Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 99 100 101 102 103 104 105 106 107 » #
    Rəcəb Tayyib Ərdoğan bu gün Londona rəsmi səfərə gedir
    Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ingilis həmkarı Devid Kamerunun dəvəti ilə Londona rəsmi səfərə yola düşəcək. KƏLAMİNFO Türkiyə Baş nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, iki gün davam edəcək səfərdə R.T.Ərdoğan İngiltərə kraliçası II Yelizaveta, baş nazir Devid Kamerun və baş nazirin müavini Nik Kleqlə görüşəcək. Bundan başqa R.T. Ərdoğan İngiltərənin böyük mətbu orqanlarından biri olan “Bloomberg” telekanalına müsahibə verəcək.
    30.03.11 Məqaləni oxumaq
     
    Barak Obama: “Bütün dünya Qəddafisiz daha yaxşı olacaq”
    Bütün dünya Müəmmar Qəddafisiz daha yaxşı olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Milli Müdafiə Universitetindəki görüşündə bəyan edib. Onun sözlərinə görə, amerikalılar fəxr etməlidir ki, ABŞ Liviyada olan hadisələrə müdaxilə edərək Benqazidə sülhü bərpa etməyə çalışır. Obama qeyd edib ki, ABŞ hərbçilərinin müttəfiqlərin Liviyadakı əməliyyatındakı iştirakı vaxt və miqyas baxımından məhdudlaşdırılaraq quru qoşunlardan istifadə etməyəcək. ABŞ lideri əlavə edib ki, biz bu ölkədə insan qanının axıdılmasının qarşısını almaq üçün müdaxilə etdik. “İndi nə edəcəyik? Əlbəttə Liviya xalqının cəhdlərini dəstəkləyəcəyik. Biz müttəfiqlərimizlə birgə çalışacağıq. Biz Qəddafi rejiminin silahlanmasına imkan verə bilmərik, onu nağd pul təminatından məhrum edəcəyik və Qəddafinin devrilməsindən sonra Liviya müxalifətinin digər dövlətlərlə əməkdaşlığı üçün yardım edəcəyik. Çox güman bu, tez bir zamanda baş verəcək. Liviya xalqı gələcəyini özü təyin etməlidir”,-deyə Obama bildirib.
    29.03.11 Məqaləni oxumaq
     
    Türkiyə məhkəməsi Orxan Pamuku 4 min dollar cərimələdi
    Nobel mükafatçısı, məşhur türk yazıçıcs Orxan Pamuk 4 min dollar cərimə olunub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə məhkəməsi Orxan Pamuku türk xalqına qarşı ittiham irəli sürdüyünü və onların hüquqlarını pozduğuna görə cərimələyib. Qeyd edək ki, Orxan Pamuka qarşı 2005-ci ildə millətçilər tərəfindən ittiham irəli sürülüb. Buna səbəb Orxan Pamukun İsveçrə qəzetinə müsahibəsində Türkiyədə 1 milyon erməni və 30 000 kürdün öldürüldüyünü bildirib.
    29.03.11 Məqaləni oxumaq
     
    Ermənistan prezidentinin keçmiş müşaviri: “Serj Sarkisyan Azərbaycanla müharibədən qorxur”
    “Bu gün Ermənistan və Dağlıq Qarabağdakı siyasi situasiya çox bərbad haldadır”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Ermənistan prezidentinin keçmiş müşaviri, ekspert Hayk Balanyan bildirib. O, qeyd edib ki, Ermənistanda sosial-iqtisadi və siyasi vəziyyət günbəgün pisləşir, ölkəni tərk edənlərin sayı sürətlə artır. “Bu problemləri həll etməyə çalışmayınca, Dağlıq Qarabağı düşünməyə dəyməz. Tam əksinə, indi Meğrini əldən verməməyə çalışmalıyıq. Çünki belə gedərsə, Meğrini itirə bilərik. Ermənistandakı hakimiyyət və ya hakimiyyət adlandırdığımız bu cinayətkar dəstə indi Azərbaycanla müharibə ilə yanaşı, onun vəziyyətini azacıq da olsa, gərginləşdirə biləcək hər şeydən qorxur. Onlar istənilən güzəştə getməyə, istənilən mövqedən geri çəkilməyə hazırdırlar. Təki Serj Sarkisyanın dəstəsi Ermənistanı bundan sonra da qarət edə bilsin”,-deyə H.Balanyan vurğulayıb. Onun sözlərinə görə, Serj Sarkisyan nə Ermənistan, nə də Dağlıq Qarabağ uğrunda mübarizə aparan deyil. “Onu yalnız öz pulları, vəzifəsi, ailə və tayfasının durumu maraqlandırır. Nə qədər ki, S.Sarkisyan hakimiyyətdədir xarici siyasətdə məğlubiyyətlərimiz davam edəcək”,-deyə erməni ekspert həyəcanını gizlətməyib.
    29.03.11 Məqaləni oxumaq
     
