Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 134 135 136 137 138 139 140 141 142 » #
    Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi İsveçrəyə şikayətə gedir
    Sabah Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Feridun Sinirlioğlu İsveçrəyə gedəcək. KƏLAMİNFO xəbər verir ki, F.Sinirlioğlu Berndə isveçrəli həmkarı Michael Ambuhl ilə görüşəcək. Görüşdə Ermənistanın Konstitusiya Məhkəməsinin protokollara qeyri-qanuni olaraq məlum düzəlişi müzakirə olunacaq. Məlumatda o da bildirilib ki, Yerevan protokollara sadiq qalmayacağı təqdirdə Türkiyə tərəfinin onu ratifikasiya etmə imkanı qalmayacaq.
    04.02.10 Məqaləni oxumaq
     
    Ermənistanın partiya lideri: “Türkiyə Ermənistana 100 mlrd. dollar təzminat ödəməlidir”
    Ermənistan martın 1-nə qədər protokolların təsdiqlənməsi üçün Türkiyəyə təzyiq etməlidir. KƏLAMİNFO xəbər verir ki, bu bəyanatla Ermənistanın Konstitusiya Hüququ Birliyi Partiyasının lideri Hayka Babukyan söyləyib. O qeyd edib ki, əgər Türkiyə həmin tarixə qədər protokolları ratifikasiya etməsə Ermənistan onun qarşısına ön şərt qoymalıdır. H.Babukyan Türkiyəni “Erməni soyqırımı”nı tanımağa, Ermənistana 100 mlrd. dollar məbləğində təzminat ödəməyə və “erməni torpaqları”nı geri qaytarmayğa çağırıb. Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması ilə bağlı məlum protokolların imzalanması müxtəlif ölkələr, o cümlədən Azərbaycan tərəfindən də birmənalı qarşılanmadı. Əksər ekspertlər sözügedən protokolların gələcəkdə Türkiyə üçün böyük problemə çevriləcəyini söyləyiblər.
    02.02.10 Məqaləni oxumaq
     
    Yaxın 40 ildə Rusiya əhalisinin 50%-ni müsəlmanlar təşkil edəcək
    Qonşu Rusiyanı ciddi kollaps gözləyir. Ölkədə müsəlmanları sayı yerli əhalini üstələyir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə The Washington Times qəzetinin bugünkü sayında bildirilib. Vaşinqtondakı American Foreign Policy Council Araşdırmalar Mərkəzinin vitse-prezidenti Aylan Barmenə görə, qüdrətli SSRİ-nin varisi olan Rusiya ölümcül demoqrafik və sosial-iqtisadi girdaba batıb. XXI əsrin ortalarına qədər Rusiyanın əhalsi 100 milyona qədər azalacaq. 2080-ci ildə isə ruslar cəmi 50 milyon olacaq. Ölkədə əhali artımı üçün doğuş səviyyəsi 2,1% olmalıdır, 2006-cı ildə isə bu rəqəm 1,4% təşkil edib. Demoqrafik vəziyyət iki güclü faktora görə daha da dərinləşir - rusiyalı müsəlmanlar arasında doğuş səviyyəsi artır və Çinlə strateji disbalans güclənir.
    02.02.10 Məqaləni oxumaq
     
    Ermənistanda qazın qiyməti qalxır
    Ermənistanda qaz paylama sisteminə nəzarət edən ArmRosGazprom şirkəti əhaliyə verilən qazın qiymətinin artırılması üçün müraciət edib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, şirkətin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına göndərdiyi müraciətdə qazın qiymətinin aprelin 1-dən 40%-ə yaxın qaldırılması xahiş edilib.
    Apreldən elektrik enerjisinin qiymətlərinin də artırılacağı barədə xəbərlər yayılsa da Ermənistan Elektrik Şəbəkəsinin mətbuat xidməti məlumatı təkzib edib. Şəbəkədən Ermənistanın İctimai radiosuna deyiblər ki, onlar qiymət artımı üçün müraciət göndərməyiblər.
    30.01.10 Məqaləni oxumaq
     
    Gürcüstanda NATO bazası yaradıla bilər
    Gürcüstan prezidenti Mixeil Saakaşvili ölkə ərazisində NATO bazasının yaradılması barədə Şimali Atlantika blokuna təklif ünvanlayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, M.Saakaşvili Əfqanıstanda Taliban hərəkatına qarşı mübarizədə Gürcüstan ərazisindən NATO-nun istifadəsinə razılıq verib.
    M.Saakaşvili ölkəsinin dəniz limanlarını da Şimali Atlantika bloku hərbi gəmilərinin istifadəsinə verməyə hazır olduğunu bildirib. NATO hərbi-nəqliyyat təyyarələri də Gürcüstanda hərbi-texniki yoxlamadan keçə və yanacaq doldura bilərlər. Pentaqonda bildriblər ki, prezident M.Saakaşvilinin təklifi barədə məlumatlıdırlar, lakin bu təklif hələlik ətraflı öyrənilməyib.
    29.01.10 Məqaləni oxumaq
     
