Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  122 123 124 125 126 127 128 129 130  #
    Suyun səviyyəsinin qalxması iqlim dəyişikliyi ilə əlaqədardır
    Mütəxəssislər Hind okeanında suyun səviyyəsinin yüksəlməsini Banqladeş, Şri-Lanka və İndoneziyada yaşayan əhalinin təhlükədə olduğunu bildiriblər. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Kolorodo Universitetinin tədqiqatçıları, suyun səviyyəsinin qalxmasının iqlim dəyişikliyi ilə əlaqədar olduğunu və suyun isinməsinin bu prosesi daha da sürətləndirdiyini bildirbilər. Tədqiqatçılar qeyd edirlər ki, suyun yüksəlməsi sellərin artmasına, əkinlərin, evlərin və yolların sıradan çıxmasına səbəb olacaq. Qeyd edək ki, dünyada ümumən suyun səviyyəsi 3 mm-ə qədər yüksəlib və havanın kəskinləşməsinə səbəb istixana qazlarıdır.
    16.07.10 Məqaləni oxumaq
     
    ABŞ-dan Fransaya çadra qadağasına görə etiraz olunub
    ABŞ Dövlət Departamentinin sözçüsü Filip Qrovley insanların dini inancları ilə bağlı olaraq nə geyinib, nə geyinmədikləri qanunla müəyyənləşdirilməməli olduğunu bildirib. KƏLAMİNFO xəbər verir ki, F.Qrovley "din azadlığına və din azadlığının bir parçası olan simvollara hörmət göstərdiyimiz üçün belə bir addım atmazdıq",-deyə əlavə edib. Qeyd edək ki, iki gün əvvəl Fransada ictimai yerlərdə niqablı çadra ilə gəzməyi qadağan edən qanun qəbul edilib.
    15.07.10 Məqaləni oxumaq
     
    İranlı nüvə alimi bir ildən sonra ölkəsinə qayıtdı
    Bir il əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən oğurlandığı iddia edilən iranlı alim ölkəsinə qayıdıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kəşfiyyat İdarəsi İranın elm adamları və nüvə proqramından məlumatlı olanları Tehranda ayırmaq məqsədilə Şahram Əmiriyə 5 mln. dollar ödədiyini iddia edir. Heç bir gizli məlumatdan xəbərdar olmadığını bildirən Ş.Əmiri İrana qayıtdıqdan sonra bildirib ki, o ABŞ-ın Kəşfiyyat İdarəsi tərəfindən qaçırılıb və orda qalması üçün ona 50 mln. dollar təklif olunub. Qeyd edək ki, rəsmi Tehran İranın nüvə araşdırmaçısı Ş.Əmirinin Həcc ziyarəti zamanı ABŞ Kəşfiyyat İdarəsi tərəfindən girov götürüldüyünü bildirmişdi.
    15.07.10 Məqaləni oxumaq
     
    Dağıstanda törədilən partlayış Bakı-Moskva qatarının hərəkətinin dayanmasına səbəb olub
    Bu gün səhər Rusiya Federasiyası Dağıstan Respublikası ərazisindən keçən dəmir yolunda partlayış baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Tarku-Manas yolunda lokomotiv və qumla dolu 2 vaqonun partladılması nəticəsində ölən və yaralanan olmayıb. Buna baxmayaraq, partlayış səbəbindən bu istiqamətdə hərəkət edən Bakı-Moskva və digər qatarlar dayandırılıb. Hazırda hadisə yerində operativ-istintaq qrupu və təmir briqadası fəaliyyət göstərir.
    15.07.10 Məqaləni oxumaq
     
    Almaniya kansleri Angela Merkel Rusiyada səfərdədir
    Almaniya Kansleri Angela Merkel Almaniya-Rusiya dövlətlərarası yüksər rütbəli məmurların 12-ci toplantısında iştirak etmək üçün Yekatirinburqa səfər edib. Səfər Rusiya prezidenti Dmitri Medvedevlə əldə olunmuş razılığa əsasən reallaşıb. KƏLAMİNFO xəbər verir ki, hökümət nümayəndələrinin də iştirak edəcəyi sammitdə iki ölkə arasındakı münasibətlər, ticari əlaqələrin daha da inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılacaq, müxtəlif razılıqlar əldə olunacaq. Qeyd edək ki, görüşlərdə Lufthansa və Siemens AG-nin rəhbərlərinin iştirakı da gözlənilir.
    15.07.10 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibi Türkiyə XİN başçısına Cənubi Qafqaz səfəri barədə məlumat verib
    ABŞ dövlət katibi Hillari Klinton Qafqaz səfəri barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə telefonda danışıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar terrorla mübarizə, İranın nüvə proqramı ilə bağlı vəziyyəti də müzakirə ediblər. Ə.Davudoğlu ilə H.Klinton İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan gəmilərə hücumu haqda da danışıblar. Davudoğlu məsələnin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasının vacibliyini bir daha vurğulayıb. H.Klinton həmkarına bu günlərdə Cənubi Qafqaza etdiyi səfərin nəticələri haqda müfəssəl məlumat verib.
    14.07.10 Məqaləni oxumaq
     
