Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 100 101 102 103 104 105 106 107 108 » #
    Liviyada “Əl-Cəzirə” telekanalının operatoru qətlə yetirilib
    “Əl-Cəzirə” telekanalının operatoru Əli Həsən əl Cabir Liviyanın şərqində Benğazi şəhərində naməlum silahlılar tərəfindən atəşə tutulub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, telekanalın çəkiliş qrupunda Əli Həsən əl Cabirlə yanaşı bir müxbirdə yaralanıb. Həlak olan operatorun 3 güllə yarası aldığı bildirilir.. Qeyd edək ki, Əli Həsən əl Cabir Liviyada həlak olan ilk jurnalistdir.
    14.03.11 Məqaləni oxumaq
     
    Yaponiyada 7.9 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi gözlənilir
    Bu gün səhər Yaponiyada 7.9 bal gücündə zəlzələ olub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, təkanlar Yaponiyanın paytaxtı Tokioda hiss olunub. Yaponiyanı hazırda daha böyük təhlükə gözləyir. Mütəxəssislər miyaqi prefekturasında 6 metr, İvate prefekturasında isə 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayıblar. Bundan başqa Fukusima prefekturasında da sunami gözlənilir. Sakinlərdən sunami təhlükəsi ilə əlaqədar sahil bölgələrini təcili tərk etmələri tələb olunub.
    12.03.11 Məqaləni oxumaq
     
    Türkiyənin ABŞ-dakı səfiri: “İnanıram ki, Dağlıq Qarabaq münaqişəsi tezliklə həll olunacaq”
    Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istisna etmir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, diplomat bu sözləri Con Hopkins Universitetində çıxışında bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi regionda ümumi vəziyyətə təsir edir və region ölkələrinin inkişafına mane olur. “Biz ATƏT-in Minsk qrupunun səyləri dəstəkləyirik. Minsk qrupuna daxil olan ölkələr bu məsələ ilə ciddi məşğul olur”,-deyə N Tan əlavə edib. N. Tan münaqişənin yaxın vaxtlarda həll olunacağına inandığını bildirib. Türkiyənin səfiri həmçinin erməni-türk münasibətlərinə toxunaraq vurğulayıb ki, iki ölkə arasında problemlərin həlli Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından sonra mümkün olacaq.
    09.03.11 Məqaləni oxumaq
     
    Mahmud Əhmədinejat: “Yaxın Şərq və Şimali Afrika ABŞ əsgərləri üçün məzar olacaq”
    Yaxın Şərq və Şimali Afrikaya hücum etsəniz, əhali ayağa qalxacaq və bu bölgə əsgərləriniz üçün məzar olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Yaxın Şərq və Şimali Afrikadakı bəzi ölkələrə hücum üçün bəhanə axtarır, ancaq orda yaşayanlar buna imkan verməyəcək. İran prezidenti həmçinin ABŞ və onun müttəfiqlərinin dünya xalqları arasında ən nifrət edilən dövlətlər olduğunu, onların bəzi ölkələrə müdaxiləyə zəmin hazırlamaq üçün plan və təxribatlar hazırladıqlarını bildirib. “Harada diktator, zülm və xalq əleyhinə rejim varsa, ABŞ həmin ölkəni dəstəkləyir”,-deyə M. Əhmədinejad vurğulayıb.
    04.03.11 Məqaləni oxumaq
     
    M.Əhmədoğlu: Ermənistan Çini regiona gətirməklə ABŞ, Türkiyə və Rusiyadan Qarabağın acığını çıxır”
    Ermənistanın vəziyyətinin pik dərəcədə təhlükəli olmasını mən azərbaycanlı kimi yox, kənardan durub müşahidə edən qeyri-azərbaycalı kimi əminliklə deyirəm. Ermənistan regionda qarışıqlıq salmaq istəyir və bu yolda mühüm addımlar atır. Onun Çini regiona dəvət etməsi Qafqazda münaqişələri daha da qızışdırmağa xidmət edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu söyləyib. Politoloqun fikirincə Çinin regiona gəlməsi nə ABŞ, nə Türkiyə, nə də Rusiyanın maraqlarındadır. Ekspert Türkiyənin Çinlə türk-uyğur problemində zidd gəldiyini deyib. O bildirib ki, belə olan təqdirdə Türkiyə Çinin regiona gəlməsini Rusiyanın təşkil etdiyindən şübhələnə bilər.
    03.03.11 Məqaləni oxumaq
     