    İranda xərçəng xəstəliyi ilə mübarizədə yeni dərman hazırlanıb
    İran İslam Respublikasında xərçəng xəstəliyi ilə mübarizədə yeni dərman hazırlanıb. KƏLAMİNFO xəbər verir ki, İran alimləri bitki ekstraktlarından istifadə etməklə xərçəng xəstəliyi ilə mübarizə aparmaq üçün lazımı maddəni - qamma-interferon hazırlamağa nail olublar. İran Pedoqoji Universitetinin Texnika fakültəsinin rəhbəri İsmayıl Saeyi bildirib ki, onlar immun hüceyrələrini interferon hasil etməyə və reseptorları aktivləşdirməyə vadar edən bitki ekstraktlarını aşkarlayıblar. Onun sözlərinə görə, xərçəng diaqnozlu pasientlərə tərkibində bir milliqram qamma-interferon olan iynə apmulaları paylanılır.
    29.01.10 Məqaləni oxumaq
     
    Ermənistanın müdafiə naziri rüşvətdə ittiham olunub
    Ermənistanın müdafiə naziri Seyran Ohanyan rüşvət almaqda ittiham olunub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, “Aykakan jamanax” qəzeti Ohanyanın İrəvanın mərkəzində bütöv bir binanı satın alması, onun aylıq gəlirinin bir neçə milyon dolları aşmasına dair məlumat yayıb. Bu gün Ermənistanın Müdafiə Nazirliyi məsələ ilə bağlı təkzib verib. Təkzibdə Müdafiə Nazirliyi bu xəbərin yalan olduğunu bəyan edib. “S.Ohanyanın fəaliyyəti həmişə şəffaf və cəmiyyət üçün açıq olub”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilib. Müdafiə Nazirliyi hesab edir ki, bu xəbərin müəllifləri müdafiə nazirinin şəxsən nəzarətə götürdüyü tender prosesində maraqları pozulmuş təşkilatlar və şəxslər arasındadır.
    28.01.10 Məqaləni oxumaq
     
    ABŞ-da Türkiyə torpaqlarının bir qismi “tarixi Ermənistan” adı altında göstərilib
    ABŞ Univerisitetlərinin birində keçirilən konfransda Türkiyə torpaqlarının bir qismi “tarixi Ermənistan” başlığı ilə xəritədə göstərilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfrans Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların univerisitetin hüquq fakultəsinin tələbələri ilə müzakirə etmək üçün təşkil edilib. Konfransda univeristetdə təhsil alan türk, erməni və digər ölkənin tələbə və müəllim heyyəti iştirak edib. Konfransda təqdim olunan xəritədə Türkiyə ərazisinin bir qisminin “tarixi ermənistan” adı altında təqdim olunması türkiyəli tələbələrin qəzəbinə səbəb olub. Univerisitetin hüquq fakultəsinin müəllimi Sean Murphy xəritənin Google-dan götürüldüyünü bildirib. Müəllimin sözlərinə görə, xəritəni konfransa gətirməyimizin məqsədi tədbirdə iştirak edən digər tələbələrin Türkiyə və Ermənistan dövlətlərinin ərazilərini və onların qonşu dövlət olmasını xəritədə daha aydın göstərmək olub. Qeyd edək ki, xəritədə Gürcüstan, Azərbaycan, İran və İraqın bəzi hissələri də xəritədə Ermənistan adı altında göstərilib.
    27.01.10 Məqaləni oxumaq
     
    D.Medvedyev Qafqazda ictimai və iqtisadi göstəricilərin Rusiyanın orta rəqəmlərinə çatmasını zəruri sayır
    Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev Soçidə jurnalistlərin suallarını cavablandırıb. KƏLAMİNFO xəbər verir ki, ABŞ-Rusiya münasibətləri və iki ölkə arasında aparılan danışıqları xatırladan D.Medvedyev son zamanlar Cənubi Qafqazda vəziyyətin normallaşması ilə bağlı görüşlər və tənzimləmələr məsələsinə toxunub. Qafqazda ictimai və iqtisadi göstəricilərin heç olmasa Rusiyanın orta rəqəmlərinə çatmasının zəruri olduğunu söyləyən D.Medvedyev bildirib ki, ilk nəticələr bu il özünü biruzə verəcək və bunu ictimaiyyət də görəcək.
    26.01.10 Məqaləni oxumaq
     
    Piter Semnebi Ermənistanda səfərdədir
    Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Ermənistanda səfərdədir. KƏLAMİNFO xəbər verir ki, P.Semnebi artıq Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyanla görüşüb. Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Bundan başqa, görüşdə Ermənistanda demokratiya ilə bağlı problemlər ətafında fikir mübadiləsi aparılıb. Xüsusi diqqət siyasi məhbus probleminə yönəldilib. P.Semnebi Ermənistan parlamentinin spikeri Ovik Abramyanla da görüşüb. Görüşdə əsas müzakirə obyekti Türkiyə-Ermənistan məsələsi olub. Spiker bildirib ki, əgər Türkiyə münasibətlərin normallaşdırılması prosesini dayandırsa, Ermənistanda da adekvat addımlar atacaq.
    23.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 134 135 136 137 138 139 140 141 142 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30