Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 131 132 133 134 135 136 137 138 139 » #
    Əhməd Davudoğlu danışıqlar aparmaq üçün İrana səfər edib
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəsmi danışıqlar aparmaq üçün İrana səfərə gedib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Ə.Davudoğlu İranlı həmkarı Mənuçöhr Möttəki ilə görüşəcək. Bundan sonra hər iki nazir birgə mətbuat konfransı keçirəcəklər. Ə.Davudoğlunun İranın nüvə proqramına dair danışıqlar üzrə əsas nümayəndəsi və ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, həmçinin, İran parlamentinin spikeri Əli Laricani ilə görüşləri planlaşdırılır. Türkiyə XİN rəhbərinin İran prezidenti Mahmud Əhmədinejad tərəfindən qəbul edilməsi də gözlənilir.
    21.04.10 Məqaləni oxumaq
     
    Türk əsilli Aygül Özkan Almaniyada nazir təyin edilib
    Almaniya Xristian Demokratlar Partiyasından olan türk əsilli Aygül Özkan ölkənin sosial işlər naziri təyin edilib. KƏLAMİNFO xəbər verir ki, türk əsilli Aygül Özkan 2004-cü ildə siyasətə gəlib və qısa zamanda çox böyük uğurlar əldə edib.
    20.04.10 Məqaləni oxumaq
     
    Kurmanbək Bakiyev istefa verib
    Qırğızıstan prezidenti Kurmanbək Bakiyev tutduğu postdan istefa verib. KƏLAMİNFO xəbər verir ki, K.Bakiyev aprelin 15-də ölkəni tərk edərək Qazaxıstana uçmamışdan öncə istefa ərizəsi yazıb. K.Bakıyevin istefaya getdiyini müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva da təsdiq edib. Qeyd edək ki, K.Bakıyev istefa ərizəsində bildirib ki, bu faciəli günlərdə mən (Kurmanbəy Bakiyev) xalqın gələcəyi və Qırğızıstanın bütövlüyü üçün bütün məsuliyyəti dərk edirəm və Konstitusiyanın 50-ci maddəsinə uyğun olaraq istefaya gedirəm.
    17.04.10 Məqaləni oxumaq
     
    Belarus prezidenti A.Lukaşenko Kurmanbek Bakiyevi müdafə edib
    Belarus prezidenti Aleksandr Lukaşenko Qırğızıstan hakimiyyətinin inqilabçılara güc tətbiq etməsinə haqq qazandırıb. KƏLAMİNFO xəbər verir ki, A.Lukaşenko Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevə qarşı irəli sürülən ittihamları rədd edib. Bakiyevi günahlandırmağın yanlış olduğunu söyləyən A.Lukaşenko hakimiyyətin özünü qorumaq üçün güc tətbiq etmək məcburiyyətində qaldığını söyləyib “Bir iqtidar ki, özünü və xalqı qorumayacaq, o, nəyə lazımdır?” A.Lukaşenko bildirib ki, oxşar hadisələr Belarusda baş versə, hücum edənlər lazımi cavablarını alacaqlar. K.Bakiyevin Qırğızıstanı parçalaması ittihamını da qəbul etməyən Belarus prezidenti bildirib ki, əksinə, Bakiyev öz ölkəsinə kredit almaq üçün müxtəlif dövlətlərə ayaq döyüb. Belarus prezidenti Rusiya və ABŞ-ın Qırğızıstandakı olaylara reaksiyalarını da yanlış adım adlandrıb. O hesab edir ki, Moskva və Vaşinqton çevrilişi pisləməli idi: “Yenə ABŞ bir qədər gözləmə mövqeyindədir, Rusiyanın isə mövqeyi hər kəsə bəllidir”.
    16.04.10 Məqaləni oxumaq
     
