Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 116 117 118 119 120 121 122 123 124 » #
    Rusiya Qırğızıstana 10 mln. dollar yardım ayıracaq
    Rusiyanın Baş naziri Vladimir Putin Qırğızıstana 10 mln. dollar yardım ayrılmasına razılıq verilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanın inkişaf etməsi və iqtisadiyyatının dirçəldilməsi istiqamətində Rusiya bu ölkəyə 10 mln. dollar dəyərində yardım vəsaiti ayırıb.
    Qeyd edək ki, bu ilin aprel ayında Rusiya Qırğızıstana 20 mln. dollar dəyərində qrant da ayırıb.
    04.09.10 Məqaləni oxumaq
     
    ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə gəlir
    Bu gün ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu admiralı Maykl Mullen Türkiyəyə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı M.Müllenin Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı İşık Koşaner və müdafiə naziri Vecdi Gönüllə görüşü gözlənilir.
    Admiral türkiyəli həmkarları ilə Birləşmiş Ştatlar Ordusunun İraqdan çıxarılması, Əfqanıstandakı vəziyyət və ABŞ-ın Türkiyədəki bazaları ilə bağlı məsələləri müzakirə edəcək.
    04.09.10 Məqaləni oxumaq
     
    Yunanıstanda siqaret qadağan edildi
    Bu gündən Yunanıstanda siqaret çəkmək qadağan edilib. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bir çox restoran və kafelərin sahibləri bildiriblər ki, qadağa onların işinə mane olduğundan ona əməl etməyəcəklər. Qanuna görə, qadağanı pozan ayrı-ayrı şəxsləri 500, şirkət və müəssisələri isə 10 min avroyadək cərimə gözləyir. Qeyd edək ki, Yunanıstan Avropada ən çox siqaret çəkilən ölkələrdən biridir.
    02.09.10 Məqaləni oxumaq
     
    Robert Qeyts gözlənilmədən İraqa səfər edib
    Bu gün ABŞ-ın müdafiə naziri Robert Qeyts gözlənilmədən İraqa səfər edib. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, səfərin əsas məqsədi amerikalı hərbçilərlə görüş keçirməkdir. Miluokidən havaya qalxan R.Qeytsin təyyarəsi Əl-Əsəd hərbi bazasında yerə enib. Miluokidə Amerika Legionunun üzvləri qarşısında çıxış edən Pentaqon rəhbəri bildirib ki, İraqda əməliyyatların hərbi fazası başa çatsa da, bu ölkədə problemin həllindən danışmaq hələ tezdir. Dünən ABŞ prezidenti Barak Obama İraqda hərbi əməliyyatların rəsmən başa çatdığını elan edib. Prezident də İraqda vəziyyətin qeyri-stabil olduğunu bildirib. Xatırladaq ki, avqustun əvvəllərindən başlayaraq İraqdan ABŞ hərbi kontingentinin çıxarılmasına start verilib.
    02.09.10 Məqaləni oxumaq
     
    R.T.Ərdoğan Rusiya prezidentini arxada qoydu
    Hazırlanmış yeni reytinqlə Türkiyə baş naziri R.T.Ərdoğan aparıcı dünya liderlərinin beşliyinə daxil olub. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, yeni reytinq artıq bir neçə il olduğu kimi Britaniyanın “Monocle” jurnalı tərəfindən hazırlanıb. Reytinqdə ilk yeri Braziliya prezidenti Lula de Silva tutub. İkinci yerdə ABŞ prezidenti Barak Obamanın adı yer alıb. Daha sonra isə reytiqndə R.T.Ərdoğan qərarlaşıb. Rusiya prezidenti Dmitri Medvedev həmin reytinqdə 8-cidir.
    01.09.10 Məqaləni oxumaq
     
    İtaliyanın xarici işlər naziri gəlir
    İtaliyanın xarici işlər naziri Franko Frattini Azərbaycana rəsmi səfərə gəlir. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində ikitərəfli aktual məsələlərin, siyasi və iqtisadi sahələrdə regional əməkdaşlığın müzakirə olunacağı gözlənilir. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında müzakirələr isə danışıqların əsas prioritet mövzusu olacaq.
    Xatırladaq ki, İtaliya dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
    30.08.10 Məqaləni oxumaq
     
