Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 111 112 113 114 115 116 117 118 119 » #
    Əhməd Davudoğlunun Çinə səfəri başlayır
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çinə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabah başlayacaq səfər 7 gün davam edəcək. ƏDavudoğlu Çin proqramına Kaşqar şəhərindən başlayacaq. O, Sincan-Uyğur bölgəsini ziyarət edəcək ilk Türkiyə xarici işlər naziri olacaq. Ə.Davudoğlu "Divani-Lüğəti-Türk"ü yaradan Mahmud Kaşqarlının türbəsini ziyarət edəcək. Türkiyənin xarici işlər naziri tarixi Şian şəhərinə və paytaxt Pekinə də gedəcək. Nazir Şanxay EXPO sərgisinin qapanış törənində iştirak edəcək. Bu səfərlə baş nazir Rəcəb Tayyib Ərdoğanla çinli həmkarı Ven Xiabaonun razılaşdırdığı strateji əməkdaşlıq deklarasiyası da funksionallıq qazanacaq.
    27.10.10 Məqaləni oxumaq
     
    Tehran qonşu dövlətlərlə əlaqələrin genişlənməsi üçün heç bir məhdudiyyət görmür
    Rəsmi Tehran qonşu dövlətlərlə əlaqələrin genişlənməsi üçün heç bir məhdudiyyət görmür. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi deyib. Onun sözlərinə görə, Ermənistan və İran arasında dəmir yollarının tikilməsi haqqında razılaşma ölkələrarası əlaqələrin inkişafında mühüm addım olacaq və bu hadisə qonşu dövlətlərlə geniş şəbəkə yaratmağa imkan verəcək. İran prezidentinin birinci müavini tarixən erməni və İran xalqı arasında dostluq əlaqələrinin oduğunu və həmişə sıx əməkdaşlıq etdiklərini vurğulayıb.
    26.10.10 Məqaləni oxumaq
     
    Rusiya Ermənistanı mülki və hərbi aviatexnika ilə təchiz edir
    Rusiya ilə Ermənistan arasında ikinciyə müasir aviatexnika verilməsi məsələsi müzakirə edilir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyasının toplantısında bu məsələ müzakirə edilib. Söhbət bir sıra nəqliyyat, sərnişin təyyarələrindən, həmçinin hərbi və mülki təyinatlı pilotsuz təyyarələrin Ermənistana verilməsindən gedir.
    26.10.10 Məqaləni oxumaq
     
    Ermənistanın Baş naziri İranda səfərdədir
    Bu gündən Ermənistanın Baş naziri Tiqran Serkisyanın İrana rəsmi səfəri başlayıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, baş nazirlə yanaşı Ermənistandan İrana bir sıra yüksək rütbəli məmurlarda gedib. Onlar arasında prezident aparatının rəhbəri, energetika naziri, təhsil naziri, iqtisadi inkişaf naziri, Ermənistan diasporasının rəhbəri və başqa nazirlər daxildir. Qeyd edək i, Ermənistan nümayəndə heyətinin səfəri iki gün olacaq.
    25.10.10 Məqaləni oxumaq
     
    E.Nalbandyan: "Qarabağla bağlı müzakirələrin birdən-birə məhv olması İrəvan üçün sarsıdıcı olar"
    ATƏT-in Minsk Qrupu tərəfindən müzakirələr davam edərkən Ermənistan parlamentindən gündəliyindən Dağlıq Qarabağın tanınmasının çıxarılması lazımdır. Əks-halda bu Ermənistanın problemlə bağlı perspektivlərini zərbə altına alır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün jurnalistlərə verdiyi açıqlamasında bildirib. O, qeyd edib ki, hazırkı müzakirələrin birdən-birə məhv olması İrəvan üçün sarsıdıcı olar. "Biz Azərbaycanın müharibə təhdidlərinin azaldıması üçün Minsk Qrupunun fəaliyyətini dəstəkləmək məcburiyyətindəyik. Ona görə də, bu üç böyük vasitəçi dövlətə ümidlərimiz də böyükdür",-deyə erməni nazir vurğulayıb. E.Nalbandyan yenə riyakarlığa əl ataraq bildirib ki, bu il Sankt-Peterburq görüşlərində Ermənistan tərəf yenilənmiş Madrid prinsiplərini qəbul edib.
    22.10.10 Məqaləni oxumaq
     
