Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Şevardnadze Jvaniyanın prezident olmasını istəyib
    Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bəyan edib ki, siyasi fəaliyyətində onun ən böyük səhvi ölkəyə hakimiyyətə Mixail Saakaşvilinin gəlməsinə kömək etmək olub. “KƏLAMİNFO” xəbər verir ki, “Asaval-dasavali” qəzetinə müsahibəsində o bildirib ki, Jvaniyanın prezident olmasını istəyirdi: “O zaman hakimiyyətdə olan komanda da bilirdi ki, Jvaniya birinci şəxs olacaq. Bu səbəbdən də onu öldürdülər”. Şevardnadze bildirib ki, Saakaşvili ötən əsrin 90-cı illərində parlamentin ədliyyə komitəsi sədri vəzifəsində yaxşı işləyirdi. Bu səbəbdən də onun siyasi karyerasına kömək edib.
    02.10.12 Məqaləni oxumaq
     
    Almaniyada 9 mindən çox insanın yoluxduğu virusun növü tapılmayıb
    Almaniyanın 5 əyalətində cümə günü çox sayda məktəbin bağlanmasına səbəb olan virusun növünü müəyyənləşdirmək mümkün olmayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, virusa yoluxan şagirdlərin və müəllimlərin sayının 9 mini keçdiyi bildirilir. Qusma və bağırsaq infeksiyası şikayəti ilə xəstəxanaya aparılan uşaqların iki gün içində yaxşılaşdığı bildirilir. Məktəblərə yeməyi eyni qida şirkətinin paylaması şübhələrin onun üzərində cəmlənməsinə səbəb olub. Şirkət isə ittihamları rədd edir.
    02.10.12 Məqaləni oxumaq
     
    Əhmədinejad kinooperatorsuz qalıb
    Nyu-Yorka səfərdən sonra İran prezidenti Mahmud Əhmədinejad kinooperatorsuz qalıb. BMT Baş Assambleyasının iclasında prezidenti müşayiət edən Həsən Qol Hanban ölkəyə qayıtmaqdan imtina edərək vəkili vasitəsilə ABŞ-da siyasi sığınacaq istəyib. İran prezidentinin kinooperatorunun yeri məlum deyil. “KƏLAMİNFO” “NEWSru.co.il” istinadən xəbər verir ki, çox güman ki, ABŞ ona siyasi sığınacaq verəcək.
    02.10.12 Məqaləni oxumaq
     
    Qəddafini Əsəd satıb
    Liviya müqavimət hərəkatının keçmiş iştirakçısı Rami əl-Obeydi bildirib ki, Müəmmar Qəddafinin aradan götürülməsinə fransız kəşfiyyatının əli var. “KƏLAMİNFO” xəbər verir ki, “Corriere della Sera” qəzetinə açıqlamasında bu şəxs bildirib ki, cəmahiriyyə liderinin yerinin müəyyən edilməsində fransızlara Suriya prezidenti Bəşər Əsəd kömək edib. Üsyançıların xarici kəşfiyyatla əlaqələrini tənzimləmiş bu şəxsin sözlərinə görə, Əsəd Qəddafinin istifadə etdiyi peyk telefonunun nömrəsini fransızlara verib.
    01.10.12 Məqaləni oxumaq
     
    Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan CXP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, baş nazir Kılıçdaroğludan “öz ölkəsini, öz ölkənin mənafelərini qoruya bilməyən adama xain deyilir” sözlərinə görə 100 min lirə təzminat tələb edir. Ərdoğanın vəkilləri Əli Özkara, Müammər Camaloğlu və Bürhanəddin Sevəncanın hazırladığı iddia ərizəsində Kılıçdaroğlunun sentyabrın 27-də partiyasının “Birgə Çalışma Toplantısı”ndakı çıxışında Ərdoğanı təhqir etdiyini bildiriblər. Vəkillər Kılıçdaroğlunun tənqid və ifadə azadlığı sərhədlərini aşdığını qeyd ediblər: “Türk hüququnda ən ağır cinayət vətənə xəyanətdir. Qarşı tərəfin də xain kəlməsini vətənə xəyanət mənasında işlətdiyi açıq şəkildə ortadadır. Bu sözlərin bugünkü hüquq qaydaları qarşısında ağır cinayət ehtiva etdiyi çox açıqdır. Bu sözlərlə müdafiə etdiyimiz şəxs vətənə xainlikdə ittiham olunub. Bu da şərəf və ləyaqətə hücumdur”.
    30.09.12 Məqaləni oxumaq
     
