Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 118 119 120 121 122 123 124 125 126 » #
    ABŞ, Böyük Britaniya və Qazaxıstan birgə təlimlərə başlayıb
    Bu gün Qazaxıstanda ABŞ, Böyük Britaniya və Qazaxıstan silahlı qüvvələrinin birgə təlimi başlayır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 10 gün davam edəcək hərbi təlimlərdə 1000-dən artıq hərbçi iştirak edəcək. Təlimlər Almatı şəhəri yaxınlığındakı İlinski hərbi paliqonunda keçiriləcək. Hər il keçirilən bu təlimlər NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının tərkib hissəsidir.
    16.08.10 Məqaləni oxumaq
     
    Qırğızıstanda 57 partiya seçkilərdə iştirak edəcək
    Oktyabrın 10-da Qırğızıstanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 57 partiya namizədliyini irəli sürüb. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, avqustun 26-na qədər namizədlər qeydiyatdan keçməlidir. Sentyabrın 10-dan seçim kompaniyasına başlayan partiyaların 9 oktyabrda kampaniyaları sona çatacaq. Konstitusiyaya görə hər bir partiya 65 namizəd irəli sürə bilər. Deputatlarının sayı 50-dən çox olan partiya höküməti qurmaq hüququ qazanır.
    16.08.10 Məqaləni oxumaq
     
    ABŞ-da “Türkiyə siyasəti” müzakirə olundu
    ABŞ-da yüksək rütbəli rəsmilər Türkiyə siyasətini müzakirə ediblər. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın dövlət katibi Hillari Klinton, Dövlət Departamentinin rəsmisi Mark Toner, dövlət katibinin köməkçisi Filip Qordon və bir sıra rəsmi şəxslər də iştirak edib.
    Dövlət Departamentinin rəsmisi Mark Toner jurnalistlərə bildirib ki, ABŞ-ın xarici siyasətində önəmli olan dövlətlər haqqında tez-tez belə tədbirlər keçirilir və Türkiyədə onlardan biridir. Görüşdə hansı mövzuların müzakirə olunduğunu gizli saxlayan Mark Toner “İran mövzusu gündəmə gəldimi” sualına cavab verməkdən imtina edib. ABŞ rəsmisi həmçinin PKK ilə mübarizədə Türkiyə və İraq hökümətiylə birgə olduqlarını bildirərək “PKK ortaq düşmənimizdir”,-deyə bildirib.
    14.08.10 Məqaləni oxumaq
     
    Barak Obama Mahmud Əhmədinecatla görüşə bilər
    ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi James Jones sentyabr ayında keçiriləcək BMT-in umumi komissiya mərkəzində Obamanın İran prezidenti ilə görüşə biləcəyini bildirib. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, James Jones bildirib ki, ABŞ prezidentinin son zamanlar ortaya qoyduğu siyasət Tehranla müzakirə qapılarının hələ də bağlanmadığını göstərir. Həmçinin J.Jones  İran rəsmilərindən beynəlxalq nüvə görüşlərinə qayıtmasını istəyib.
    Xatırladaq ki, avqustun əvvəlində İran prezidenti Mahmud Əhmədinecat ABŞ prezidenti Barak Obama ilə təkbətək görüşmək istədiyini bildirsə də, ABŞ lideri buna müsbət cavab verməyib.
    13.08.10 Məqaləni oxumaq
     
    Barak Obama müsəlmanları təbrik edib
    ABŞ prezidenti Barak Obama Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib. KƏLAMİNFO xəbər verir ki, B.Obama təbrik məktubunda bildirib: “Amerika xalqı adından mən və həyat yoldaşım Mişel Obama ABŞ-da və dünyada yaşayan müsəlmanlara ən yaxşı arzularımızı çatdırırq”. ABŞ prezidenti ”Ramadan Kareem (Ramazanın mübarək olsun)” deyərək Ramazanın ailələrin birlikdə yığışdığı, dostlarının iftar yeməklərinə ev sahibliyi etdiyi, yeməklərin paylaşıldığı və müsəlmanların tanrı qarşısndakı borcunu düşündüyü bir ay olduğunu qeyd edib.
    13.08.10 Məqaləni oxumaq
     
