Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 107 108 109 110 111 112 113 114 115 » #
    Rusiya hava limanlarında pis hava şəraiti səbəbindən aviareyslər saxlanılıb
    Moskvanın Domodedovo hava limanında 13, "Şeremetyevo" hava limanında 35, "Vnukovo" hava limanında isə 25 reys ləğv edilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva aeroportlarının işində ötən istirahət günlərindən pis havaya görə nasazlıqlar yaranıb. Ən böyük problemlər "Domodedovo" hava limanında mövcuddur. 100-dən çox reys elektrik enerjisinin verilməsində və güclü yağışın yağması problemlərinə görə şənbə və bazar günləri saxlanılıb. Podolskda yarımstansiyalarda buz bağlamasıyla bağlı olaraq Volodarski qəsəbəsində elektrik məftili kəsilib. Aeroportda isə 8 min insan reysin bərpa olacağını gözləyir. Dünən axşam saatlarında isə aeroportda elektrik enerjisinin verilməsi bərpa edilib.
    27.12.10 Məqaləni oxumaq
     
    Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov Toylı Komekovu Azərbaycana səfir təyin edib
    Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov Toylı Komekovu Azərbaycana səfir təyin edib. KƏLAMİNFO xəbər verir ki, Toylı Komekov 2009-cu ildən Prezident yanında Xəzər dənizi ilə bağlı məsələlər üzrə dövlət müəssisəsinin rəhbəri işləyib. Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov təyinatla bağlı müvafiq sərəncam imzalayıb. T. Komekov son iki il ərzində həm də xarici işlər nazirinin müavini olub və Bakıda keçirilən ikitərəfli danışıqlarda Türkmənistan nümayəndə heyətinə başçılıq edib.
    25.12.10 Məqaləni oxumaq
     
    Ermənistanın baş naziri Tiqran Sərkisyan Vladimir Putinlə görüşüb
    Ermənistan Rusiyanın etibarlı partnyorudur. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın baş naziri Vladimir Putin Sankt-Peterburqda erməni həmkarı Tiqran Sərkisyanla görüşündə deyib. Onun sözlərinə görə, keçən il iqtisadi böhtana baxmayaraq, Rusiya Ermənistana köməyini əsirgəməyib və İrəvana 500 mln. kredit ayırıb. V. Putin bildirib ki, ölkələrarası iqtisadi,sosial və hərbi sahədə də əməkdaşıqlar davam edəcək. T. Sərkisyan isə qeyd edib ki, Ermənistanda Rusiya sahibkarları üçün hər bir şərait yaradılıb.
    24.12.10 Məqaləni oxumaq
     
    Türkiyənin Baş naziri “erməni soyqırımı” ilə bağlı ABŞ Prezidenti Barak Obamaya məktub göndərib
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresində qondarma “erməni soyqırımı” qanun layihəsinin müzakirəsi ilə bağlı ABŞ Prezidenti Barak Obamaya məktub göndərib. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı məlumat verən xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ABŞ-da bu qanun layihəsinin yenidən gündəliyə salınması ehtimalı var. “Biz artıq bu qanun layihələrinin Türkiyə-ABŞ əlaqələrinin üzərində Domokl qılıncı kimi asılmasına izn verə bilmərik”,- deyən nazir ölkəsinin bu məsələdə beynəlxalq nüfuzunu qorumaq əzmində olduğunu da vurğulayıb. İstər Baş nazir Rəcəb Tayyib Ərdoğanın məktubunda, istərsə də Əhməd Davudoğlunun həmkarı Hillari Klinton ilə telefon danışığında Türkiyənin erməni iddiaları ilə bağlı qəti etirazı ifadə olunmuş, qanun layihəsinin Konqresdə qəbul olunacağı təqdirdə Ankara ilə Vaşinqton əlaqələrinin ciddi zərbə alacağı vurğulanıb.
    22.12.10 Məqaləni oxumaq
     
    Aleksandr Lukaşenko növbəti dəfə Belarusun prezidenti seçilib
    Belarus Mərkəzi Seçki Komissiyası seçicilərin 84%-nin səsvermə hüququndan istifadə etdiyi barədə məlumat yayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, “Exit-poll” nəticələrinə görə, Belarusda keçirilən prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenko 70 faizdən çox səs toplayıb. İkinci və üçüncü yerlərdə isə 4 faiz səslə müxalifətdən olan namizədlər Andrey Sannikov ilə Vladimir Neklyayev gəlirlər. “Exit-poll” nəticələrindən sonra müxalifətin minlərlə tərəfdarı Belarus paytaxtında etiraz aksiyalarına başlayıb. Belarus polisi gecə saatlarında Hökumət Evinin qarşısına toplaşan müxalifət tərəfdarlarının mitinqini dağıdıb. Sialhllı polis qüvvələri meydana girərək aksiya iştirakçılarını zorla ərazidən kənarlaşdırıb.
    21.12.10 Məqaləni oxumaq
     
