Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 126 127 128 129 130 131 132 133 134 » #
    Ermənistanda hakimiyyət dəyişikliyi aktuallaşıb
    Ermənistanda hakimiyyət dəyişikliyi erməni xalqının milli təhlükəsizlik məsələsi olduğu dövrə çatıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Daşnaqsütun partiyasının rəsmisi Armen Rustamyan bildirib. Onun bu bəyanatına müxalifətçi Erməni Milli Konqresindən (EMK) reaksiya gəlib. Sabiq prezident Levon Ter-Petrosyanın liderlik etdiyi qurumun koordinatoru Levon Zurabyan bəyan edib ki, bu, Daşnaqsütunun yeni kursudursa və daşnaqlar bəyanatlarında səmimidirlərsə, EMK onlarla əməkdaşlığa hazırdır.
    08.06.10 Məqaləni oxumaq
     
    BMT İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumunu araşdırmaq üçün komissiya yaradacaq
    BMT İsrailin Qәzzaya yardım aparan gəmilərə təşkil etdiyi hücuma dair araşdırma aparılması üçün 5 nəfərdən ibarət komissiya yaradacaq. KƏLAMİNFO xəbər verir ki, komissiyanın üzvləri Türk və israillilərdən ibarət olacaq. BMT Baş katibi Ban Ki Mun, Baş nazir Rəcəb Tayyıb Әrdoğana telefon açaraq mövzu ilə bağlı məlumat verib. Telefon danışığında B.Ki Mun yardım gəmilərinə təşkil edilən hucum əməliyyatını araşdırmaq üçün özünün nəzarətində olacaq 5 nəfərlik müstəqil bir beynəlxalq araşdırma komissiyasının yaradılmasını, bu komissiyanın rəhbərliyinə isə Yeni Zelandiyanın baş naziri Geoffrey Palmerin təyin ediləcəyini bildirib. Beş nəfərdən ibarət olacaq komissiyaya Türk və İsrailli üzvlərdən başqa, biri beynəlxalq hüquqşünas, biri də hərbçi olmaqla 2 üzv də təyin ediləcək. Baş nazir R.T.Әrdoğan telefon danışığında bildirib ki, yaranacaq komissiya araşdırmalarını 2 ay ərzində yekunlaşdırmalıdır. B.K.Mun da komissiyanın vəzifə müddətinin 2 ay olacağını vurğulayıb.
    08.06.10 Məqaləni oxumaq
     
    R.T.Ərdoğanın Qəzzaya səfəri gözlənilir
    İsrailin yardım gəmilərinə hücumundan sonra dünyada artan etiraz dalğasından sonra Türkiyə baş naziri R.T.Ərdoğanın Qəzzaya qarşı tətbiq edilən blokadanı tək başına aradan qaldırmaq istədiyi bildirilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərəb mətbuatı etibarlı mənbələrə əsaslanaraq məlumat yayıb. R.T.Ərdoğanın bu barədə yaxın ətrafı ilə bu mövzunu müzakirə etdikdən sonra gündəmə gətirdiyini bildirilir. Digər bir iddiaya görə, R.T.Ərdoğanın türk donanmasına aid gəmilərlə yanaşı, başqa bir yardım gəmisinin də Qəzzaya getməsi məsələsini ABŞ rəsmilərilə də müzakirə etdiyi qeyd edilib.
    07.06.10 Məqaləni oxumaq
     
    Barak Obama İsrailin gəmilərə hücumunu "faciəvi" adlandırıb
    ABŞ prezidenti Barak Obama İsrailin Qəzzaya yardım gəmilərinə hücumunun "faciəvi" olduğunu bildirib. KƏLAMİNFO xəbər verir ki, CNN televiziyasında məşhur jurnalist Larri Kinqin suallarını cavablandıran B.Obama bildirib ki, bu hadisə Orta Şərqdəki sülh səylərinin inkişaf etdirilməsi üçün fürsət yarada bilər: "İsrailin təhlükəsizlik qayğılarını necə ortadan qaldıra biləcəyimizi, ancaq eyni zamanda da fələstinlilər üçün necə fürsətlər yarada biləcəyimizi, bütün tərəflərlə necə çalışa biləcəyimizi çözə bilərik. Bütün bu prosesdə Türkiyənin də müsbət bir səsinin ola biləcəyini düşünürəm",-deyə B.Obama vurğulayıb. ABŞ dövlət katibi Hillari Klinton isə ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefrinin İsrailin hücumu nəticəsində ölən ABŞ vətəndaşı Furkan Doğanın ailəsi ilə əlaqə saxladığını söyləyib. B.Klinton gəmilərə basqın zamanı və sonrakı etirazlar zamanı iki amerikalının yaralandığını da qeyd edib. Dövlət katibi beynəlxalq birliyin də iştirakı ilə etimad yaradan istintaq aparılmasını təmin edəcək bütün yollara açıq olduqlarını vurğulayıb.
    05.06.10 Məqaləni oxumaq
     
