Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 113 114 115 116 117 118 119 120 121 » #
    Erməni separatçı rejimi Xankəndi Hava Limanını istifadəyə verməyi planlaşdırır
    Erməni separatçı rejimi cari ilin axrına kimi Dağlıq Qarabağda (DQ) Xankəndi Hava Limanını istifadəyə verməyi planlaşdırır. Hava limanı Xankəndindən 8 kilometr şərqdə yerləşir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, buradan İrəvana və Rusiya şəhərlərinə uçuşlar olacaq. Separatçı qurumun lideri Bako Saakyan dünən tikinti işlərilə tanış olub. Tikinti işlərinin əsasən xaricdən ayrlan 1 mlrd. erməni dramına (3 milyon dollar) tamamlanması nəzrədə tutulub. Uçuşlarda digər hava yollarının da nəzərdə tutulduğu bildirlsə də, adları açıqlanmayıb. Hələlik, 40 dəqiqəlik uçuşa görə biletin qiymətinin 16 min dram və ya 45 dollar olacağı bildirirlir.
    06.10.10 Məqaləni oxumaq
     
    Ermənistanda zəlzələ olub
    Bu səhər yerli vaxtla saat 08:32:35-də Ermənistan-Naxçıvan sərhəddində, Naxçıvan şəhərindən 70-km şimalı-qərbdə zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət mərkəzindən KƏLAMİNFO-ya verilən məlumata görə, zəlzələ hiss olunmayıb.
    06.10.10 Məqaləni oxumaq
     
    Türkiyədə parlament seçkiləri gələn il iyun ayında keçiriləcək
    Türkiyədə parlament seçkiləri 2011-ci ilin iyun ayında baş tutacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı baş nazir Rəcəb Tayyib Ərdoğan verib. Baş nazir qeyd edib ki, mart ayına qədər bütün hazırlıqlar başa çatmalıdır. O həmçinin müxalifətə də mesaj göndərib. Qeyd edib ki, yeni konstitusiyanın ilk addımları parlament seçkilərindən sonra atılacaq.
    05.10.10 Məqaləni oxumaq
     
    N.Nazarbayev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə Naxçıvan sazişi haqqında” Qanunu imzalayıb
    Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə Naxçıvan sazişi haqqında” Qanunu imzalayıb. KƏLAMİNFO xəbər verir ki, Saziş 2009-cu il oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə qəbul olunub. Sazişdə qərarların qəbulunun monitorinqinin aparılması üçün İstanbulda daimi katibliyin yaradılması nəzərdə tutulur. Katibliyin fəaliyyəti xüsusi formalaşan büdcə hesabına maliyyələşdiriləcək. Saziş Azərbaycan, Türkiyə və Qazaxıstan dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minir.
    04.10.10 Məqaləni oxumaq
     
    İran parlamentinin sədri Əli Laricani Ermənistana səfər edəcək
    İran parlamentinin sədri Əli Laricani bu həftə Ermənistan və Qazaxıstana səfər edəcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, 4 günlük səfər çərçivəsində iki ölkənin rəsmi nümaəndələri ölkələrarası münasibətləri dəyərləndirəcəklər. Əli Laricani Ermənistandan sonra isə Qazaxıstana yola düşəcək.
    04.10.10 Məqaləni oxumaq
     
    “İrəvan nə siyasət yürütdüyünü bilmir”
    Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsinə dair heç bir siyasəti və tələbi yoxdur. Hakimiyyət hər şeyi, o cümlədən Dağlıq Qarabağın statusunun tanınmasını iri güclərdən asılı vəziyyətə salıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanda “İrs” fraksiyasının rəhbəri, politoloq Stepan Safaryan bəyan edib. O, bildirir ki, İrəvan yalnız hansısa təklifi qəbul edə, ən yaxşı halda onu rədd edə bilir. “Səbəb də odur ki, Ermənistan necə bir siyasət yürütdüyünü özü də bilmir. Ermənistandan fərqli olaraq Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı konkret siyasəti hiss olunur. Azərbaycan hesabatlar və təşkilatlar vasitəsilə nəinki ətraf ərazilərdə, hətta Qarabağın özündə də addımbaaddım hüququnu təsbit etməyə səy göstərir. Təssüf ki, Ermənistan iqtidarı buna qadir ola bilmədi”,-deyə erməni politoloq etiraf edib.
    04.10.10 Məqaləni oxumaq
     
