Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 121 122 123 124 125 126 127 128 129 » #
    Rusiyada Baksan SES-də terrorçular partlayış törədiblər
    Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan Su Elektrik Stansiyasında partlayış baş verib. KƏLAMİNFO Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk partlayış Moskva vaxtı ilə saat 05:20-də qeydə alınıb. Terrorçular əvvəlcə stansiyanın iki mühafizəçisini qətlə yetirib və maşın stansiyasını minalayıblar. İlkin məlumatlara əsasən, SES-in ərazisi silahlı şəxslər tərəfindən ələ keçirilib. Şimali Qafqaz dairəsinin güc strukturlarında hesab edirlər ki, bu, terror əməliyyatı olub. Onların fikrincə, partlayışların həyata keçirilmə sxemi ona dəlalət edir ki, bu, yaxşı planlaşdırılmış terror əməliyyatıdır. Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mətbuat xidmətinin rəhbəri Oleq Qrekovun məlumatına görə, SES-də baş verən partlayışlardan sonra əhali və ərazi üçün heç bir təhlükə yoxdur. Rusiya mətbuatının məlumatına görə, Baksan SES-ə hücumdan qabaq şəhərin milis bölməsi atəşə tutulub.
    22.07.10 Məqaləni oxumaq
     
    Əl-Qaidə Yaxın Şərq liderlərini sionizmi dəstəkləməkdə günahlandırıb
    “Əl-Qaidə”nin liderlərindən olan Ayman əl-Zəvahiri yeni yayımlanmış audioyazısında Yaxın Şərq, eləcə də ərəb dünyası liderlərini sionizmdə və İsrailə kömək etməkdə günahlandırıb. KƏLAMİNFO xarici xəbər agentliklərinə istinadən məlumat verir ki, Ayman əl-Zəvahiri Misir prezidenti Hüsnü Mübarəkin sionizmi dəstəkləyən ərəb ölkələri liderlərinə rəhbərlik etdiyini və İsrailin Qəzza bölgəsini blokada şəraitində saxlamasına imkan yaratdığını vurğulayıb. Əl-Qaidə lideri İordaniya kralı İkinci Abdullanı, Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Abdul Əzizi və Fələstin avtonomiyasının lideri Mahmud Abbası da sionizmdə günahlandırıb.
    22.07.10 Məqaləni oxumaq
     
    PKK-nın növbəti hücumu nəticəsində 6 türk əsgəri şəhid olub
    Türkiyənin Hakkari bölgəsi Çukurca ərazisində PKK terrorçuları hərbi hissəyə hücum ediblər. KƏLAMİNFO xəbər verir ki, terrorçuların xain hücumu nəticəsində 6 türk əsgəri şəhid olub, 17 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, qələbəlik bir qrup İraq sərhəddində yerləşən Xantəpə Hərbi Baza bölgəsinə hücum edib. Terrorçular uzun mənzilli silahlardan istifadə ediblər. Hazırda atışmanın davam etdiyi bölgəyə çox sayda xüsysi təyinatlılar göndərilib. Bölgədə geniş miqyaslı əməliyyat başladılıb. Əməliyyata Diyarbəkirdən qalxan F-16 və Kobra vertolyotları da dəstək verir.
    21.07.10 Məqaləni oxumaq
     
    Suriyada çarşab qadağan olundu
    Fransadakı çarşab mövzusu bitməmiş daha bir ölkədə çarşaba qadağa qoyuldu. KƏLAMİNFO xəbər verir ki, çarşaba qadağa qoyan növbəti dövlət əhalisinin 97%-i müsəlman olan Suriyadır. Bundan sonra, Suriyada qızların universitetə çadra ilə getməsinə icazə verilməyəcək. Qeyd edək ki, Suriyanın təhsil naziri Ghiath Barakat deyib ki, insanın üzünü qapayan və tanınmaz hala gətirən çadra akademik və etik dəyərlərlə uzlaşmır. O, bu səbəbdən universitetlərdə çadraya qadağa qoyulduğunu vurğulayıb.
    21.07.10 Məqaləni oxumaq
     
    Somalidə atışma nəticəsində 12 nəfər ölüb
    Somalinin paytaxtı Moqadişuda militanlarla Afrika Birliyi sülhməramlı missiyası əsgərlərinin dəstəklədiyi hökumət qüvvələri arasında atışma olub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışmada 12 nəfər ölüb. Rəsmilər atışmada yaralananların sayının 43-ə yüksəldiyini bildiriblər. "Əl-Qaidə" terror təşkilatına bağlı olduğu düşünülən "Əş-Şəbab" təşkilatının sözçüsü yeni hücumlar təşkil etdiklərini və yeni bir bölgəni ələ keçirdiklərini söyləyib. Hökumətə bağlı komandanlar isə hücumların qarşısını aldıqlarını və terrorçuları geri oturtduqlarını bildiriblər.
    21.07.10 Məqaləni oxumaq
     
