Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 127 128 129 130 131 132 133 134 135 » #
    İsrail ordusu Qəzzaya girib
    Bu gün İsrail ordusu Qəzza zolağına girib. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, fələstinli mənbələr SAXAL-ın Qəzzaya tanklar yeritdiyini bildirir. Bölgənin cənub-şərq hissəsinin atəşə tutulduğu bildirilir. İlkin məlumata görə, xəsarət alan olmasa da bəzi tikililərə ziyan dəyib.
    03.06.10 Məqaləni oxumaq
     
    Ayətullah Xameneyi İsrailin humanitar gəmi karvanına hücumu ilə əlaqədar bəyanat verib
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneyi İsrailin humanitar gəmi karvanına hücumu ilə əlaqədar bəyanat verib. İranın ölkəmizdəki səfirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, A. Xameneyi sionist rejimin humanitar yardım daşıyan gəmi karvanına cinayətkar və qəddarcasına hücumunu böyük cinayətlər zəncirinin bir halqası olduğunu bildirib. “Bu, müsəlmanların regionda, xüsusilə də zülm çəkmiş Fələstin torpağında onillərdir üz-üzə qaldığı həyasızlıq və amansızlığın bir nümunəsidir. Lakin bu dəfə sözü gedən karvan yalnız İslam və ya ərəb karvanı deyil, bütün dünyanın ictimai rəyi və bəşəri vicdanını təmsil edən karvandır. Bu cinayətkar hücum hamıya sübut etmiş olmalıdır ki, sionizm – faşizmin yeni və daha kobud bir simasıdır ki, bu dəfə insan haqlarını və azadlıqları qorumaq iddiasında olan ölkələr və ən əsası da ABŞ-dan dəstək və kömək almqdadır”,-deyə A.Xameneyi vurğulayıb.
    03.06.10 Məqaləni oxumaq
     
    İsrail əsgərlərinin Türkiyə gəmisində saxladıqları insanlardan üçü buraxılıb
    İsrail tərəfindən Qəzzaya yardım aparan türk gəmisində hücuma məruz qalaraq saxlanılan insanlardan üçü Türkiyəyə təhfil verilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanında jurnalistlərin böyük diqqətində olan türk vətəndaşları qısa açıqlamalar verib. İsrail əsgərlərinin gəmidəkilərin silahla onlara qarşı mübarizə apardığını eşitdiklərini deyən türk vətəndaşları özlərini yalnız su ilə müdafiə etdiklərini bildiriblər. İsrail rejiminin nəzarəti altında olan ərazidən İstanbul Atatürk Hava Limanına gələn Bayram Kalyon jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun olduğu gəmidə ümumən 6 nəfər gəminin idarə heyəti ilə birlikdə 18 nəfər olublar. O, İsrail əsgərlərinin sübh tezdən havadan təyyarələr və sudan hərbi gəmilər vasitəsilə onlara hücum etdiyini, gəmilərin qapılarını sındıraraq zor tətbiq edərək saxlandıqlarını bildirib.
    02.06.10 Məqaləni oxumaq
     
    Qahirədə Ərəb liqası ölkələrinin fövqəladə toplantısı çağırılıb
    Bu gün Qahirədə Aralıq dənizindəki faciəli hadisə ilə bağlı Ərəb liqası ölkələrinin fövqəladə toplantısı çağırılıb. KƏLAMİNFO xəbər verir ki, Liqanın Baş katibi Əmir Musanın sözlərinə görə, Ərəb liqasına daxil olan ölkələr İsrailin hərəkətini müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində Misirin paytaxtında toplaşacaqlar. Toplantıda İsrail hərbi dəniz qüvvələrinin humanitar yardım daşıyan beynəlxalq karvana hücumuna dair ərəb ölkələrinin “kollektiv mövqeyi”nin qəbul olunması gözlənilir. Qeyd edək ki, altı gəmidən ibarət “Azadlıq karvanı” İsrailin blokadası altında olan Qəzza sektorundakı fələstinlilər üçün humanitar yardım aparırdı. Aksiyada 740 nəfər iştirak edirdi. Mayın 31-də gəmiyə hücum olub. İsrail xüsusi təyinatlılarının gəmi heyətinə qarşı odlu silah tətbiq etməsi nəticəsində 19 nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.
    01.06.10 Məqaləni oxumaq
     
