Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 106 107 108 109 110 111 112 113 114 » #
    Hillari Klinton Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə səfərə çıxır
    ABŞ Dövlət katibi Hillari Klinton sabah gözlənilmədən Yaxın Şərq və Asiya ölkələrinə səfərə çıxacaq. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. Səfər zamanı siyasi islahatların inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq. Beş gün sürəcək səfər zamanı xanım Klinton Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə olacaq. Qətərdə Dövlət katibi ABŞ-ın Yaxın Şərqdə siyasi islahatların gerçəkləşdirilməsinə yardım məqsədilə dəstəklədiyi Gələcəyin Forumunun yeddinci konfransında iştirak edəcək. Bundan sonra H.Klintonun Mərkəzi Asiya ölkələrinə də səfəri gözlənilir. Bu, son bir neçə ay ərzində dövlət katibinin regiona ikinci səfəridir.
    07.01.11 Məqaləni oxumaq
     
    İran və Rusiya Bakıda baş tutan Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitini uğurlu hesab edirlər
    İran hesab edir ki, Xəzəryanı ölkələr arasında danışıqların davam edirilməsi dənizin hüquqi statusu üzrə qəti qərarın alınmasını sürətləndirəcək. KƏLAMİNFO FARS News-ə istinadən xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Reza Səccadi Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovinlə görüşündə qeyd edib. Tərəflər keçən il noyabrın 18-də Bakıda baş tutan Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitinin nəticələrini də müzakirə ediblər. A.Qolovin də öz növbəsində Bakıda keçirilmiş sammitin uğurla başa çatdığını vurğulayıb.
    06.01.11 Məqaləni oxumaq
     
    ABŞ-da Qurani- Kərim yandırılıb
    ABŞ-da Qurani-Kərim təhqir olunub. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, Kuin Cessi Birləşmiş Ştatlardakı "Uşaq İslam Təhsili Akademiya"sına məktub yollayıb, sonra isə internetdəki "YouTube" videohostinq servisinde videomaterial yerləşdirib. Həmin videoda Qurani-Kərim cırılır, onun üzərinə donuz əti qoyulur, sonra isə Qurani-Kərim yandırılır, donuz ətindən hazırlanmış hamburgerin altına qoyulur. Hazırlanmış hamburgeri it yeyir. "YouTube" və "Facebook" saytlarında yerləşdirilmiş 5 dəqiqəlik videomaterialda Harrisonun üzü görünməsə də, polis onun niki və ünvanı vasitəsilə həmin şəxsi müəyyənləşdirib. Həbs edilmiş Harrisona qarşı prokurorluğun irəli sürdüyü ittihamda bildirilir ki, Kuin Cessi Harrison dini simvolları təhqir edir və nifrət hissləri yaratmağa cəhd göstərir.
    05.01.11 Məqaləni oxumaq
     
    İranda 5.3 bal gücündə zəlzələ baş verib
    Bu gün səhər saatlarında İranda 5.3 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO İRNA agentliyinə istinadən xəbər verir ki, zəlzələ daha çox Şiraz, Memesti ve Sepidan bölgələrində hiss olunub. Zəlzələ nəticəsində heç bir insan itkisinin olmadığı qeyd olunsa da, bəzi binaların pəncərələrinin qırıldığı və əhalinin evlərini tərk edərək küçədə qaldığı bildirilir.
    05.01.11 Məqaləni oxumaq
     
    Erməni etirafı: “Ötən il Ermənistan üçün uğurlu il olmadı”
    Ötən ili Ermənistan üçün qətiyyən uğurlu il hesab etmək olmaz. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Armen Martirosyan bildirib. O, qeyd edib ki, ötən il də ölkə üçün geriləmə ili olub. “Bunu sadə formada Ermənistanı tərk edən ailələrin sayının durmadan artması, yoxsulluğun və qütbləşmənin dərinləşməsi ilə də görmək olar. Bu sıra ilə mənfi halları çox sadalamaq olar. Ermənistan ötən il hətta xarici çağırışlara da cavab verə bilməyib”,-deyə A.Martirosyan vurğulayıb.
    05.01.11 Məqaləni oxumaq
     
    ABŞ-da yeni Konqres bu gün bir araya gələcək
    ABŞ Konqresi keçən ay baş tutan seçkilərdən sonra ilk dəfə bu gün bir araya gələcək. KƏLAMİNFO xəbər verir ki, 435 konqresmenin 193-ü demokratları, 242 nəfər isə respublikaçıları təmsil edir. Bu gün Nümayəndələr Palatasına spiker seçiləcək. Bu postda Demokratlar Partiyasının Kaliforniyadan olan millət vəkili Nensi Pelosini Respublikaçılar Partiyasının Ohayodakı millət vəkili Con Bonerin əvəzləyəcəyi gözlənilir. C.Boner Konqresin bundan əvvəlki heyətində respublikaçı azlığın rəhbəri olub. Hazırda eskpertlər respublikaçıların Konqresdə güclərinin artırılmasının ABŞ prezidenti Barak Obamanın əleyhinə olacağını və onu çətin günlər gözlədiyinin qeyd edirlər.
    05.01.11 Məqaləni oxumaq
     
