Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 132 133 134 135 136 137 138 139 140 » #
    Rusiyada növbəti partlayışın qarşısı alınıb
    Rusiyanın paytaxtı Moskvada çantalarından iri partlayıcı kompanentlər aşkarlanan üç Kurqan əyaləti sakini saxlanılıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir nəfər kişinin milisə müraciəti əsasında gecə saatlarında içərisində partlayıcı kompanentlər olan iki çanta aşkarlayıblar. Milis əməkdaşları dərhal hadisə yerinə gəlib və yaxınlıqdakı avtomobildə oturan üç nəfəri də saxlayıb. İri çantaların içərisindən benzinlə doldurulmuş iki butulka, onun qapaq hissəsinə bərkidilmiş aerozol balonları, habelə partlayıcı maddə olan karobkalar aşkarlanıb. Fakt ilə əlaqədar cnayət işi açılıb.
    01.04.10 Məqaləni oxumaq
     
    Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedəcək
    Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. KƏLAMİNFO Sky Türk telekanalına istinadən xəbər verir ki, R.T.Ərdoğan ABŞ-da 12-13 aprel tarixlərində keçiriləcək "Nüvə sammiti"nə qatılacaq. Türkiyənin ABŞ-dan geri çağrılan səfiri Namiq Tan isə Birləşmiş Ştatlara R.T.Ərdoğandan bir gün əvvəl yola düşəcək. Qeyd edək ki, Türkiyə qondarma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınmasına sərt reaksiya verərək bu ölkədəki səfiri Namiq Tanı Türkiyəyə çağırmış, ardından isə Baş nazir Amerikaya səfərini ləğv etdiyini söyləmişdi.
    31.03.10 Məqaləni oxumaq
     
    BMT Baş katibinin Orta Asiya ölkələrinə səfəri başlayır
    Sabah BMT-nin Baş katibi Pan Gi Mun Orta Asiya ölkələrinə səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, səfər Türkmənistandan başlayacaq. Pan Gi Mun Aşqabadda Türkmənistan hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq, eləcə də BMT-nin preventiv demokratiya üzrə Regional Mərkəzinə baş çəkəcək. Türkmənistandan sonra BMT Baş katibinin Qırğızıstan, Özbəkistan, Tacikistan və Qazaxıstana səfər edəcəyi gözlənilir.
    31.03.10 Məqaləni oxumaq
     
    Rusiya dünyaya nüvə enerjisi ixrac edəcək
    Rusiya və Beynəlxalq Atom Enerjisi Agentliyi Sibirdə uranı zənginləşdirmək – nüvə yanacağı istehsal etmək üçün yeni mərkəz qurulması ilə bağlı Saziş imzalayıblar. KƏLAMİNFO xəbər verir ki, Sazişi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin derektoru Yukiya Amano və Rosatom Dövlət Agentliyinin rəhbəri Sergey Kiriyenko imzalayıb. Sazişə görə, Anqarskda qurulacaq mərkəzdə istehsal edilən yanacaq nüvə enerjisindən dinc məqsədlər üçün istifadə edən və özü uran zənginləşdirməyən ölkələrə satılacaq. Mərkəzdə 120 tona qədər nüvə yanacağı istehsal ediləcək.
    30.03.10 Məqaləni oxumaq
     
    Moskva metro stansiyasında bir-birinin ardınca iki partlayış baş verib
    Bu gün səhər Moskva Metropolitenin "Lubyanka" stansiyasında partlayış baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 26-dan artıq insan həlak olub. Onlardan bir qisminin qatarda, digərləri isə platformada öldüyü bildirilir. Partlayışın qatarın 3-cü vaqonunda baş verdiyi bildirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə isə, müəyyən olunmayan partlayıcı qurğu saat 07:50 radələrində stansiyanın platformasında işə düşüb. Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedisilər fəaliyyət göstərir. İnsident yerinə onlarla təsili tibbi yardım maşını cəlb olunub. Metropolitenin mətbuat xidmətinin rəhbərinin müavini Pavel Suxarnikovun sözlərinə görə, “Lubyanka” stansiyası hazırda çıxış və giriş üçün bağlıdır. “Lubyanka” stansiyasında baş verən partlayışdan 30 dəqiqə sonra Moskva metrosunda ikinci partlayış baş verib. Partlayış "Park kulturı" stansiyasında olan qatarın ikinci vaqonunda qeydə alınıb. Qeyd edək ki, partlayışlar nəticəsində 46 nəfərin həlak olduğu bildirilir. Xatırladaq ki, partlayışların terrorçu-komikadze tərəfindən törədildiyi ehtimal olunur.
    30.03.10 Məqaləni oxumaq
     
