Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    İranla İsrailə hədiyyə vermədi
    Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) illik yığıncağında maraqlı hadisə baş verib. “KƏLAMİNFO” xəbər verir ki, İran agentliyinə üzv olan 155 ölkəyə bir qutu şam fıstığı və sentrifuqa şəklində lazer oyuncağı hədiyyə edib. Ancaq dünya ictimaiyyətini İranın nüvə proqramına qarşı “qırmızı xətt” çəkməyə çağıran İsrailə hədiyyə verilməyib.
    18.09.12 Məqaləni oxumaq
     
    ABŞ və Yaponiya anlaşdı
    ABŞ və Yaponiya raket-müdafiə sistemləri ilə bağlı məsələdə razılığa gəlib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Leon Panetta amerikalı və yapon rəsmilərin Yaponiyada qurulacaq ikinci raket-müdafiə sistemi ilə bağlı məsələdə razılaşdığını bildirib. Yapon rəsmilər də radar sisteminin Çinə qarşı olmadığını, Şimali Koreya təhdidinə qarşı bölgənin qorunması məqsədi daşıdığını söyləyiblər.
    18.09.12 Məqaləni oxumaq
     
    2011-ci ildə ABŞ-da hər 7 adamdan 1-i yoxsulluq içərisində yaşayıb
    2011-ci ildə ABŞ-da hər 7 adamdan 1-nin yoxsulluq içərisində yaşadığı qeydə alınıb. Əhalinin siyahıyaalınma bürosunun hesabatına görə, yoxsulluq dedikdə 4 nəfərlik ailənin illik gəlirin 23 min dollar olduğu nəzərdə tutulur. Araşdırmalardan məlum olub ki, 2010-cu illə müqayisədə bu göstərici 15 faiz azdır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, yoxsulluq səviyyəsinin artmasına səbəb bir neçə milyon insanın yarımştat işlərdə çalışması səbəb olub. Ekspertlər işsizliyin bunun əsas amili olduğunu deyir. Belə ki, ABŞ-da yeni iş yerlərinin açılması və iqtisadiyyatın dirçəlişi olduqca yavaş gedir. Əhalinin siyahıyaalınma bürosunun hesabatına görə, tibbi sığortaya malik olan insanların sayı 49 milyon nəfər təşkil edir. Özəl sığorta şirkətlərində müştərilərin sayı eyni qaldığı halda hökumətin səhiyyə proqramlarından istifadə edənlərin sayı artıb.
    14.09.12 Məqaləni oxumaq
     
    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Dəməşqə gedir
    Bu gün BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Dəməşqə gedir. Bu onun Suriyaya ilk səfəridir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, sabah onun prezident Bəşər Əsədlə görüşəcəyi gözlənilir. Əsas müzakirə Suriyadakı daxili münaqişə olacaq. Brahimi bildirib ki, bu, fövqəladə və mürəkkəb məsələdir. Suriyada isə müxtəlif şəhərlərdə hökumət qoşunları ilə üsyançılar arasında döyüşlər davam edir. İdlib şəhərindəki döyüşlərdə 20 hərbçinin öldürüldüyü bildirilir. Hələbdə isə beynəlxalq aeroportda döyüşlər gedir. Hüquq müdafiəçilərinin məlumatına görə, dünən gedən döyüşlərdə 80-dən çox adam ölüb.
    13.09.12 Məqaləni oxumaq
     
    Liviyadakı ABŞ konsulluğuna hücumda yerli gözətçilər də ölüb
    Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna edilmiş hücumda 4 ABŞ diplomatının ölümündən başqa, konsulluğun 10-dək yerli gözətçisi ölüb və ya yaralanıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə Liviyanın BMT-dəki daimi nümayəndəsinin müavini İbrahim Dabbashi məlumat verib. Hücum zamanı ABŞ-ın bu ölkədəki səfiri Kristofer Stiven və səfirliyin digər 3 əməkdaşı ölüb. Hücuma səbəb Birləşmiş Ştatlarda Məhəmməd peyğəmbər barədə çəkilmiş film olub.
    13.09.12 Məqaləni oxumaq
     
