Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 98 99 100 101 102 103 104 105 106 » #
    Dünyanın ən böyük təyyarəsi qəzaya uğrayıb
    Dünyanın ən böyük təyyarəsi olan “Aerobus A-380” Nyu-Yorkun Kennedi Hava Limanında kiçik sərnişin təyyarəsi ilə toqquşub. KƏLAMİNFO RİA-Novostiyə istinadən xəbər verir ki, toqquşma uçuş zolağında baş verib. Təyyarə Air France Hava Limanına aid olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə Parisə uçmaq üçün uçuş zolağına çıxırmış. İnsident uçuşun təxirə salınmasına səbəb olub.
    12.04.11 Məqaləni oxumaq
     
    Mübarək istintaqa çağırıldı
    Misirin ictimai prokuroru eks-prezident Hüsni Mübarəki nümayişçilərin ölümləri və qanunsuz pul mənimsəmə ittihamları ilə bağlı dindirmək üçün prokurorluğa çağırıb. KƏLAMİNFO «Newsru. com»a istinadən xəbər verir ki, prokurorluq, həmçinin Mübarəkin oğulları Qamal və Alanı korrupsiya ilə bağlı sorğu-sual edəcək.
    Hüsni Mübarək fevral ayında hakimiyyətdən getdikdən bəri ilk dəfə mediada çıxış edib. «Əl-Ərəbiyyə» telekanalına müsahibə verən Mübarək özünün və ailəsinin reputasiyasını qorumaq üçün hüquqlarından istifadə edəcəyini bildirib. Mübarək onun var-dövlətini araşdıran hökumət orqanları ilə əməkdaşlıq aparacağını söyləyib. Devrilmiş prezident əlavə edib ki, onun xaricdə bank hesabları və mülkiyyəti yoxdur.
    11.04.11 Məqaləni oxumaq
     
    Ərdoğan Liviya üçün “yol xəritəsi” hazırlayır
    Liviyalının bir damla qanı milyonlarla dollara bərabər olan neft quyusundan belə dəyərlidir. KƏLAMİNFO “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Liviyadakı hadisələrlə bağlı olaraq partiyasında keçirdiyi iclasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyəyə qarşı qaralama kampaniyaların arxasında kimlərin olduğunu bilir, diqqətlə izləyir və baş verənləri qeyd edir. “Liviyadakı siyasətimizin əsas məqsədi xalqın tələbləri qarşısında konstitusion demokratiyaya keçidi, ərazi bütövlüyünü və Liviyanın suverenliyini təmin edən şəraitin yaradılmasıdır. Liviyanın harasında yaşamasından asılı olmayaraq, hər bir qardaşımızın canı, haqqı, hüququ bizim üçün əsasdır” - deyə baş nazir vurğulayıb Ərdoğan Liviyanın ərazi bütövlüyünü qoruyan, barış dəyişikliyi vaxtını müəyyənləşdirən bir “yol xəritəsi” üçün çalışdıqlarını da əlavə edib.
    08.04.11 Məqaləni oxumaq
     
    Qəddafi Obamaya “oğlum” deyə müraciət edib
    Liviya lideri Müəmmar Qəddafi öz postunu tərk edərək üsyançılara qarşı hücuma son qoymalıdır. KƏLAMİNFO “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Qəddafinin Barak Obamaya göndərdiyi məktub çatdıqdan sonra deyib. “Assoşieyted Press” agentliyinin verdiyi məlumata görə, Qəddafi Obamaya “oğlum” deyə müraciət edib və inkişaf etməkdə olan ölkənin kiçik xalqına qarşı hərbi gücün tətbiqinin zərərli olduğunu bildirib. Qəddafi, həmçinin hərbi metodla demokratiyanın əldə olunmayacağını vurğulayıb. Ağ Evin mətbuat katibi Cey Karni isə Qəddafinin məktubuna münasibətdə deyib ki, Prezident Barak Obamanın şərtləri məlumdur.
    07.04.11 Məqaləni oxumaq
     
    Obama “Facebook”da sualları cavablandıracaq
    ABŞ prezidenti Barak Obama ilk dəfə Facebook sosial şəbəkəsi vasitəsilə amerikalılarla danışacaq. KƏLAMİNFO xəbər verir ki, bu haqda Ağ evin mətbuat xidməti məlumat yayıb. Aprelin 20-də prezident Obama Facebook vasitəsilə iqtisadi məsələlərə görə həmsöhbət olmaq üçün Kaliforniyaya yola düşəcək. Prezident amerikalılarla çətin hesab olunan məsələləri müzakirə etmək istəyir. “Facebook”da Obama ilə amerikalıların söhbəti Ağ evin səhifəsində birbaşa yayımlanacaq.
    06.04.11 Məqaləni oxumaq
     
