Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 114 115 116 117 118 119 120 121 122 » #
    Saakaşvili Putinin yolunu davam edəcək?
    Gürcüstan prezidenti Mixeil Saakaşvili Konstitusiyada dəyişiklik etməyə hazırlaşmır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Konstitusiyasına görə, hazırkı prezident Saakaşvili üçüncü dəfə namizədliyini irəli sürə bilməz. M.Saakaşvili qeyd edib ki, Konstitusiya dəyişikliklərinin layihəsi keçən həftə birinci dinləmədə parlament tərəfindən qəbul edilib. “Biz çox çətin sistemə keçirik, çünki bu yeni sistem olacaq”,-deyən M.Saakaşvili Vahid Milli Hərəkat Partiyasının nümayəndələri ilə görüşündə jurnalistlərin prezidentin səlahiyyət müddəti qurtarandan sonra baş nazir olacaqsınızmı - sualına cavab verməkdən yayınıb. M.Saakaşvili vurğulayıb ki, bu gün Gürcüstan daha çox təkmilləşdirilmiş siyasi sistemə malikdir.
    01.10.10 Məqaləni oxumaq
     
    “Türkiyəni lider kimi qəbul etmək İranı məğlub edər”
    İran Türkiyədən tamamilə razı deyil və heç vaxt da olmayacaq. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyə- İran münasibətləri ilə məşğul olan ekspert Elliot Hen-Tov açıqlayıb. O, bildirir ki, İran liderləri 30 il bundan əvvəl İslam inqilabı baş verəndə onun yarısı qədər zəngin olan bir ölkənin - Trükiyənin indi ondan iki dəfə zəngin olmasını çaşqınlıq və həsəd hissi ilə qarşılayırlar. “Durğunluq, inkişaf etməmiş qonşusunun indi model, lider olmasını görmək çox məyusedicidir. Bu, müəyyən mənada siyasi münasibətlərə təsir göstərir. Türkiyənin liderliyini qəbul etmək İranı məğlub edir. Onsuzda onun siyasi vəziyyəti qənaətbəxş deyil”,-deyə ekspert vurğulayıb.
    01.10.10 Məqaləni oxumaq
     
    Ermənistan Gürcüstanla müharibəyə hazırlaşır !
    Bu gün Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) İrəvanda etiraz aksiyası keçirməyə başlayıb. Aksiyaçılar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqlarının müdafiəsini və qorunmasını tələb edəcəklər. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, geniş aksiyanın təşkil olunmasına hakim dairələrdən ciddi dəstək var. Aksiya zamanı Daşnaklar Gürcüstanın İrəvandakı səfirliyinin binasına doğru yürüş edəcək, orada geniş mitinq keçirərəklər. Ermənilər “Cavax” adlandırdıqları Gürcüstanın Samtsxe-Cavaxetiyadakı ermənilərinin “hüquqları uğrunda” mübarizə apardıqlarını söyləyəcəklər. Onlar aksiya ilə bağlı “Cavax!”, “Cavaxa muxtariyyət!”, “Cavaxda erməni dilinə regional dil statusu verilsin!” və “Gürcüstanı ağıllandırmağın vaxtı çatıb!” palakatlarını hazırlayıblar. Aksiyaçıların bəyanatlarında deyilir ki, “səbr kasamız artıq dolub. Bu gün bizi Gürcüstanda ikinci Dağlıq Qarabağ yaratmaq cəhdlərində suçlayırlar. Bəs yaxşı, Gürcüstanın özündə osetin və abxaz cəbhələri yoxdurmu?! Qarabağ məsələsini atalarımız həll etdilər.
    29.09.10 Məqaləni oxumaq
     
    İran-Ermənistan neft kəməri istismara verilir
    Cari ilin payızında İran-Ermənistan qaz kəməri istismara veriləcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bundan dərhal sonra İran-Ermənistan neft kəmərinin inşasına başlanılacaq. Kəmərin tikintisinin təxminən 2 ilə başa çatdırılması nəzərdə tutulub. Layihənin 160-180 mln. dollara başa gələcəyi bildirilir. Onun 50%-ni İran, 50%-ni isə Ermənistan ödəyəcək. Ermənistan bu boru xətti vasitəsilə ucuz qiymətə neft məhsulları almağa ümid edir.
    28.09.10 Məqaləni oxumaq
     
    İran 11 sentyabr hadisələrində ABŞ-ı ittiham edib
    İran prezidenti Mahmud Əhmədinejat Birləşmiş Millətlər Təşkilatını ABŞ-da baş vermiş 11 sentyabr hadisələrini tədqiq etmək üçün müstəqil qrup yaratmağa çağırıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, İran prezidenti bu terror aktının üç fərziyyəsinin olduğunu bildirib. “Birinci fərziyyəsi budur ki, bu ABŞ-ın ərazisinə böyük terror qruplaşmasının birinci müdaxiləsi olub. İkinci fərziyyəyə əsasən, ABŞ özü bu hücumu amerika iqtisadiyyatının düşməsini dayandırmaq və Yaxın Şərqdə Amerikanın təsir gücünü artrırmaq üçün edib və insanların əksəriyyəti bu fərziyə ilə razılaşır. Üçüncü versiya isə Amerika hökümətinin dəstəyi ilə hansısa terror qrupunun hücumu ilə bu hadisə törədilib”,-deyə M.Əhmədinejat vurğulayıb.
    Həmçinin İran lideri 11 sentyabr hadisələrinin bu ilki ildönümündə Nyu-Yorkda Quranın yandırmasına da münasibət bildirib. O bu cür hərəkətləri yolverilməz və təhqiredici adlandırıb.
    25.09.10 Məqaləni oxumaq
     
