Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rusiya müxalifəti yerli seçkilərdən narazı qalıb
    Rusiya müxalifəti yerlərdə keçirilən seçkilərdə kütləvi zorakılıq və qanun pozuntuları olduğunu bəyan edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, oktyabrın 14-də açıqlanan ilkin nəticələrə görə, prezident Putinin “Vahid Rusiya” Partiyası 83 regionun 77-də qalib gəlib. Müxalifət hakimiyyəti namizədlərin xeyrinə kampaniya təşkil etməkdə günahlandırıb. Baş nazir Dmitri Medvedyev bu ittihamları rədd edib. Onun sözlərinə görə, “ciddi qanun pozuntusu” barədə məlumatsızdır.
    15.10.12 Məqaləni oxumaq
     
    Filippin hökuməti ölkənin ən böyük müsəlman üsyançı qrupu ilə sülh sazişi imzalayıb
    Filippin hökuməti və ölkənin ən böyük müsəlman üsyançı qrupu 43 illik üsyanı bitirmək üçün sülh sazişi imzalayıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu gün imzalanan sazişə görə 2016-cı ilə qədər ölkənin cənubunda yerləşən Mindanaoda yeni Banqsamoqo adlanan muxtar vilayət yaradılacaq. Sazişdə Keçid Komissiyasının 15 üzvünün yeni müsəlman administrasiyası üçün qanun layihəsi üzərində işləməsi də razılaşdırılıb.
    15.10.12 Məqaləni oxumaq
     
    Saakaşvili hökumətin istefasını qəbul edib
    Gürcüstan prezidenti Mixail Saakaşvili hökumətin istefasını qəbul edib.

    “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, prezident sərəncamına görə, yeni icra hakimiyyəti orqanları formalaşana qədər köhnə hökumət iş başında olacaq. Gürcüstan hökumətinin yeni tərkibinin parlamentdə oktyabrın 20-21-də təsdiqlənəcəyi gözlənir.
    12.10.12 Məqaləni oxumaq
     
    Uqo Çaves: “Razılaşmadıqda bombalarmı yağdırılmalıdır?”
    ABŞ-ın Kuba, İran və Suriya siyasətinin daimi tənqidçisi olan Venesuelanın dövlət başçısı Uqo Çaves sosialist siyasətini davam etdirəcəyinə vəd verib. O, səslərin ölkənin siyasi kursunun davamı üçün verildiyini deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Çaves 54 faiz səsi sosialist siyasətinin davam etdirilməsinə mandat adlandırıb. Çaves müxalifətlə dialoqa hazır olduğunu, lakin öz prinsiplərindən dönməyəcəyini vurğulayıb.
    O, Qərbin yeni imperializm erasından müdafiə məqsədi ilə Suriyaya dəstək veriləcəyini bildirib. Çaves Suriyanın ABŞ, Venesuela, Liviya kimi suveren bir dövlət olduğunu deyib. “Razılaşmadıqda bombalarmı yağdırılmalıdır? Bu, düzgün deyil” - deyə o, sözünə davam edib.
    11.10.12 Məqaləni oxumaq
     
    Suriya müxalifəti Maaret al-Numan şəhərinə hücuma keçib
    Suriyada silahlı müxalifət Maaret al-Numan şəhərinə hücuma keçib. Bu şəhər Dəməşqdən Hələbə gedən əsas yolun üstündə yerləşir. Bu şəhər ətrafında artıq iki gündür döyüşlər gedir. Hər iki tərəf artilleriya zərbələrindən istifadə edir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu arada hökumət qoşunları üsyançıların Homs şəhərindəki mövqelərinə zərbələr endirir. Bir gün əvvəl Dəməşq ətrafında xüsusi təhlükəsizlik idarəsinin binası qarşısında partlayış olub. Onlarla adam ölüb.
    10.10.12 Məqaləni oxumaq
     
    Nejdet Özel: “Suriya tərəfdən açılan zərbələrə layiqli cavab verilir”
    “Suriya tərəfdən açılan zərbələrə layiqli cavab verilir”. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi Nejdet Özel bildirib. O, Suriya ilə sərhəd bölgələrə baş çəkib və Akçakale yaşayış məntəqəsində əhali ilə görüşündə deyib ki, “atəş açmağa davam etsələr, onlara daha şiddətli cavab verəcəyik”. Nejdet Özel sərhəd xəttində hərbçilərdən hazırkı vəziyyət haqqında məlumat alıb.
    10.10.12 Məqaləni oxumaq
     
    Romni Obamanı üstələyib
    Respublikaçılar partiyasının prezident seçkilərində namizədi Mitt Romni populyarlığına görə hazırkı prezident Barak Obamanı üstələyib.