    B.Obama həmçinin Ağ evdə həftə arası iftar süfrəsinin veriləcəyini də bildirib
    Bu gün Beynəlxalq Gənclər günüdür. KƏLAMİNFO xəbər verir ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Azərbaycanda gənclərlə bağlı dövlət siyasətini 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi həyata keçirir. 1996-cı ildən başlayaraq Azərbaycan Gənclərinin Forumları keçirilir. Ölkəmizdə isə Gənclər günü ümummilli lider Heydər Əliyevin qərarı ilə fevralın 2-i qeyd olunur. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının sayı 170-dən artıqdır.
    13.08.10 Məqaləni oxumaq
     
    Türkiyədə zəlzələ olub
    Türkiyənin Balıkəsir əyalətində səhər saat 05.23-də 4.8 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, insanlar təşviş içərisində evlərindən çölə qaçıblar. İlkin məlumatlara görə hadisə zamanı insan təlafatı olmayıb.
    12.08.10 Məqaləni oxumaq
     
    Rusiyada müsəlmanlar fond yaradıblar
    Müqəddəs Ramazan ayının gəlməsi ilə əlaqədar Rusiya müsəlmanları xeyriyyə fondu yaradıblar. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu ölkədə müsəlmanların Sosial-Xeyriyyə və Mənəvi-Maarfiçilik Departmaneti ölkədə yanğından əziyyət çəkmiş insanlara lazım olan əşyaların toplanmasına başlayıb. Anomal istilər səbəbindən Rusiyanın 22 regionunu təbiət yanğınları bürüyüb. Bu regionların 7-də, o cümlədən Moskvada fövqəladə vəziyyət elan olunub. Xeyriyyə məqsədilə toplanmış bütün ianələr departamentdə toplanacaq və əziyyət çəkmiş əhaliyə paylanacaq.
    12.08.10 Məqaləni oxumaq
     
    Türkiyədə neft kəmərində partlayış baş verib
    Türkiyənin Şırnak vilayətinin İdil kəndi yaxınlığında keçən BOTAŞ neft şirkətinə aid Kərkük-Yumurtalık boru kəmərində partlayış baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar İdil Dövlət Xəstəxanasında çatdırılıb. Partlayışın PKK terroristlərinin kəmərin altına mina qurması nəticəsində baş verdiyi bildirilir. Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı əməliyyata başlayıblar.
    11.08.10 Məqaləni oxumaq
     
    ABŞ Müdafiə Nazirliyi “Wikileaks” saytına qarşı
    Pentaqonun tələbləri təhdid kimi qiymətləndirilir

    ABŞ Müdafiə Nazirliyi ilə “Wikileaks” saytı arasında qalmaqal davam edir. Bu dəfə Pentaqon “Wikileaks” saytının rəhbərliyindən Əfqanıstanla bağlı bütün sirli faylları ləğv etməyi tələb edib. BBC-nin məlumatına görə, bu fayllar “təsadüfi” olaraq sayt rəhbərliyinin əlinə keçib. Ancaq saytın mətbuat katibi məlumat verib ki, fayllar çap olunan gündən bütün internet boyu yayılıb və artıq onları şəbəkədən yığışdırmaq, ləğv etmək mümkün deyil. Pentaqon, həmçinin sayt rəhbərliyindən bir daha əlinə belə materiallar düşəcəyi halda çap etməyəcəyi barədə təminat istəyir. Müdafiə Nazirliyinin mətbuat katibi Ceff Morell saytın rəhbərliyindən hələ ki, ictimaiyyətə açıqlanmayan 15 min sənədi geri qaytarmağı tələb edib. Onun sözlərinə görə, bu məlumatlar hökumətin mülkiyyətidir və özündə məxfi məlumatları əks etdirir.
    "Wikileaks”də isə Pentaqonun bu tələblərini təhdid kimi qiymətləndiriblər. Hələlik sayt rəhbərliyi bu barədə heç bir qərar qəbul etməyib.
    11.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 118 119 120 121 122 123 124 125 126 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30