Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Ərdoğan: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”
    “Lazım gəlsə, biz hər an müharibəyə hazır olmalıyıq. Əgər müharibəyə hazır olmasan, sən nə dövlətsən, nə də millət. Atalarımız deyib ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan son günlər Suriyanın Türkiyə ərazisinə endirdiyi zərbələrlə bağlı danışarkən bildirib. Artıq beşinci gündür ki, Türkiyə Suriya sərhədində qarşılıqlı atışma gedir.
    09.10.12 Məqaləni oxumaq
     
    Küveyt parlamenti buraxılıb
    Küveyt parlamenti buraxılıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, indi 60 gün ərzində ölkədə vaxtından əvvəl seçki keçirilməlidir. 2009-cu ildə seçilmiş parlamentin buraxılmasını xüsusilə müxalifət tələb edirdi. Müxalifət deputatları korrupsiya və siyasi iradəsizlikdə günahlandırır. 6 ildir ki, Küveytdə dərin siyasi böhran yaranıb. İndiki parlament hələ 3 ay bundan əvvəl buraxılsa da, Konstitusiya Məhkəməsinin qərarı ilə fəaliyyətini davam etdirirdi.
    08.10.12 Məqaləni oxumaq
     
    Çaves yenidən prezident seçildi
    Bazar günü Venesuelada prezident seçkisi keçirilib. 14 ildir ki, ölkəni idarə edən Uqo Çaves bu gün seşkilərdə qalib gəldiyini bəyan edib. O, 54 faiz, rəqibi Henrique Kapriles isə 44 faiz səs toplayıb. “KƏLAMİNFO” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, onun əsas rəqibi müxalifət blokundan olan 40 yaşlı namizəd Kapriles idi. Seçkiqabağı kampaniyalar çox gərgin keçib. Çaves rəqibini xarici dövlətlər və narkomafiyaya arxalanmaqda, Kapriles isə onu korrupsiya və dövlət əmlakını mənasız yerlərə xərcləməkdə günahlandırırdı. Kapriles artıq rəqibini təbrik də edib.
    08.10.12 Məqaləni oxumaq
     
    BMT TŞ Suriyanın Türkiyəyə bomba atmasını müzakirə edib
    BMT Təhlükəsizlik Şurasında Suriyanın Türkiyə ərazisinə bomba atılması müzakirə edilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının bəyanatında bildirilir ki, baş verənlər Suriya münaqişəsinin qonşu ölkələr və bütün dünya üçün təhlükə yaratdığının sübutudur. BMT TŞ Suriyanı beynəlxalq qanunvericiliyə əməl etməyə, qonşu ölkələrin ərazi bütövlüyünü təmin etməyə çağırıb.
    06.10.12 Məqaləni oxumaq
     
    İranın İstanbuldakı baş konsulluğuna “Molotov kokteyli” atılıb
    İranın İstanbuldakı baş konsulluğuna “Molotov kokteyli” adlandırılan partlayıcı maddə atılıb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə saat 07:30 radələrində baş verib. “Molotov kokteyli” konsulluğun qapısına dəyib və yanğın başlayıb. Yanğın qısa müddətdə söndürülüb. Hadisəni törətdiyi iddia edilən bir İran vətəndaşı saxlanılıb. Yazar olduğunu bildirən Cavad Bizhetap adlı şəxs ailəsinə və özünə İranda zülm edildiyi üçün bu hücumu həyata keçirdiyini bildirib.
    04.10.12 Məqaləni oxumaq
     
    Saakaşvili partiyasının müxalifətə keçdiyini bəyan etdi
    Gürcüstan prezidenti Mixail Saakaşvili hakim “Vahid Milli Hərəkat” Partiyasının məğlubiyyətini etiraf edib. “KƏLAMİNFO” “Novosti Qruziya”ya istinadən bildirir ki, prezident sədri olduğu partiyanın müxalifətə keçdiyini vurğulayıb. Gürcüstan prezidenti deyib ki, ölkənin yeni hökumətini seçkilərdə qalib gələn “Gürcü arzusu” koalisiyası quracaq. Dövlət başçısı olaraq yeni parlamentin fəaliyyətə başlayaraq sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq. O, etiraf edib ki, onun üçün “Gürcü arzusu”nun baxışları qəbuledilməz olub. Və onun sədri olduğu “Vahid Milli Birlik” partiyası ilə “Gürcü arzusu” arasında çox dərin fərqlər var: “Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti qəbul edib və biz bu seçimə hörmətlə yanaşırıq.
    03.10.12 Məqaləni oxumaq
     
    Filmin yaradıcısını öldürənə 200 min dollar mükafat
    Pakistanlı sabiq deputat İkramullah Şaiq antiislam videosu kimi dəyərləndirən filmin yaradıcısını öldürənə 200 min dollar mükafat verəcək. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o, Pişəvar şəhərində 15 minlik kütlənin qarşısında bu təklifi edib. Bundan əvvəl də pakistanlı nazir Qulam Əhməd Bilour “Müsəlmanların məsumluğu” filminin yaradıcısını öldürənə 100 min mükafat vəd edib. Filmə etiraz nümayişləri zamanı Pakistanda 23 adam ölüb. Filmin yaradıcısı Nakoula Basseley Nakoula ABŞ-da həbs olunub.
    03.10.12 Məqaləni oxumaq
     
    Oskanyanın deputat toxunulmazlığı götürüldü
    Ermənistan parlamentində təmsil olunan koalisiya partiyaları sabiq xarici işlər naziri Vardan Oskanyanın deputat toxunulmazlığının götürülməsinə səs veriblər. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, qərarın lehinə 64, əleyhinə 6 səs verilib, 1 bülleten isə etibarsız hesab edilib.
    03.10.12 Məqaləni oxumaq
     
    İordaniyada parlament buraxıldı
    İordaniya kralı Abdullah parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, İordaniya parlamenti Nümayəndələr Palatası və Senat olmaqla iki qanaddan ibarətdir. 120 deputatdan ibarət Nümayəndələr Məclisi seçki yolu ilə formalaşır. Parlamentin alt qanadının buraxılması qərarının ölkədəki qarışıqlığın qarşışını almaq üçün verildiyi bildirilir. Ölkə müxalifəti uzun müddətdir dəyişiklik tələb edir. “Ali İslahat Komissiyası” adlı müxalif blokda birləşən, “Müsəlman Qardaşlar” və bəzi sol mövqeli partiyalar da daxil olmaqla 81 təşkilat bu gün paytaxt Əmmanda mitinq keçirəcəyini elan edib. Hökumət tərəfdarları da eyni yerə aksiya təyin edib, amma daha sonra toqquşma ehtimalını nəzərə alaraq qərarından daşınıb.
    03.10.12 Məqaləni oxumaq
     
    “Müsəlmanların məsumluğu” filmi Rusiyada qadağan olundu
    Moskva məhkəməsi “Müsəlmanların məsumluğu” filmini ekstremist film elan edib və bu filmin Rusiya ərazisində nümayişi qadağan olunub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, prokurorluq filmin ekstremist olduğuna nə qədər dəlil gətirsə də, hakim filmə məhkəmə zalında şəxsən baxmaq istəyib. Film ingilis dilində olduğu üçün tərcüməçi də dəvət olunub. Hakim öz qərarını filmə tam baxandan sonra verib.
    03.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30