    Bu gün Rusiyanın Baş naziri V. Putin televiziya vasitəsilə ölkə vətəndaşları ilə söhbət edəcək
    Bu gün Rusiyanın Baş naziri Vladimir Putin televiziya vasitəsilə ölkə vətəndaşları ilə dialoqa girəcək. KƏLAMİNFO xəbərverir ki, “Vladimir Putinlə söhbət. Təkliflər” adlı xüsusi buraxılış vasitəsilə Baş nazir ona ünvanlanacaq sualları cavablandıracaq, son günlər Moskvada baş verən milli – etnik qarşıdurmalar haqqında fikir mübadiləsi aparacaq. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev də cari ilin noyabr ayının 22 – də televiziya vasitəsilə ölkənin müxtəlif bölgələrindən olan vətəndaşlar ilə təmasda olub, onların suallarını cavablandırıb.
    17.12.10 Məqaləni oxumaq
     
    Rusiyada qafqazlılara qarşı “Rusiya ruslar üçündür” kompaniyası davam edir
    Moskva polisi qafqazlılara qarşı rusiyalı gənclər tərəfindən planlaşdırılan mitinqlərin qarşısını almaq üçün hazır vəziyyətdədir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hüquq mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, millətçi ideyalarını özündə birləşdirən bəzi ruslar bu gün mitinq keçirməyi planlaşdırıblar. Lakin hüquq mühafizə orqanları bu cür mitinqlərin qarşısını alacaq. Qeyd edək ki, Rusiyada neçə gündür ki, davam edən mitinqlərin səbəbi “Spartak” klubunun azərkeşinin qafqazlılar tərəfindən öldürülməsidir. Bu na görə də ruslar mitinqlərdə əsas şüar kimi “Rusiya ruslar üçündü”səsləndirirlər.
    16.12.10 Məqaləni oxumaq
     
    Bu gün Əhməd Davudoğlu ABŞ-a səfər edəcək
    Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın vitse-prezidenti Co Baydenin dəvətiylə Nyu-Yorka səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istiadən xəbər verir ki,türkiyəli nazir BMT-nin Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. İraqdakı hazırkı vəziyyət Təhlükəsizlik şurada müzakirə olunan əsas mövzu olacaq.
    Ə.Davudoğlu BMT-nin Baş katibi Pan Gi Munla da görüşəcək. Türkiyənin xarici işlər nazirinin ABŞ-a səfəri sabah başa çatacaq.
    15.12.10 Məqaləni oxumaq
     
    Ə.Davudoğlu: “Ermənistan-Türkiyə sərhədinin açılması mövzusunda heç bir dəyişiklik yoxdur”
    Türkiyənin türk dünyası ölkələri ilə əlaqələri bir neçə il bundan əvvəl olduğundan daha sıxdır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu söyləyib. O, Türkiyə-Azərbaycan və Türkiyə-Qazaxıstan əlaqələrini xüsusi qeyd edib və onun sözlərinə görə, bu əlaqələr hələ heç vaxt bu qədər sıx olmayıb. Türkiyəli nazir həmçinin Ermənistan-Türkiyə sərhədinin açılmasına dair vəziyyətdə də heç bir dəyişikliyin olmadığını qeyd edib.
    14.12.10 Məqaləni oxumaq
     
    Bu gün Stokholmda Nobel mükafatlarının təqdimat mərasimi olacaq
    Bu gün İsveçrənin Stokholm şəhərində ədəbiyyət, tibb və ya fiziologiya, fizika, kimya, eləcə də iqtisadi sahələr üzrə 2010-cu ilin Nobel mükafatlarınn təqdimat mərasimi olacaq. KƏLAMİNFO xəbər veriq ki, bu ilki laureatlar arasında Böyük Britaniya, ABŞ, Yaponiya, Peru və Çin olmaqla 11 nəfər var. Onlardan ən gənci Böyük Britaniyada işləyən rus fizik Konstantin Novoselovun 36 yaşı var. Tibb və ya fizika üzrə mükafatın sahibi-britaniyalı tədqiqqatçı və süni mayalanma texnologiyasını hazırlayan 85 yaşlı Robert Edvards isə ən yaşlı laureatdır. O, səhhəti ilə əlaqədar Stkokholma getməyəcək və mükafatı həyat yoldaşı Rut Edvards alacaq. Qeyd edək ki, Nobel mükafatları hər il dekabrın 10-da-isveçli sənayeçi və ixtiraçı Alfred Nobelin vəfatının ildönümündə təqdim olunur. Mükafatlardan beşi Stokholmda, sülh mükafatı isə Osloda sahiblərinə verilir. Bu ilin hər nominasiya üzrə mükafatı 10 milyon İsveç kronu (təxminən 1 milyon avro) təşkil edir.
    11.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 107 108 109 110 111 112 113 114 115 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30