Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 110 111 112 113 114 115 116 117 118 » #
    Hillari Klinton ATƏT-in Astana sammitində iştirak edəcək
    ABŞ-ın dövlət katibi Hillari Klinton ATƏT-in Astana sammitində iştirak etmək üçün Qazaxıstana səfər edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ dövlət katibinin Cənubi və Orta Asiya üzrə köməkçisi Robert Bleyk verib. Qeyd edək ki, ATƏT-in Astana sammiti dekabrın 1-2-də keçiriləcək. Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ATƏT-ə üzv olan 67 ölkədən 61-nin nümayəndəsi sammitdə iştirakını təsdiqləyib.
    20.11.10 Məqaləni oxumaq
     
    İran rəsmisi: “Azərbaycan Prezidentinə təqdim olunan sutəmizləyici qurğu gündəlik 1000 nəfərin suya olan təlabatını təmin edə bilər”
    İran Prezidentinin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidentinə təqdim olunan İran istehsalı olan sutəmizləyici qurğu sutkada 10 min litr su filtirasiya edə bilir. KƏLAMİNFO İran mətbuatına istinadən xəbər verir ki, bunları İranın Prezident Aparatının yeni texnologiyalar mərkəzinin istehsal komitəsinin rəhbəri Əbülfəzl Şəfiyi bildirib. Onun sözlərinə görə, əgər hər bir şəxsin gündəlik içmək və yemək bişirmək üçün suya tələbatı 10 litr nəzərdə tutulsa bu qurğu 1000 nəfərin suya olan təlabatını təmin edə bilər. “Qurğunun ölçüsü 80X60 sm. və hündürlüyü 1.2 m təşkil edir. Sutəmizləyici qurğu kiçik və böyük ölçülərdə istehsal olunur. Qurğu evin, məhəllənin, rayonun və Bakı qədər əhalisi olan bir şəhərin içməli su təminatını həyata keçirə bilər. İstifadə olunan içməli suyun 80%-i axar çaylardan əldə olunur, sənaye tullantıları, əkinçilik və digər tullantılar vasitəsi ilə çirklənir, həmin sutəmizləyici qurğu bu çirkliliyi təmizəyib içməli su səviyyəsində təhvil verə bilər. Adi qaydada filtirasiya ağır dəmirləri sudan təmizləyə bilmir. Bu qurğu suda mövcud olan 99,9% çirkliliyi təmizləyir”,-deyə Ə.Şəfiyi vurğulayıb.
    19.11.10 Məqaləni oxumaq
     
    Barak Obama: “ABŞ islam dünyası ilə heç vaxt müharibə etməyəcək”
    ABŞ İslam dünyası ilə müharibə aparmır və heç vaxt da aparmayacaq. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama bildirib. Onun sözlərinə görə, dünya ölkələri aralarındakı “qarşılıqlı şübhə və inamsızlığı” aradan götürüb terrorizmə qarşı birgə mübarizə aparmaq olar. “Kim ki, qurmaq istəyir, öz ərazisini terrorçulara, dağıtmağa meylli olanlara verməməlidir”,-deyə B.Obama vurğulayıb. ABŞ prezidenti həmçinin bütün bu təşəbbüslərə baxmayaraq onun admistrasiyası ilə müsəlman dünyası arasında münasibətlərin hələ də düzəlmədiyini əlavə edib.
    11.11.10 Məqaləni oxumaq
     
    Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb
    Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 68 nəfər olub, 61 sərnişin və 7 heyət üzvü. Sərnişinlərdən 28-i əcnəbi olduğu bildirilir. Təyyarə Santyaqo de Kuba-Havana reysini həyata keçirirmiş. Hava gəmisinin operatoru “Cubana de Aviacion” Kuba dövlət aviaşirkətinə məxsus olan “Aerocaribbean” avia şirkətidir.
    06.11.10 Məqaləni oxumaq
     
    İran Xəzər dənizinin 20% hissəsinə sahibdir
    İran Xəzər dənizinin 20% hissəsinə sahibdir. KƏLAMİNFO İran agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin birinci müavini Həsən Qəşqəvi deyib. Onun sözlərinə görə, Tehran hər cür cəhddən istifadə edəcək ki, hüquqlarını müdafiə etsin. Qeyd edək ki, Xəzəryanı ölkələrin növbəti sammiti 18 noyabrda Bakıda keçiriləcək.
    04.11.10 Məqaləni oxumaq
     
