Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 124 125 126 127 128 129 130 131 132 » #
    ABŞ dövlət büdcəsindən Dağlıq Qarabağ separatçılarına 10 mln. dollar ayırıb
    ABŞ Konqresi 2011-ci il üçün ölkə büdcəsini təsdiqləyib. Büdcədə Ermənistana iqtisadi yardım kimi 44 mln. dolların ayrılması nəzərdə tutulur. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 4 mln. dollar azdır. Dağlıq Qarabağ separatçılarına ayrılan yardımın məbləği isə artıb. 2011-ci il büdcəsindən separatçılara 10 mln. dollar ayrılacaq. Bu, ötən ilki məbləği 2 mln. üstələyir. Komissiya Azərbaycanla Ermənistan arasında hərbi yardımın ayrılmasında balansı qoruyub. Bakı və Yerevana hərbi maliyyələşdirmə kimi 3,5 mln., hərbi təhsilə isə hərəyə 450 min dollar ayrılıb.
    01.07.10 Məqaləni oxumaq
     
    Rusiyadan Ermənistana ötürülən qaz kəmərindən Gürcüstan imtina edir
    Rusiyadan Ermənistana ötürülən magistral qaz kəmərini Gürcüstan satışa çıxarmaq niyyətindədir. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, hazırda bu ölkənin parlamentində müzakirəyə çıxarılmış qanun layihəsində bu kəmər özəlləşməsinə icazə verilməyən obyektlər siyahıdan çıxarılıb. Parlament israr edir ki, Rusiya-Ermənistan qaz kəmərinin satılması dövlətin maraqlarına zidd olmayacaq, çünki “obyekt strateji əhəmiyyətə malikdir” qeydi köhnəlib. Gürcüstan müxalifəti kəməri Rusiyanın alacağından ehtiyatlanır. Gürcüstan tranzit haqqı olaraq Rusiyadan Ermənistana ötürülən qazın 10%-ni alır.
    01.07.10 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefaya göndərilir
    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlker Başbuq istefaya göndəriləcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk hərbçilərinin rəhbəri avqustun 30-da istefaya göndəriləcək. Mənbələr bildirir ki, İ.Başbuğun təqaüdə çıxmasında qeyri-adi heç bir şey yoxdur. Onun yerini Türkiyənin Quru Qoşunları komananı İşık Koşaner tutacaq.
    01.07.10 Məqaləni oxumaq
     
    Hillari Klintonun köməkçisi: “Prezidentlərin bəyanatındakı elementlər Dövlət Katibinin səfəri zamanı Bakıda və İrəvanda müzakirə ediləcək”
    ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkə prezidentlərinin müştərək bəyanatında qeyd olunan elementlər ABŞ Dövlət Katibi Hillari Klintonun səfəri zamanı Bakıda və İrəvanda müzakirə ediləcək. KƏLAMİNFO xəbər verir ki, bunları ABŞ Dövlət Katibinin köməkçisi Filip Qordon Dövlət katibinin qarşıdakı səfərinə dair təşkil edilmiş xüsusi brifinqdə deyib. Onun sözlərinə görə, prezidentlər tərəflər arasında bu vaxta qədər müşahidə olunan tərəqqini və müzakirələrə bələdçilik edən və prinsipləri qeyd edib. “ABŞ o prinsiplərə etibar edir və tərəflərlə işləmək qərarına gəlir. Böyük səkkizlik liderləri ötən il L’Aquilada olduğu kimi, ATƏT Minsk Qrupunun bu prosesə yüksək səviyyədə hazır olması və bizim bu məsələnin həllində tərəqqini görməyə dair arzumuzu nümayiş etdirərək bəyanat qəbul ediblər.
    01.07.10 Məqaləni oxumaq
     
