Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 139 140 141 142 143 144 » #
    E.Nalbandyan Qarabağ üçün əlavə maneələr hiss edir
    Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmanın Qarabağ problemi ilə əlaqəsi yoxdur. Bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yaponiyanın “Yomiuri” qəzetinə verdiyi müsahibəsində səsləndirib. “Əgər əlaqələrin normallaşması Dağlıq Qarabağ məsələsi ilə bağlanarsa, bu, Qarabağ üçün əlavə maneələr yarada bilər”,-deyən E.Nalbandyan bildirib ki, Türkiyənin yaxınlaşma məsələsini Qarabağ probleminin həlli ilə bağlamaması lazımdır.
    11.11.09 Məqaləni oxumaq
     
    İran öz uranını Türkiyədə zənginləşdirə bilər
    İran öz uranını Türkiyədə zənginləşdirmək üçün danışıqlara başlayıb. Bu məqsədlə iki gün idi ki, İran prezidenti Mahmud Əhmədinejad, xarici işlər naziri Mənüçöhr Möttəki və Türkiyə prezidenti Abdullah Gül, baş nazir, xarici işlər naziri ilə intensiv danışıqlar aparılır. İranın uran məsləsində Türkiyə ilə razılğıa gələcəyi, iki ölkə arasında saziş imzalanacağı da istisan edilmir. Bununla yanaşı, ABŞ da İrandan nüvə enerjisinin araşdırılması üçün cavab gözləyir.
    10.11.09 Məqaləni oxumaq
     
    R.T.Ərdoğan: “Mən ömrümün sonuna kimi parlamentdə qalmayacam”
    Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan 2011-ci ildə sonuncu dəfə namizədliyini irəli sürəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Baş nazir İstanbulda keçirilən turizm sahəsi üzrə mükafatlandırma mərasimində bildirib. “2011-ci ildə mən sonuncu dəfə namizədliyimi irəli sürəcəm. Başqaları kimi ömrümün son günlərini parlamentdə keçirmək fikrim yoxdur”,-deyən R.T.Ərdoğan sözünün üstündə duarcağını da vurğulayıb. “Siz bilirsiniz ki, mən sözümün üstündə duran adamam, bir dəfə elan etdim ki, mən sonuncu dəfə namizəd olacam, deməli elə də edəcəm. Xalqa yalnız siyasətdə deyil, hər yerdə xidmət etmək olar”,-deyə Baş nazir vurğulayıb.
    09.11.09 Məqaləni oxumaq
     
    İranda 4,9 bal gücündə zəlzələ olub
    İranın cənubundakı Bəndər Abbas bölgəsində yerli vaxtla 02:56 radələrində rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumatı Tehran Universitetinin Geofizika İnstitutu yayıb. Zəlzələ həmin bölgəyə yaxın Qəşm adasında da hiss olunub. Yayılan məlumatlara görə, hadisə nəticəsində 200 nəfərdən çox insan xəsarət alıb, həlak olan yoxdur, yaralılardan 38-i xəstəxanaya yerləşdirilib. Hazırda bölgədə ilkin tibbi yardımla bağlı işlər görülür.
    04.11.09 Məqaləni oxumaq
     
    İranın paytaxtı dəyişə bilər
    İran höküməti paytaxtı dəyişə bilər. İran paytaxtını seysmik cəhətdən təhlükəli olan zonadan uzaqlaşdırmaq qərarına gəlib. Plan İslam Respublikasının yüksək dərəcəli qanunverici orqanı tərəfindən təsdiq edilib. Qeyd edək ki, bu ideyanı Ayətulla Əli Xamneyi irəli sürüb. Xatırladaq ki, İranın paytaxtı bir neçə dəfə dəyişib. Belə ki, vaxtilə İsfahandan Qəzvinə, Şirazdan isə Həmədana köçürülən paytaxt 1795-ci ildən Tehran şəhəri olub. Hazırda şəhər əhalisinin sayı 12 milyondur.
    02.11.09 Məqaləni oxumaq
     
    Bill Klinton Türkiyəyə gələcək
    ABŞ-ın eks-prezidenti Bill Klinton Türkiyəyə səfər edəcək. B.Klinton İstanbulda keçiriləcək “Bosfor” konfransına qatılacaq. Eks-prezidentdən başqa Almaniyanın eks-kansleri Herard Şreder də tədbirdə iştirak edəcək. Hər iki siyasətçi konfrans iştirakçılarının qarşısında çıxış edəcək və məşhur türk analitik Əli Brantın siyasətinə münasibət bildirəcək. B.Klintonun CNN-Turk kanalının da qonağı olacağı gözlənilir.
    02.11.09 Məqaləni oxumaq
     
