Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 130 131 132 133 134 135 136 137 138 » #
    Sabah AŞ PA prezidenti Mövlud Çavuşoğlu Ermənistana səfər edəcək
    Sabah Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu Ermənistana iki günlük səfər edəcək. KƏLAMİNFO AŞ PA-nın rəsmi saytına istinadən xəbər verir ki, M.Çavuşoğlu səfər çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyan, parlamentin sədri Ovik Abramyan, xarici işlər naziri Edvard Nalbandyan, parlamentdə təmsil olunan müxtəlif siyasi partiyaların nümayəndələri və müxalifət liderləri ilə görüşəcək. M.Çavuşoğlunun 2008-ci il 1-2 mart hadisələrinə dair AŞ PA-nın xüsusi komitəsinin tövsiyələrinin yerinə yetirilməsinə məsul Daimi Komitənin sədri David Arutyunyanla da görüşü nəzərdə tutulur.
    11.05.10 Məqaləni oxumaq
     
    Nigeriya prezidenti ölüb
    Nigeriya prezidenti Umaru Yar`Adua ürək çatışmazlığından vəfat edib. KƏLAMİNFO xəbər verir ki, ürək xəstəliyindən əziyyət çəkən Nigeriya prezidenti bir neçə ay idi ki, siyasi fəaliyyətlə məşğul olmurdu. Qeyd edək ki, Umaru Yar`Adua 2007-ci ilin may ayında prezident seçilmişdi.
    07.05.10 Məqaləni oxumaq
     
    Rusiya Federasiyasına məxsus tanker dəniz quldurlarının əlinə keçib
    Hind okeanında dəniz quldurları Rusiya Federasiyasına məxsus tankeri ələ keçiriblər. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə gəminin məxsus olduğu şirkət xəbər verib. Məlumatı bu rayonda keşik çəkən beynəlxalq qüvvələrin komandanlığı da təsdiq edib. Gəmidə Rusiya vətəndaşları olan 23 adam var. Rusiyanın hərbi gəmiləri hadisə yerinə yollanıb.
    06.05.10 Məqaləni oxumaq
     
    Ermənistan parlamentinin spikeri V.Abramyan cəfəng bəyanatla çıxış edib
    İrəvanda Frankofoniya Parlament Assambleyasının 23-cü Avropa regional sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, sessiyanı açan Ermənistan parlamentinin spikeri Ovik Abramyan bildirib ki, Ermənistan bütün qonşuları ilə münasibətlər qurmağa hazırdır və bu yolda Türkiyə ilə heç bir şərt qoymadan dialoqu qaydasına salmağa çalışırdı. “Lakin Ankara Yerevanın bu cür mövqeyini qiymətləndirmədi və dialoqu hər vasitə ilə zərbə altına qoyurdu. Nəticədə Ermənistan erməni-türk protokollarının ratifikasiyası prossesini dayandırdı”,-deyən O.Abramyan qeyd edib ki, Türkiyə ilə münasibətləri qaydaya salmaq niyyəti Ermənistanın milli maraqlarını ikinci plana sala bilməz. Dağlıq Qarabağ münaqişəsinə toxunan erməni spiker qeyd edib edib ki, Azərbaycan hərbi bəyantları ilə nəinki regiondakı vəziyyəti qeyri-stabilləşdirir, hətta beynəlxalq ictimaiyyəti yalanları ilə çaşdırır. “Azərbaycan bu cür bəyanatları onun hərbi potensialının hərbi əməliyyatların olduğu təqdirdə qələbə nəticəsini verə bilməyəcəyini tam dəqiq anladığı üçün edir. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq",-deyə erməni parlamentinin spikeri əlavə edib.
    04.05.10 Məqaləni oxumaq
     
