Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Suriya hakimiyyəti üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir
    Suriya hakimiyyəti həbsdə olan üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq müdafiə təşkilatı “Human rights Watch” bildirib. Keçmiş məhbuslar bildiriblər ki, həbsdə olan üsyançılara işgəncə verilir, onlar zorlanırlar. Bu həm kişilərə, həm də qadınlara qarşı törədilir.
    BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay bildirib ki, Suriya hökumətinə qarşı olan ittihamlar Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmalıdır.
    26.09.12 Məqaləni oxumaq
     
    Davudoğludan alman həmkarına xəbərdarlıq
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda almaniyalı həmkarı Qido Vestervellə ilə görüşüb. Nazir həmkarına Almaniyada türkləri və müsəlmanları potensial terrorçu kimi göstərən afişalarla bağlı xəbərdarlıq edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Əhməd Davudoğlu bu afişalardan narahat olduqlarını bildirib. Görüşdə Suriya məsələsi də müzakirə edilib. Alman nazir Türkiyənin həyata keçirdiyi işlərin beynəlxalq birlik tərəfindən təqdirlə qarşılandığını söyləyib. Əhməd Davudoğlu isə qaçqınlara yardım çağırışını təkrarlayıb. Buna cavab olaraq Vestervelle gələcəkdə qaçqınlara yardımları artıracaqlarını bildirib.
    25.09.12 Məqaləni oxumaq
     
    “Əl-Qaidə”nin yüksək rütbəlilərindən biri öldürülüb
    Pakistanda ABŞ-ın pilotsuz təyyarəsinin zərbələri nəticəsində “Əl-Qaidə”nin yüksək rütbəlilərindən biri və 4 yaraqlı öldürülüb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən kəşfiyyat rəsmilərinin məlumatına görə, Əbu Kaşa əl-Iraqi Şimali Vəziristanda öldürülüb. Əfqanıstanla sərhəddə olan Şimali Vəziristanda “Əl-Qaidə” ilə əlaqəli yaraqlıların düşərgələrinin olduğu ehtimal edilir.
    25.09.12 Məqaləni oxumaq
     
    Mədinədə Peyğəmbər məscidi genişləndirilir
    Səudiyyə Ərəbistanı kralı Abdulla Mədinədə yerləşən Məscid əl-Nəbavinin ərazisinin genişləndirilməsi layihəsinin reallaşması barədə qərar qəbul edib. “KƏLAMİNFO” “Agence France-Presse”ə istinadən xəbər verir ki, genişlənmə nəticəsində məscidə 1,6 min. insanın daxil olmasına imkan yaranacaq. Yəni onun ərazisi üç dəfə böyüyəcək. Layihənin nə vaxt reallaşacağı bəlli deyil. Ancaq o bəllidir ki, yeni torpaqların əldə olunmasına 6,6 mlrd. dollar sərf olunacaq. Bu məscid Məkkədəki Məscid əl-Haramdan sonra müsəlmanların ən müqəddəs yeridir. Məscid əl-Nəbavinin yerləşdiyi ilk məscid hələ Məhəmməd Peyğəmbərin (s) zamanında, 622-ci ildə tikilib. Məscidin ərazisində peyğəmbərin qəbri də yerləşir. 2012-ci ilin əvvəlində krallıq Kəbənin yerləşdiyi Məscid əl-Haram məscidinin genişlənməsinə qərar verib. Bu layihə isə 21,33 mlrd. dollarlıqdır. Onun genişlənməsindən sonra ora gələnlərin sayı 1,5 mln. nəfərə çatacaq.
    25.09.12 Məqaləni oxumaq
     
    İran nümayəndə heyətinin 20 üzvünü ABŞ-a buraxmadılar
    ABŞ hakimiyyət orqanları BMT Baş Assambleyasında iştirak etmək istəyən 160 İran nümayəndə heyəti üzvünün 20-nə viza verməkdən imtina edib. “KƏLAMİNFO” “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, ABŞ-a iki nazirə gəlmək də qadağan edilib. Bu nazirlərin adları açıqlanmasa da, bəlli olub ki, nümayəndə heyətinə XİN rəhbəri Əli Əkbər Salehi, yollar və şəhər inşası naziri Əli Nikzad, kənd təsərrüfatı naziri Sadik Xəliliyan, eləcə də səhiyyə naziri Mərziyə Vahid Dastgerdi daxil idi.
    25.09.12 Məqaləni oxumaq
     