    Rusiya regionda öz imperiya iddialarını dəstəkələyə bilirmi?
    Rəsmi Moskva Qırğızıstanla bağlı imperiya iddialarının ardınca gedə bilmədi. Artıq sirr deyil ki, Kurmanbek Bakiyevi həm ABŞ-a, həm də Rusiyaya oynadığı üçün rəsmi Moskva devirdi. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, qərb politoloqları bu fikirdədir. K.Bakiyev ötən il Rusiyadan 2 mlrd. dollar kredit almaq müqabilində amerikalıları Manasdan çıxarmağı Moskvaya söz vermişdi. Lakin krediti alandan sonra K.Bakiyev amerikalılardan daha artıq icarə haqqı alaraq müqaviləni uzatdı. Politoloqların fikirincə, elə bu rəsmi Moskvanı çox məyus etdi. “Qırğızıstandakı son toqquşmaların, özbək-qırğız qırğınının qarşısını almaq üçün elə Moskvanın bu ölkədə gətirdiyi hakimiyyət Rusiyadan, MDB-nin yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından sülhməramlılarını göndərməyi istəyəndə, ruslar yardım etmədilər. Çünki bu təşkilat ancaq kağız üzərində nəyəsə yarayır. Yeganə hərbi qüvvəsi olan üzv elə Rusiyadır. Rusiyanın ordusu isə başıpozuq çağırışçılardan və təcrübəsiz zabitlərdən ibarətdir.
    30.06.10 Məqaləni oxumaq
     
    BVF Ermənistana iri məbləğli kredit ayırdı
    Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistana iqtisadi böhrandan çıxmaq üçün növbəti kredit proqramını təsdiqləyib. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2 kredit tranşının hərəsi 3 il üçün nəzərdə tutulub və onların hər birinin məbləği 197,4 mln. dollardır. Qərara əsasən Yerevan dərhal 53,6 mln. dollar əldə edəcək.
    29.06.10 Məqaləni oxumaq
     
    Bu gün ABŞ və Rusiya prezidentləri görüşəcək
    Bu gün Vaşinqtonda Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi görüşdə əsas diqqət mərkəzində olacaq. Dünən Rusiya prezidenti Dmitri Medvedev Kaliforniyanın “Silikon vadi”sində yüksək texnologiya rəsmiləri ilə görüşüb. “Cisco Systems” şirkəti Rusiyaya 1 mlrd. dollar sərmayə yatıracağını elan edib. D.Medvedev San-Fransiskoda olarkən “Twitter” sosial şəbəkə saytının baş ofisinə də baş çəkib.
    25.06.10 Məqaləni oxumaq
     
    Rusiya prezidenti ABŞ-da səfərdədir
    Bu gün Rusiya prezidenti Dimitri Medvedev ABŞ-a səfər edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda D.Medvedev San-Fransiskoda “Twitter” internet şəbəkəsinin təsisçiləri ilə görüş keçirir. Rusiya prezidentinin Kaliforniyanın “Silikon vadisində” digər yüksək texnologiya nümayəndələri ilə də görüşəcəyi bildirilir. D.Medvedevin Stanford universitetində çıxışı da gözlənilir. Rusiya prezidenti ölkəsinin xam məhsul istehsalçısından intellektual mərkəzə çevrilməsini istəyir. Kaliforniyadan sonra Vaşinqtonda həmkarı Barak Obama ilə görüşdən sonra, hər iki prezident Kanadaya Böyük 8-lik və 20-liyin sammitinə gedəcəklər.
    23.06.10 Məqaləni oxumaq
     
    ABŞ və Rusiya prezidentləri birgə bəyanat verəcək
    İyunun 24-də Vaşinqtonda aparacaqları danışıqların sonunda ABŞ və Rusiya prezidentləri Qırğızıstanda baş verən son hadisələrlə bağlı birgə bəyanat verəcəklər. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda birgə bəyanatın mətni üzərində iş gedir. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, bəyanatda hər iki tərəfin Qırğızıstanda baş verənlərdən narahat olduğu, BMT, ATƏT və qonşu dövlətlərin ifadə etdiyi ümumi beynəlxalq reaksiyaya dəstəyi əksini tapacaq.
    23.06.10 Məqaləni oxumaq
     
    Rusiya SSRİ-nin borcunu qaytaracaq
    Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində Rusiya ilə Makedoniya arasında razılaşma imzalanıb. Razılaşmada SSRİ-nin Makedoniyaya bu günədək ödənməmiş qalan 76 mln. dollar borcunun aradan qaldırılması nəzərdə tutulur. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, pulun 16 mln dolları Rusiya tərəfindən nəğd şəkildə ödənəcək. Qalan məbləğin əvəzində isə Rusiya şirkətləri Makedoniyaya məhsul və xidmətlər verəcək. Borcun 5 il ərzində tam ödənməsi nəzərdə tutulub.
    22.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 124 125 126 127 128 129 130 131 132 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30