    Moskvada içərilərində azərbaycanlı da olan bir qurup qafqazlıya hücum olub
    Dünən axşam radələrində Rusiyanın paytaxtı Moskvanın cənub hissəsində bir qurup naməlum şəxs qafqazlılara silahlı hücum edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində zərərçəkmişlərdən bir nəfər ağır halda xəstəxanaya çatdırılıb. Hücuma məruz qalanlar arasında Şimali Qafqaz xalqlarının nümayəndələri ilə yanaşı, bir nəfər azərbaycanlı da olub. İnsident Moskvanın cənubunda general Belov küçəsi, ev 25-in yaxınlığında baş verib. Davanın gedişində hücum edənlərdən biri travmatik tapançayla bir neçə dəfə atəş açıb. Hücum edənlər qara rəngli “VAZ-2114”də hadisə yerindən qaçıblar. Qafqazlılar isə maşının 2 şüşəsini sındıra biliblər.
    28.04.10 Məqaləni oxumaq
     
    Qırğızıstanın devrilmiş daxili işlər naziri Rusiyada həbs edilib
    Rusiya paytaxtı Moskvada Qırğızıstanın keçmiş daxili işlər naziri Moldomus Konqantiev həbs edilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyat Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları və Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçirilib. Artıq M.Konqantievin içərisində olduğu təyyarə Bişkekdə “Manas” hərbi bazasına endirilib. Hazırda o, Milli Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanılır.
    27.04.10 Məqaləni oxumaq
     
    İran böyük hədəfləri vurmaq üçün 5 raketini sınaqdan keçirib
    İran dənizdəki böyük hədəfləri vurmaq üçün hazırlanmış 5 raket tipini sınaqdan keçirib. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, sınaqlar İran silahlı qüvvələrinin “Böyük peyğəmbər 5” adlı iri miqyaslı təlimləri zamanı baş tutub. Təlimlərdə raketlərin buraxılışı ilə birlikdə hərbi mini katerlərin də manevrləri keçirilib. İran İnqilab Qvardiyasının komandan müavini, general Hüseyn Salami bildirib ki, təlimlərin əsas məqsədi İranın mövcud gücünü və öz müstəqilliyini qorumaqda iradəli olduğunu nümayiş etdirməkdir.
    26.04.10 Məqaləni oxumaq
     
    Ermənistan prezidenti ermənilərə müraciət edəcək
    Bu gün Ermənistan prezidenti Serj Sarkisyan ermənilərə müraciət edəcək. Ermənistan prezidenti bu barədə Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Ermənistan-Türkiyə münasibətləri məsələsində məsləhətləşmələrin nəticəsi barədə xalqa müraciət edəcək.
    23.04.10 Məqaləni oxumaq
     
    Moskva meri olmağa çalışan Vladimir Jirinovski şəhərdən miqrantları tamamilə çıxartmaq niyyətindədir
    Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski Moskva meri olmaq niyyətindədir. Bu vəzifədə onun ilk məqsədi paytaxtdan bütün miqrantları çıxartmaqdır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Jirnovski Dövlət Dumasının iclasında özü bəyan edib. O, bildirib ki, əgər bu vəzifəyə sahib olarsa, şəhərdə güclü nizam-intizam yaradar, Moskvada isə bir nəfər olsun miqrant olmaz. V.Jirinovski baş nazir Vladimir Putinin parlamentdə çıxışından sonra söz alaraq, Moskva meri Yuri Lujkovu tənqid atəşinə tutub. Xüsusilə, Jirinovski Lujkovu, məhkəmələrə təzyq göstərməkdə ittiham edib, onun ətrafını “Moskva mafiyası” adlandırıb. Jirinovskinin bu sözləri, parlamentdə qalmaqala səbəb olub. Vitse-spiker Andrey Metelski Jirinovskinin bu bəyanatını yalan və şəhər rəhbərliyinə böhtan adlandırıb.
    22.04.10 Məqaləni oxumaq
     
    Qırğızıstanda Konstitusiya dəyişikliyi ilə bağlı referendumun tarixi müəyyənləşib
    Qırğızıstanın müvəqqəti hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı referendumun tarixini müəyyənləşdirib. KƏLAMİNFO xəbər verir ki, müvəqqəti hökumət rəhbərinin müavini Omurbek Tekebayev bildirib ki, Konstitusiya layihəsi aprelin 25-də ictimaiyyətə təqdim ediləcək, referendum isə iyunun 27-də keçiriləcək. Oktyabrın 10-da ölkədə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Eyni gün prezident seçkisinin də keçiriləcəyi istisna edilmir.
    22.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 130 131 132 133 134 135 136 137 138 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30