Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rusiya Federasiya Şurası vətənə xəyanətlə bağlı yeni qanun layihəsini təsdiq edib
    Rusiya parlamentinin Yuxarı Palatası - Federasiya Şurası vətənə xəyanətlə bağlı yeni qanun layihəsini təsdiq edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, qanun xarici qeyri-hökumət təşkilatlarını məxfi məlumatla təmin edənlərin məsuliyyətə cəlb edilməsini təmin edir. Qanun həmçinin xarici hökumətlərin xeyrinə casusluq və Rusiyanın xarici təhlükəsizliyinə hədələri də özündə əks etdirir. Federasiya Birliyi bu barədə qərarı qəbul edib. Hazırda sənəd prezident Vladimir Putinin imzasına göndərilib. Qanun layihəsi Rusiyanın suverenliyi, konstitusiya təsisatı, ərazi bütövlüyü də daxil edilməklə, vətənə xəyanət məfhumuna geniş məna verir. Human Rights Watch və Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton qanun layihəsindən sui-istifadə edilə biləcəyi barədə narahatlığını bildirib.
    01.11.12 Məqaləni oxumaq
     
    Klinton İranı danışıqlar masasına dönməyə çağırıb
    ABŞ Dövlət katibi Hillari Klinton bir daha İranı nüvə proqramı ilə bağlı danışıqlar masasına dönməyə çağırıb. Eyni zamanda qeyd edib ki, danışıqlar üçün pəncərə daima açıq olmayacaq. O, bunu Sarayevoda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Ketrin Eştonla keçirdiyi birgə mətbuat konfransında deyib. Amma dövlət katibi İranın bu məsələ ilə bağlı tezliklə ciddi danışıqlara başlayacağına ümidlə yanaşdığını deyib. K.Eşton isə deyib ki, yaxın vaxtlarda danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili ilə görüşmək fikrindədir. Qərb Tehranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran isə nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
    31.10.12 Məqaləni oxumaq
     
    Hillari Klinton: Ukrayna seçkiləri demokratiya yolunda “geriyə doğru atılan addım”dır
    ABŞ dövlət katibi bazar günü Ukraynada keçirilən parlament seçkilərinin tənqidlərinə qoşulub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Bosniya paytaxtı Sarayevoda danışan Hillari Klinton seçkiləri demokratiya yolunda “geriyə doğru atılan addım” adlandırıb. Rəsmi nəticələrə görə, prezident Viktor Yanukoviçin hakim partiyası parlamentdəki çoxluğu saxlamaqdadır. Səslərin hesablanan 95 faizinə görə, həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun Vətən Partiyası ikinci yerə çıxıb. ATƏT-in seçki müşahidəçiləri hakim partiyanın dövlət vəsaitlərindən seçkiqabağı kampaniya üçün istifadə etdiyini bildirib. Ukraynanın baş naziri Mıkila Azarov tənqidləri rədd edərək, seçkilərin müşahidə missiyası tərəfindən "pozitiv" adlandırıldığını deyib.
    31.10.12 Məqaləni oxumaq
     
    Obama "Sendi" qasırğası ilə bağlı müraciət edib
    ABŞ prezidenti Barak Obama "Sendi" qasırğası ilə bağlı müraciət edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obama amerikalılara müraciətində qasırğanın ciddi və böyük olduğunu deyib: “Bunu ciddi qəbul edin”. Obama bu gün və sabaha olan seçki proqramlarını da təxirə salıb. Prezident qasırğadan sonra təmizləmə işlərinin də xeyli vaxt apara biləcəyini deyib. “Dostlarınızı, yaşlı qonşularınızı yoxlayın. Onların da hazırlıqlı olduğuna əmin olun”.
    30.10.12 Məqaləni oxumaq
     
    Suriyada döyüşlər davam edir
    Suriyada Qurban bayramına görə 4 günlük atəşkəs elan edilsə də, döyüşlər davam edir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, hökumət qüvvələri Dəməşq ətrafını artilleriya atəşinə tutub. Həmçinin Hələb və ölkənin digər şəhərlərində döyüşlər getdiyi xəbər verilir. Təkcə şənbə və bazar günləri ölkədə 200-dən çox adam öldürülüb.
    29.10.12 Məqaləni oxumaq
     