    İranda hər yeni doğulan uşağa 1000 dollarlıq bank hesabı açılacaq
    İranda hər yeni doğulan uşağa 1000 dollar həcmində bank hesabı açılacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın dövlət başçısı Mahmud Əhmədinejad dövlət televiziyası ilə çıxışında bunu bəyan edib. O, qeyd edib ki, doğulan hər uşaq üçün bankda hesab açılacaq və həmin hesaba 1000 dollar köçürüləcək. M.Əhmədinejad ölkədə mövcud olan “2 uşaq bəsdir” anlayışını tənqid edib. Onun fikrincə, bu, Qərb ölkələri tərəfindən irəli sürülmüş yanlış anlayışdır. Onun sözlərinə görə, Qərb ölkələri dünyaya daha az uşaq gətirilməsi ideyasından peşman olub və əhali artımı üçün ailələrə maliyyə yardımı etməyə başlayıblar. İran prezidenti vəd verib ki, doğulan hər uşağın adına açılacaq bank hesabına hər il müəyyən miqdarda vəsait köçürüləcək. Bundan başqa, hər ay uşaqlara azı 20 dollar vəsait ayrılacaq. Ailələr isə yalnız müstəsna hallarda bu hesaba müdaxilə edə biləcəklər.
    15.04.10 Məqaləni oxumaq
     
    Polşada növbədənkənar prezident seçkilərinin vaxtı müəyyən oldu
    Polşada növbədənkənar prezident seçkilərinin vaxtı müəyyən olunub. KƏLAMİNFO xəbər verir ki, Polşa Seyminin mətbuat xidmətinin prezident seçkilərinin 13 və ya 20 iyun tarixlərində keçiriləcəyini bəyan edib. Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarə qəzasında həlak olması səbəbindən ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək.
    15.04.10 Məqaləni oxumaq
     
    Qırğızıstanda baş verən iğtişaşlar zamanı ölənlərin sayı 68-i ötüb
    Qırğızıstanda son iğtişaşlar zamanı ölənlərin sayı 68 nəfər həlak olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyindən "AKİpress" agentliyinə bildiriblər. Yaralananların sayı isə 500-ü ötüb. Qeyd edək ki, artıq Qırğızıstan müxalifəti ölkəyə nəzarəti ələ keçirib. Bu gün səhər isə Qırğızıstan Xalq Etimad Hökuməti yaradılıb. Hökumətə sabiq xarici işlər naziri Roza Otunbayeva rəhbərlik edir.
    09.04.10 Məqaləni oxumaq
     
    Türkiyə BMM-də Naxçıvan Sazişinə həsr olunmuş simpozium keçirib
    Bayram Niftəliyev/AZADİNFORM. Türkiyə Böyük Millət Məclisində Altay Mədəniyyət, Təhsil və Sənət Vəqfinin təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə həsr olunmuş simpozium keçirilib. AZADİNFORM xəbər verir ki, Türkiyənin dövlət naziri Faruk Çəlik bildirib ki, Türk cümhuriyyətlərinin müstəqilliyinin ilk illərində meydana gələn “Naxçıvan ruhu” keçən il Naxçıvan Sazişi ilə rəsmiləşib.
    06.04.10 Məqaləni oxumaq
     
    İsveçdə yeni minarəsiz məscid istifadəyə verilib
    İsveçdə yeni məscid və Türk-islam Mədəniyyət Mərkəzinin açılışı olub. KƏLAMİNFO xəbər verir ki, açılışda xristian katolik və pravoslav kilsələrinin baş keşişləri də daxil olmaqla yüzlərlə insan iştirak edib. Məscid minarəsiz olması ilə diqqət çəkib. Tədbirdə bunun dinlərarası dialoqa heç bir təsir göstərməyəcəyi vurğulanıb. Qeyd edək ki, son dövrlər bir çox Avropa ölkəsində minarəli məscidlərə və azan oxunmasına qarşı kütləvi aksiyalar keçirilib.
    05.04.10 Məqaləni oxumaq
     
    Dünyanın ən hündür binası fəaliyyətini bərpa edib
    Dubayda dünyanın ən hündür binası "Burc Xəlifə"nin müşahidə otağı yenidən ziyarətçilərin üzünə açılıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, "Burc Xəlifə" iki ay öncə liftində yaranmış problemlə bağlı bağlanmışdı. Qüllənin açılması ilə yenidən Dubaya dünyanın ən hündür binasının 124-cü mərtəbəsindən baxmaq istəyənlərin bilet növbəsi yaranıb. Qeyd edək ki, 828 m hündürlüyündə olan bina yanvar ayında möhtəşəm mərasimlə açılıb. Fevral ayında isə içərisində sərnişinlər olan lift iki mərtəbənin arasında qalıb. Bundan sonra rəsmilər liftin təmiri və sərnişinlərin təhlükəsizliyi üçün müşahidə otağına ziyarətçı qəbulunu dayandırıblar.
    05.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 131 132 133 134 135 136 137 138 139 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30