    Bu gün ABŞ Konqresinə seçkilər keçirilir
    Bu gün ABŞ-da Konqres seçkiləri keçirilir. Birləşmiş Ştatlar boyunca Konqres seçkiləri kampaniyası artıq başa çatır. KƏLAMİNFO xəbər verir ki, səsvermə bu gün Bakı vaxtı ilə günorta saatlarında başlayacaq. Bu arada rəy sorğuları göstərib ki, seçkilərdə prezident Barak Obamanın Demokratlar Partiyası Nümayəndələr Palatasında nəzarəti itirə bilər və onların Senatda nəzarət uğrunda kampaniyasının da gərgin olacağı bildirilir. Bu seçkilər ABŞ-da prezidentlik müddətinin ilk yarısı ötdükdən sonra keçirilir və “müddətyarısı seçkilər” adlanır. Prezident seçkilərində demokratlara səs vermiş amerikalıların çoxu artıq B.Obama adminstrasiyasından narazıdır. Bir çox respublikaçılar bu seçkilərdə populist və ultra konservativlərin Tea partiyası tərəfindən kölgədə qalıb. Adı “çay” kimi tərcümə olunan bu partiyanı dəstəkləyənlər, rəy sorğularına görə, əsasən ağlar və daha çox evli, yaşı 45-dən yuxarı olan kişilərdir.
    03.11.10 Məqaləni oxumaq
     
    Yaponiya höküməti D.Medvedevin Kurill adalarına səfərinə etiraz edib
    Rusiya prezidenti Dmitri Medvedev Kuril adalarına səfər edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq Yaponiya höküməti Rusiya prezidentinin səfərinə öz etirazını bildirib. Yaponiya xarici işlər naziri Seydzi Maexara Rusiyanın Yaponiyadakı səfirini nazirliyə çağırıb. Rusiyanın Yaponiyadakı səfiri Mixail Beli isə jurnalistlərə bildirib ki, bu Rusiyanın daxili işidir və Yaponiyadan bu məsələdə sakit davranmağı istəyirik. Yaponiya prezidenti isə rusiyalı həmkarının Kuril adalarına səfərinə çox üzüldüklərini vurğulayıb.
    02.11.10 Məqaləni oxumaq
     
    Gürcüstanda Rusiyaya casusluq edən 2 erməni həbs edilib
    Gürcüstanda Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılmış 20 nəfər arasında 2 erməni də var. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, həmin ermənilər Gürcüstanın Batumi şəhər sakinləridir. Hər 2 casus erməninin sahibkar olduğu bildirilir. Qeyd edək ki, Gürcüstan hələ ki məsələyə rəsmi münasibət bildirməyib. Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmisi Şota Utiaşvili baş verənlərə noyabrın 5-də xüsusi mətbuat konfransında aydınlıq gətiriləcəyini söyləyib.
    01.11.10 Məqaləni oxumaq
     
    Rus deputat: “ABŞ və Avropadakı erməni lobbisi olmasaydı, Ermənistan Azərbaycanla bacarmazdı”
    Beynəlxalq ictimaiyyət hələ Azərbaycan- Ermənistan arasında çox var-gəl edəcək. Lakin, sonda tərəflərdən heç biri dünya ictimaiyyətinin konkret dəstəyini görməyəcək. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya Dövlət Dumasının deputatı Sergey Markov bildirib. Deputat bunu bir sıra faktorlarla əlaqələndirir. “Ermənistan dünya ictimaiyyətinin gözündə iqtisadi cırtdandır. ABŞ və Avropadakı erməni lobbisinin fəaliyyəti olmasaydı, Ermənistan Azərbaycanla rəqabətə tab gətirə bilməzdi. Bütün dünyada güclü erməni lobbisi işləyir və o, dünyanı Ermənistanı “atmamağa”, onunla “dostluq etməyə” məcbur edir. Azərbaycan isə hamı üçün geosiyasi və iqtisadi faktorlarla əlaqədar maraqlıdır”,- deyə rusiyalı deputat vurğulayıb.
    28.10.10 Məqaləni oxumaq
     
    Azərbaycanı müharibədən çəkindirmək üçün “strateji nəzarət sistemləri” yerləşdirilir
    Azərbaycanı hazırkı şəraitdə silahlı hücumdan çəkindirmək üçün Ermənistan “strateji nəzarət sistemləri” yerləşdirməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bunu rus mətbuatına açıqlamasında Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bildirib Onun fikirincə, belə şəraitdə regionda təhlükəsizlik şəraitinin saxlanmasında maraqlı olan qüvvələr indiki sülhü qorumaqda iştirak etməlidirlər.
    27.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 110 111 112 113 114 115 116 117 118 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30