Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 115 116 117 118 119 120 121 122 123 » #
    İranda zəlzələ olub
    Bu gün İranın Kirman vilayətinin Həcdək şəhərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO İranın İRNA agentliyinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 00:28-də baş verib. Bundan başqa, ötən gecə, həmçinin, İranın Simnan əyalətinin Turud şəhəri yaxınlığında da Rixter cədvəli üzrə 3,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 03:01-də baş verib. Hələlik zəlzələ nəticəsində ölən, yaralananlar və zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.
    17.09.10 Məqaləni oxumaq
     
    İranda dəhşətli qəza: 25 nəfər ölüb
    Bu gün səhər saatlarında İranda dəhşətli avtomobil qəzası baş verib. KƏLAMİNFO İSNA agentliyinə istinadən xəbər verir ki, Tehrandan Save şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Hadisyə ilkin səbəb kimi avtovus sürücüsünün yorğun və yuxusuz olması göstərilir.
    16.09.10 Məqaləni oxumaq
     
    “Ordunu və Qarabağı Azərbaycana bax belə verirlər”
    Ermənistan ordusunda baş verən məlum “dedovşina” faktı ilə bağlı müxalifətin lideri, sabiq prezident Levon Ter-Petrosyan xüsusi bəyanat yayıb. Bəyanatda belə faktlarla erməni ordusunun məhv olduğu və Qarabağın əldən gedəcəyi bildirilir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bəyanatın sonunda Ermənistan prezidenti Serj Sarkisyana ittihamlar da ünvanlanıb. Məlum videoçəkilişdə erməni zabitinin 2 əsgəri necə döydüyü, təhqir etdiyi açıq-aşkar görünür. L.T.Petrosyan hesab edir ki, son görüntülər Ermənistan ordusundakı vəziyyəti açıq-aydın nümayiş etdirir. “Qurşağadək lüt olan, vəhşiyə oxşar yekə qarınlı zabit 2 əsgəri növbə ilə özünə tərəf çağırır, növbə ilə onları vurur, qulaqlarını dartır və sair. Hətta faşizmin vəhşiliyi, filmlərdə nümayiş olunan ən şişirdilmiş epizodlar da bununla müqayisə oluna bilməz. Bunları görərkən dərhal ordudakı, xüsusilə son zamanlar baş verən qanlı insidentlərin səbəbini anlayırsan. Belə təhqirlərə məruz qalan istənilən insan, xüsusilə 18-19 yaşlı gənc intihar edə, həmçinin qarşısındakını öldürə və düşmən tərəfə keçə bilər.
    15.09.10 Məqaləni oxumaq
     
    B.Obama R.T.Ərdoğana zəng edib
    ABŞ prezidenti Barak Obama gözlənilmədən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng vurub. KƏLAMİNFO “İnternethaber”ə istiinadən xəbər verir ki, bu, ABŞ və Türkiyə yığmasının dünya basketbol çempionatı final mərhələsindəki qarşılaşması vaxtı baş verib. B.Obama R.T.Ərdoğana qarşılaşma müddətində özlərini mükəmməl ev sahibi kimi apardığı üçün təşəkkürünü bildirib. Bundan başqa B.Obama ABŞ yığmasına dəstək verdiyin etiraf etsə də hər iki komandanın çox gözəl oynadığını bildirib. Referendum barədə danışan B.Obama Türkiyədə bu istiqamətdə inkişaf olduğunu bildirib. Qeyd edək ki, Türkiyədə keçirilən basketbol üzrə dünya çempionatının final oyunununda ABŞ millisi ev sahiblərini 84:61 hesabı ilə məğlub edərək Dünya çempionu adını qazanıb.
    14.09.10 Məqaləni oxumaq
     
    BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
    BMT Baş Assambleyasında gündəliyə daxil edilmiş “GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq təhlükəsizlik, sülh və inkişafa təsiri” bəndi üzrə müzakirələr keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyanın (Gürcüstan) Sxinvali rayonundan olan qaçqın və məcburi köçkünlərin durumu” adlı qətnamə qəbul edilib. Qətnamədə Gürcüstanda münaqişələr nəticəsində demoqrafik durumun zorla dəyişdirilməsindən narahatlıq ifadə olunur. Baş Assambleya etnik mənsubiyyətindən asılı olmayaraq qaçqın və məcburi köçkünlərin və onların nəsillərinin Gürcüstan ərazisindəki, o cümlədən Abxaziya və Cənubi Osetiyadakı evlərinə qayıtmaq hüququnu tanıyıb. Qətnamədə Gürcüstandakı münaqişələrin qurbanı olan qaçqın və məcburi köçkünlərin mülkiyyət hüquqlarının qorunmasının vacibliyi vurğulanır. Bu qətnaməni 50 dövlət dəstəkləyib, 17 dövlət sənədin əleyhinə çıxıb, 86 ölkə bitərəf qalıb.
    09.09.10 Məqaləni oxumaq
     
