Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 102 103 104 105 106 107 108 109 110 » #
    Mixail Qorbaçov: “Vladimir Putin 2018-ci ildə Rusiyanın prezidenti olacaq”
    Vladimir Putin 2018-ci ildə Rusiyanın prezidenti olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qarbaçov Rusiyada seçki proseslərini dəyərləndirərkən cavab verib. Onun sözlərinə görə, Rusiyanın hazırki baş naziri çox güman ki, növbəti seçkilərdə iştirak etməyəcək. “Ancaq Vladimir Putin Kremlə 2018-ci ildə qayıdacaq və hazırki prezident Dmitri Medvedevlə postlarını dəyişəcək”,-deyə M.Qorbaçov vurğulayıb.
    12.02.11 Məqaləni oxumaq
     
    Hüsnü Mübarək hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə dair “yol xəritəsi” hazırlanmasını tapşırıb
    Bu gün Misir prezidenti Hüsnü Mübarək ölkədə hakimiyyətin dinc yolla ötürülməsi barədə dəqiq zaman çərçivələrinin əks olunduğu plan hazırlanmasına dair göstəriş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Misirin vitse-prezidenti Ömər Süleyman bildirib ki, ölkə başçısı əldə edilmiş razılaşmalara uyğun olaraq hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə dair dəqiq “yol xəritəsi” hazırlanmasını istəyib. Bundan başqa, Konstitusiya islahatı və qanunvericilik sahəsində dəyişikliklərlə məşğul olacaq Konstitusiya komissiyası da yaradılacaq.
    10.02.11 Məqaləni oxumaq
     
    Türkiyənin Baş naziri Misirə səfərə hazırlaşır
    Misirdə vəziyyətin sabitləşəcəyi zaman Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə təcili səfəri gözlənilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Misirin Ankaradakı səfiri Abdurrahman Səlaheddin deyib. Onun sözlərinə görə, Baş nazir Ərdoğan öncə fevralın 8-9-da Misirə səfər etməyi planlaşdırsa da, ərəb ölkəsində yaranmış gərginliklə əlaqədar olaraq o, öz səfərini təxirə salıb. Ötən həftə jurnalistlərə müsahibə verən Baş nazir bildirib ki, Misirdə vəziyyət nisbətən nizamlanandan dərhal sonra bu ölkəyə yollanacaq. “Belə ki, Misir bizim üçün qardaş ölkədir”,-deyə Ərdoğan vurğulayıb.
    09.02.11 Məqaləni oxumaq
     
    İran və Türkiyənin xarici işlər naziri telefon söhbətində İsraili müzakirə ediblər
    İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub. KƏLAMİNFO İranın “İRNA” agentliyinə istinadən xəbər verir ki, Əli Əkbər Saleh və Əhməd Davudoqlu telefonda ölkələrarası qarşılıqlı maraqları, region və beynəlxalq hadisələri müzakirə ediblər. İranın xarici işlər naziri iki ölkə arasında məsləhətləşmələrin davamlı olacağını və İsrailin "mümkün təhdidlər" ilə bağlı ayıqlığa ehtiyac olduğunu qeyd edib.
    08.02.11 Məqaləni oxumaq
     
    Abdullah Gülün İrana səfər tarixi müəyyənləşib
    Türkiyə prezidenti Abdullah Gül fevralın 14-də İrana səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin dövlət naziri Sərvət Yılmaz verib. Onun sözlərinə görə, səfər İran prezidenti Mahmud Əhmədinejadın dəvəti ilə baş tutacaq. Səfərdə Türkiyə-İran arasında ticarət əlaqələri də müzakirə olunacaq.
    08.02.11 Məqaləni oxumaq
     
    İranın parlament müxbirləri xüsusi forma geyinəcək
    İran İslam Respublikasının parlament müxbirləri üçün xüsusi geyim hazırlanıb. KƏLAMİNFO xəbər verir ki, İranın qanunverici orqanında çoxluq təşkil edən mühafizəkarlardan ibarət millət vəkilləri də parlamentə gələn qadın müxbirlərin bir tip paltar geyinmələrinin zəruriliyini vurğulayıblar. Qeyd edək ki, İranda qadın jurnalistlər üçün xüsusi paltar artıq hazırdır. Həmin paltarlar İslam adət-ənənlərinə uyğun şəkildə hazırlanıb.
    07.02.11 Məqaləni oxumaq
     
