Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  123 124 125 126 127 128 129 130 131  #
    Əhməd Davudoğlu Londona bir günlük rəsmi səfər edib
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Londona bir günlük rəsmi səfərə gedib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyada may ayında keçirilən parlament seçkilərindən sonra Türkiyədən bu ölkəyə ilk rəsmi səfəri həyata keçirən Ə.Davudoğlu Londonda Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesi, Kıbrıs məsələsi, İsrailin "Mavi Mərmərə" gəmisinə qanlı basqınından sonra yaşananlar və İranın nüvə proqramı ilə bağlı müzakirələr aparacaq. Ə.Davudoğlu ingiltərəli həmkarı ilə yanaşı, baş nazirin müvini Nik Kleqq ilə görüşəcək, Beynəlxalq Əlaqələr üzrə Kral İnstitununda "Yeni dünya düzənində transatlantik və ittifaq əlaqələrinin rolu" mövzusunda çıxış edəcək. Ə.Davudoğlunun İngiltərə mediası ilə də bir araya gəlməsi planlaşdırılır.
    08.07.10 Məqaləni oxumaq
     
    İtaliyada 2 mln. avro küçələrə səpilib
    İtaliyanın Foc şəhərində qəribə hadisə baş verib. KƏLAMİNFO xəbər verir ki, içərisində 2 mln. avro pul daşıyan yük maşını avtomagistral yolda qəzaya uğrayıb və maşındakı bütün pullar yola tökülüb. İtaliya polisinin verdiyi məlumata görə, 2 mln. avro qəpiklərdən ibarət olub və qəza baş verəndən qısa müddət sonra yolda böyük tıxac əmələ gəlib. Belə ki, italyanlar fürsətdən istifadə edərək yerə səpilən bütün pulları yığmağa başlayıblar. Yük maşınının sürücüsü və italyan polisi isə bunun qarşısında aciz qalıb və oğurluğun qarşısını ala bilməyiblər.
    08.07.10 Məqaləni oxumaq
     
    Avropa Birliyinin xarici işlər nazirləri Qəzza bölgəsinə səfər edəcəklər
    Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri iyul ayı ərzində İsrailin blokada vəziyyətində saxladığı Qəzza bölgəsinə səfər edəcəklər. KƏLAMİNFO xəbər verir ki, qurumun rəhbərliyindən verilən məlumata görə, rəsmi Tel-Əvivin dəvətinə əsasən, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyanın xarici işlər nazirləri sözügedən bölgəyə səfər edəcək və oradakı mövcud şəraitlə tanış olacaqlar. Qeyd edək ki, İsrail 2007-ci ildən Qəzza bölgəsini blokada şəraitində saxlayır.
    07.07.10 Məqaləni oxumaq
     
    Türkiyədə terror aktları səngimək bilmir
    Türkiyənin Hakkari və Elazığ bölgəsində PKK terrorçularının törətdiyi terror hadisələri nəticəsində son iki gündə 3 əsgər şəhid olub, 12 əsgər isə yaralanıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 terrorçu məhv edilib. Hakkari vilayətinin Şəmdinli qəsəbəsinin Haruna keçidində terrorçuların əraziyə döşədiyi minanın partlaması nəticəsində 2 əsgər yaralanıb. Yüksəkova qəsəbəsinin Qamışlı kəndi yaxınlığında da hərəkət halında olan təhlükəsizlik qüvvələrinə terrorçular atəş açıb. İki əsgər də bu olayda yaralanıb. Şəmdinli qəsəbəsində terrorçular jandarma məntəqəsinə hücum nəticəsində 3 əsgər şəhid olub, 3 əsgər yaralanıb, 9 terrorçu ölü ələ keçirilib. Elazığ vilayətinin Arıcak qəsəbəsində də təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışmada 3 terrorçunun ölüsü ələ keçirilib. Atışmada 5 əsgər yaralanıb.
    06.07.10 Məqaləni oxumaq
     
    İran prezidenti: “Bütün iranlılarda bir azərbaycanlı kökü var”
    Şərqi Azərbaycan əyalətinin Binab şəhərində yeni sənaye kompleksinin açılışına qatılan İran prezidenti Mahmud Əhmədinejad azərbaycanlılardan danışıb. KƏLAMİNFO xəbər verir ki, o, Azərbaycan xalqının hər bir övladının ürəyində İrana eşq coşub-daşdığını bildirib. O, qeyd edib ki, İranın başucalığı uğrunda ən böyük fədakarlıq və canfəşanlığı həmişə azərbaycanlılar ediblər. “Əslində, Azərbaycan qeyrət və qeyrətlilərlə qaynayan bir diyardır. Onların hamısının varlığı ölkənin inkişafına xidmət edir. Azərbaycan bütün sahələrdə ölkədə birinci yeri tutmalıdır, buna da qadirdir. Azərbaycanlılar hara gediblərsə, orada abadlıq, qeyrət və mərdlik mənbəyinə çevriliblər. Qeyrət olmayan yerdə də heç bir zirvə fəth edilməz, inkişaf əldə olunmaz. Bütün zirvələri yalnız Azərbaycanla fəth etmək olar”-deyə, İran prezidenti bəyan edib.
    06.07.10 Məqaləni oxumaq
     