    “KƏLAMİNFO” xəbər verir ki, “Röyters” bildirib ki, bu, «Pew Research»in keçirdiyi sorğunun nəticələrində əks olunub. Seçkilərdə iştirak etmək istəyən respondentlərin 49 faizi Romniyə, 45 faizi isə Obamaya səs vermək istədiklərini bildiriblər. Analitiklər Romninin populyarlığının səbəbini onun oktyabrın 3-də etdiyi çıxışı ilə əlaqələndirirlər.
    Oktyabrın 11-də hazırkı viste-prezident Co Bayden və respublikaçı Pol Rayan debata çıxacaq. Obama və Romni isə oktyabrın 22-26-da keçiriləcək debatlarda iştirak edəcəklər.
    10.10.12 Məqaləni oxumaq
     
    Putinin 60 illiyinə hədiyyə
    Almaniya və Rusiya “Şimal axını” qaz ixracı layihəsində ikinci kəməri işə salıblar. 8,3 milyard dollar qiyməti olan kəmər Rusiya qazını Baltik dənizinin dibi ilə birbaşa Almaniyaya ötürməyə başlayıb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, birinci kəmər keçən noyabrda işə düşmüşdü.
    Rusiya prezidenti Putin açılış mərasiminə video ilə qatılıb. O deyib ki, Rusiya qazı birbaşa və ən qısa yolla Avropaya ötürülür.
    “Qazrom” sədri Aleksandr Miller isə deyib ki, bu kəmərin indi açılması Putinin 60 illiyinə hədiyyədir.
    09.10.12 Məqaləni oxumaq
     
    Türkiyədə Nazarbayevin adına küçə veriblər
    Türkiyənin mərkəzi hissəsində yerləşən Kırşehir şəhərinin hakimiyyət orqanları mərkəzi küçələrdən birinə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını veriblər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu ölkənin «Xabar» agentliyi məlumat yayıb. Yeni küçənin verilməsi ilə bağlı tədbir Nazarbayevin Türkiyəyə səfəri ərəfəsində baş tutub. Tədbirdə şəhərin meri Yaşar Baxcedci və əyalətin qubernatoru Özdemir Kaçadcıq iştirak edib. Onlar bildiriblər ki, qazax liderin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində böyük oldu olub. «Qazaxıstan prezidenti həqiqətən də türk dünyasının ağsaqqalı hesab edilir və hamı tərəfindən tanınır. Onun sayəsində ölkə böyük nailiyyətlər əldə edib. Ölkənin çiçəklənməsinin, sülh və sabitliyin simvolu olub» - deyə Özdemir Kaçadcıq bildirib. Qeyd edək ki, qazax prezidentin səfəri oktyabrın 11-nə nəzərdə tutulub. Az əvvəl Nevşehir şəhərinin hakimiyyət orqanları da Nazarbayevin adına küçə veriblər. Bir il əvvəl isə Ankarada ona heykəl də qoyulub.
    09.10.12 Məqaləni oxumaq
     
    Beynəlxalq Böhran Qrupu: Əfqanıstan 2014-cü ildə keçid prosesinə hələ tam hazır deyil
    Beynəlxalq Böhran Qrupu Əfqanıstan hökumətinin 2014-cü ildə ABŞ və NATO qüvvələrinin ölkəni tərk etməsindən sonra təhlükəsizliyə görə nəzarəti öz üzərinə almağa hazır olmadığını bildirib. Təşkilat bildirir ki, ölkədə seçkilərin növbəti raundu da saxtalaşdırılsa, Kabil hökuməti süquta uğraya bilər. 2009 və 2010-cu illərdə Əfqanıstanda prezident və parlament seçkilərində səsvermə qarışıq bir şəraitdə keçib.
    “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki,  Beynəlxalq Böhran Qrupunun bu gün açıqladığı hesabatda Əfqanıstanda hazırkı şəraitdə şəffaf seçkilərin keçirilməsi və hakimiyyətin problemsiz təhvil verilməsi perspektivlərinin sönük göründüyünü bildirir. Qrup eyni zamanda, 2014-cü ildə xarici silahlı qüvvələrin ölkədən çıxarılması yaxınlaşdıqca Əfqanıstanda siyasi birlik və xarici investisiya səviyyəsinin də azalacağını gözləyir. Qərargahı Brüsseldə yerləşən təşkilat beynəlxalq ictimaiyyətə Əfqanıstanda 2014-cü ildə prezident seçki kampaniyası dövrü təhlükəsizliyin təmin edilməsi məqsədilə gözlənilməz hallar üçün plan hazırlamasını tövsiyə edib. Qrup, həmçinin Əfqanıstanın seçki rəsmilərini və qanunvericiləri şəffaf seçki keçirməyə və seçki prosesi ilə bağlı məsələləri səsverməyə qədər həll etməyə çağırıb.
    09.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30