    Nazarbayev aprelin 8-də and içəcək
    Qazaxıstanda keçirilən prezident seçkilərində qələbə qazanan Nursultan Nazarbayevin inauqurasiya mərasimi aprelin 8-də təşkil olunacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticəsini bu gün günortadan sonra açıqlayacaq. Qeyd edək ki, Nursultan Nazarbayev seçicilərin 95,5 faizinin səsini toplayıb.
    05.04.11 Məqaləni oxumaq
     
    Bu gün NATO-nun Baş katibi və Livanın Baş naziri Ankaraya səfər edəcək
    Bu gün NATO-nun Baş katibi Anders Foq Rasmussen Ankaraya səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Rasmussen Baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu və müdafiə naziri Vecdi Könüllə görüşəcək. NATO-nun Baş katibinin Türkiyədə əsas müzakirə edəcəyi mövzu isə qurumun Liviya üzərinə keçirilən “Şəfəq yolçuluğu” əməliyyatıdır. Səfərdə həmçinin Əfqanıstanda cümə günü baş verən qanlı hücum, AB-NATO münasibətlərinin də müzakirəsi gözlənilir. Bu gün Livanın baş naziri Saad Həririnin də Türkiyəyə rəsmi səfəri gözlənilir və Baş nazir Ərdoğanın Rasmussenlə görüşdən sonra Livanın Baş nazirini qəbul edəcəyi bildirilir.
    04.04.11 Məqaləni oxumaq
     
    Türkiyə ilə Avstriya arasında yenidən səfir problemi yaranıb
    “Səfiri geri çağırmasanız Türkiyəyə səfər etməyəcəm”. KƏLAMİNFO CNNTürk-ə istinadən xəbər verir ki, bu sözləri Avstriya prezidenti Hayns Fişer deyib. O, mayda Türkiyəyə planlaşdırılan səfərin təxirə salına biləcəyini söyləyib. Qeyd edək ki, noyabr ayında Türkiyənin Vyanadakı səfiri Kadri Ecvet Tezcan “Die Press” qəzetinə müsahibəsində bu ölkənin xarici vətəndaşlarla bağlı tolerantlıq siyasətini tənqid edib. Səfir ölkədəki türklərin haqsızlığa uğradığını və dövlət rəhbərliyinin inteqrasiya siyasətinin yanlışlığını qeyd edib.
    04.04.11 Məqaləni oxumaq
     
    Nazarbayev 95,5 faiz səslə seçildi
    Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünən keçirilən prezident seçkilərində 95,5 faiz səs toplayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu rəqəmi Mərkəzi Seçki Komissiyası mətbuat konfransında açıqlayıb. Seçkilərdə iştirak edən Jambıl Əhmədbəyov 1,4%, Mels Eliusizov 1,2% və Qəni Qasımov 1,9% səs toplayıb. Səsvermənin yekun nəticələri iki gün ərzində açıqlanacaq. Seçkilərin rəsmi nəticələri aprelin 12-dən gec olmadan elan edilməlidir. Xatırladaq ki, Nursultan Nazarbayev 20 ildən artıqdır Qazaxıstana rəhbərlik edir.
    04.04.11 Məqaləni oxumaq
     
    Serj Sarkisyan: “Mən şəxsən Barak Obamadan bu il erməni “soyqırımı” ifadəsini işlətməyi xahiş etdim”
    Mən şəxsən ABŞ prezidenti Barak Obamadan bu il erməni “soyqırımı” ifadəsini işlətməyi xahiş etdim. KƏLAMİNFO CNN-Türk-ə istinadən xəbər verir ki, bu sözləri İrəvanda təşkil olunan mətbuat konfransında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan deyib. S.Sərkisyan qeyd edib ki, əsas istəkləri ABŞ prezidenti Barak Obamanın verdiyi mesajı qiymətləndirməsi və “Erməni soyüırımı” sözünü işlətməsidir. S.Sarkisyan həmçinin istək və reallığın fərqli olduğunu da vurğulayıb. O, Türkiyəni də sözünün üstündə durmamaqda günahlandıraraq Ankaranın İrəvanla yaxınlaşma cəhdlərinə önəm vermədiyini vurğulayıb.
    01.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 98 99 100 101 102 103 104 105 106 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30