    İranda 4 minə yaxın it narkotik axtarışı məqsədilə klonlaşdırılıb
    İran İslam Respublikasının Royana əyalətində yerləşən Biotexnologiya İnstitutunun alimləri itlərin klonlaşdırılması işində böyük uğurlar əldə edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, istitutun direktoru, doktor Muhəmməd Huseyn İsfahani İnstitutda narkotik axtarışı üzrə ixtisaslaşan 4 minə qədər itin klonlaşdırıldığını bildirib. O, qeyd edib ki, Royanada yerləşən İnstitut İranın embrion texnologiyaları və regenerasion tibb sahəsində ən aparıcı tədqiqat mərkəzidir. “Bizim üçün heyvanları klonlaşdırmaq böyük uğurdur. Biz çox ümid edirik ki, yaxın vaxtlarda qoyunların klonlaşdırılmasına başlayacağıq”,-deyə institut direktoru vurğulayıb.
    01.06.10 Məqaləni oxumaq
     
    İsrail ordusunun Fələstinə humanitar yardım aparan gəmiyə hücum etməsi nəticəsində 16 nəfər ölüb
    Mayın 31-də gecə saat 4:30 radlərində İsrailin hərbi dəniz qüvvələrinə məxsus raket daşıyan gəmisi Türkiyədən Qəzza sektoruna humanitar yardım aparan altı gəmidən ibarət karvana hücum edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailin hərbi dəniz qüvvələri gəmilərdən birinə desant çıxarıb. İsrail əsgərləri gəmi heyətinə qarşı odlu silahdan istifadə edib. İlkin məlumatlara görə, qarşıdurma zamanı 2 nəfər ölüb, 30-dək insan isə yaralanıb. İsrail telekanalları isə qarşıdurma nəticəsində 16 nəfərin həlak olduğunu bildirib. İsrail hərbçiləri gəmi karvanını naməlum istiqamətə aparıb.
    31.05.10 Məqaləni oxumaq
     
    Vladimir Putinin Finlandiyaya işgüzar səfəri başlayır
    Bu gündən etibarən Rusiyanın Baş naziri Vladimir Putinin Finlandiyaya işgüzar səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində Vladimir Putin finlandiyalı həmkarı Matti Vanhenan ilə görüşəcək və iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, energetika, elmi - texniki innovasiya, meşə təsərrüfatı və s. sahələrdə qarşılıqlı razılaşmalar əldə olunacaq. Qeyd edək ki, iki ölkə arasında 2009-cu ildəki ticarət dövriyyəsinin həcmi 5 mlrd. avro təşkil edib.
    28.05.10 Məqaləni oxumaq
     
    Gürcüstanın Türkiyə ilə sərhəddində güclü partlayış baş verib
    Gürcüstanın Türkiyə ilə sərhəddində gecə saatlarında güclü partlayış baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik ərazidə nə baş verdiyi dəqiq bilinmir. Bəzi ehtimallara görə, oraya təyyarə düşüb. Rəsmən təsdiqlənməmiş məlumata görə, partlayış çox güclü olub.
    27.05.10 Məqaləni oxumaq
     
    Türkiyə parlamentinin deputatları Azərbaycanda səfərdədir
    Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Nevzat Paktilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. TBMM-in sədr müavini və onu müşayiət edən şəxslər bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Şəhid Türk əsgərlərinin xatirəsinə ucaldılmış memorialı ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, nümayəndə heyətinə TBMM-in baş katibi Sadettin Kalkan, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı, eləcə də TBMM-in ATƏT PA və QİƏT PA-dakı nümayəndə heyətlərinin başçıları Alaatdin Böyükqaya, Kəmaləddin Göktaş və digər rəsmi şəxslər daxildir. Səfərin məqsədi Bakıda keçiriləcək “TBMM- 90 il, Parlament diplomatiyası - TürkPA” beynəlxalq konfransda və Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin rəsmi açılışında iştirak etməkdir. Qardaş ölkənin deputatlarının Azərbaycanda bir sıra görüşləri də nəzərdə tutulub.
    25.05.10 Məqaləni oxumaq
     
    Hillari Klintonun Şərqi Asiya ölkələrinə 6 günlük səfəri başlayıb
    ABŞ-ın dövlət katibi Hillari Klintonun Şərqi Asiya ölkələrinə 6 günlük səfəri başlayıb. KƏLAMİNFO xəbər verir ki, H.Klinton ilk olaraq Yaponiyanın baş naziri Yukio Hatoyama və xarici işlər naziri Katsuya Okada ilə görüşəcək. Bundan sonra xanım Klintonun Çinə səfəri planlaşdırılıb ki, o, şənbə günü Birləşmiş Ştatların Şanxayda nümayiş etdirdiyi sərgidə iştirak edəcək. H.Klinton Çində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Daha sonra H.Klinton Cənubi Koreyaya yollanacaq.
    22.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 127 128 129 130 131 132 133 134 135 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30