    Klinton Yaponiya və Çini sakit olmağa çağırıb
    ABŞ dövlət katibi Hillari Klinton Şərqi Çin Dənizindəki mübahisəli adalar ucbatından münasibətlərində gərginlik yaranan Yaponiya və Çini sakit olmağa çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, BMT toplantıları çərçivəsində Nyu-Yorkda olan Klinton Çinin xarici işlər naziri Yanq Jieşi ilə görüşüb. Görüşlə bağlı mətbuata məlumat verən bir amerikalı diplomat Klintonun iki tərəfi də sakitliyə çağırdığını söyləyib: “Yaponiya və Çin sakit sularda dialoq qurmalıdır. İki tərəfin də birlikdə çalışıb təzyiqi düşürmək üçün lazımi imkanları, bacarığı və təmkini var”.
    29.09.12 Məqaləni oxumaq
     
    Madriddə parlament binası qarşısında etiraz aksiyaları davam edir
    İspaniyanın paytaxtı Madriddə parlament binası qarşısında etiraz aksiyaları davam edir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, rəsmi məlumata görə, gecə etiraz aksiyasında 2500 adam iştirak edib. Srağagün polis aksiyaçılara qarşı sərt tədbirlər görmüş, nəticədə 27-si polis olmaqla 64 nəfər yaralanmışdı. Çoxlu sayda saxlanılan olub. Aksiyaçılar hökumətin yeni kəskin iqtisadi tədbirlər planına, iş yerlərinin ixtisarlarına etiraz edirlər.
    28.09.12 Məqaləni oxumaq
     
    Suriya qaçqınlarının sayı 700 min nəfərə çata bilər
    İlin sonunadək Suriya qaçqınlarının sayı 700 min nəfərə çata bilər. Bunu BMT-nin qaçqınlar üzrə idarəsinin ali komissarı deyib. “KƏLAMİNFO” “Röyters”ə istinadən xəbər verir ki, o, hazırda İordaniya, İraq, Livan və Türkiyədə 300 minədək qaçqın olduğunu bildirib. BMT-nin baş katibi Pan Qi Mun isə xəbərdarlıq edib ki, əgər həll yolu tapılmasa, Suriya böhranı böyük regional münaqişəyə çevrilə bilər. Qeyd edilib ki, Rusiya ilə Çin indiyədək Təhlükəsizlik Şurasında Suriya ilə bağlı 3 qətnamə layihəsinə veto qoyublar.
    27.09.12 Məqaləni oxumaq
     
    Obama Məhəmməd peyğəmbər haqda filmin Amerikaya təhqir olduğunu deyib
    ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasında etdiyi çıxışı zamanı Yaxın Şərqdə baş qaldıran zorakılıqlar və İranın nüvə proqramı məsələlərindən danışıb. Prezident çıxışında Məhəmməd Peyğəmbəri təhqir edən filmin nümayişindən sonra müsəlman dünyasında baş qaldıran zorakılıqları və bu səbəbdən Benqazidə ABŞ səfiri Kristofer Stivens və digər diplomatların qətlini qınayıb.

    “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, ABŞ dövlət başçısı BMT nümayəndələrinə "hücumların BMT-nin ideallarına edildiyini" deyib və ABŞ diplomatik korpuslarına hücumları pisləyərək, ABŞ-ın İranın nüvə proqramının dayandırması yolunda əlindən gələni edəcəyinə vəd verib. O, İranla mübahisələrin diplomatik yolla həllinə hələ vaxt olduğunu, lakin bu vaxtın məhdudiyyətsiz olmadığını deyib.
    27.09.12 Məqaləni oxumaq
     
    “Facebook”da prezidenti təhqir edib həbs olundu
    Türkiyə prezidenti Abdulla Gülü təhqir etdiyi üçün 52 yaşlı Əli Camal Ağırman barəsində məhkəmə 1 il 3 aylıq həbs qərarı çıxarıb. «KƏLAMİNFO» «Anadolu» agentliyinə istinadən xəbər verir ki, o, «Facebook» sosial şəbəkəsində prezidentin ünvanına təhqirlər yağdırıb. O bildirib ki, atdığı addımın cinayət olduğunu bilməyib və bu səbəbdən də azad olunmasını tələb edib. Lakin məhkəmə onu prezidenti təhqir etdiyi üçün həbs edib. Ağırmanı həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün də ittiham edirlər.
    26.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30