Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Barak Obama qalib gəldi
    ABŞ-da prezident seçkilərinin qalibi yenidən Barak Obama qalib gəlib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obamanın budəfəki qələbəsinə daha çox kritik vəziyyətdə olan ştatların səsi kömək olub. Belə ki, prezident seçilmək üçün 538 seçicidən 270-nin səsi kifayət edirdi. Amma Barak Obama Ohaya ştatından gələn seçkilərin nəticələrinə görə 274 səs yığa bilib. Bununla da Barak Obama Amerikanın 45-ci dövlət başçısı olub. Barak Obamanın rəqibi Mit Romni isə seçicilərin 203 səsini toplaya bilib.
    07.11.12 Məqaləni oxumaq
     
    Gürcüstanın keçmiş daxili işlər naziri həbs olunub
    Gürcüstanın keçmiş daxili işlər naziri Baço Axalaya həbs olunub. Onun Tbilisidə, Gürcüstanın Baş prokurorluğunda saxlanıldığı bildirilir. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, Axalayanın vəkili deyib ki, sabiq nazirə qarşı vəzifədən sui-istifadə ittihamı irəli sürülüb. Rəsmi ittihamnamə 48 saat ərzində elan olunmalıdır. Axalayanın adı Gürcüstandakı həbsxana qalmaqalı ilə bağlı hallanırdı. Prezident Mixail Saakaşvilinin rəqibləri iddia edirdilər ki, məhbuslara işgəncə verilməsi birbaşa Axalayanın əmri ilə həyata keçirilirdi. Bu ittihamları rədd edən Axalayanın Gürcüstandakı seçkilərdən sonra ölkədən qaçdığı haqda xəbərlər də yayılmışdı.
    07.11.12 Məqaləni oxumaq
     
    ABŞ-ın iki ştatı marixuananın leqallaşdırılmasına səs verib
    İlkin məlumatlara görə, ABŞ-ın Vaşinqton və Kolorado ştatının seçiciləri tibbi resept olmadan marixuananın leqallaşdırılmasına səs veriblər. Az əvvəl isə Massaçusets ştatının sakinləri yüngül narkotikin tibbi məqsədlər üçün istifadəsinin leqallaşdırılmasına səs veriblər. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, federal qanunlar marixuananın istənilən şəraitdə satışını qadağan edir. Vaşinqton və Koloradoda narkotikin tam şəkildə leqallaşdırılması yerli və federal qanunverici orqanlar arasında ziddiyyətləri gücləndirə bilər.
    Marixuananın leqallaşdırılması ilə bağlı səsvermə Oreqon, Arkanzas və Montanada da keçiriləcək.
    07.11.12 Məqaləni oxumaq
     
    Ərdoğan İndoneziyaya gedib
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İndoneziyaya gedib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, dünən gecə saatlarında İndoneziyaya yola düşən baş nazir Yaxın Şərq, Afrika və Asiya liderlərinin Beşinci Demokratiya Forumunda iştirak edəcək. Səfərdə Ərdoğanı baş nazirin müavini Bəşir Atalay və Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik müşayiət edir.
    07.11.12 Məqaləni oxumaq
     
    Sarkozi məhkəmədə ifadə verəcək
    Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci ildəki seçki kampaniyasında “Loreal” firmasının rəhbəri Lilian Bettenkurtdan qanunsuz maddi yardım aldığına dair iddialarla bağlı ifadə verəcək. Məhkəmə iclası bu həftə keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, “Europe 1” radio kanalının ədliyyə mənbələrinə istinadən verdiyi xəbərə görə, Sarkozi Bordo məhkəməsində ifadə verəcək. Bu iddialarla bağlı olaraq daha öncə prokurorun təlimatıyla Sarkozinin evində və bürosunda axtarış aparılmışdı.
    06.11.12 Məqaləni oxumaq
     