    Aprelin 3-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək
    Qazaxıstan prezidenti Nursultan Nazarbayev növbədənkənar prezident seçkilərinin 2011-ci il aprelin 3-də keçirilməsi ilə bağlı xüsusi fərman imzalayıb. KƏLAMİNFO xəbər verir ki, Fərman bu gün ölkənin kütləvi informasiya vasitələrində dərc olunub və hüquqi qüvvəyə minib. Fərmanda Qazaxıstan Mərkəzi Seçki Komissiyasına seçkiləri təşkil etmək və keçirmək, hökumətə prosesin maliyyələşdirilməsini təmin etmək, yerli hakimiyyət orqanlarına isə seçici siyahılarını təşkil etmək tapşırılıb. Xatırladaq ki, Qazaxıstan parlamenti iki gün əvvəl ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsini hər iki oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən dövlət başçısına növbədənkənar prezident seçkiləri təyin etmək hüququ verilir. Konstitusiya Şurası dövlət başçısının səlahiyyət müddətini 2020-ci ilədək artırmaq barədə qərarı ləğv etdikdən sonra prezident Nursultan Nazarbayev növbədənkənar prezident seçkiləri keçirmək təklif edib.
    05.02.11 Məqaləni oxumaq
     
    Ərtoğrul Günay: “Türk-erməni abidəsinin sökülməsi səlahiyyəti nə bizdə, nə də Qars bələdiyyəsindədir”
    Qars vilayətindəki. türk-erməni abidəsinin sökülməsi səlahiyyəti nə bizdə, nə də Qars bələdiyyəsindədir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay deyib. Onun sözlərinə görə, hələ ki komissiya öz qərarını verməyib, bizə isə yalnız qərarı gözləmək qalır. Qeyd edək ki, yanvarın 18-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan abidənin sökülməsini dair göstəriş verib. Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunun simvolu sayılan abidənin sökülməsinə dair qərar qəbul edib. Bələdiyyə başçısı Nevzat Bozkuşun sədrliyi ilə keçirilən iclasda Cümhuriyyət Xalq Partiyasından olan 4 Məclis üzvü qərarın "əleyhinə", Ədalət və İnkişaf Partiyasının 11 və Milli Hərəkat Partiyasından olan 4 məclis üzvü "lehinə" səs verib.
    04.02.11 Məqaləni oxumaq
     
    M.Qonçar: “Rusiya Cənubi Qafqazda strateji tərəfdaş qismində Ermənistanı Azərbaycanla dəyişməyə hazır deyil”
    “Bu il Rusiya Cənubi Qafqazda strateji tərəfdaş qismində Ermənistanı Azərbaycanla dəyişməyəcək, çünki buna hazır deyil”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Nomos” Enerji Proqramları Mərkəzinin direktoru Mixail Qonçar şərh verib. O, qeyd edib ki, istənilən halda Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə can atmamalıdır. “Ona görə ki, müharibənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmaz. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, ölkənin ərazi bütövlüyünü tanıyır. Üstəlik, son 7 il ərzində Azərbaycan fasiləsiz olaraq hərbi potensialını gücləndirir. Dağlıq Qarabağ problemini həll etmək üçün Azərbaycan öz iqtisadiyyatını gücləndirməyə davam etməlidir. Qarabağ münaqişəsinin həllinin hazır reseptləri yoxdur. Məncə, Azərbaycan indi əsas diqqəti erməni işğalında olan 7 rayonun azad edilməsinə yönəltməlidir”,-deyə eskpert vurğulayıb.
    03.02.11 Məqaləni oxumaq
     
    Misirdə milyonların yürüşündə nə baş verəcək?
    Misir prezidenti Hüsnü Mübarək əleyhinə nümayişlər küçəyə çıxma qadağasına baxmayaraq davam edir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, 400 min nəfərlik qələbəliyin toplandığı Təhrir meydanında nümayişlər davam etməkdədir. Müxalifət bu gün bir milyon nəfərin iştirakı ilə prezident iqamətgahına yürüş etməyi planlaşdırır. İskəndəriyyə şəhərində də böyük nümayiş planlaşdırılır. Misir ordusu isə bu gün keçiriləcək nümayişlərə müdaxilə etməyəcəyini açıqlayıb. Müxalif Müsəlman Qardaşları Hərəkatı ölkədə yeni hökuməti rədd edərək H.Mübarək rejimi devrilənədək nümayişlərin davam etdiriləcəyini bəyan edib. Dünyanın diqqəti də Misirn üzərindədir. Ağ Evin mətbuat sözçüsü xalq ilə hökumət arasında bir seçim etməyəcəklərini bildirib. Avropa Birliyi isə demokratik islahatlar prosesini başladacaq geniş tabanlı bir hökumətlə sərbəst və ədalətli seçkilərin yolunun açılması çağırışı edib.
    02.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 102 103 104 105 106 107 108 109 110 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30