Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Debatdan sonra Obama Romnini xeyli geridə qoyub
    ABŞ-ın hazırkı prezidenti Barak Obama keçirilmiş debatda uğurlu çıxışından sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Mitt Romninin xeyli geridə qoyub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, aparılmış sorğunun nəticələrinə görə, hazırda Obamanı amerikalıların 48%-inin dəstəklədiyi bir vaxtda Romnini cəmi 33% seçici dəstəkləyir. Debatın birinci mərhələsindən sonra namizədlər arasında seçici fərqi cəmi 2% təşkil edirdi.
    19.10.12 Məqaləni oxumaq
     
    Rasmussen Kabilə gedib
    NATO-nun baş katibi Andres Foq Rasmussen bu gün Kabilə gedib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, onun Əfqanıstan prezidenti Həmid Kərzayi, hökumət nümayəndələri və deputatlarla görüşü gözlənilir. Jurnalistlərlə söhbətində Rasmussen bildirib ki, dünya ictimaiyyəti əfqan xalqına Əfqanıstanın inkişafı üçün yardımını davam etdirəcək. NATO-nun baş katibi 2014-cü ilin sonlarında Əfqanıstan ordusunun müstəqil şəkildə ölkənin təhlükəsizliyini təmin edəcəyinə ümid etdiyini də bildirib.
    18.10.12 Məqaləni oxumaq
     
    Obama və Romni ikinci debatda qarşılaşdılar
    ABŞ prezidenti Barak Obama və respublikaçı namizəd Mitt Romni Nyu Yorkda Hofstra Universitetində ikinci dəfə üz-üzə gəliblər. Seçicilərlə görüş formatında keçirilən debatda vətəndaşlardan 11 sualı cavablandıran namizədlər işsizlik, enerji, vergilər və xarici siyasət məsələlərini müzakirə ediblər. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, ötən dəfəki debatdan fərqli olaraq, bu dəfə Barak Obama daha çox ötkəmlik nümayiş etdirib və Romnini bəzi məqamlarda sərt tənqid etməkdən çəkinməyib. Romninin iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü beş müddəalı plana rişxənd edən Obama Respublikaçı namizədin Bain Capital şirkətindəki fəaliyyətini önə çəkib: “Qubernator Romninin beş müddəalı planı yoxdur, bir müddəalı planı var. Bu plan odur ki, yuxarı sinfin nümayəndələri fərqli qaydalarla oynasınlar”.
    17.10.12 Məqaləni oxumaq
     
    Klinton səfirin öldürülməsinə görə ittihamları qəbul edib
    ABŞ dövlət katibi Hillari Klinton ötən ay Liviyadakı səfirin və daha 4 diplomatın öldürülməsi hadisəsi zamanı təhlükəsizliklə bağlı deyilən ittihamları qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Klinton CNN-ə verdiyi müsahibəsində deyib ki, xaricdəki diplomatların təhlükəsizlik məsələsinə o, cavabdehlik daşıyır. Klintonun sözlərinə görə, prezident Barak Obama və vitse-prezident Co Bayden Benqazidəki konsulluqda təhlükəsizlik məsələləri ilə bağlı qərar verməyib. Barak Obama və prezidentliyə digər namizəd Mitt Romninin oktyabrın 16-da keçiriləcək ikinci debatında Benqazidəki hücumla bağlı sualı cavablandıracağı gözlənir. Romni deyib ki, bu hücum Obamanın xarici siyasətindəki zəiflikləri göstərib.
    17.10.12 Məqaləni oxumaq
     
    Mişel Obama: “Seçki gününü gözləyə bilmədim. Səni sevirəm”
    ABŞ-ın birinci xanımı Mişel Obama vaxtından əvvəl qarşıdan gələn prezident seçkilərində əri Barak Obamaya səs verib. Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Mən bu saat poçt qutusuna bülleteni atdım - seçki gününü gözləyə bilmədim. Səni sevirəm” - deyə mikrobloqunda ərinə müraciətində yazıb. ABŞ prezidenti Barak Obama da vaxtından əvvəl, daha dəqiq desək, oktyabrın 25-də səs verəcəyini bəyan edib. O, amerikalıları onun kimi hərəkət etməyə çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, vaxtından əvvəl keçirilən səsvermə sentyabrın 27-də başlayıb. 50 ştatdan 34-də seçicilər məntəqələrə gəlib şəxsən seçkidə iştirak edə bilərlər, 28 ştatda isə bülletenləri poçtla göndərə bilərlər. Seçkilər noyabrın 6-da keçiriləcək.
    16.10.12 Məqaləni oxumaq
     
    Obamanın üzüyü yeni müzakirələrə səbəb olub
    ABŞ-da prezident seçkilərinə üç həftədən az qalmış bir müddətdə prezident Barak Obamanın müsəlmanlığı ilə bağlı yenidən mübahisə düşüb. Bu dəfə mübahisənin mövzusu prezidentin nişan üzüyüdür. «KƏLAMİNFO» xəbər verir ki, «World Net Daily» saytı iddia edir ki, Obamanın üzüyündə «la ilahə illəllah» sözləri yazılıb. Sayt prezidentin «New Yorker» jurnalının üz qabığında dərc edilən fotosunu göstərib. Jurnal iddia edir ki, Obama həmin üzüyü hələ tələbəlik illərindən, yəni evlənməmişdən əvvəl taxır.
    16.10.12 Məqaləni oxumaq
     
