Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 119 120 121 122 123 124 125 126 127 » #
    İsrailin müdafiə naziri məsuliyyəti üzərinə götürüb
    Ehud Barak Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə edilən qanlı hücumun məsuliyyətini öz üzərinə götürdüyünü bildirib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Barak təqaüddə olan Ali Məhkəmənin hakimi Yakob Türkelin rəhbərlik etdiyi daxili təhqiqat komissiyasına verdiyi ifadə də Qəzzaya gedən gəmilərin əngəllənməsi üçün orduya verilən təlimatların məsuliyyətini qəbul etdiyini deyib. “Mənim rəhbərliyim və əmrlərim daxilində baş verən hər şeyin məsuliyyətini üzərinə götürürəm. Siyasi səviyyədə verilən bütün əmrlərin məsuliyyəti mənimdir”,-deyə E.Barak qeyd edib.
    10.08.10 Məqaləni oxumaq
     
    Rusiya prezidenti gözlənilmədən Abxaziyaya gəlib
    Bu gün Rusiya prezidenti Dmitri Medvedev gözlənilmədən Abxaziyaya gəlib. Onun səfəri Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda baş vermiş müharibənin ikinci ildönümünə təsadüf edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Medvedev özü də səfərini “simvolik” adlandırıb. O, bildirib ki, indi Abxaziya və Cənubi Osetiya beynəlxalq hüququn müstəqil subyektləridir. D.Medvedev Abxaziya lideri Sergey Baqapşla görüşündə Moskvanın Abxaziya ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrini genişləndirəcəyini bəyan edib. Bu, Abxaziya müstəqilliyini elan edəndən və Rusiya bu müstəqilliyi tanıyandan bəri Rusiya prezidentinin bölgəyə ilk səfəridir. Rusiya prezidenti qeyd edib ki, Cənubi Osetiya və Abxaziyanın tanınması Moskva üçün ağrılı, lakin düzgün qərar olub.
    10.08.10 Məqaləni oxumaq
     
    İran prezidenti Mahmud Əhmədinejada sui-qəsd olub
    İran prezidenti Mahmud Əhmədinejada sui-qəsd olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Livandakı “Future TV” İran prezident administrasiyasına istinadən yayıb. Telekanal xalq qarşısında çıxış etmək üçün Həmədana gedən M. Əhmədinejadın kortejinə əl qumbarası atıldığını bildirib. Hadisə nəticəsində yaralananların olduğu xəbər verilir, M. Əhmədinejad isə zərər çəkməyib. Olayla əlaqədar 1 nəfər yaxalanıb.
    06.08.10 Məqaləni oxumaq
     
    D.Medvedev V.Putinə rəqib olmayacaq
    Rusiyanın dövlət başçısı Dmitri Medvedev 2012-ci ildə keçiriləcək prezident seçkilərində Baş nazir Vladimir Putinə rəqib olmayacağını söyləyib. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, D.Medvedev mətbuata açıqlamasında bildirib ki, növbəti seçkinin güc mübarizəsi olmasını istəmir. Onun sözlərinə görə, bu, Rusiya üçün yaxşı olmaz. Kimin prezident olacağı ilə əlaqədar hər hansı bir fikri olmadığını vurğulayan Rusiya lideri bildirib ki, bu, özü, Putin, ya da başqa bir şəxs ola bilər. O bildirib ki, 2012-ci ildə kim prezident olsa, həmin rəhbərin özü və Putin kimi Rusiyanın sabit inkişafı üçün çalışması vacibdir. Rusiyanın Baş naziri V.Putin isə 2012-ci ildə prezidenliyə namizəd olacağını açıqlayıb.
    04.08.10 Məqaləni oxumaq
     
