Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 138 139 140 141 142 143 144 » #
    Əmmar Əl Həkim İstanbulda Cəfərilərin lideri ilə görüşüb
    İordaniyanın paytaxtı Əmmandan İstanbula gələn İraq İslam Yüksək Şurasının rəhbəri Əmmar Əl Həkim Halkalıdakı Zeynəbiyə Məscidi və Mədəniyyət Mərkəzini ziyarət edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Zeynəbiyə Məscidi və Mədəniyyət Mərkəzindən veriblər. Türkiyə Cəfərilərinin lideri Səlahəttin Özgündüzlə mətbuatın iştirakı olmadan görüşən Əl Həkim, ardınca jurnalistlərə açıqlama verib. Türkiyəni ziyarət etdiyinə görə, məmnunluq hissi duyduğunu söyləyən Şura rəhbəri, atası və eyni zamanda İraq İslam Yüksək Şurasının sabiq rəhbəri Əbdüləziz Əl Həkimin vəfatından sonra Türkiyədə keçirilən baş sağlığı məclislərinə görə təşəkkür edib. Türkiyədə olduğu müddətdə prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğan və xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşü planlaşdırılan Əl Həkim iki ölkə arasındakı münasibətlərin çox qədim bağlara dayandığını söyləyib. ''İki ölkə arasındakı münasibətlər İslamdan doğur. İslam, barış və tolerant dindir. Türkiyənin demokratiya təcrübəsinə hörmət etdirik. Bu uca ölkə, bir yandan İslami kimliyini qoruyan, eyni zamanda demokratiyanı da ən yaxşı həyata keçirən ölkələrin başında yer almaqdadır.
    20.11.09 Məqaləni oxumaq
     
    Türkiyənin Ermənistana “gözəl” hədiyyəsi
    Türkiyədə ermənilərin qəzəbinə səbəb olan “Qarabağ Osmanlı arxivində” adlı kitab işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, kitab XVI-XVII əsrlərin sənədli materiallarına əsaslanır. Kitabda qeyd edilir ki, Qarabağ qədim türk xalqlarının yaşadığı, yerli əhalisi türk olan torpaqlardır, ermənilər bu əraziyə sonradan gəlmədirlər. Osmanlı arxivlərində bir dənə də olsun ermənilərin yerli xalq olması göstərilmir. Erməniləri qəzəbləndirən nəşrə erməni saytlarının birində münasibət də bildirilib: “Kitab erməni-türk tarixi komissiyasının yaradılması fonunda Türkiyənin Ermənistan hakimiyyəti üçün “gözəl” hədiyyəsidir”.
    19.11.09 Məqaləni oxumaq
     
    Baş konsul Türkiyənin Ermənistanla yaxınlaşmasından məmnundur
    Türkiyənin Ermənistan ilə yaxınlaşmasını müsbət qiymətləndiririk. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Rusiyanın İstanbuldakı Baş konsulu Aleksey Erxov Bursa valisi ilə görüşündə söyləyib. Qafqazdakı ölkələr arasında meydana gələn, xüsusilə Türkiyə ilə Ermənistan yaxınlaşmasından məmnun olduqlarını ifadə edən konsul bu yaxınlaşmanı çox müsbət qarşıladıqlarını söyləyib. “Biz qonşumuz Türkiyəyə hörmət edirik və təbii ki, onun xarici siyasəti bizi də maraqlandırır. Rus hökumətinin üzərində dayandığı mövzu Türkiyə ilə əlaqələrini geniş ölçülü olaraq daha üst səviyyələrə çıxarmaqdır”,-deyə Baş konsul əlavə edib.
    19.11.09 Məqaləni oxumaq
     
    Ermənistanda 15 nəfər donuz qripi virusuna yoluxub
    Bu günə qədər Ermənistanda 15 nəfər donuz qripi virusuna yoluxub. Bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, A/H1N1 virusuna yoluxan xəstələr Nork İnfeksyon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, xəstələrdən tam sağalan, yaxud onlardan ambulator müalicəyə buraxılanlar barədə məlumat verilməyib. Görünür, Ermənistan bu xəstəliklə mübarizədə çətinlik çəkir və onun qarşısının alınmasında acizdir.
    18.11.09 Məqaləni oxumaq
     
    Türkiyənin energetika naziri Azərbaycan qazının qiymətindən danışıb
    Azərbaycan və Türkiyə arasında təbii qazın mübadiləsi ilə bağlı danışıqlar davam edir. Bu barədə məlumatı Türkiyənin energetika naziri Taner Yıldız verib. “Azərbaycanla olan danışıqlar davam edir. Biz qazı dünya qiymətlərinə uyğun almaq qərarına gəlmişdik, amma azərbaycanlı qardaşlarımız Türkiyə üçün endirim edəcəyinə söz verib. Bizim Azərbaycanla “mavi yanacağ”ın alınması ilə bağlı 2001-ci ildən razılığımız var, hər kubmetrə 120 dollar, lakin qaz Türkiyəyə 2007-ci ilin iyulundan verilməyə başlanıb. Biz 10 aydır ki, Azərbaycandan ucuz qaz alırıq, indi isə dünya formuluna keçirik”,-deyən T.Yıldız Azərbaycanla olan danışıqların 95%-nə nail olunduğunu söyləyib.
    17.11.09 Məqaləni oxumaq
     