    İranın məktubu MAQATE-nin Baş direktoruna çatıb
    İran İslam Respublikasının Vyanadakı beynəlxalq təşkilatlarda elçisi və daimi nümayəndəsi Əli Sultaniyyə MAQATE-nin Baş direktoru Yokia Amanoya İranın məktubunu çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən veriblər. Sultaniyyə çərşənbə gününün axşamı MAQATE-nin Baş qərargahında keçirilən texniki əsaslandırma üzrə toplantıdan sonra deyib: "Agentliyin Baş direktoru Yokia Amanoya məktub göndərərək bildirmişik ki, bu hesabatın bəzi hissələri barədə tənqidlərimiz bu sənədin balanslaşdırılmış olmadığını göstərir". Yokia Amanonun İran barədə hesabatı bazar ertəsi gününün axşamı Agentliyə üzv olan ölkələrə təqdim olunub. Əli Sultaniyyənin dediyinə görə, İran tərəfi adı çəkilən məktubu çərşənbə gününün axşamı MAQATE-nin Baş direktoruna təqdim edilib. Qeyd edək ki, Beynəlxalaq Atom Agentliyin Baş Direktoru Yokia Amanonun İran barədəki hesabatı mayın 31-də Agentliyə üzv olan ölkələrə təqdim edilib. Hesabatda MAQATE tərəfindən İranın nüvə məsələsinin sülh məqsədli olduğu qəbul edilib.
    04.06.10 Məqaləni oxumaq
     
    İran parlamentinin nümayəndə heyəti Qəzza bölməsinə ezam olunur
    İran parlamentarilərindən ibarət nümayəndə heyəti Qəzza bölməsinə ezam olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən veriblər. Fələstin xalqının "intifaza"sına dəstək konfransı katibliyinin üzvü Mahmud Əhmədi Biğeş İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin parlamentin 4 üzvünün Qəzza bölməsinə göndərilməsinə razılıq verdiyini bildirib. Ə.Laricani parlament nümayəndə heyətinin ezam edilməsinə razılığını Məclisin seçilmiş nümayəndələri ilə keçirilən toplantıda bildirib. Əhmədi Biğeş xatırladıb ki, həmin heyət milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləridir.
    04.06.10 Məqaləni oxumaq
     
    BMT-nin Baş katibi: “Faciənin əs səbəbi Qəzzadakı mühasirədir”
    BMT Baş katibi Pan Gi Mun İsrailin Qəzzaya yardım gəmilərinə hücumundan sonra Təhlükəszilik Şurasının həyata keçirməyi qərara aldığı istintaqın mümkün olduğu qədər tərəfsiz, etimad yaradacaq və şəffaf olması üçün əlindən gələni edəcəyini bildirib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pan Gi Mun İsraili hadisə və bu hadisədə yaralananlar, ölənlər və həbs edilənlərlə bağlı tam və detallı izahat verməyə çağırıb. BMT baş katibi Təhlükəsizlik Şurasının istintaq qərarını həyata keçirmək üçün çalışdıqlarını söyləyib. O, BMT-də keçirdiyi mətbuat konfransında bildirib ki, Təhlükəsizlik Şurasından başqa Cenevrədəki İnsan Haqları Şurası da bölgəyə olayları araşdırmaq üçün beynəlxalq və müstəqil bir komissiya göndərəcək. Pan Gi Mun yaşanan faciənin əs səbəbinin Qəzzadakı mühasirə olduğunu söyləyib və əlavə edib ki, İsrail Qəzzadakı mühasirəni qaldırmış olsaydı, bu faciə yaşanmazdı.
    04.06.10 Məqaləni oxumaq
     
    Ekspertizanın rəyi: “Mavi Mərmərə” gəmisində öldürülənlər yaxın məsafədən vurulublar”
    “Mavi Mərmərə” gəmisində İsrailin silahlı hücumuna məruz qalan könüllülər Məhkəmə Tibb Ekspertizası Mərkəzinə aparılıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumda həyatını iritən 9 nəfərin cənazəsi məhkəmə tibb ekspertizasından keçirilib. Ekspertizanın ilkin rəyində 9 nəfərin yaxın məsafədən silahla vurularaq öldürüldüyü bildirilib. Daha sonra cənazələr Məhkəmə Tibbi Ekspertizası Mərkəzindən alınıb. Hazırda İsraildə həbs edilən və yaralananlar eskpertizadan keçirilir.
    03.06.10 Məqaləni oxumaq
     
    Çin Ermənistana 20 mln. yuan vəsait və 88 ədəd təcili yardım maşını yardım edəcək
    Ermənistan hökuməti ilə Çin hökuməti arasında texniki və iqtisadi əməkdaşlığa dair müqavilə imzalanıb. KƏLAMİNFO xəbər verir ki, müqaviləni Ermənistan xarici işlər nazirinin müavini Qarine Qazinyan və Çinin kommersiya nazirinin müavini Fu Tszıi imzalayıblar. Sənəddə Çin hökuməti tərəfindən Ermənistana 20 mln. Çin yuanının yardım göstərilməsi nəzərdə tutulub. Müqavilədə qeyd olunub ki, bundan əlavə, Çin Ermənistana 88 ədəd təcili yardım maşını verəcək.
    03.06.10 Məqaləni oxumaq
     
    ABŞ-ın xarici borcu 13 trilyon dollar təşkil edir
    Son 10 ildə ABŞ-ın xarici borcu 13 trilyon dollar təşkil edib. Hazırki prezident Barak Obamanın 2009-cu ildə hakimiyyətə gəlməsindən sonra ölkənin xarici borcu 2.4 trilyon dollar artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb. Qeyd edək ki, nazirlikdən verilən məlumata əsasən, sabiq prezident Corc Buşun dönəmində ölkənin xarici borcu 4.9 trilyon dollar artmışdı.
    03.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 126 127 128 129 130 131 132 133 134 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30