Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 129 130 131 132 133 134 135 136 137 » #
    İran nüvə məsələsi ilə bağlı tarixi addım atıb
    İran uranın Türkiyə ərazisində zənginləşdirilməsinə razılıq verib. Bu nüvə məsələsi ilə bağlı tarixi addım kimi dəyərləndirilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə uranın Türkiyəyə göndərilməsi barədə razılıq dünən İran, Türkiyə və Braziliyanın xarici işlər nazirləri arasında Tehranda keçirilən danışıqlar zamanı əldə olunub. Bu istiqamətdə danışıqlar haqqında ətraflı detallar hələlik açıqlanmayıb. Son detallar İran prezidenti Mahmud Əhmədinejad, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliya prezidenti İnasiu Lula da Silva arasında bu gün Tehranda keçiriləcək görüşdə rəsmən elan olunacaq. Xatırladaq ki, danışıqlarda Türkiyə və Braziliya vasitəçi ölkələr kimi iştirak edib.
    17.05.10 Məqaləni oxumaq
     
    Mayın 17-i Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
    Mayın 17-i Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə əlaqədar BMT-nin Baş katibi Pan-Gi-Munun müraciəti olub. BMT-nin Azərbaycan nümayəndəliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar Baş katib müasir dünyamızda İKT-in vacibliyini vurğulayıb. “Birləşmiş Millətlər Təşkilatının əsas vəzifələrindən biri də dünyanın hər bir yerində yaşayan insanların informasiya və kommunikasiya texnologiyalarından bərabər istifadə etmə imkanı ilə təmin olunmasıdır. Bu beynəlxalq gündə gəlin “rəqəmsal inqilabın” bütün potensialını insan həyatını xilas olunması, davamlı inkişaf və sülh üçün istifadə etməyə çalışaq”,-deyə Baş katib bildirib. Qeyd edək ki, 2006-cı ildən bəri hər il qeyd olunan bu beynəlxalq günün təyin olunmasında məqsəd internet də daxil olmaqla İKT-nin cəmiyyətin inkişafında olan mühüm rolunun işıqlandırılmasıdır.
    17.05.10 Məqaləni oxumaq
     
    Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
    Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie, Robert Bradtke və İqor Popovla görüşüb. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni nazir həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə də görüş keçirib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında nizamlanmasına tərəflərin münasibət məsələləri müzakirə olunub. Görüşdə Türkiyədə səfərdə olan Rusiya prezidentinin münaqişə ilə bağlı verdiyi bəyanata da toxunulub.
    14.05.10 Məqaləni oxumaq
     
    BMT Baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb
    Mayın 17-i Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günüdür. Bununla əlaqədar BMT baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciət ünvanlayıb. KƏLAMİNFO xəbər verir ki, müraciətdə informasiya cəmiyyətinin inkişafının zəruruliyindən bəhs edilib. Baş katib bildirir ki, hazırda dünyada telekommunikasiya sadəcə xidmət sahəsi olmaqla bərabər həmçinin cəmiyyəti inkişaf etdirən, təkmilləşdirən və insanların həyatını xilas edən bir vasitədir. Onun vacibliyi gələcək dünyada daha da artacaq.
    13.05.10 Məqaləni oxumaq
     
    Prezidentin müşaviri öldürülüb
    Qonşu Rusiyanın Çerkessk şəhərində Qaraçay-Çərkəz respublikası prezidentinin müşaviri Fral Zül-Qərneyeviç Şebzuxov öldürülüb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 nəfər naməlum şəxs müşavirə hücum edərək ona beysbol ağacına bənzər əşya ilə zərbə endirməyə başlayıblar. Zərbədən canını qurtarmaq istəyən Şebzuxov qaçmağa cəhd edərkən ona tapançadan atəş açılıb. Müşavir aldığı güllə yarasından keçinib. Cinayətkarlar nömrəsiz minik avtomobilində hadisə yerindən qaçıblar.
    13.05.10 Məqaləni oxumaq
     
    Türklər ABŞ-da erməniləri növbəti dəfə ifşa ediblər
    Türklər ABŞ-da ermənilər ifşa edəcək növbəti sənədlə ictimaiyyət qarşısına çıxıblar. KƏLAMİNFO xəbər verir ki, “Türk-Amerika Assosiasiyası Assambleyası” bununla bağlı üç səhifəlik broşür hazırlayıb. Broşür ABŞ konqresini və eləcə də Amerika ictimaiyyətini həqiqətlə tanış etmək missiyasını həyata keçirir. “Erməni Soyqırımı İttihamı - Faktlar” (The Armenian Allegation of Genocide – Facts) adlı broşür artıq Vaşinqtonda əhaliyə paylanmağa başlayıb. Bu materilada "erməni soyqırımı" ilə bağlı iddialara yeddi mərhələdə cavab verilib.
    13.05.10 Məqaləni oxumaq
     
    Dmitri Medvedevə Ankarada xüsusi hədiyyə verilib
    Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri zamanı ona xüsusi hədiyyə təqdim olunub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, türklər Medvedevə xüsusi avtomobil hədiyyə ediblər. Rusiya prezidentinə Ankarada qara rəngli zirehli “Jeep” hədiyyə olunub. Hədiyyə Ankarada Rixos Otel qarşısında jurnalistlərə də göstərilib. Qara “Jeep” özünün daxili dizayn tərtibatı ilə diqqəti cəlb edib.
    13.05.10 Məqaləni oxumaq
     
    Liviyada təyyarənin qəzaya uğraması nəticəsində 104 nəfər ölüb
    Bu gün səhər Liviyanın paytaxtı Tripoli şəhərində Afriqiyah Airways aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. KƏLAMİNFO xarici xəbər agentliklərinə istinadən məlumat verir ki, qəza nəticəsində 104 nəfərin həlak olduğu bildirilir. Həlak olanlardan 93-nün sərnişin, 11-nin isə ekipaj üzvü olduğu bildirilir. Qəza zamanı 8 yaşlı uşaq möcüzə nəticəsində sağ qalıb. Hadisənin təfərrüatı barədə hələlik məlumat verilmir. Qeyd edək ki, qəzaya uğrayan təyyarə Cənub Afrika Respublikasından havaya qalxıb.
    13.05.10 Məqaləni oxumaq
     
    Bu gün Ümumdünya Tibb Bacıları Günüdür
    Bu gün Ümumdünya Tibb Bacıları Günüdür. KƏLAMİNFO xəbər verir ki, 12 may 1971-ci ildən etibarən bu gün İngilis tibb bacısı Florens Naytinqeylin şərəfinə Tibb Bacıları Günü kimi qeyd olunur. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən təsis olunub. Həmçinin, komitənin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verilib. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur.
    13.05.10 Məqaləni oxumaq
     
    Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri başlayır
    Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri başlayır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Cənubi Qafqazdakı münaqişələr, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib. Onun sözlərinə görə, səfər zamanı Ermənistan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələnin müzakirə olunması da nəzərdə tutulub. İki günlük səfər çərçivəsində iqtisadiyyat, energetika, kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, İran, İraq və Əfqanıstandakı vəziyyət diqqət mərkəzində olacaq. Rusiya prezidenti və həyat yoldaşı Svetlana Medvedeva Ankaraya bu gün axşam saatlarında Suriyadan gedəcəklər. D.Medvedev türkiyəli həmkarı Abdullah Güllə Çankaya iqamətgahında işgüzar nahar zamanı görüşəcək. Sabah isə Rusiyanın dövlət başçısı Atatürkün məzarını ziyarət edəcək. Daha sonra prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılır.
    12.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 129 130 131 132 133 134 135 136 137 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30