyadakı beynəlxalq müşahidəçilərin mandatını uzatmamaq qərarına gəlib
    BMT-nin Təhlükəsizlik Şurası Suriyadakı beynəlxalq müşahidəçilərin mandatını uzatmamaq qərarına gəlib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu ilin yazında Suriyaya 300 nəfərlik müşahidəçi missiyası göndərilsə də ölkədə zorakılıqlar davam etdiyindən müşahidəçilər missiyanı yerinə yetirə bilmirlər. Suriya üzrə beynəlxalq elçi Kofi Annan isə sülh planı baş tutmadığından bu günlərdə istefa verib. Suriyada hökumət qoşunları ilə üsyançılar arasında toqquşmalar davam edir.
    17.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30