    Böyük Britaniyanın Ermənistandakı səfiri erməniləri qəzəbləndirib
    Böyük Britaniyanın Ermənistandakı səfiri Çarlz Lonsdeyl qondarma erməni soyqırımına açıq-aşkar etinasızlıq göstərib. Bu hərəkəti ilə o erməniləri qəzəbləndirib. Səfir vurğulayıb ki, o erməni qenosidini tanımır. Onun fikirincə, bu məsələdə türk tərəfi də, ermənilər də eyni dərəcədə günahkardırlar. Səfir Ç.Lonsdeyl Böyük Britaniyanın türk-erməni münasibətlərinin normallaşmasına dair rəsmi münasibətini də açıqlayıb.
    17.11.09 Məqaləni oxumaq
     
    İqor Muradyan: “Azərbaycan torpaqlarının zəbt edilməsinin arxasında dünya nəhəngləri durur”
    Son dövrlərdə Avropa ölkələrinin yerli ekspertləri Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı qaytaracağı barədə fikir söyləyirlər. Bu barədə açıqlama ilə erməni politoloq, analitik İqor Muradyan çıxış edib. Politoloqun fikrincə, Dağlıq Qarabağın status məsələsi dünyanın güclü mərkəzlərinin marağındadır. “Ermənilər kimdir ki, torpaqları tuta və yaxud qaytara”,-deyə İ.Muradyan bildirib. O, münaqişədə ermənilərin heç kim olduğunu və Azərbaycan torpaqlarının zəbt edilməsinin arxasında dünya nəhənglərinin durduğunu vurğulayıb.
    17.11.09 Məqaləni oxumaq
     
    İsveç: “Əgər Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirsə, erməni soyqrımını tanımalıdır”
    Əgər Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirsə, erməni soyqrımını tanımalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı İsveçin sosial-demokrat partiayasının baş katibi bildirib. İsveçin sosial-demokrat partiyası illik iclasında erməni qenosidinin tanınması haqqında sənəd qəbul edib. Sənəddə göstərilir ki, I Dünya müharibəsi və Osmanlı imperiyası dövründə ermənilərlə yanaşı, assuriyalılar da qenosidə uğrayıb. Qeyd edək ki, soyqrım məsələsinin İsveç parlamentində də müzakirə olunması istisna olunmur.
    13.11.09 Məqaləni oxumaq
     
    Türkiyə Ermənistanla sərhəddə 11 gözətçi məntəqəsi yaradacaq
    Türkiyə sərhədlərini möhkəmləndirir. KƏLAMİNFO xəbər verir ki, PKK silahlı qruplarına qarşı mübarizə ilə əlaqədar Türkiyə Ermənistanla sərhəddinə 11, İran-İraq sərhəddinə 17 və Suriya sərhəddinə 18 gözətçi keçid məntəqəsi yaratmağı planlaşdırır. Bu haqda məlumatı parlamentdə 2010-cu ilin hərbi büdcəsini təqdim edən Türkiyənin müdafiə naziri Veçdi Gönül verib. O bildirib ki, 11 məntəqənin tikilməsinə hazırlıq işləri görülür və bunların 7-si yeraltı olacaq. Bütün gözətçi məntəqələrinin gələn ilin sonuna kimi hazır olacağı bildirilib. Nazir qeyd edib ki, Türkiyə üçün ən böyük təhlükə PKK terorçularından gələn terror hadisələridir. Qeyd edək ki, Türkiyənin 2010-cu il hərbi büdcəsi 15 mlrd. 118 mln. türk lirəsi təşkil edir.
    11.11.09 Məqaləni oxumaq
     
    İrandan Ermənistana qaz nəqli dayandırılıb
    Bu gün səhər İrandan Ermənistana ötürülən təbii qazın nəqli dayandırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı İran şirkətinin təmsilçisi Vəliəllə Dini verib. Təbii qazın nəqlinin dayandırılmasını Ermənistan tərəf istəyib. Qonşu ölkə bunu texniki çətinliklərin olması ilə əlaqələndirib. Şirkətin təmsilçisi bildirib ki, baş verən çatışmamazlıq aradan qaldırılandan sonra İran yenidən qaz nəqlinə davam edəcək. Qeyd edək ki, bu ilin yazından İslam Respublikasından Ermənistana hər gün 2 mln. kubmetr həcmində qaz verilir. Qazın həcminin 10 mln. kubmetrə çatdırılacağı gözlənilir.
    11.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 138 139 140 141 142 143 144 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30