    E.Nalbandyan Türkiyəni təhdid edir
    Əgər tərəflərdən biri razılaşmanın təsdiqlənməsinə mane olarsa bundan doğulacaq mənfi nəticələrin hamısını boynuna götürmək məcburiyyətində qalacaq. Bu bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. O, protokolların parlamentdə təsdiqlənməsinin əksini düşünmədiyini də söyləyib. Türkiyə ilə Ermənistan arasında müzakirələrin tamamlandığını söyləyən E.Nalbandyan bildirib ki, hər iki tərəf əlaqələrin qurulması və sərhəddin açılması üçün lazımı addımlar atmalıdır. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda sülhün təmin edilməsi üçün işləri davam etdirdiyini vurğulayan E.Nalbandyan burada müsbət bir irəliləyişin olduğunu qeyd edib. “Razılaşmanı sabah, bir ay sonra, ya da qısa müddət içində təmin etməmiz mümkün deyil”,-deyə o əlavə edib.
    02.11.09 Məqaləni oxumaq
     
    Azərbaycan və Ermənistan KİV nümayəndələri Moskvada görüşüblər
    Moskvada Azərbaycan və Ermənistan KİV nümayəndələri bir araya gəlib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə Rusiyanı beynəlxalq mədəni əməkdaşlıq üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdko, Azərbaycan tərəfini ölkənin Rusiyadakı səfiri Polad Bülbüloğlu və erməni tərəfini isə Ermənistanın Rusiaydakı səfiri Armen Smbatyan təmsil edib. Mətbu orqanlardan isə Rusiya tərəfdən “Komsomolğskaə pravda”, “Kommersant”, “Trud” qəzetlərinin, “Oqonek” jurnalının, “Russia Today” telekanalının əməkdaşları və İTAR TASS İnformasiya Agentliyinin direktor əvəzedicisi Mixail Qusman iştirak edib. Görüşdə ölkəmizi “Day.Az” İnformasiya Portalının direktoru İlqar Hüseynov, “1news” Agentliyinin rəhbəri Rəhman Hacıyev, “News.az” portalının başçısı Elnur Baimov və “Novaya vremya” qəzetinin baş redaktoru Şakir Qabiloğlu təmsil edib. Ermənistandan isə görüşə “Aravot” qəzetinin, “Armenpress” İnformasiya Agentliyinin, “Erkir” telekanalının rəhbərliyi qatılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində KİV-in rolu və mövqeyi haqqında müzakirələr aparılıb.
    30.10.09 Məqaləni oxumaq
     
    V Ümumrusiya Müsəlman Forumu fəaliyyətə başlayıb
    Bu gün “Müsəlman problemlərinin maarifləndirilməsi və Rusiyada tədrisi” V Ümumrusiya Müsəlman Forumu öz işinə başlayıb. Forumda müsəlman olan din xadimlərindən başqa ilahiyyatçı alimlər də iştirak edirlər. Mərasimə Rusiya Federasiyası prezidentinin Privoljsk federal ərazisindəki təmsilçisi Qriqoriy Rapota, Nijeqorodskoy əyalətinin qubernatoru Valeriy Şançev, Nijni Novqorod şəhərinin meri Vadim Bulavinov və başqaları dəvət edilib. Tədbir İmam Hənəfinin 1310 illiyinə, mufti Rza Fəxrəddinin 150 illiyinə, “Mahinur” İslam Mədrəsəsinin yaradılmasının 15 illiyinə və Milli birlik gününə həsr edilib. Proqram çərçivəsində “Müsəlman təhsil sisteminin modeli: Rusiya cəmiyyətində stabilliyi və inkişafı” elmi-praktik seminar və “Rusiyanın İslam kitabı” adlı satış sərgisi də keçiriləcək.
    29.10.09 Məqaləni oxumaq
     
    A.Merkel yenidən Almaniaynın kansleri seçildi
    Bu gün Bundestaq formal olaraq Anhela Merkeli Almaniya Federativ Respublikasının (AFR) kansleri seçib. KƏLAMİNFO xəbər verir ki, A.Merkel artıq ikinci dəfədir ki, seçkilərdə qələbə qazanır. Qeyd edək ki, kansler 2005-ci ildə ölkəsinin birinci xanımı seçilib. AFR-in prezidenti Merkeli və onun kabinetinin üzvlərini bu gün qəbul edəcək.
    29.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 139 140 141 142 143 144 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30