    Ərəb dünyası R.T.Ərdoğanı “İlin adamı” elan etdi
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “CNN-Ərəb” saytında keçirilən sorğunun nəticələrinə görə, “İlin adamı” elan olunub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli nazir 74% səslə lider olub. İkinci yeri isə Suriya prezidenti Bəşər əl-Əsəd tutub. O, sorğuda iştirak edənlərin 20%-nin səsini toplayıb. “CNN Ərəb” səsvermənin nəticələrini şərh edərkən qeyd edib ki, bu göstərici Türkiyənin baş nazirinin və türk diplomatiyasının ərəb dünyasında artan nüfuzuyla bağlıdır.
    05.01.11 Məqaləni oxumaq
     
    Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Toylı Komekov bu gün Bakıya gəlib
    Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Toylı Komekov vəzifəsinin icrasına başlamaq üçün bu gün Bakıya gəlib. Türkmənistanın Bakıdakı səfirliyindən KƏLAMİNFO-ya bildiriblər ki, səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edəndən sonra vəzifəsinin icrasına rəsmən başlayacaq. Qeyd edək ki, T.Komekov dekabrın 23-də Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun sərəncamı ilə Azərbaycana səfir təyin olunub. Xatırladaq ki, buna qədər Toylı Komekov Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə Dövlət Müəssisəsinin sədri olub, Xəzərin hüquqi statusu və təhlükəsizliyi ilə bağlı görüşlərdə ölkəsini təmsil edib, dəfələrlə Bakıda səfərdə olub.
    05.01.11 Məqaləni oxumaq
     
    Qafqaz ölkələri vahid ittifaqda birləşə bilər
    Qafqaz ölkələrinin ittifaq halında birləşməsi o qədər də çətin deyil. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qafqaz Geosiyasi Tədqiqatlar Fondunun rəhbəri Maqometali Daudov bildirib. O, qeyd edib ki, bunun üçün bölgə dövlətləri ilə mümkün razılığın əldə olunması kifayətdir. “Bütün problemlərə, toqquşma və mövqe müxtəlifllikləri, habelə məhəlli münaqişələrə rəğmən fikrimcə, vahid Qafqaz ideyasının yaşamaq hüququ var. Bu ideya gözəldir və onu həyata keçirmək üçün bölgə dövlətlərindən iradə tələb olunur. Belə iradə olarsa, regionda bütün problemləri həll etmək mümkündür”,-deyə M.Daudov vurğulayıb. Qeyd edək ki, Qafqazın vahid ittifqda birləşməsi ideyası Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən irəli sürülüb. O, vahid Qafqaz ideyasının reallaşacağını və Qafqazın birləşəcəyini hesab edir.
    29.12.10 Məqaləni oxumaq
     
    Qazaxıstan MSK-ı Nürsaltan Nazarbayevin səlahiyyət müddətinin uzadılması barədə referendum qərarı qəbul edib
    Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün ölkə prezidenti Nursultan Nazarbayevin prezidentlik səlahiyyətlərinin 2020-ci ilə qədər uzadılması ilə bağlı referendumun keçirilməsinə dair bəyanatın qeydiyyata alınması ilə bağlı qərar qəbul edib. KƏLAMİNFO Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə bu ölkənin MSK sədri Kuandık Turqankulov məlumat verib. K.Turqankulovun sözlərinə görə, MSK referendumun təşəbbüs qrupunu təsdiq edib. Həmçinin bu məsələnin respublika referendumuna çıxarılmasını da təsdiqləyib. K. Turqankulov bildirib ki, təşəbbüs qrupunun bütün lazımi sənədləri MSK-ya dekabrın 23-də təqdim edilib. Bu sənədlərə görə, 320 nəfərdən ibarət təşəbbüs qrupu referendumda iştirak etmək hüququ olan və toplantıda iştirak etmiş 850 vətəndəşın imzalarını təqqim edib. Qazaxıstanın Baş prokurorluğun məlumatına görə, təşəbbüs qrupunun üzvləri toplantını Konstitusiyanın “Respublika referendumu haqqında” qanununa tam uyğun olaraq keçiriblər.
    28.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 106 107 108 109 110 111 112 113 114 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30