    “Rusiya İrana 1 milyon dollar təzminat ödəməyə hazırdır”
    Rusiya İrana yeni tipli raketlərin satışını dayandırmasaydı, iqtisadi itkidən daha çox siyasi itkilərlə üzləşərdi. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev bəyan edib Komitə sədri qeyd edib ki, bununla bağlı Tehranın Moskvadan təzminat tələb etməsi onun haqqıdır və Rusiya bunun müqabilində İrana 1 mln. dollara qədər təzminat ödəməyə hazırdır. “Bu bizim üçün itki deyil. Əsas odur ki, böyük siyasi itkidən qurtardıq. Əgər biz S-300 sistemlərini İrana ötürsəydik, siyasi itkilərlə üzləşərdik ki, Rusiya bunun ağrılarını heç yaxın 10 ildə də aradan qaldıra bilməzdi. Heç bir iqtisadi itki siyasi itkidən üstün ola bilməz. İqtiasdi geriliyi tez aradan qaldırmaq olur, siyasi itkini isə heç bəzən mümkün olmur”,-deyə Rusiya rəsmisi bildirib. Qeyd edək ki, İrana yeni tipli raketlərin satılması ilə bağlı 2007-ci ilin dekabır ayında Moskva-Tehran arasında sövdələşmə imzalanıb. Sövdələşməyə görə, Rusiya 800 mln. dollar civarında İrana 5 ədəd raket müdafiə sistemini satmağı öhdəsinə götürüb. Lakin cari ilin sentyabrın 22-də Rusiya prezidenti Dmitri Medvedev satışın dayandırılması ilə bağlı sərəncam imzalayıb. Buna görə də Tehran Moskvadan sövdələşməni pozduğu üçün təzminat tələb edir.
    02.10.10 Məqaləni oxumaq
     
    Qərb ekspertləri Y.Lujkovun vurulmasını D.Medvedevin V.Putin üzərində qələbəsi kimi qiymətləndirir
    Moskva meri Yuri Lujkovun vəzifəsindən azad edilməsi prezident Dmitri Medvedevin baş nazir Vladimir Putin üzərində ilk qələbəsidr. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya məsələləri üzrə ABŞ eksperti Kati Lallinin bəyan edib. O, qeyd edir ki, bununla D.Medvedev qəti addım atmaq iqtidarında olduğunu V.Putinin ən yaxın adamı olan Y.Lujkov üzərində nümayiş etdirdi.
    01.10.10 Məqaləni oxumaq
     
    NATO-nun Baş katibi Türkiyəyə səfər edəcək
    NATO-nun Baş katibi Anders foq Rasmussen oktyabrın 7-də Türkiyəyə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı baş katibin Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu və bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır. Səfər zamanı Kabulda türk komandanlığının səlahiyyətlərinin uzadılması, terrorizmlə mübarizə və regional problemlər müzakirə olunacaq.
    01.10.10 Məqaləni oxumaq
     
    “Ermənistan Rusiyanın regionda “polisi”dir”
    Rusiya Ermənistanın söykəndiyi güc, Ermənistan isə onun regionda yeganə “polisi”dir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan bəyan edib. O, qeyd edir ki, bu gün Cənubi Qafqaz ölkələri xarici siyasətdə özlərinə arxa dayaq yaratmaq üçün böyük güc axtarırlar. “Ermənistan bu məsələdə Rusiya ilə münasibətlər nöqteyi-nəzərindən şanslıdır”,-deyə erməni ekspert vurğulayıb.
    01.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 113 114 115 116 117 118 119 120 121 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30