    Çin Yaponiya ilə keçirilməsi nəzərdə tutulan tədbiri təxirə salıb
    Çin Yaponiya ilə diplomatik münasibətlərin qurulmasının 40 illiyi münasibətilə keçirilməsi nəzərdə tutulan tədbiri təxirə salıb. “KƏLAMİNFO” xəbər verir ki, Çinin dövlətə məxsus “Sinxua” agentliyinin verdiyi məlumata görə, tədbir Pekinin bildirdiyi kimi daha münasib bir vaxta qədər təxirə salınıb. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 40 illiyi münasibətilə təntənəli tədbirin sentyabrın 27-də keçirilməsi nəzərdə tutulmuşdu. Çin və Yaponiya arasında münasibətlər Şərqi Çin dənizində kiçik adalar qrupu ilə əlaqədar mübahisəyə görə gərgindir. Həm ölkə Yaponiyada Senkaku, Çində isə Diaoyu kimi tanınan adaların ona məxsus olduğunu iddia edir.
    24.09.12 Məqaləni oxumaq
     
    Lukaşenko müxalifətə xəbərdarlıq edib
    Belarus prezidenti Aleksandr Lukaşenko ölkə müxalifətinə bazar günü parlament seçkilərinin əleyhinə aksiya keçirməməklə bağlı xəbərdarlıq edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Lukaşenko müxalifət üzvlərini qorxaq adlandıraraq, onların xalqa deməyə sözü olmadığını bildirib. Belarus prezidenti deyib ki, bütün dünya ölkədə onun sözləri ilə “darıxdırıcı” seçkilərdən razı qalmalıdır və əlavə edib ki, seçkilər inqilab və üsyan olmadan keçib. Ölkə rəsmiləri müxalif namizədlərin demək olar ki, heç birinin bazar günü parlament seçkilərində iştirakına imkan verməyib.
    24.09.12 Məqaləni oxumaq
     
    Vardan Oskanyan: “Ermənistanda demokratiya və azad iqtisadiyyat çox təhlükəli nöqtədədir”
    “Ermənistanda demokratiya və azad iqtisadiyyat çox təhlükəli nöqtədədir”. “KƏLAMİNFO” “Armtodey”ə istinadən xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Ermənistanın eks-xarici işlər naziri Vardan Oskanyan bəyan edib: “Son beş il ərzində hökumət uğurlara imza atmayıb və bu faktdır. Əksinə, hakimiyyətin və biznesin maraqları daha da inkişaf edib. Bu hal siyasi və iqtisadi elitanı formalaşdırıb, iqtisadiyyat və siyasət sahəsində islahatların həyata keçməsində maneələr yaranıb”.
    21.09.12 Məqaləni oxumaq
     
    BMT-nin baş katibi dünya liderlərini qınadı
    BMT-nin baş katibi Pan Ki Mun 67-ci sessiyadan əvvəl mətbuat nümayəndələri ilə görüşüb. Munun gündəliyindəki əsas məsələlər müsəlmanları təhqir edən film və Suriya olub. Baş katib iki il əvvəlki karikatura böhranını xatırladaraq yenə də eyni şeyin edildiyini deyib və bunun utancverici, tərbiyəsizcəsinə bir davranış olduğunu vurğulayıb: “Yenə insanların dəyərlərinə, inanclarına hücum edərək provokasiyaya çəkməyə çalışırlar. Dünyadakı bütün insanların, icmaların, xalqların inanclarına, dəyərlərinə, mədəniyyət və tarixinə hər kəs dərindən hörmət etməlidir”.
    Mun müsəlmanları təhqir edən filmə reaksiya verməyənləri də qınayıb. BMT-nin 193 üzvünün olduğunu xatırladan Ban Ki Mun: "Bir haqsızlıq, hörmətsizlik, qeyri-tolerantlıq olunca bütün dünya liderləri reaksiya verib birlikdə olduqlarını göstərməlidirlər” deyib.
    20.09.12 Məqaləni oxumaq
     
    Gürcüstanda həbsxana qalmaqalı sakitləşdirilir
    Gürcüstan hakimiyyət orqanları cəzaların icra edilməsi departamentinə, eləcə də 8 saylı Qldan həbsxanasına yeni rəhbər təyin ediblər. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, bunu Gürcüstan hökumətinin aparat rəhbəri Şota Utişvili bildirib: “Cəzaların icra edilməsi departamentinin rəhbəri Qiorqi Lordkipianidze təyin edilib. Eləcə də 8 saylı həbsxanaya da rəis təyin edilib”.
    Qeyd edək ki, qalmaqallı həbsxananın rəhbəri artıq həbsdədir.
    20.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30