    Barak Obama altı ştatda kampaniya aparacaq
    Güclü rəqiblə üzləşən prezident Barak Obama səsvermədə əsas döyüş məkanları sayılan altı ştatda ikigünlük blitz-kampaniyaya çıxacaq. Rəy sorğuları göstərir ki, prezident Obamanın ikinci debatdakı çıxışı onun göstəricilərinə əhəmiyyətli dərəcədə təsir etməyib. 6 noyabrda keçiriləcək seçkilərə cəmi iki həftə qalmış sabiq Massaçusets qubernatoru Mitt Romni prezidentlə bərabər səviyyədə dəstəyə malikdir. Rəy sorğuları göstərir ki, amerikalıların çoxu Barak Obamaya iqtisadiyyatı dirçəltmək üçün ikinci şans verməklə çox sayda iş yerləri yaradacağını deyən təcrübəli iş adamı arasında dilemma ilə üzləşirlər. Prezident Obama çərşənbə günü Ayovada kampaniya aparacaq. Sonra o, Kolorado, Nevada, Florida və Virciniya ştatlarına yollanacaq. Doğma şəhəri Çikaqoda erkən səs verdikdən sonra cənab Obama Ohayoda kampaniya turunu başa vuracaq. Respublikaçı namizəd Mitt Romni Floridada dənizkənarı kurortda üçüncü və final debata hazırlaşır. Əsasən xarici siyasətə yönələcək debata məşqdə Romni üçün rəqibi Obamanın rolunu Ohayo senatoru Rob Portman ifa edir.
    23.10.12 Məqaləni oxumaq
     
    Türkiyə həbsdə olan jurnalistlərin sayına görə lider ölkədir
    Türkiyə həbsdə olan jurnalistlərin sayına görə dünyada lider ölkədir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsinin bu gün açıqladığı yeni hesabatında bildirilib. JMK deyib ki, 2012-ci il avqustun 1-nə olan məlumata görə Türkiyədə 76 jurnalist həbsdədir. Onların 61-i öz fəaliyyətlərinin nəticəsi olaraq həbs edilib. Komitə onu da əlavə edir ki, həbsdə olan jurnalistlərin 70 faizi kürddür. Həbsxanadakı media işçilərinin 30 faizi hökumətə qarşı sui-qəsddə və ya qeyri-qanuni təşkilatlarda iştirak etməkdə suçlanır. Hesabatda göstərilib ki, 2011-ci ilin jurnalistlərə qarşı 5 min cinayət işi açılıb. JMK Türkiyə hökumətini filtrə icazə verən İnternet haqqında qanuna görə də tənqid edib.
    22.10.12 Məqaləni oxumaq
     
    Avropa Birliyinin ikigünlük sammiti işə başlayıb
    Avropa Birliyinin ikigünlük sammiti işə başlayıb. Əsas müzakirə Avropada böhranla mübarizə məsələsidir.

    “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, sammit Yunanıstandakı kütləvi aksiyalar keçirilən vaxtda baş tutur. Dünən Yunanıstanda hökumətin antiböhran tədbirləri əleyhinə ümumi tətil keçirilib. Həmin tədbirlər əmək haqları və pensiyaların azaldılmasını nəzərdə tutur.
    20.10.12 Məqaləni oxumaq
     
    Əsəd rejimi Suriya əhalisinə qarşı hava hücumları həyata keçirir
    Suriyalı fəalların və həkimlərin verdiyi məlumatda hökumət qüvvələrinin ölkənin şimalına üsyançıların nəzarəti altında olan ərazidə keçirdiyi hava hücumları zamanı təxminən 20 insan həlak olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, fəalların bildirdiyinə görə hava hücumları Məaret əl-Numan şəhəri daxil olmaqla İdlib və Hələb  əyalətlərinin dörd şəhərində keçirilib. Həkimlər ölənlər arasında bir neçə uşağın olduğunu deyib. Hava hücumları zamanı çəkilmiş və internetdə yerləşdirilmiş video görüntülərdə çoxmərtəbəli binaların qalıqları altından insanların cəsədlərinin çıxarıldığı nümayiş olunur. Fəalların verdiyi məlumatlar və video görüntülər müstəqil mənbələr tərəfindən təsdiqlənmir.
    19.10.12 Məqaləni oxumaq
     
    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi atəşkəs danışıqları aparacaq
    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi oktyabrın 20-də Suriyaya gedəcək. Onun Suriya rəhbərliyi ilə görüşü gözlənilir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, onun prezident Bəşər Əsədlə görüşüb-görüşməyəcəyi isə məlum deyil. Xarici işlər naziri Valed Muallimla görüş isə planlaşdırılıb. Əsas müzakirə Qurban bayramı günlərində atəşkəs elan olunması ilə bağlı olacaq.
    İran prezidenti Mahmud Əhmədinejad atəşkəs təklifini bəyənib. Brahimi deyib ki, bu ideyanı Ərəb Dövlətləri Liqası da bəyənib.
    19.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30