    Dmitri Medvedev Türkmənistana səfər edəcək
    Bu gün Rusiya prezidenti Dmitri Medvedev Türkmənistana səfər edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş zamanı ölkələrarası iqtisadi və ticarət əlaqələrinə önəm veriləcək. Türkmənistan və Rusiya prezidentləri MDB daxilində də əlaqələri barədə danışacaqlar.Tərəflər həmçinin Əfqanıstan və Orta Asiyadakı vəziyyəti müzakirə edəcəklər. Qeyd edək ki, 2009-cu ildə Rusiya və Türkmənistan arasında xarici ticarət əlaqələri 1 mlrd. dollar dəyərində olub. Rus şirkətlərinin dəstəyi ilə Türkmənistanda 124 ortaq layihə həyata keçirilib.
    22.10.10 Məqaləni oxumaq
     
    ABŞ Rusiyanın ÜTT-yə üzv olacağı barədə proqnoz verdi
    Rusiya Ümumdünya Ticarət Təşkilatına 12 aydan gec olmayaraq üzv olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ Milli İqtisadi Şuranın rəhbəri Lourens Sammers bildirib. L.Sammersə görə, Ümumdünya Ticarət Təşkilatına üzv olma ilə bağlı Rusiya və ABŞ arasında heç bir mübahisəli məsələlər qalmayıb. Xatırladaq ki, Rusiyanın baş naziri Vladimir Putin ölkəsinin 2011-ci ilə qədər Ümumdünya Ticarət Təşkilatına üzv olacağına şübhə etdiyini bildirib.
    21.10.10 Məqaləni oxumaq
     
    İranla Gürcüstan arasında viza rejimi ləğv olunacaq
    İranın xarici işlər naziri Mənuçöhr Möttəki noyabrın 3-4-də Gürcüstana səfər edəcək. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstan XİN-dən bildiriblər ki, artıq İranın Gürcüstan səfirliyində də son hazırlıqlar başa çatmaq üzrədir. Səfər çərçivəsində iki ölkə arasında viza rejiminin ləğv olunacağı bildirilir.
    20.10.10 Məqaləni oxumaq
     
    R.T. Ərdoğan: “Silahlı hücumla qürur duyan bir nazirlə görüşmərəm”
    Əgər İsrailin baş naziri “Aralıq dənizi iqlim dəyişikliyi təşəbbüsü" konfransında iştirak edəcəksə, mən orda olmayacağam. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. R.T.Ərdoğan qeyd edib ki, silahlı hücumla qürur duyan bir baş nazirlə görüşdə iştirak edə bilmərəm. “İsrail yaxın şərqdə önəmli bir dostunu itirmə təhlükəsi ilə üz-üzədir, bu da Türkiyədir”,-deyə Baş nazir əlavə edib. Xatırladaq ki, iqlim dəyişikliyi ilə bağlı konfrans oktyabrın 21-22-də Afinada keçiriləcək və İsrail həmin ölkələr arasında yer almayıb.
    20.10.10 Məqaləni oxumaq
     
    Fransa və Almaniya Rusiya-NATO gərginliyini azaltmağa cəhd edir
    Bu gündən etibarən Fransa, Almaniya və Rusiya prezidentləri NATO-nun Avropada yerləşdirmək istədiyi raketlərdən müdafiə sistemi ilə bağlı Fransanın şimalında Normandiyada müzakirələrə başlayıblar. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, Deauville şəhərciyində keçirilən zirvə görüşündə Fransa prezidenti Nikola Sarkozi, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Dmitri Medvedev iştirak edirlər. Görüşdə liderlər ümumi mövqeyi müzakirə edirlər. Qeyd olunur ki, toplantı, raketlərdən müdafiə planının miqyası və məqsədləri ətrafında fikir ayrılıqlarına görə gərginləşmiş NATO-Rusiya münasibətlərini tənzimləmək üçün bir imkandır.
    19.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 111 112 113 114 115 116 117 118 119 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30