    Aleksandr Lukaşeviç: “NATO Gürcüstan müharibəsindən yetərli dərs çıxarmayıb”
    Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç deyib ki, NATO Gürcüstan müharibəsindən yetərli dərs çıxarmayıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, NATO baş katibi Anders Foq Rasmussenin Tbilisidə dediyi “Gürcüstanın evi NATO-dur” açıqlamasına belə münasibət bildirib. Rusiya rəsmisi deyib ki, bu cür bəyanatlar NATO-nun 2008-ci ildəki müharibədən dərs çıxarmadığını və Gürcüstanı yanlış yola çəkməkdə davam etdiyini göstərir. Rusiya iddia edir ki, Gürcüstanın NATO-ya üzvlüyü regionda sabitliyi və qüvvələr nisbətini poza bilər.
    12.09.12 Məqaləni oxumaq
     
    Polyaklar ölkəmizdə öz izləri ilə infotura çıxacaq
    “Azərbaycanda polyak izləri” axtarılacaq. “KƏLAMİNFO”nun xəbərinə görə, ölkəmizdə bu istiqamətdə infotur həyata keçirmək məqsədilə Polşanın turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 10 nəfərlik heyət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycana səfər edib. Səfərin məqsədi Azərbaycanın turizm imkanlarını ilk dəfə olaraq Polşadan olan turizm şirkətləri və kütləvi informasiya vasitələrinə tanıtmaqdan ibarətdir. İnfotur çərçivəsində paytaxt Bakı ilə yanaşı, İsmayıllı və Qəbələ rayonlarına da səfərlər təşkil olunacaq.
    11.09.12 Məqaləni oxumaq
     
    Obamanın kortejini müşayiət edən polis serjantı həlak olub
    ABŞ-ın Florida ştatında prezident Barak Obamanın kortejini müşayiət edən bir polis serjantı həlak olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, polis məmurunun motosikleti mikroavtobusla toqquşub. Qəza Obamanın Floridada çıxdığı turunun ikinci günündə olub. Ağ Ev sözçüsü Cey Qarni Obamanın qəzanı görmədiyini, ancaq hadisə ilə bağlı məlumatlandırıldığını qeyd edib.
    11.09.12 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibinin Suriya ilə bağlı səyləri nəticə verməyib
    ABŞ dövlət katibi Hillari Klintonun Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla Suriya ilə bağlı görüşü zamanı nailiyyət əldə edilməyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Klinton bildirib ki, fikir ayrılıqları aradan qaldırılmasa, o, Suriya müxalifətini dəstəkləyən ölkələrlə iş birliyinə başlayacaq. Bu arada Ərəb Liqası və BMT-nin Suriya üzrə nümayəndəsi Laxdar Brahimi bu gün Qahirəyə səfər edib. Daha sonra o, Dəməşqə yola düşəcək.
    10.09.12 Məqaləni oxumaq
     
    İraqın sabiq vitse-prezidenti ölüm cəzasına məhkum edilib
    İraqın sabiq vitse-prezidenti Tariq Əl-Haşimi ölüm cəzasına məhkum edilib. Sünni siyasətçi və onun kürəkəni qadın vəkil və ədliyyə sistemi işçisinin qətlində təqsirləndirilir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Türkiyədən İraqa qayıdacağı gözlənilməyən Haşimi şiə baş nazir Nuri Əl-Malikini sünni opponentlərinə qarşı təzyiqlərə görə günahlandırıb. Haşiminin vəkili məhkəmənin müttəhim olmadan keçirildiyinə görə apelyasiya edilməyəcəyini bildirib. ABŞ qüvvələrinin İraqı tərk etməsindən bəri Maliki siyasi baxımdan çıxılmaz vəziyyətlə üzləşib.
    10.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30