    Krasnoyarsk aviaqəzasının qurbanlarının sayı 12-yə çatıb
    Rusiyanın Krasnoyarsk diyarında qəzaya uğramış təyyarənin sağ qalmış sərnişini xəstəxanada keçinib. Bu barədə Rusiya FHN Krasnoyarsk diyar baş idarəsindən məlumat veriblər. Beləliklə, qəza qurbanlarının sayı 12-yə çatıb. Xatırladaq ki, təyyarədə 15 nəfər - 4 heyət üzvü və 11 sərnişin olub. Krasnoyarsk-İqarka marşrutu ilə hərəkət edən təyyarə İqarka hava limanına enərkən qəzaya uğrayıb. Nəticədə 11 sərnişin və 1 heyət üzvü həlak olublar. 3 heyət üzvü sağ qalıb.
    03.08.10 Məqaləni oxumaq
     
    Çin dünyada edam sayına görə liderdir
    Çində 2009-cu ildə 5 min insan edam olunub. AZADİNFORM Rusiya mətbuatına istinadən xəbər verir ki, Çin edam sayına görə dünyada lider ölkədir. Keçən il dünyada 5679 insan edam olunub. İkinci sıranı 402 nəfəri edam etməklə İran paylaşır. İraqda 75 nəfər, ABŞ-da isə 52 nəfər cinayətkar 2009-cu ildə edam olunub.
    03.08.10 Məqaləni oxumaq
     
    İsrail Fələstin müzakirələri avqustun ortalarında başlaya bilər
    İsraillə Fələstin arasında birbaşa müzakirələrin avqustun ortalarında başlanması gözlənilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fələstin tərəfi ABŞ iqtidarına geniş miqyaslı sülh planı təqdim edib. Fələstinin baş müzakirəçisi Saib Erakat planın İsraillə toqquşmanı sona çatdıracaq və eyni zamanda bütün Fələstinin tələblərini yerinə yetirə biləcək bugünə qədərki ən yaxşı təklif olduğunu söyləyib. Plan sərhədlər, Qüds, qaçqınlar, su və təhlükəsizlik kimi fundamental məsələləri əhatə edir. Erakat planı bir müddət əvvəl B.Obamanın Yaxın Şərq təmsilçisi Corc Mitçellə təqdim etdiklərini, ancaq İsrail hökumətindən bir cavab gəlmədiyini bildirib.
    02.08.10 Məqaləni oxumaq
     
    İraqda qiyamçıların hücumu nəticəsində 17 hərbiçi həlak olub
    İraq müxtəlif bölgələrində terrorçuların hücumları nəticəsində 17 hərbiçi həlak olub. Ən qanlı hücum İraqın sünni rayonu olan Azamiyyada baş verib. Orada 10 əsgər həlak olub. Güman olunur ki, bu yaxşı planlaşdırılmış basqın idi. Təhlükəsizlik qüvvələrinin hərbiçilərinə qarşı hücumlar habelə Tikrit, Fəluc və Mosulda baş verib.
    31.07.10 Məqaləni oxumaq
     
    İstanbulda türkdilli jurnalistlərin toplantısı keçiriləcək
    Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisində olub. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, səfir Azərbaycan jurnalistlərini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə bir daha təbrik edib, media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülmələrindən, Mətbuat Şurasının müasir və hər cür avadanlıqla təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirib. Bu ilin payızında İstanbulda türkdilli jurnalistlərin toplantısının keçiriləcəyi barədə məlumat verən diplomat, tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Türkiyə – Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin gələn həftə səfirlik tərəfindən mükafatlandırılacağını söyləyib.
    30.07.10 Məqaləni oxumaq
     
    Pakistanda təyyarə qəzaya uğrayıb
    Pakistanın paytaxtı İslamabad şəhərinin yaxınlığında təyyarə qəzaya uğrayıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarədə 146-sı sərnişin olmaqla, 152 nəfər adam olub. Onların taleyi barədə məlumat yoxdur. Təyyarə Kəraçi-İslamabad reysini həyata keçirirmiş. Təyyarənin yerə enməyə hazırlaşarkən qəzaya uğradığı bildirilir. Baş vermiş qəza ilə bağlı İslamabadda bütün xəstəxanalar gücləndirilmiş iş rejiminə keçib. İlkin ehtimala görə təyyarə qəzasına səbəb pis hava şəraiti olub. Görmə məsafəsi az olduğundan təyyarə dağa çırpılaraq yerə düşüb.
    29.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 119 120 121 122 123 124 125 126 127 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30