    Bronislav Komorovski Polşa prezidenti seçildi
    Polşada növbədənkənar prezident seçkilərinin ikinci turu başa çatıb. KƏLAMİNFO xarici xəbər agentliklərinə istinadən məlumat verir ki, exit-polls Seymin spikeri Bronislav Komorovskinin cüzi üstünlüklə qalib gəldiyini göstərib. Artıq Yaroslav Kaçinski rəqibini qələbə münasibətilə təbrik edib. Qey edək ki, prezident Lex Kaçinskinin Smolenskdə təyyarə qəzasında həlak olmasından sonra Polşada növbədənkənar seçki təyin olunub. İyunun 20-də keçirilən birinci tur zamanı namizədlərdən heç biri tələb olunan 50 faizdən çox səs toplaya bilməyib. Ən çox səs yığan Komorovski və Kaçinski isə ikinci tura keçib. Exit-polls B.Komorovskinin ikinci turda 51,09 faiz (digər mənbələrə görə 53,1 faiz) səs yığdığını göstərib. Y.Kaçinski isə 48,91 faiz (digər mənbələrə görə 46,9 faiz) səs toplayıb. Rəsmi nəticələr bu gün elan ediləcək. Artıq Y.Kaçinski bəyanatla çıxış edərək məğlub olduğunu etiraf edib və Komorovskini qələbə münasibətilə təbrik edib.
    06.07.10 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu Qırğızıstana gedir
    Sabah Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qırğızıstana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, səfər müvəqqəti prezidentliyi ölkədə keçirilən referendumda təsdiqlənən Roza Otunbayevanın vəzifəyə başlaması ilə bağlı tədbirdə iştirak etmək məqsədi daşıyır. Səfər çərçivəsində Ə.Davudoğlu Qırğızıstan siyasiləri ilə bir araya gələcək. O, Qırğızıstandakı türk toplumunun təmsilçiləri və Ahıska türkləri ilə də görüşəcək. Türkiyə iyunun 27-də keçirilən referendumda əldə edilən müsbət irəliləyişin oktyabrda keçiriləcək parlament seçkilərinə qədər qorunması üçün səy göstərir. Qeyd edək ki, Türkiyə Qırğızıstana 20 mln. dollar yardım etmək haqda qərar qəbul edib. Diyanət İşləri İdarəsi və Qızılay da Qırğızıstana yardım üçün yeni kampaniya başladıb.
    03.07.10 Məqaləni oxumaq
     
    İsrail Türkiyədən üzr istəyəcək
    İsrail Qəzza zolağına humanitar yardım aparan gəmiyə hücum etməsi nəticəsində həlak olan Türkiyə vətəndaşlarına kompensasiya ödəmək və onlardan üzr istəməyə hazırlaşır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günlərdə İsrailin milli infrastruktur naziri Binyamin Ben-Eliezer və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında keçirilmiş gizli görüşdə Ankara Təl-Əvivə qarşı bəzi tələblər irəli sürüb. Onların arasında gəmi üzvlərinə kompensasiya ödənilməsi və üzr istənilməsi də var. Digər tələblər insidentin beynəlxalq komissiya tərəfindən araşdırılması, həmçinin Qəzzanın blokadasının aradan qaldırılmasıdır.
    02.07.10 Məqaləni oxumaq
     
    Barak Obama İrana qarşı yeni sanksiya tətbiq edib
    ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların İran qarşı nəzərdə tutulan yeni sanksiyalarla bağlı qanun layihəsini imzalayıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, B.Obama sanksiyanın İranın nüvə proqramlarının hazırlanmasına və maliyyələşdirilməsinə böyük zərbə vuracağını bildirib. B.Obama qeyd edib ki, biz İran hökumətinə onun fəaliyyətində lazımi nəticəni çıxaracağını göstərəcəyik və əgər o israr göstərsə, təziq artacaq, təklənmə isə güclənəcək.
    02.07.10 Məqaləni oxumaq
     
    Bu gün ABŞ Dövlət katibinin Mərkəzi Avropa və Qafqaza səfəri başlayıb
    Bu gün ABŞ Dövlət katibi Hillari Klintonun Mərkəzi Avropa və Qafqaza səfəri başlayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət katibinin ilk dayanacağı ölkə Ukrayna olacaq. O, prezident Viktor Yanukoviç və digər rəsmilərlə danışıqlar aparacaq, ikitərəfli münasibətlər müzakirə ediləcək. Eyni zamanda Ukraynanın zənginləşdirilmiş uranı ərazisindən çıxarmaq üçün götürdüyü öhdəliyin yerinə yetirilməsi də danışıqların müzakirə mövzusu olacaq. H.Klinton 5 günlük səfəri zamanı Polşa, Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq. ABŞ Dövlət katibi Bakıya iyulun 4-də gələcək.
    02.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  123 124 125 126 127 128 129 130 131  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30