Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Şiddətli döyüşlərə görə Hələb şəhəri susuz qalıb
    Suriyada hökumət qüvvələri və üsyançılar arasında şiddətli döyüşlər zamanı əsas su borusunun zədələnməsinə görə ölkənin ticarət mərkəzi olan Hələb şəhərinə suyun verilməsi kəsilib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, müxalifət fəallarının bildirdiyinə görə, su kəməri Suriya qüvvələrinin üsyançıların mövqelərini atəşə tutması nəticəsində zədələnib. Suriya rəsmiləri isə üsyançıları təxribat törətməkdə ittiham edib.
    10.09.12 Məqaləni oxumaq
     
    Ərdoğan: “Bütün bölgədə qiyamət qopar”
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyada 18 aydır davam edən böhran və İranın nüvə proqramı ilə bağlı açıqlamalar verib. “KƏLAMİNFO” xəbər verir ki, Ərdoğan İstanbulda CNN televiziyasının məşhur aparıcısı Kristian Amanpurun suallarını cavablandırıb. Baş nazir hazırda Amerikadan gözlənilən çox şey olduğunu, ancaq Amerikanın hələ bu gözləntiləri yerinə yetirmədiyini söyləyib. Ərdoğan amerikalıların bunun səbəbi haqda hər hansı açıqlama vermədiyini bildirib və “bəlkə də səbəb Amerikadakı seçkilərdir” deyib. Türkiyə hökumətinin rəhbəri eyni zamanda Vaşinqtona Suriya rejiminə qarşı olduğunu açıqladığı üçün minnətdar olduqlarını söyləyib. Baş nazir qeyd edib ki, yalnız Türkiyə üçün deyil, bütün bölgə və dünya üçün ən böyük təhlükə kütləvi qırğın silahlarından və kimyəvi silahlardan istifadə olunmasıdır. İsrailin İrana hücum ehtimalıyla bağlı suala cavabında isə Ərdoğan buna inanmadığını deyib: “İsrailin böyük hücum təşkil edəcəyinə inanmıram. Bu, zəif ehtimaldır. Əks təqdirdə bütün bölgədə qiyamət qopar”.
    07.09.12 Məqaləni oxumaq
     
    ABŞ-ın 16,015 trln. dollar dövlət borcu var
    ABŞ-ın dövlət borcu 16,015 trln. dollar təşkil edib. Bu, Amerikanın bütün tarixi boyu rekord rəqəm olub. «KƏLAMİNFO» xəbər verir ki, bunu «The Wall Street Journal» ABŞ Maliyyə Nazirliyinə istinadən yayıb. Xərclərin aşağı salınması və dövlət borcunun ixtisarı hazırda Respublikaçılar Partiyasının seçkiqabağı proqramının əsas bəndlərindən biridir. Onlar Barak Obamanın səhiyyə sahəsindəki islahatlarını kəskin tənqid edirlər. Demokratlar isə respublikaçıları vergiləri qaldırmağa imkan verməməkdə günahlandırırlar.
    06.09.12 Məqaləni oxumaq
     
    Xanımı Obamanı “etibarlı adam” adlandırdı
    ABŞ-ın birinci xanımı Mişel Obama ərinin Ağ Evdə növbəti hakimiyyət müddətini dəstəklədiyini bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Demokratlar Partiyasının Şimali Karolina ştatında keçirilən qurultayında etdiyi çıxışında o, prezident Barak Obamanı ölkənin zəif iqtisadiyyatını canlandıra bilən “etibarlı adam” kimi yüksək qiymətləndirib.
    05.09.12 Məqaləni oxumaq
     
    NATO-nun baş katibi: “Türkiyəni qorumaq üçün hər cür tədbir görməyə hazırıq”
    NATO-nun baş katibi Anders Foq Rasmussen beynəlxalq birliyin Suriya ilə bağlı güclü mesaj verməsinin vacibliyini vurğulayıb. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, Brüsseldə açıqlama verən Rasmussen beynəlxalq birliyin tək səs olmasının əhəmiyyətini qeyd edib. Siyasi həllə ehtiyac olduğunu bildirən baş katib beynəlxalq birliyin Suriya xalqının legitim tələblərinə cavab verən güclü bir mesaj verməli olduğunu söyləyib. Suriyadakı prosesləri yaxından izlədiklərini söyləyən Rasmussen “Müttəfiqimiz Türkiyə Suriyanın sərhəd qonşusudur. NATO üzvü olan Türkiyəni qorumaq və müdafiə etmək üçün hər cür tədbir görməyə hazırıq” deyib.
    05.09.12 Məqaləni oxumaq
     
