Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 105 106 107 108 109 110 111 112 113 » #
    Hillari Klinton fevralda Türkiyəyə səfər edəcək
    ABŞ-ın dövlət katibi Hillari Klinton bu ilin fevral ayında Türkiyəyə səfər edəcək. KƏLAMİNFO SNNTÜRK-ə istinadən xəbər verir ki, səfərin məqsədi və təfərrüatları açıqlanmır.
    15.01.11 Məqaləni oxumaq
     
    Hillari Klinton Yəməndə qəzaya uğrayıb
    ABŞ dövlət katibi Hillari Klintonun Yəmənə ilk səfəri zamanı başına qəza gəlib. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, səfərin sonunda H.Klinton təyyarəyə minərkən bərk yıxılıb. Özünü itirməyən dövlət katibi dərhal ayağa qalxıb. Rəsmilər dövlət katibinin yıxılması ilə bağlı açıqlama veriblər. Bildirilib ki, Birləşmiş Ştatların dövlət katibi zədə almayıb və H.Klintonun səhhətində heç bir problem yaranmayıb.
    13.01.11 Məqaləni oxumaq
     
    İranın neft naziri, OPEC-in sədri Seyid Məsud Mirkazemi Azərbaycan gəlib
    Bu gün İranın neft naziri, Neft İxracatçıları Ölkələri Təşkilatı – OPEC-in sədri Seyid Məsud Mirkazemi Azərbaycan gəlib.bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyindən veriblər. Səfər çərçivəsində, əsasən İran və Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin genişləndirilməsi, elektrik enerjisi mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Qonaq səfər zamanı Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərin yekunu olaraq Azərbaycan qazının İrana ixrac olunmasına dair uzunmüddətli sazişin imzalanacağı gözlənilir.
    13.01.11 Məqaləni oxumaq
     
    Məşhur iş adamı Roman Abramoviçin Duma seçkilərinə namizədliyi qeydə alınıb
    Rusiyalı məşhur iş adamı Roman Abramoviç növbəti dəfə dumanın üzvi olmaq istəir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Çukotsk Muxtar Vilayətində dairə seçki komissiyası R.Abromoviçin deputatlığa namizədliyini təsdiq edib. Məşhur iş adamı 134 seçicinin imzası olan vərəqi şəxsən özü təqdim edib. Xatırladaq ki, Çukotsk vilayətinin sabiq qubernatoru olan iş adamı R. Abramoviç 2008-ci ilin iyul ayında könüllü istefa verib. Həmin il seçicilərin 96% səsini toplayan R.Abramoviç Çukotsk Muxtar Vilayətində deputat seçilməklə yanaşı, deputatlar onu Çukotsk Muxtar dairəsinin dumasının sədri seçiblər.
    12.01.11 Məqaləni oxumaq
     
    Türkiyə üçüncü Atom Elektrik Stansiyasını Fransa ilə birgə tikəcək
    Türkiyə Fransa ilə üçüncü Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı danışıqlara başlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Tanər Yıldız deyib. Onun sözlərinə görə, Fransanın 3 böyük şirkəti Areva, GDF və EDF Türkiyədə Atom Elektrik Stansiyasının (AES) tikintisində əməkdaşlığa maraqlıdırlar. Nazir qeyd edib ki, ikinci AES-in qurulmasında Yaponiya ilə danışıqlar aparırıq və onların təcrübəsindən istifadə edəcəyik. Qeyd edək ki, Rusiya ilə Türkiyə ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı 2010-cu il mayın 12-də müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən Rusiyanın köməkliyi ilə Aralıq dənizi sahillərində qurulacaq stansiyanın tikintisi 20 mlrd. dollara başa gələcək.
    11.01.11 Məqaləni oxumaq
     
    Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Azərbaycana rəsmi səfərə gəlir
    Yanvarın 12-13-də Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Səfər proqramı çərçivəsində Sven Alkalayın Azərbaycanın Baş naziri Artur Rasi-zadə, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. Səfərin əsas məqsədi ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsidir.
    11.01.11 Məqaləni oxumaq
     