    Fransa bu gün hicabı ləğv edə bilər
    Bu gün Fransa höküməti ictimai yerlərdə hicabla gəzməyi ləğv edə bilər. KƏLAMİNFO xəbər verir ki, ictimai yerlərdə hicabla, üzü bağlı şəkildə gəzməyi qadağan edən qanun layihəsi Məclisin ümumi yığıncağında müzakirə olunacaq və qanun layihəsi qəbul olunarsa sözügedən ölkə hicabı ləğv edən ilk dövlət olacaq. Qeyd edək ki, Fransadakı irqçiliklə mübarizə aparan təşkilatlar bu qanunun əleyhinə çıxaraq, birgə aksiya təşkil edəcəklərini bildirblər.
    13.07.10 Məqaləni oxumaq
     
    ATƏT PA-nın yeni prezidenti seçilib
    ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni prezidenti seçilib. KƏLAMİNFO xəbər verir ki, bu Yunanıstanlı Petros Eftimioudur. ATƏT PA-nın Norveçin paytaxtı Oslo şəhərində keçirilən 19-cu illik sessiyasında bu vəzifə uğrunda P.Eftimiou və kanadalı Konsilyo Di Nino mübarizə aparıb. P.Eftimiou 64-ə qarşı 130 səs alaraq rəqibini geridə qoyub. İtaliyalı Rikkardo Miqliori, Rusiyalı Aleksandr Kozlovski və Ukraynalı Oleq Bilorus, İspaniyalı İzabel Pouelo vitse-prezident seçiliblər. Xatırladaq ki, ATƏT PA-ya son 2 ildə portuqaliyalı Joao Suares rəhbərlik edib.
    13.07.10 Məqaləni oxumaq
     
    Dağıstan dəmir yolunda baş vermiş partlayışda sağ qalan azərbaycanlılar Bakıya yola salınıb
    Rusiya Federasiyiasının Dağıstan Respublikasında dəmir yolunda baş vermiş partlayışla əlaqədər yolda qalan sərnişinlər avtobuslarla başqa stansiyalara, oradan isə ayrılmış qatarlarla təyinat məntəqəsinə yola salınıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar, daha çox Azərbaycana işləyən qatarların sərnişinlərinə aiddir. Bu ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 08.29-da Dərbəndə 391 saylı Bakı-Rostov qatarı çatıb. Qatarda 286 nəfər, o cümlədən 50 uşaq olub. Sərnişinlər saat 13.50-də başqa qatarla Rostov şəhərinə göndəriliblər. Saat 12.30-da isə 391 saylı Tümen-Bakı qatarı hadisə yerinə çatıb. Qatarda 140 sərnişin, o cümlədən 6 uşaq olub. Onlar avtobusla İzberbaş stansiyasına daşınıb, oradan isə qatarla Bakıya göndəriliblər. 373 saylı Bakı-Tümen qatarı 220 sərnişinlə saat 16.00-da İzberbaş stansiyasına çatıb. Oradan 7 avtobusla sərnişinləri Mahaçqalaya aparıblar və başqa qatarla yola salıblar. Hazırda partlayış yerində aşmış vaqonlar, o cümlədən yola dağılmış yük təmizlənib və bərpa işlərinə başlanılıb.
    13.07.10 Məqaləni oxumaq
     
    NATO-nun baş katibi AB-ni Türkiyəyə qarşı ədalətli olmağa çağırıb
    NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa Birliyinin Türkiyəyə qarşı daha ədalətli davranmasının vacibliyini vurğulayıb. KƏLAMİNFO Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rasmussen Türkiyə ilə yalnız NATO-da deyil, Avropa Birliyində də bir ortaq olaraq yaxın əlaqələrin önəmli olduğunu söyləyib. Baş katib Danimarkada yayımlanan bir qəzetə verdiyi açıqlamada Avropa Birliyini Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi üçün üzvlük müzakirələrindən əlavə bir sıra praqmatik addımlar atmağa çağırıb. Rasmussen xüsusilə AB-nin hərbi missiyalardakı qərar vermə mexanizmlərində Türkiyəyə daha çox rol verməsinin vacibliyini vurğulayaraq Türkiyənin Avropa Müdafiə Agentliyinə üzv olma istəyinə müsbət cavab verilməsini istəyib. Norveç kimi AB üzvü olmayan ölkənin bu mexanizmin içində yer aldığına diqqət çəkən NATO-nun baş katibi Türkiyəni hərbi araşdırma və inkişafı nəzərdə tutan bir qurumdan kənarda tutmanın ədalətsizlik olduğunu bildirib.
    09.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  122 123 124 125 126 127 128 129 130  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30