    Obama, yoxsa Romni?
    ABŞ prezidenti Barak Obama və onun respublikaçı rəqibi Mitt Romni ölkəboyu həlledici ştatlara səfər edir və fəal kampaniya aparırlar. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, prezident Obama bazar günü səhəri Nyu Hempşir ştatında keçirib. Buradan o, Florida ştatına, daha sonra isə Ohayoya yollanacaq. Demokrat namizəd günü Kolorado ştatında başa vuracaq. Bazar ertəsi isə o, Viskonsin və Ayova ştatlarına baş çəkəcək. Seçki günü üçün doğma şəhəri Çikaqoya qayıtmazdan öncə Barak Obama yenidən Ohayoda olacaq. Romni Ohayo, Pennsilvaniya və Virciniya ştatlarına yollanmazdan öncə Ayovada nümayişə qatılıb. Bu gün o, Florida ştatına səfər edəcək. Seçki günü respublikaçı namizəd doğma ştatı Massaçusetsdə - Boston şəhərində olacaq. Rəy sorğularına əsasən namizədlər Kolorado, Florida, Ohayo və Virciniyada bərabər dəstəyə malikdirlər. Prezident Ohayo və Virciniyada cüzi üstünlüyə malikdir, amma Romninin Koloradoda öndə getdiyi deyilir. Sadalanan dörd ştat Ağ Evin qazanılması üçün tələb olunan 270 elektoral kollegiya səslərinin toplanılmasında həlledici rol oynayır.
    06.11.12 Məqaləni oxumaq
     
    Obama və Romni seçicilərin eyni dəstəyinə malikdir
    ABŞ-da prezidentliyə namizədlər Barak Obama və Mitt Romni seçicilərin eyni dəstəyinə malikdirlər. “KƏLAMİNFO” “Kommersant”a istinadən xəbər verir ki, bunu CNN-in keçirdiyi sorğunun nəticələri sübut edir. Tədqiqatın nəticələrinə görə, Mitt Romni və Barak Obamaya seçicilərin 49 faizi səs verməyə hazırdırlar. Seçicilərin 52 faizi Obamaya, Romniyə isə 51 faiz simpatiya bəsləyir. 51 faiz ölkənin əsas məsələləri üzrə Obama ilə, 50 faiz isə Romni ilə razıdır. Sorğu noyabrın 2-4-də 1010 amerikalı arasında keçirilib.
    05.11.12 Məqaləni oxumaq
     
    Medvedyev “Pussy Riot” qrupunu müdafiə etdi
    Rusiyanın baş naziri Dmitri Medvedyev hesab edir ki, “Pussy Riot” qrupunun həbs cəzası almış iki üzvü azad olunmalıdır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o deyib ki, qrup üzvlərinin hərəkəti ilə razı deyil, ancaq onlar həbsdə kifayət qədər çox qalıblar. Hazırda onlar həbsxanada iki illik həbs cəzalarını çəkirlər. “Pussy Riot” Moskvada kilsədə “Məryəm ana, bizi Putindən xilas et” kimi şüarlar səsləndirmişdi.
    02.11.12 Məqaləni oxumaq
     
    Putin xəstələnib?
    Rusiya prezidenti Vladimir Putinin noyabrın 2-də Türkmənistan və noyabrın 9-da Bolqarıstan səfərlərini təxirə salması onun xəstə olduğuna dair şübhələr yaradıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Kreml iddiaları təkzib edib. Ancaq Putinin onurğa sütununda yırtıq probleminin olduğuna dair məlumatlar da Kremldəki mənbələrdən sızıb. Yeri gəlmişkən, noyabrın 2-də Türkmənistanda keçirilməsi planlaşdırılan Müstəqil Dövlətlər Birliyi dövlət başçıları sammiti dekabrın 5-nə keçirilib. Putin oktyabr ayında da Türkiyə, Ermənistan, Hindistan, Pakistan səfərlərini təxirə salıb.
    02.11.12 Məqaləni oxumaq
     
    Amerikalılar Obamanın seçkidə qalib gələcəyinə əmindirlər
    ABŞ sakinlərinin böyük hissəsi əmindirlər ki, fəaliyyətdə olan prezident Barak Obama noyabrın 6-da keçiriləcək seçkilərdə qalib gələcək. “KƏLAMİNFO”nun RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, “Gallup” tərəfindən keçirilən rəy sorğusunun nəticəsi bunu deməyə əsas verir. “Rəyi soruşulanların 54 faizə yaxını bildirib ki, Barak Obama seçkilərdə qalib gəlməlidir. 34 faiz isə respublikaçı namizəd Mitt Romninin qələbəsinə inanır. Sorğuda iştirak edənlərin 11 faizi seçkilərin nəticələri ilə bağlı proqnoz verməkdən çəkinib” - deyə rəy sorğusunun nəticələri ilə bağlı məlumatda deyilir.
    01.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30