Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 136 137 138 139 140 141 142 143 144 » #
    İslam avtomobili yaradılacaq
    Türkiyə və İran birgə İslam avtomobili yaradacaqlar. KƏLAMİNFO-nun “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, avtomobilin hazırlanmasına görə İran və Türkiyə nazirləri görüşəcəklər. İranın sənaye və mədən naziri Əli Əkbər Mehrabian və Türkiyənin sənaye və ticarət naziri Nihat Ergünün bu gün masaya oturaraq işi son mərhələyə gətirmələri gözlənilir. Qəzetin məlumatına görə, razılaşmaya əsasən istehsal Türkiyədə həyata keçiriləcək. İllərdir gündəmdə olan və bir çox İslam ölkəsinin daxil olacağı ifadə edilən ortaq avtomobil layihəsinin baş tutması üçün bütün tədbirlər görülür. "Güclərimizi birləşdirsək, dünyanın ən yaxşı nəqliyyat vasitəsini yarada bilərik. Məqsədimiz, insanların İslami qürurlarını qabartmaqdır", - deyə İranlı nazir vurğulayıb. Onun sözlərinə görə, avtomobilin hazırlanması layihəsi gələn ilə qədər tamamlanacaq. Qeyd edək ki, hazırda Samand markası ilə istehsal edilən avtomobillər Türkiyədə də satılır. Samandın Türkiyə distributoru olan MYS Otomotivin baş direktoru Yiğit Seskır uzun müddətdir belə layihə üzərində çalışdıqlarını və avtomobili Türkiyədə istehsal edəcəklərini söyləyib.
    07.01.10 Məqaləni oxumaq
     
    Türkiyə perspektivdəki siyasətində diplomatik gücdən istifadə edəcək
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu xaricdə və ölkədəki 200-dən artıq diplomatı bir araya toplayıb. KƏLAMİNFO xəbər verir ki, beş günlük toplantıda Türkiyə hökumətinin xarici siyasəti müəyyənləşdiriləcək. Konfransda çıxış edən Ə.Davudoğlu Türkiyənin hərbi deyil, diplomatik gücdən istifadə etməsinin zəruri olduğunu diqqətə çatdırıb. “Ətrafımızdakı hər təhlükəsizlik riskini yalnız güclü ordumuzla deyil, diplomatik qabiliyyətimiz, yumşaq və sərt gücümüzlə istifadə etməliyik”, - deyən Ə.Davudoğlu perspektivdəki xarici siyasətlərini açıqlayıb. Qeyd edək ki, beş gün davam edəcək konfransın ardından Ə.Davutoğlu səfirlərlə birlikdə Mardin, Rizə, Muğla və Ədirnə şəhərlərinə gedəcək.
    06.01.10 Məqaləni oxumaq
     
    İngilis vandallar məscidi yandırdılar
    İngiltərədə vandallar məscidi yandırıblar. KƏLAMİNFO xəbər verir ki, Qərbi Midlands bölgəsindəki Plant küçəsində yerləşən İslam Mərkəzinin bir hissəsi olan "Cradley Heath" adlı məscid hücuma məruz qalıb. Gecə naməlum şəxslər tərəfindən yandırılan ibadət ocağı tamamilə yararsız hala düşüb. Hadisə ilə bağlı İngiltərə polisi araşdırmaya başlayıb. Xatırladaq ki, 400 nəfərin namaz qıldığı məscid 5 il əvvəl də hücuma məruz qalmışdı.
    30.12.09 Məqaləni oxumaq
     
    Barak Obama Pentaqona 626 mlrd. dollar ayırdı
    ABŞ prezidenti Barak Obama 2010-cu il üçün ölkəsinin hərbi büdcəsini təsdiqləyib. KƏLAMİNFO xəbər verir ki, B.Obama dövlət büdcəsindən İraq və Əfqanistanda hərbi əməliyyatların davam etdirilməsi də daxil olmaqla Pentaqona 626 mlrd. dollar vəsait ayrılmasını təsdiqləyib. Qeyd edək ki, prezident seçkisi öncəsi, təbliğat-təşviqat kampaniyası dövründə Barak Obama prezident seçiləcəyi təqdirdə hərbi büdcənin həcmini azaldacağını bildirmişdi.
    23.12.09 Məqaləni oxumaq
     
    Pan Ki Mun Beynəlxalq Miqrantlar Günü münasibətilə müraciət ünvanlayıb
    BMT-nin Baş katibi Pan Ki Munun Beynəlxalq Miqrantlar Günü münasibəti ilə dünya əhalisinə müraciəti olub. Müraciət Beynəlxalq Miqrantlar Gününün onuncu ildönümü ilə əlaqədar ünvanlanıb. Baş katib müraciətində cari ilin qiymətləndirilməsinə görə təxminən 200 milyon insan və yaxud dünya əhalisinin 3 faizinin anadan olduğu ölkənin hüdudlarından kənarda yaşadığını vurğulayıb. “Miqrasiya – miqrantların özləri, eləcə də mənşə və qəbul edən ölkələrin cəmiyyətləri üçün müsbət və imkanlar yaradan təcrübə ola bilər. Amma bir çox miqrantlar üçün reallıq ayrı-seçkilik, istismar və təhqirdir. Onlar tez-tez nifrət dolu nitqin, təcavüzün və zorakılığın hədəfi olurlar. Miqrantlar haqsız olaraq cinayət və iqtisadi çətinliklərin səbəbi kimi günahlandırlır və geniş yayılmış ayrı-seçkiliyə məruz qalırlar”. Qlobal iqtisadi və maliyyə böhranının miqrantları daha da zəiflətdiyini söyləyən Pan Ki Mun bir çox ölkələrin miqrasiyaya dair məhdudiyyətləri gücləndirdiyini və tənzimlənməyən miqrasiya ilə mübarizə aparmaq üçün daha möhkəm tədbirlər qəbul etdiyini qeyd edib. O, belə tədbirlərin istismar və təhqir riskini qaldıra biləcəyini, həmçinin anti-immiqrant və ksenofobiya xarakterli fikirlərin yaranmasında qismən miqrantların günahı olması təəsüratını da gücləndirə bildiyini söyləyib.
    17.12.09 Məqaləni oxumaq
     
    Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edir
    ABŞ Konqresi yeni qanun layihəsi qəbul edib. KƏLAMİNFO xəbər verir ki, layihədə İrandan benzinin idxalı və ixracına məhdudiyyət qoyulması öz əksini tapıb. Yeni qanun İranın energetika sektoruna 20 mln dollardan çox investisiya yatıran kampaniyalara qarşı yönəlib. Qeyd edək ki, qanun layihəsinin məqsədi Tehranı özünün nüvə proqramından imtina etməyə məcbur etməkdən ibarətdir.
    17.12.09 Məqaləni oxumaq
     
    Bolqarıstan türk dilinin qadağası ilə bağlı referendum keçirəcək
    Bolqarıstanın dövlət telekanalında türk dilində yayımlanan verilişlərin qadağan edilməsinə dair referendum keçilə bilər. KƏLAMİNFO xəbər verir ki, referendum məsələsini ATAKA Partiyasının lideri Volen Siderov baş nazir Boyko Borisov müzakirə edib. Rəsmilərin görüşündən sonra keçirilən mətbuat konfransında baş nazir sədri olduğu GERB Partiyasının ATAKA Partiyası tərəfindən türk dilində xəbər proqramının dövlət televiziyasında yayımının dayandırılmasını nəzərdə tutan referendumun keçirilməsi barədə təklifini parlamentdə dəstəkləyəcəyini bildirib. Boyko Borisov qeyd edib ki, referendum nəticəsində xalqın dövlət televiziyasında türk dilində xəbərə qulaq asıb-asmamaq istəməsi məlum olacaq.
    16.12.09 Məqaləni oxumaq
     
    ABŞ Əfqanıstana 16 min əsgər göndərdi
    ABŞ Əfqanistana 16 min əsgər göndərdi. KƏLAMİNFO xəbər verir ki, ABŞ hərbi birləşmələrinin Əfqanıstandakı rəhbəri, admiral Maykl Müllin bildirib ki, prezident Barak Obama Yeni Əfqanistan strategiyasını açıqladıqdan dərhal sonra 16 min amerikan asgərinin sözügedən ölkəyə göndərilməsi qərara alınıb. Admiralın sözlərinə görə, ABŞ Əfqanıstana ilk olaraq Hərbi Dəniz Donanmasının əsgərlərini göndərəcək və bu da öz növbəsində NATO hərbi qüvvələrinin ölkədə güclənməsinə kömək edəcək.
    12.12.09 Məqaləni oxumaq
     
    Türkiyədə kömür mədənində baş verən partlayış nəticəsində 19 nəfər ölüb
    Türkiyənin Bursa vilayətinin Mustafakamalpaşa rayonunun Dəvəçi kəndi yaxınlığındakı kömür mədənində partlayış baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verr ki, dünən yerl vaxtla axşam saat 19.30-da 250-300 m dərinlikdə baş verən şiddətli partlayış nəticəsində 19 nəfər həlak olub. Partlayışdan sonra mədəndə yanğın başlayıb. İndiyədək mədəndən 4 fəhlə sağ çıxarılıb. Ölənlərdən 6-nın meyitini çıxarmaq mümkün olub. Olay yerində axtarış-xilasetmə işləri davam edir. Qeyd edək ki, mədəndə 32 nəfərin çalışdığı bildirilir.
    11.12.09 Məqaləni oxumaq
     
    BMT İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirdi
    Bu gün BMT “Ambassador” mehmanaxasında İnsan Hüquqları Gününə həsr olunan tədbir keçirdi. KƏLAMİNFO xəbər verir ki, konfransı BMT-nin İctimai İnformasiya Departamentinin nümayəndəsi Envera Selimoviç açdı. O, tədbir və ölkələrdə olan ayrı-seçkiliklər haqqında danışdı. Sonra BMT-nin Baş Katibi Pan Ki Mun-un İnsan hüquqları Günü ilə bağlı video müraciəti verildi. Konfransda İnsan Hüquqları üzrə Ali Komissarlığın Cənubi Qafqaz Ofisinin İnsan Hüquqları üzrə Baş müşaviri Vladlen Stefanov, BMT Əhali Fondunun Baş müşaviri Fərid Babayev və digər rəsmilər mövzu ilə bağlı çıxış etdilər. Bundan başqa mərasimdə İnsan Hüquqları üzrə Ali komissarın gün münasibəti ilə video müraciəti və qısametrajlı bir neçə video da nümayiş etdirildi. Tədbirdə həmçinin dini, irqi ayrı-seçkilik, qadın, uşaq zorakılğı ilə bağlı məsələlər müzakirə edildi.
    11.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 136 137 138 139 140 141 142 143 144 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30