Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 125 126 127 128 129 130 131 132 133 » #
    Qırğızıstanın sabiq prezidenti: “Növbə Gürcüstanındır”
    Qırğızıstanın sabiq prezidenti Əskər Akayev ölkəsində baş verən hadisələrə istinadən maraqlı açıqlamalar verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, sabiq prezident Qırğızıstanda baş verənlərin bir neçə il əvvəl “rəngli inqilablar” yaşamış digər MDB dövlətlərində də təkrarlana biləcəyini israr edib. Ə.Akayev qeyd edib ki, belə bir vəziyyətin Gürcüstanda eyni ssenari ilə baş verməsi ehtimalı daha güclüdür. O, növbədə Gürcüstan, yəni Mixail Saakaşvilinin olduğunu vurğulayıb. Sabir prezident ölkəsindəki vəziyyətin tezliklə düzələcəyinə inanmadığını da vurğulayıb.
    18.06.10 Məqaləni oxumaq
     
    Bu gün Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günüdür
    Bu gün Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü kimi qeyd olunur. KƏLAMİNFO xəbər verir ki, səhralaşma ilə bağlı qlobal ekoloji problemin ciddiliyi nəzərə alınaraq BMT-nin Baş Assambleyası tərəfindən 1994-cü ildə 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunub. Azərbaycan ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998-ci il 24 aprel tarixində “Səhralaşmaya qarşı mübarizə” Beynəlxalq Konvensiyasına qoşulub.
    17.06.10 Məqaləni oxumaq
     
    Rusiya dünya okeanlarında mövqeyini gücləndirir
    Rusiya yeni atom sualtı qayığını dünya ictiamiyyətinə təqdim edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, gəminin təhvili mərasimində prezident Dmitri Medvedev də iştirak edib. Rusiya prezidenti bildirib ki, yeni “Severodvinsk” atom sualtı qayığı Rusiyanın hərbi və dəniz qüdrətini artıracaq və ölkənin dünya okeanlarındakı mövqeyini daha da gücləndirəcək. 119 metr uzunluğundakı atom sualtı gəmisi uzun mənzilli nüvə raketləri və müasir torpedolarla silahlandırılıb. Gəminin inşası 17 il çəkib. Rusiya hərbi-dəniz donanması üçün daha 6 bu tipli müasir atom-sualtı qayığı inşa ediləcək.
    17.06.10 Məqaləni oxumaq
     
    Qırğızıstanda qırğızlarla özbəklər arasındakı qarşıdurmada ölənlərin sayı 180-ə çatıb
    Qırğızıstanın cənunubda qırğızlarla özbəklər arasındakı qarşıdurmada ölənlərin sayı 180-ə çatıb. KƏLAMİNFO xəbər verir ki, qarşıdurmalarda 2 min nəfərə yaxın insan yaralanıb. Ölənlərin sayı ilə bağlı müxtəlif mənbələr fərqli məlumatlar yayırlar. Özbəkistan təmsilçiləri ölənlərin sayının rəsmi rəqəmlərdən çox olduğunu bildirirlər. Türkiyədən sonra Pakistan və Çin də bölgədəki vətəndaşlarını evakuasiya edib. Beynəlxalq birliyin müdaxilə etməməsi və Qırğızıstan təhlükəsizlik qüvvələrinin çarəsizliyi hadisələrin qarşısını almağın asan olmadığını göstərir. Hökumət yetkililəri hadisələrin paytaxt Bişkekə sıçramasından narahatlıqlarını ifadə edirlər. Çoxu yaşlılar və uşaqlar olmaqla 100 min nəfər insan Özbəkistan sərhəddinə toplaşıb. Özbəkistan rəsmi dairələri indiyə qədər 45 min qaçqını qəbul etdiklərini bildiriblər.
    16.06.10 Məqaləni oxumaq
     
    Barak Obama Fələstinə 400 mln. dollar ayıracaq
    ABŞ prezidenti Barak Obama Fələstin hökümətinin başçısı Mahmud Abbasla görüşü zamanı Fələstinin inkişaf etdirilməsi, Qəzza bölgəsində yenidənqurma işini həyata keçirmək üçün 400 mln. dollar ayıracağını bildirib. KƏLAMİNFO xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, 400 mln. dollar Qəzza bölgəsində yeni məktəb və xəstəxanaların, yaşayış evlərinin tikintisinə xərclənəcək. Qeyd edək ki, sözügedən ərazi hazırda İsrail höküməti tərəfindən blokada vəziyyətində saxlanılır.
    11.06.10 Məqaləni oxumaq
     