    İranın xarici işlər naziri: “Bütün sahələrdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə ehtiyac var”
    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi ilə görüşüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Əli Əkbər Salehi bütün sahələrdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə ehtiyac olduğunu vurğulayıb. Tərəflər həmçinin birgə investisiyalar və energetika sahəsində əməkdaşlığı genişləndirəcəklərini də bildiriblər. Qeyd edək ki, Ermənistan prezident Serj Sarkisyanın başçılığı ilə erməni nümayəndə heyəti Novruz bayramıyla bağlı tədbirlərdə iştirak etmək üçün İranda səfərdədir.
    28.03.11 Məqaləni oxumaq
     
    M.Qəddafi: “Şəhəri bir neçə dəlinin əlində girov saxlamayın”
    Martın 17-də Liviyada “həlledici döyüş günü” olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Liviya lideri Müəmmar Qəddafi deyib. Onun sözlərinə görə, üsyançıların əlində olan tək şəhər Benqazi azad olunacaq. M.Qəddafi bu gün tərəfdarlarının paytaxt Tripolindən 150 kilometr şərqdə yerləşən Misrata şəhərini ələ keçirmək üçün yenidən hücum edəcəklərini bildirib. Qəddafi şəhəri tutmaq üçün dünən döyüş başlandığını və bu gün son dəfə hücum təşkil edəcəklərini qeyd edib.. Qəddafi gənclərə xitabən çıxışında bildirib ki, şəhəri bir neçə dəlinin əlində girov saxlamayın.
    17.03.11 Məqaləni oxumaq
     
    Qəddafi: “Nikolay Sarkozi ruhi xəstədir”
    İtaliyanın baş nazri Silvio Berluskoni mənə xəyanət edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Liviya lideri Müəmmar Qəddafi İtaliya qəzetinə müshibəsində deyib. Onun sözlərinə görə, Liviya müxalifəti ilə diplomatik danışıqlara hazır olan və Liviyaya hücum etməyi planlaşdıran Fransa prezidenti Nikolay Sarkozi ruhi xəstədir. Liviya lideri ona qarşı olan Avropa liderlərinə xəbərdarlıq edərək bildirib ki, həmin ölkələrlə iqtisdi əməkdaşlıq təhlükə altındadır. Qəddafi həmin ölkələrlə indiki hakimiyyət devriləndən sonra əlaqələrin bərpa olunacağını əlavə edib. Liviya lideri qərb ölkələri onlara hücum etdikləri təqdirdə, Əl-Qaida ilə ittifaq quracaqlarını bəyan edib.
    17.03.11 Məqaləni oxumaq
     
    Türkiyədə 4.1 bal gücündə zəlzələ olub
    Bu gün səhər Türkiyədə zəlzələ olub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, zələzlə Vanda 4.1 bal gücündə qeydə alinib. Zəlzələnin episentri Vanın yaxınlığında Saray qəsəbəsində olub. Zəlzələ nəticəsində zərərçəkənlər və dağıntılar haqqında heç bir məlumat verilmir.
    15.03.11 Məqaləni oxumaq
     
    İbrahim Tatlısəsi güllələyiblər
    Bu gecə Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs güllələnib. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, İ.Tatlısesə Şişlidə naməlum avtomobildən atəş açılıb. Müğənni başından ağır yaralanıb. Hadisə zamanı İ.Tatlısəsin köməkçisi İpək Çakıcı da yaralanıb. Müğənni Levent Xəstəxanasına yerləşdirilib, daha sonra Maslak Acıbadem Xəstəxanasına aparılıb. O, əvvəlcə 45 dəqiqəlik cərrahi əməliyyat, daha sonra 3 saat sürən ikinci cərrahi əməliyyat olunub. İbrahim Tatlısəs və köməkçisinin durumunun ağır olduğu bildirilir. Faktla bağlı polis araşdırma aparır.
    15.03.11 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamentinin sözçüsü Filipp Krouli istefa verib
    ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Flip Kroli istefa verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, F.Krolinin istefasına səbəb keçən həftə ABŞ-ın Massaçusets ştatındakı universitetdə keçirilən tədbirdə BBC telekanalının müxbirinin sualına verdiyi cavabdır. O, Müdafiə Nazirliyinin “WikiLeaks” sənədlərini sızdırmaqda günahlandırılan Bradley Manninqə olan davranışı “axmaq rəftar” adlandırıb. Eyni sual həmçinin ABŞ prezidenti Barak Obamayada verilib. O, Manninqin həbs şərtləri ilə bağlı Pentaqondan zəmanət aldığını qeyd edib. CNN kanalı siə Krolinin Ağ Evin təzyiqi ilə istefaya getdiyini bildirib. ABŞ dövlət katibi Hillari Klinton isə istefanı kədərlə qəbul etdiyini söyləyib.
    14.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 99 100 101 102 103 104 105 106 107 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30