    İran müsəlmanların “Nobel mükafatı”nı yaradacaq
    İran Nobel mükafatının müsəlmanlar üçün nəzərdə tutulan analoqunu təsis etmək istəyir. “KƏLAMİNFO” İranın “Fars” agentliyinə istinadən yaydığı xəbərə əsasən, bunu İran İslam Respublikasının vitse-prezidenti Nəsrin Soltanhe bəyan edib. Onun sözlərinə görə, müsəlmanların Nobelə analoji olan mükafatı “Böyük Peyğəmbər adına beynəlxalq mükafat” adlanacaq. Soltanhenin sözlərinə görə, İran hökuməti yeni təsis edəcəyi mükafatı artıq mövcud olan Nobel mükafatına qarşı qoymaq niyyətində deyil. Tehranda sözügedən mükafatın elm və texnika sahəsində görkəmli uğurlara nail olan müsəlman ölkələri alimlərinə verilməsi nəzərdə tutulub. Onun bildirdiyinə görə, bu onlara Nobelin təsis etdiyi beynəlxalq nüfuzlu mükafatlarla mübarizəyə daha yaxşı hazırlaşmaq imkanı yaradacaq. “Mükafat iki ildə bir dəfə müsəlman ölkələrinin alimlərinə elmin 3 sahəsi üzrə veriləcək. Çünki İran elmin müxtəlif sahələrində böyük tərəqqiyə nail ola bilib”.
    16.10.12 Məqaləni oxumaq
     
    Litvada parlament seçkilərində müxalifət irəli çıxıb
    Litvada bazar günü seçkilərində sol cinah Əmək partiyası müxalifət irəli çıxıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, exit pollar müxalifətçi Əmək partiyasının səslərin 20 faizini, onun koalisiyada tərəfdaşı olacağı gözlənilən mərkəz solçu Sosial Demokrat partiyasının isə səslərin cəmi 18 faizini aldığını göstərir. Bu arada baş nazir Andrius Kubiliusun başçılıq etdiyi mühafizəkar “Vətən Birliyi” səslərin 17 faizini alaraq üçüncü, onun koalisiyada tərəfdaşı Liberal Hərəkat partiyası isə 8 faizi ilə dördüncü yerə çıxıb. Litvanın mühafizəkar hökuməti yüksək işsizlik səviyyəsi və ictimaiyyət arasında qeyri-populyar ciddi iqtisadi tədbirlərə görə böyük dəstəyə malik deyildi. Litvalılar ölkədə yeni nüvə elektrik stansiyasının inşası məsələsində də referendumda səs verirdi. Təhlilçilər nüvə əleyhinə kampaniyanın da uğurlu olacağını əvvəlcədən bildirirdilər.
    15.10.12 Məqaləni oxumaq
     
    Pakistanda on minlərlə insan “Taliban”ın güllə ilə vurduğu qızı müdafiə aksiyası keçirib
    Pakistanın ən böyük şəhəri olan Kəraçidə on minlərlə insan talibançıların güllə ilə vurub ağır yaraladığı Malal Yusifzaiyinin müdafiəsinə yürüş keçirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu, oktyabrın 9-da Pakistanın şimal-qərb bölgəsində yerləşən Svat vadisində məktəbdən qayıdan 14 yaşlı yeniyetmə qızın güllə ilə vurulmasından sonra ölkədə ilk belə böyük nümayişdir. Məktəbli qıza hücum Pakistanın özündə və ölkənin xaricində hiddətlə qarşılanmış və bir çox insanda hökumətin bundan sonra Taliban qrupu və onun tərəfdarlarına qarşı mübarizəni intensivləşdirəcəyinə dair ümidlərin artmasına gətirib çıxarıb. 14 yaşlı Malala Yusifzai Taliban qrupunun əleyhdarı, eyni zamanda qızlar və qadınların təhsil hüquqlarının müdafiəçisi kimi tanınır. Taliban qızı Qərb tərəfdarı adlandıraraq, hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Pakistan polisi hücumla əlaqədar olaraq üç şübhəli şəxsi həbs edib. Həkimlər Malala Yusifzainin vəziyyətinin sabitləşdiyini bildirirlər. Yeniyetmə qızın vəziyyətindən asılı olaraq, onun müalicəni davam etdirməsi üçün xarici ölkəyə aparılması planlaşdırılır.
    15.10.12 Məqaləni oxumaq
     
    Mavritaniya prezidentinin müalicəsi Parisdə davam etdiriləcək
    Mavritaniya prezidenti Məhəmməd Uld Əbdül Əziz əməliyyat edilib. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən məlumat verib ki, paytaxt Nuakşotun hərbi hospitalında həyata keçirilən əməliyyat nəticəsində onun bədənində olan qəlpə çıxarılıb. Mavritaniya prezidenti müalicəsi davam etdirilmək üçün Parisə yola salınacaq. Xatırladaq ki, prezident paytaxt Nuakşot yaxınlığında maşın konvoyu ilə səfər edən zaman güllə ilə vurulub. Rəsmilər yol boyu təhlükəsizliyə görə məsuliyyət daşıyan mühafizəçilərdən birinin konvoyu dərhal tanımayaraq atəş açdığını bildiriblər. Lakin bəzi yerli mətbuat orqanlarında prezidentin paytaxtdan ölkənin şimalda Tveylaya səfər edən zaman yaraqlı qrupun üzvlərinin hədəfi olduğu barədə məlumat verib. Prezident Əbdül Əziz hakimiyyətə 2008-ci ildə hərbi çevriliş nəticəsində gələrək, 2009-cu ildə prezident seçkilərində qələbə çalıb.
    15.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30