    İran prezidenti M.Əhmədinejat: "BMT TŞ-nin qərarını istifadə olunmuş salfet kimi zibil qutusuna atmaq lazımdır"
    ABŞ prezidenti Barak Obama BMT Təhlükəsizlik Şurasının qərarının Tehrana açıq mesaj olduğunu bəyan edib. KƏLAMİNFO Türikiyə mətbuatına istinadən xəbər verir ki, B.Obama İranla müzakirə qapılarının hələ açıq olduğunu, problemin sülh yolu ilə həlli üçün səylərin davam etdiriləcəyini bildirib. "Bu qərarla İrana açıq bir mesaj verilib. İranın haqlarını tanıyırıq, ancaq bu haqlar məsuliyyət də gətirir",-deyə B.Obama vurğulayıb. ABŞ prezidenti İranın bu dəfə ən geniş sanksiyalarla qarşı-qarşıya qaldığını söyləyib. İran isə qərara sərt reaksiya verib. Ölkə prezidenti Mahmud Əhmədinejat qəradın heç bir dəyərinin olmadığını söyləyib: "Bu qərarı istifadə olunmuş salfet kağızı kimi zibil qutusuna atmaq lazımdır",-deyə o vurğulayıb.
    10.06.10 Məqaləni oxumaq
     
    Nəhəng kometa Yerə yaxınlaşır
    Ötən il aşkar edilmiş nəhəng C/2009 R1 kometası böyük surətlə Yer planetinə yaxınlaşır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, iyun ayının ortalarında Şimal yarımkürəsinin sakinləri bu göy cismini öz gözləri ilə görə biləcəklər. Artıq indi həmin kometanı gün çıxarkən göy qübbəsinin şimal-şərq hissəsində yaxınlaşdırıcı ilə görmək mümkündür. İyunun 15-də o, Yer ilə minimal məsafəyə çatacaq. Göy cisminin baş hissəsi Yupiterin diametrindən böyükdür. Quyruğunun uzunluğu 1 mln. kilometrə yaxındır.
    10.06.10 Məqaləni oxumaq
     
    ABŞ prezidenti Barak Obama ilə Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas arasında görüş keçiriləcək
    Bu gün Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə Fələstin Milli Administrasiyasının (FMA) rəhbəri Mahmud Abbas arasında görüş keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, görüşdə Fələstin və İsrail arasında aparılan danışıqların nəticələri və tərəflərin birbaşa əlaqələrə keçmələri yolları müzakirə ediləcək. M.Abbas “yol xəritəsi” planına və ərəb sülh təşəbbüsünə uyğun olaraq paytaxtı Yerusəlım olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasını danışıqlar prosesinin əsas məqsədi hesab edir. İsrail isə birbaşa danışıqlara hazır olduğunu bildirməklə yanaşı, Yerusəlimin bölünməsinin və 1949-1967-ci illərin sərhədlərinə çəkilməyin əleyhinədir. İndiki danışıqlar çox güman ki, İsrailin Aralıq dənizində “Azadlıq donanması”na hücumu ilə əlaqədar gərgin keçəcək. M.Abbasdan əvvəl Vaşinqtona İsrailin Baş naziri Binyamin Netanyahu səfər etməli idi. Lakin o, “Azadlıq donanması” ətrafında vəziyyətlə əlaqədar səfərini ləğv etməli olub.
    09.06.10 Məqaləni oxumaq
     
    Bu gün BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnamə səsverməyə çıxarılacaq
    Bu gün BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnamə səsverməyə çıxarılacaq. KƏLAMİNFO xəbər verir ki, BMT TŞ-na təqdim olunan sənəddə 40 İran şirkəti və təşkilatının "qara siyahı"ya alınması nəzərdə tutulur. Bakı vaxtı ilə saat 18:00-da səsə qoyulacaq qətnamənin 15-i İnqilab Keşikçilərinə yaxın olan 40 İran şirkətini və təşkilatını "qara siyahı"ya almağı nəzərdə tutduğu bildirilir. Bundan əlavə, daha əvvəl əmlaklarının dondurulması qərarı verilən 40 iranlıya daha biri - İsfahandakı nüvə mərkəzinin rəhəbri əlavə ediləcək.
    09.06.10 Məqaləni oxumaq
     
    AŞ PA-nın yay sessiyası iyunun 21-25-də keçiriləcək
    İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək. Milli Məclisdən KƏLAMİNFO-ya bildiriblər ki, sessiyanın birinci günü qurumun bürosunun və siyasi komitəsinin yığıncağı keçiriləcəkr. İclaslarda Avropa Şurasının (AŞ) 2011-ci il büdcəsi və Assambleya bürosunun fəaliyyəti müzakirə olunacaq. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Makedoniya xarici işlər naziri Antonio Miloşoski hesabat verəcək, deputatların suallarını cavablandıracaq. Sessiyada Almaniya və Maltadan insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək, “Şimali Qafqaz regionunda insan hüquqlarının pozulması”, “Kosovoda vəziyyət və AŞ-ın rolu”, “Avropada rumınların vəziyyəti” məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Sessiyada həmçinin “Avropada demokratiyanın vəziyyəti”, “İqtisadi böhranın siyasi tərəfləri”, “Avropada demokratiya: böhranlar və perspektivlər”, “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Meşələr: planetimizin gələcəyi”, “İslam. İslamizm və islamofobiya” və digər məsələlər müzakirə ediləcək.
    09.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 125 126 127 128 129 130 131 132 133 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30