    Rusiya yay-qış vaxtına keçid qaydalarını ləğv edir
    Qonşu Rusiya yay-qış vaxtına keçid qaydasını ləğv edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatları bəyanat veriblər. Bəyanatda qeyd olunub ki, cari ildən etibarən qış və yay vaxtlarına keçid qaydalarına son qoyulacaq. Deputatlar gələn il yay və qış vaxtlarına keçidin, saat qurşaqlarının ixtisara salınmasının ləğv olunması barədə qanun qəbul edəcəklərini də bildiriblər. Dövlət Dumasının iqtisadi siyasət komitəsinin rəhbəri Yevgeni Fyodorov bildirib ki, hökumət deputatlarla birlikdə zaman və saat qurşaqlarının yeni standartlarına keçid üzrə vahid qanun layihəsi üzərində işləyir. Qanun layihəsi iyunun sonlarına qədər birinci oxunuşda qəbul olunacaq və gələn ildən qüvvəyə minəcək.
    29.03.10 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibinin müavini Türkiyənin Baş nazirinə dəstək verib
    Türkiyədə qanunsuz yaşayan 100 min erməninin ölkə ərazisindən deportasiya olunması barədə baş nazir Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanata ABŞ dövlət katibinin müavini Filip Qordon dəstək verib. KƏLAMİNFO Türk mətbuatına istinadən xəbər verir ki, Vaşinqtonda keçirdiyi ənənəvi brifinqdə F.Qordon bu məsələyə də toxunub. “Bu məsələ başqa mövzudur. Hər ölkədə qanunsuz yaşayan miqrant problemi var. Ölkələr öz qanunlarına müvafiq olaraq bu problemləri həll edir. Bu məsələnin Nümayəndələr Palatası və ya ABŞ-dakı hər hansı bir səsvermə ilə əlaqəsi yoxdur. ABŞ Konqresinin fəaliyyəti ilə bunun arasında bağlantı qurmayın”,-deyə F.Qordon açıqlayıb.
    19.03.10 Məqaləni oxumaq
     
    Rusiyada Baş nazirin istefası tələbi güclənib
    Qonşu Rusiyanın paytaxtı Moskvada baş nazir Vladimir Putinin istefası tələbi ilə mitinq keçirilib. KƏLAMİNFO xəbər verir ki, aksiyada Birləşmiş Vətəndaş Cəbhəsi və Həmrəylik hərəkatının 20-ə yaxın fəalı iştirak edib. Bundan əvvəl Baş nazirlə bağlı İnternetdə kedmiş eyni tələblə 10 mindən artıq adam imza atıb.
    18.03.10 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibinin qonşu Rusiyaya səfəri başlayıb
    Bu gün ABŞ dövlət katibi Hillari Klintonun Rusiyaya səfəri başlayır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, H.Klinton Moskvada Yaxın Şərq üzrə danışıqlarda iştirak etməli, habelə Rusiya rəhbərliyiylə strateji hücum silahlarının ixtisari haqda müqaviləni müzakirə etməlidir. H.Klinton Moskvada iki gün olacaq. Gündəlikdə əsas 2 məsələ göstərilir. Moskvada ABŞ, Avropa İttifaqı, Rusiya və BMT-ni özündə cəmləşdirən Yaxın Şərq dördlüyünün görüşü keçiriləcək və xanım Klinton burada ABŞ-ı təmsil edəcək. Digər məsələ son vaxtlar ABŞ-Rusiya münasibətlərində aparıcı mövzuya çevrilmiş strateji hücum silahlarının ixtisarı haqda müqavilədir. Bu müqavilə dekabrda bitmiş əvvəlki Sazişi əvəzləməlidir. İlk əvvəl yeni müqavilənin hələ ötən il imzalanacağı gözlənilirdi, ancaq qarşılıqlı narazılıqlar onu hələ də imzasız saxlayır. Ehtimallara görə, H.Klintonla onun rusiyalı həmkarı S.Lavrov işə təkan verməyə çalışacaqlar.
    18.03.10 Məqaləni oxumaq
     
    Meksikalı Karlos Slim Elu dünyanın ən varlı adamıdır
    “Forbes” jurnalı dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb. KƏLAMİNFO xəbər verir ki, siyahıya ilk dəfə olaraq Meksikalı telekommunikasiya maqnatı Karlos Slim Elu başçılıq edir. Onun sərvəti 53,5 mlrd. dolları ötüb. Meksikalı iş adamı ötən ilki lider Bill Geytsi (“Microsoft” konserninin qurucusu) yarım mlrd. dolar qabaqlayıb. Ən varlı alman məşhur “Aldi” diskaunterinin sahibi Karl Albrextdir. “Forbes” onun sərvətini 23,5 mlrd. dollarla dəyərləndirib. Bütövlükdə Almainyada 53 milyarder var. “Frankfurter Allgemeine” qəzetinin onlayn-portalının məlumatına görə, böhranlı 2009-cu ildən sonra bütün dünyada milyarderlərin sayı mini ötüb. Milyarderlərin sayına görə ABŞ 403 nəfərlə öndədir. İkinci yeri Çin (64), üçüncü yeri isə Rusiya (62) tutur. “Forbes”in məlumatına görə, daha çox milyarder Nyu-Yorkda (62) yaşayır. İkinci yeri Moskva (50), üçüncü yeri isə London tutur (32).
    12.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 132 133 134 135 136 137 138 139 140 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30