    Qazaxıstanda yanğın: 5 nəfər ölüb
    Qazaxıstanın Almatı şəhərində səhər saatlarında yanğın baş verib. KƏLAMİNFO xəbər verir ki, binada başlayan yanğın zamanı 5 nəfər həyatını itirib. Qazaxıstan Təcili Yardım Nazirliyinin məlumatına görə, 2 saatlıq xilasetmə tədbirindən sonra 2-si uşaq olmaqla 5 nəfər həlak olub.
    28.08.10 Məqaləni oxumaq
     
    S.Ohanyan: “Raketlər düşmənlərimizin strateji obyektlərinə yönəldiləcək”
    Rusiyanın Azərbaycana satdığı S-300 raketdən müdafiə sistemləri, rəsmi Bakıya Dağlıq Qarabağ münaqişəsində “strateji üstünlük vermir”. Azərbaycan tərəfindən Dağlıq Qarabağa yaradılacaq təhlükə Ermənistan üçün yaranan təhlükəyə çevrilərsə şübhəsiz ki, Rusiya özünün müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərini yerinə yetirəcək. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. O, qeyd edib ki, yeni sazişə görə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Rusiya qoşunlarına əvvəlkindən daha geniş səlahiyyət verilir. “Saziş Ermənistan və Rusiya arasında strateji müttəfiqliyin uzunmüddətli xarakterini bir daha təsdiqləyir. O ki, qaldı Rusiyadan alınan raketlərə, bu Azərbaycanla Ermənistan arasında qüvvələr balansını ciddi şəkildə dəyişdirməyəcək. Ona görə ki, biz həmin sistemlərlə çox yaxından tanışıq.
    27.08.10 Məqaləni oxumaq
     
    Yeni Rusiya- Ermənistan hərbi razılaşması şübhə altındadır
    Ermənistanın müxalifətdə olan partiyaları Rusiya ilə imzalanmış yeni hərbi razılaşmanı şübhə altında qoyurlar. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, Zharangutiun partiyasının sədr müavini Ruben Akopyan bildirib ki, ötən həftə Moskva ilə imzalanmış yeni müqavilənin Qarabağın təhlükəsizliyinə nə vəd etdiyi aydın deyil. Partiyanın parlamentdəki fraksiyasına rəhbərlik edən R.Akopyan, Stepan Səfəryan və həmçinin digərləri Ermənistandakı Rusiya bazasının müddətinin 2044-cü ilədək uzadılmasını məqsədyönlü saymır, bunun Ermənistanın maraqlarına uyğun olmadığını bildirirlər. Ölkədə daha böyük və nüfuzlu müxalifət partiyası hesab olunan Ermənistan Milli Konqresi isə bəyan edib ki, Rusiya Ermənistanda hərbi iştirakını ona görə uzadıb ki, Kreml prezident Serj Sarkisyan administrasiyasına uzunmüddətli və etibarlı tərəfdaş kimi baxmır. Partiya ümumilikdə bu razılşamanı müsbət qarşılayır. Rusiyanın Azərbaycana S-300 raket kompleksi satmaq planına gəldikdə isə hər iki partiya bildirib ki, əgər bu baş tutsa, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı götür-qoy etməlidir.
    25.08.10 Məqaləni oxumaq
     
    M. Əhmədinejat İranın Xəzər məsələləri üzrə xüsusi elçisini təyin edib
    İranın prezidenti Mahmud Əhmədinejat Məhəmməd Mehdi Axundzadənin ölkəsinin Xəzər dənizi məsələləri üzrə xüsusi elçisi təyin edilməsi barədə Sərəncam imzalayıb. KƏLAMİNFO Mehr agentliyinə istinadən xəbər verir ki, M.Axundzadəyə ünvanlanan prezidentin məktubunda bildirilir: “Xəzər ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi kontekstində İran hökumətinin strategiyası qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanır”.
    25.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 116 117 118 119 120 121 122 123 124 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30