    ATƏT-in Baş katibi Tiflidə səfərdədir
    ATƏT-in Baş katibi Mark Perrin de Brişambo Gürcüstanda səfərdədir. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ATƏT-in Baş katibi Gürcüstan prezidenti Mixail Saakaşvili, parlamentin spikeri David Bakradze və xarici işlər naziri Grigol Vashadze ilə görüşəcək. Görüşdə Gürcüstanın Avropaya inteqrasiya məsələsi müzakirə olunacaq.
    08.09.10 Məqaləni oxumaq
     
    İranda 5.3 bal gücündə zəlzələ
    Bu gün səhər saatlarına yaxın İranın cənubunda 5.3 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri mərkəzdən 65 km məsafədə Fars vilayətinin Lar şəhərində olub. Hadisə nəticəsində heç bir itki qeydə alınmayıb.
    08.09.10 Məqaləni oxumaq
     
    Moldovada keçirilən referendum baş tutmayıb
    Ötən gün Moldovada keçirilən ümumxalq səsverməsi (referendum) baş tutmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumatda bildirilir ki, səsvermədə ancaq 29,7 faiz seçici iştirak edib. Moldova qanununa görə, bu rəqəm azı 33 faiz olmalı idi. Bundan başqa ekzitpolun nəticəsinə görə, Moldova Konstitusiyasının dəyişdirilməsinə seçicilərin çoxu – 89,2 faizi lehinə, 10,8 faizi isə əleyhinə səs verib. Qeyd edək ki, referendum vasitəsi ilə Moldovada Konstitusiyanın dövlət başçısının seçilməsi ilə bağlı maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulurdu. Vətəndaşlar dövlət başçısının seçilməsi üçün iki yoldan birinə üstünlük verməli idilər-ya 2000-ci ilədək olduğu kimi ümumxalq səsverməsi, ya da indiki kimi parlament yolu ilə. Ölkə hakimiyyəti bu yolla Moldovadakı siyasi böhrana son qoymaq niyyətində idi.
    07.09.10 Məqaləni oxumaq
     
    E.Nalbandyanın bəyanatı Ankaraya xidmət edir?
    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın təkzib etməsinə baxmayaraq, Türkiyənin İrəvanla əssiz diplomatiyası var və bu dinamik formada davam edir. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Musa Qasımlı söyləyib.

    O, bildirib ki, belə bir diplomatiyanın yaşamasında beynəlxalq təşkilatların da kifayət qədər təsiri var. “Artıq Türkiyə- Ermənistan münasibətləri məsələsi, hər iki ölkədə belə siyasi hakimiyyət uğrunda mübarizə predmetinə çevrilib. Həm də nəzərə alaq ki, güclü fəaliyyətə malik xarici erməni diasporaları da sərhədlərin açılması barədə danışıqlara qəti etiraz edir. Ona görə də, hesab edirəm ki, erməni nazirin verdiyi bəyanat bu məsələ ilə bağlı düşmüş olduqları ağır vəziyyətin pərdələnməsidir. Ermənistan özü bu məsələdə Türkiyədən çox ehtiyyatla hərəkət edir.
    05.09.10 Məqaləni oxumaq
     
    Ermənistan ordusunda 17 insident baş verib
    Yaxın müddət ərzində Ermənistan ordusunda 17 insident baş verib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında söyləyib.
    Onun sözlərinə görə, kütləvi ölümlə nəticələnən bu insidentin dördü barədə ictimaiyyətin  məlumatı olub. “Orduda baş verən hadisələr vacib bir məsələnin üstünü açdı: nəinki mətbuatın bir qismi, hətta Q.Mirzoyanın rəhbərlik etdiyi “Əsgər anaları” təşkilatı da müdafiə naziri Seyran Ohanyana bağlı imiş.
    04.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 115 116 117 118 119 120 121 122 123 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30