    İranda sərnişin təyyarəsi qəzaya uğrayıb
    İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. İran Dövlət Televiziyasının yaydığı məlumata görə, ölkənin şimal-qərbində İran Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada 50 nəfərin yaralandığı, ümumilikdə isə təyyarədə 95 sərnişinin və heyətin olduğu bildirilib. İran Hava Qurumunun sözçüsü Abbas Mosayebi “Boeing-727” təyyarəsinin enişə az qalmış Urmiya şəhəri yaxınlığında qəzaya uğradığını bildirib. Qəzada nə qədər sərnişinin həyatını itirməsi barədə məlumat verilmir. Məlumata görə, təyyarənin qəzaya uğradığı bölgədə qatı duman olub. Qeyd edək ki, İranın Fars xəbər agentliyi isə təyyarədə 105 nəfərin olduğunu, 50 nəfərin sağ qaldığını haqda məlumat yayıb.
    11.01.11 Məqaləni oxumaq
     
    Nursultan Nazarbayev 2020-ci ilə qədər səlahiyyətlərinin artırılmasını qəbul etməyib
    Qazaxıstanın prezidenti Nursultan Nazarbayev səlahiyyət müddətinin 2020-ci ilə qədər artırılmasını qəbul etməyib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Konstitusiyaya dəyişikliklərin və əlavələrin referenduma çıxarma haqqında parlamentin təklifini rədd edib. Qazaxıstan Konstitusiyasının 54-cü maddəsinin 3-cü bəndinə əsasən prezident parlament tərəfiindən irəli sürülmüş təşəbbüsü rədd edib. Qeyd edək ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası Nursultan Nazarbayevin prezident səlahiyyətlərinin 2020-ci ilə kimi uzadılmasına dair referendum keçirmək barədə təşəbbüs qrupunun müraciətini qeydiyyata alandan sonra, referendum üçün bütün vilayətlər üzrə ən azı 200 min imza lazım idi. Xatırladaq ki, 70 yaşlı Nursultan Nazarbayev 20 ildən artıqdır hakimiyyətdədir. Onun 2012-ci ildə səlahiyyət müddəti bitir.
    08.01.11 Məqaləni oxumaq
     
    Fransızlar və almanlar müsəlmanları özlərinə təhlükə hesab edirlər
    Fransalılar və almanlar islamı özlərinə təhlükə hesab edirlər. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa və Almaniyada sorğu keçirmiş İFOP şirkəti yayıb. Sorğuya əsasən franszıların 65%-i, almanların 75%-i hesab edir ki, müsəlmanlar qərb cəmiyyətinə inteqrasiya olmağı bacarmırlar və müsəlmanları özlərinə qarşı təhlükə hesab edirlər. İFORP şirkətinin nümayəndəsi Jerom Furk bildirib ki, sorğuda iştirak edənlər müsəlmanları təhlükəli hesab edəndə öz təhlükəsizliklərini və ya işsizliyin artmasına görə seçməyiblər. Sadəcə müsəlmanlarda milli oxşarlıqlarını olması onları həyəcanlandırıb. Sorğuda hər ölkədən 800 nəfər olmaqla, 1600 şəxs iştirak edib. Qeyd edək ki, Avropada müsəlmanların ən böyük icmaları məhz Fransa və Almaniyadadır. Fransada 6 mln, Almaniyada isə 4.5 mln müsəlman yaşayır.
    07.01.11 Məqaləni oxumaq
     
    Bako Saakyan: “Qarabağ erməniləri yeni müharibəyə həmişə hazırdır”
    “Qarabağ erməniləri yeni müharibəyə həmişə hazırdır və hər an öz “vətən”lərinin uğrunda düşmənlə vuruşmaq əzmindədirlər”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan Xankəndində çıxış edərək bildirib. O, qeyd edib ki, onlar Dağlıq Qarabağ münaqişəsinin dinc danışlıqlar vasitəsilə nizamlanmasına tərəfdarlırlar, çünki “problemin hərbi yolu mümkün deyil”. “Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan hərbi ritorikaya və ultimativ bəyanatlarına rəğmən, müharibəyə hazır deyil. Biz isə tam əksinə, istənilən an hərbi əməliyyatlara başlamağa hazırıq. Bunu qarşı tərəf gözəl bilir. Üstəlik, biz öz torpaqlarımızdayıq və məhz bu torpaqların müdafiəsi, azadlıq və müstəqilliyimiz uğrunda vuruşacağıq”,-deyə qondarma rejimin rəhbəri qeyd edib.
    07.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 105 106 107 108 109 110 111 112 113 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30