    ABŞ İsrailin İrana qarşı hücumlarına müdaxilə etməyəcək
    Ağ Evin bildirdiyinə görə, İsrail və ABŞ İranı nüvə silahı proqramından çəkindirmək səylərini davam etdirəcək. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Cey Karni bunları İsrail qəzetində çıxan məlumata münasibət bildirərkən deyib. Qəzet yazıb ki, İsrail İrana hücum etsə,Vaşinqton buna müdaxilə etməyəcək. “Yediot Ahronot” qəzeti ABŞ-ın İrana iki avropalı diplomat vasitəsi ilə mesaj yolladığını yazıb. Məlumatda deyilir ki, İran Amerikanın İran körfəzindəki maraqlarına hücum etmədiyi təqdirdə İsrailin Tehranın nüvə obyekrlətinə qarşı hücumları Amerika tərəfindən dəstəklənməyəcək. Karni prezident Obamanın mübahisələrin diplomatiya yolu ilə həllinə hələ də vaxt olduğuna inandığını deyib. Lakin o bildirib ki, bu imkan daimi deyil.
    04.09.12 Məqaləni oxumaq
     
    Barak Obama-pivə ustası
    Barak Obamanın prezident, senator, Nobel Sülh Mükafatı laureatı siyahısına daha bir titul əlavə olunub-pivə ustası. Ötən il pivəbişirmə qurğusu alan ABŞ dövlət başçısı evlərində pivə bişirən Ağ Ev işçilərinin yardımı ilə bir neçə yeni pivə resepti hazırlayıb. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, “Ale The Chief” bloqunda yer alan reseptlərə böyük maraq göstərilir. 12 mindən artıq insan reseptlər üçün müraciət edib.
    04.09.12 Məqaləni oxumaq
     
    Pakistanda xristian qızı şəriət qanunlarını pozmağa vadar etməkdə şübhəli bilinən dini xadim həbs edilib
    Pakistanda xristian qızı şəriət qanunlarını pozmağa vadar etməkdə şübhəli bilinən dini xadim həbs edilib. İnsident bir neçə həftə bundan əvvəl İslamabad ətrafındakı kəndlərdən birində baş verib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, sakinlər deyir ki, imam Xalid Cishi Quranın səhifələrini cıraraq qızın çantasına yığırmış və onlar bunu öz gözləri ilə görüblər. Pakistanda şəriət qanunlarını pozanları ölüm və ya ömürlük həbs gözləyir. İmamın həbsi qızın azad edilməsinə səbəb ola bilər. Bu məsələ Pakistanda böyük müzakirələrə səbəb olub. Qızın əqli cəhətdən az inkişaf etməsi məsələni daha da kəskinləşdirib.
    03.09.12 Məqaləni oxumaq
     
    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Türkiyədədir
    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Devid Petreus Türkiyədədir. Devid Petreus ABŞ Hava Qüvvələrinə məxsus hərbi təyyarəylə İstanbula gəlib. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, MKİ rəhbərinin İstanbuldakı proqramıyla bağlı açıqlama verilməyib. Petreusun gündəliyində Suriyadakı son proseslər və PKK terror təşkilatının olduğu bildirilir.
    03.09.12 Məqaləni oxumaq
     
    Xorvatiyanın keçmiş baş nazirinə qarşı yeni ittiham irəli sürülüb
    Xorvatiyanın keçmiş baş naziri İvo Sanaderə qarşı yeni ittiham irəli sürülüb. O, korrupsiya yolu ilə təxminən 3 milyon dolları mənimsəməkdə ittiham olunur. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Sanader 3 nəfərlə birlikdə hökumət fondlarından istifadə edərək bazar qiymətindən ucuz daşınmaz əmlak alıb. Bu, ona qarşı irəli sürülən 5-ci ittihamdır. 59 yaşlı Sanader 2003-2009-cu illərdə baş nazir olub. Prokurorluq deyir ki, o bu, müddət ərzində əyri yollarla 15 milyon dollar əldə edib. Sanader bütün ittihamları rədd edir.
    03.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30