    ABŞ-da "Wikileaks"ə sənəd sızdıran əsgər edam oluna bilər
    ABŞ bütün dünyanı silkələyən "Wikileaks"a sənəd sızdıranların axtarışını davam etdirir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ ordusu əsgər Bredli Menninqə qarşı gizli sənədləri qanunsuz olaraq komputerdən çıxarmaq və başqalarına ötürməklə əlaqədar 22 ayrı iddia irəli sürüb.Menninqə qarşı irəli sürülən ittihamlar arasında düşmənə yardım iddiası da var. Bu ittiham ABŞ qanunlarına görə, edam cəzası ilə nəticələnə bilər.
    03.03.11 Məqaləni oxumaq
     
    Mahmud Əhmədinejat: “Diktatorların cinayətlərinə görə məsuliyyəti qərb daşıyır”
    Qərb özü yetişdirdiyi diktatorlara görə cavab verir. KƏLAMİNFO Fars news agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejat deyib. Onun sözlərinə görə, biz beynəlxalq aləmi həmişə diktatorlara görə xəbərdarlıq edirdik, regiondakı xalqların təhlükədə olduğu deyirdik, amma qərb onda həmin diktatorlarla həmfikir idi. “İnsanlar yarım əsr idi ki, diktatorların zülmündən əziyyət çəkirdilər, öz maraqlarına görə illərdir bunlara göz yuman qərb bütün diktatorların cinayətləri üçün məsuliyyət daşıyır”,-deyə İran prezidenti vurğulayıb.
    02.03.11 Məqaləni oxumaq
     
    Rəcəb Tayyib Ərdoğan martın ortalarında Rusiya səfər edəcək
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan martın ortalarında Rusiya səfər edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Tatarıstanın paytaxtı Kazanda Türkiyənin kosulu Əhməd Akıntı deyib. Onun sözlərinə görə, sabahdan Tatarıstanda Rusiya-Türkiyə hökümətlərarası komissiyanın 11-ci iclası başlayır. Komissiyada Türkiyəni Enerji və Təbii Sərvətlər Naziri Tanər Yıldız təmsil edəcək.
    01.03.11 Məqaləni oxumaq
     
    M.Qəddafi: “Xalq məni sevir, xalq mənimlədir, məni müdafiə emək üçün ölümə də hazırdır”
    Etirazçı nümayişçilər “Əl-Qaidə” təşkilatının yaydığı narkotik maddələrin təsiri altındadır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Liviya lideri Müəmmar Qəddafi BBC-yə müsahibəsində deyib. Onun sözlərinə görə, etirazçılar oğurladıqları silahdan istifadə edirlər, lakin Liviyanın təhlükəsizlik xidmətlərinə onlara atəş açmamaq əmri verilib. M.Qəddafi həmçinin xalqın onu sevdiyini və etiraz etmədiyini bildirib. Qəddafi küçələrdə heç bir nümayişin olmadığını vurğulayıb. Nümayişlərdən heç biri bizə qarşı deyil. “Mən prezident deyiləm. Onlar məni sevirlər, mənim xalqım mənimlədir. Onların hamısı məni istəyir. Onlar məni müdafiə etmək üçün ölümə də hazırdırlar,-deyə Liviya lideri əlavə edib. Qərbin Liviyanı müstəmləkəyə çevirmək arzusunda olduğunu qeyd edən M. Qəddafi qərb liderlərinin ona xəyanətda ittiham edib.
    01.03.11 Məqaləni oxumaq
     
    İranda 29 ton tiryək müsadirə olunub
    Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında 29 ton tiryək müsadirə olunub. KƏLAMİNFO İran mətbuatına istinadən xəbər verir ki, narkotik maddə Çinin Mumbay şəhərindən gətirilərək İran əczaçılıq şirkətlərindən birinin sifarişi əsasında olub. Məlumatda sifarişin ödənişlərini də İran banklarından birinin reallaşdırdığı bildirilir. Artıq hadisə üzrə cinayət işi qaldırılıb. Qeyri-rəsmi informasiyaya görə, tiryək İran Səhiyyə Nazirliyinin istəyilə ölkəyə gətirilib və narkotiklərdən dərman preparatlarının istehsalı üçün nəzərdə tutulub.
    01.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 100 101 102 103 104 105 106 107 108 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30