    Prezident Abdullah Gül Misirə gedib
    Bu gün Türkiyə prezidenti Abdullah Gül Misirə iki günlük işgüzar səfərə yola düşüb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Gül səfər zamanı Misir prezidenti Hüsnü Mübarəklə görüşəcək. Prezident A.Gül Hərb Akademiyada keçiriləcək məzuniyyət törəninə qatılacaq, Misirin yüksək rütbəli hərbi rəhbərləri ilə bir araya gələcək. Səfər zamanı ikitərəfli əlaqələr və Yaxın Şərqdəki proseslər başda olmaqla bölgədə və beynəlxalq arenada iki ölkəni maraqlandıran məsələlər müzakirə ediləcək.
    21.07.10 Məqaləni oxumaq
     
    İran XİN başçısı: “İranın Ermənistanla əlaqələrini sıxlaşdırması vacibdir”
    Ermənistan müdafiə naziri Seyran Ohanyan İranın paytaxtı Tehranda bu ölkənin xarici işlər naziri Manuçehr Mottakilə görüşüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, erməni nazir görüşdə İran-Ermənistan əlaqələrinin daha da genişləndirilməsini israr edib. S.Ohanyan İranın Yaxın Şərqdə staretji mövqeyini xatırladaraq Ermənistanın da İranla bu bölgədə işbirliyində maraqlı olduğunu bəyan edib. M.Mottaki isə Cənibi Qafqazda olan problemlərin həllini önə çəkərək, İranın bu problemlərin həllində daim Ermənistanın yanında olduğunu diqqətə çatdırıb. “İki ölkə arasında əlaqələrin daha da sıxlaşması çox vacibdir”,-deyə İran XİN başçısı bildirib.
    20.07.10 Məqaləni oxumaq
     
    Rusiya Hərbi-Dəniz Donanmasının Baş Komandanı Türkiyədə səfərdədir
    Rusiya Hərbi-dəniz donanmasının baş komandanı Vladimir Vısotski iyulun 20-23-də Türkiyədə rəsmi səfərdə olacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərin əsas məqsədi iki ölkənin hərbi donanmalarının əməkdaşlığını müzakirə və inkişaf etdirməkdir. Xatırladaq ki, Rusiya və Türkiyə Qara dənizin müdafiəsində iki müxtəlif layihədə əməkdaşlıq edir.
    20.07.10 Məqaləni oxumaq
     
    İranda partlayış: 21 nəfər həlak olub, 100-dək adam yaralanıb
    İranın Sistan-Belucistan əyalətinin mərkəzi Zahidan şəhərində iki terror aktı törədilib. KƏLAMİNFO xəbər verir ki, partlayışlar nəticəsində İslam inqilabı korpusunun hərbi qulluqçuları da daxil olmaqla 21 nəfər həlak olub, 100-dək adam yaralanıb. İlk partlayış şəhərin mərkəzi məscidinin girişində axşam namazından sonra baş verib. Bir qədər sonra hadisə yerinə təcili yardım maşınları gələrkən ikinci partlayış olub. Bu terror aktlarına görə məsuliyyəti ekstremist “Cundullah” təşkilatı üzərinə götürüb. Partlayışlar iki intiharçı-terrorçu - edam olunan Əbdülmalik Rihinin qohumları tərəfindən törədilib. Terrorçular hücumu öz başçılarının edam edilməsinə cavab olaraq həyata keçirdiklərini bildiriblər. Qeyd edək ki, bu qruplaşmanın “Əl-Qaidə” ilə yaxın əlaqəsi olduğu bildirilir.
    17.07.10 Məqaləni oxumaq
     
    Vaşinqtonda bomba həyəcanı yaşanıb
    Ağ evin 650 m məsafəsində şübhəli qara bir çanta paytaxt əhalisini təşvişə salıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn mütəxəssislər bombanı zərərsizləşdirmək üçün işə başlayıblar. Lakin 2 saatdan sonra məlum olub ki, qara çantada bomba yerinə kabel və bəzi alətlər var. Həmin şübhəli çanta polis tərəfindən uzaqlaşdırılıb.
    16.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 121 122 123 124 125 126 127 128 129 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30