    “Serj Sarkisyanın DQ-la bağlı bəyanatı məqsədli təxribatdır”
    Ermənistan prezidentinin Dağlıq Qarabağın müstəqiliyi ilə bağlı bəyanatı ciddi və məqsədli təxribatdır. Bu danışıqlar prosesinə müsbət töhfə verməyən Ermənistan əhalisinə hesablanmış bir addımdır. KƏLAMİNFO rus mətbuatına istnadən xəbər verir ki, bu barədə Belçikada Avropa Siyasi Mərkəzinin Cənubi Qafqaz ölkələri üzrə eksperti Amanda Pol açıqlama verib. Onun sözlərinə görə, böyük ehtimalla Ermənistan prezidenti S.Sarkisyanın bəyanatı daxil tələbat üçün edilib. “Təəssüf ki, bu DQ münaqişəsi üzrə sülh prosesini yalnız pozur, Ermənistan və Azərbaycan arasında münasibətləri gərginləşdirir. Onsuzda son vaxtlar dalana dirənmiş münaqişənin nizamlanmasını daha da ümüdsiz edir”,-deyə ekspert açıqlayıb.
    24.09.10 Məqaləni oxumaq
     
    Əfqanistanda NATO-ya məxsus helikopter qəzaya uğrayıb
    Bu gün səhər saatlarında Əfqanistanın cənubunda NATO hərbi birləşməsinə məxsus və içərisində beynəlxalq sülhməramlıların olduğu helikopter qəzaya düşüb. KƏLAMİNFO xəbər verir ki, qəza nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə ağır yaralanıb. Hadisə şahidləri helikopterin qəflətən yerə çılpıldığını, əvvəlcədən heç bir atəş səslərinin olmadığını bildirib. Qeyd edək ki, 2010-cu il ərzində Əfqanistanda 529 nəfər həlak olub ki, bu da digər illərlə müqayisədə çoxluq təşkil edir.
    22.09.10 Məqaləni oxumaq
     
    İran sərhəddində ABŞ kəşfiyyatçıları tutulub
    İran İslam Respublikasının şərq sərhəddində 7 ABŞ əsgəri yaxalanıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, amerikan əsgərləri sərhəddə qeyri-qanuni müdaxilə edərkən yaxalanıblar. Birləşmiş Ştatlara məxsus əsgərlər sərhəd ətrafında kəşfiyyat apararkən tutulublar. Onlara bələdçilik edən iki İran vətəndaşı da həbs olunub.
    21.09.10 Məqaləni oxumaq
     
    Benediktə qarşı terror aktı
    Böyük Britaniya polisi altı fransızı həbs edib. KƏLAMİNFO xəbər verir ki, Fransanın Veolia şirkətinin İngiltərədəki filialında çalışan əməkdaşları bu ölkədə səfərdə olan Roma papası XYl Benediktə qarşı terror aktı hazırlamaqda şübhəli biliniblər. Fransız vətəndaşları papanın çıxışının nəzərdə tutulduğu Böyük Britaniya Parlamentinin yerləşdiyi Londonun Vesminster məhəlləsində həbs olunublar.
    19.09.10 Məqaləni oxumaq
     
    “Ded Xasan”a sui-qəsd edilib
    Rusiya kriminal aləminin lideri, “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyana sui-qəsd edilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, “Ded Xasan” öz mühafizəçisi Baqaramyan soyadlı şəxslə Tver küçəsindəki evinə gedərkən naməlum şəxs onlara atəş açıb. Ağır yaralanan Usoyan təcili yardım maşını ilə Botkin xəstəxanasına çatdırılıb. Onun xəstəxanaya aparılarkən yolda öldüyü barədə məlumatlar yayılsa da, sonradan hüquq-mühafizə orqanları bu xəbəri təkzib ediblər. A.Usoyan və mühafizəçisi cərrahiyyə əməliyyatı olunub, onların durumu barədə məlumat verilmir. Hazırda “Ded Xasan”ın əməliyyat olunduğu xəstəxana ciddi nəzarətə götürülüb, Moskva şəhər daxili işlər idarəsinin rəisi Vladimir Kolokolçev bildirib ki, cinayətkarlara başladıqları işi sona çatdırmağa imkan verilməyəcək. A.Usoyana qarşı sui-qəsd faktına qarşı görə cinayət işi başlanıb. Milislər killerin gizləndiyi mənzilə baxış keçirib və cinayət zamanı istifadə olunan silahı aşkarlayıblar. Mənzilin sahibi istintaqa cəlb olunub.
    18.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 114 115 116 117 118 119 120 121 122 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30