Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 97 98 99 100 101 102 103 104 105 » #
    Medvedyev tələbələrin narkotestdən keçilməsini tələb edir
    Rusiya Prezidenti Dmitri Medvedyev ölkə üzrə narkotiklərlə mübarizədə irəliləyişlərin olmadığını bəyan edib. «Kommersant» yaydığı məlumatda göstərir ki, prezident tələbələrin narkotik vasitə qəbul edib-etmədiyi barədə məcburi testdən keçirilməsini tələb edib. «Bu məsələyə xüsusi diqqət ayrılmasına baxmayaraq, keyfiyyət dəyişikliyi azdır. Halbuki, 2020-ci ilə kimi ölkədə Dövlət Antinarkotik Strategiyası qəbul edilib, Dövlət Antinarkotik Komitəsi fəaliyyət göstərir». «KƏLAMİNFO» xəbər verir ki, prezident bu sözləri İrkutskda Dövlət Şurasının İdarə Heyətinin iclasını açarkən deyib.
    18.04.11 Məqaləni oxumaq
     
    Mübarəkin partiyası buraxılıb
    Misirdə eks-prezident Hüsni Mübarəkin lider olduğu Milli Demokratlar Partiyası buraxılıb. Onun bütün aktivləri dövlətin sərəncamına verilib. Partiyanın buraxılması Mübarək rejimi əleyhdarlarının əsas tələblərindən biri idi. Tənqidçilər hakim partiyanı korrupsiya mühiti yaratmaqda ittiham edirlər. 1978-ci ildə Misir lideri Ənvər Sadatın təsis etdiyi partiya indiyədək Misir siyasi landşaftının aparıcı qüvvəsi olub. «KƏLAMİNFO» «BBC»-yə istinadən xəbər verir ki, Misirin ədliyyə rəsmiləri isə sabiq baş nazir Əhməd Nazif və sabiq maliyyə naziri Yusif Butros Qalinin korrupsiya ittihamları ilə mühakimə olunacaqlarını bildirib. Rəsmilər bu iki şəxsi ictimai vəsaitləri mənimsəməkdə və dövlətdən 16 milyon dollar oğurlamaqda ittiham edir. Hələlik məhkəmə tarixi müəyyən olunmayıb. Sabiq baş nazir hazırda həbsdə saxlanılır. Butros Qali isə xaricdədir.
    18.04.11 Məqaləni oxumaq
     
    Putin seçkiyə qatılacağını istisna etmir
    Rusiyanın baş naziri Vladimir Putin bəyan edib ki, nə o, nə də prezident Medvedyev 2013-cü ilin prezident seçkilərinə qatılacaqlarını istisna etmirlər. AZADINFORM «BBC»-yə istinadən bildirir ki, Putinin belə bir çıxışını bir sıra müşahidəçilər onun Dmitri Medvedyevə meydan oxuması kimi qiymətləndirirlər. Belə ki, Dmitri Medvedyev hələlik prezidentliyinin birinci müddətindədir. Vladimir Putin deyib ki, hələ keçirilməsinə bir il qalmış seçkilərdən indi danışmaq mənasızdır və işə mane olur. Prezidentliyə namizədlik barədə qərar seçkilər ərəfəsində ölkədəki situasiyadan asılı olacaq. Az əvvəl Çində səfəri əsnasında Dmitri Medvedyev bildirib ki, “biz indidən müəyyən siqnallar versək, administrasiyanın və hökumətin yarısı işi dayandırıb dəyişikliyi gözləməyə başlayacaq”. Hər iki bəyanatın məzmununda “işâ€ťdən söhbət getməsi bu bəyanatların əvvəlcədən razılaşdırıldığını da göstərə bilər.
    15.04.11 Məqaləni oxumaq
     
    Qırğızıstan baş nazirinin müavini səlahiyyətlərini dayandırıb
    Opponentlərinin korrupsiyada ittiham etdikləri Qırğızıstanın baş nazirinin müavini Omurbek Babanov səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, ona qarşı irəli sürülən ittihamlarla bağlı deputatlardan ibarət təhqiqat qrupu yaradılmalıdır. Babanov təhqiqat zamanı öz səlahiyyətlərinin icrasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Qeyd edək ki, baş nazirin müavininin adı ölkənin ən iri mobil operator şirkəti ilə bağlı qalmaqalda hallanır. Müxalifət onu Rusiyanın «MegaCom» şirkətindən pul tələb etməkdə günahlandırır. Eyni zamanda, bu günlərdə istefaya göndərilən baş prokuror da ona qarşı ittihamlarla çıxış edib. O bildirib ki, məhz bu səbəbdən də onu istefaya göndəriblər.
    14.04.11 Məqaləni oxumaq
     
    Mübarək həbs olundu
    Misir hakimiyyət orqanları eks-prezident Hüsnü Mübarəki həbs edib. Bu barədə məlumatı “KƏLAMİNFO” «Lenta ru» ya istinadən yayıb. İlkin məlumatlara görə, Mübarəkin saxlanılması müddəti 15 gün çəkəcək.
    13.04.11 Məqaləni oxumaq
     
    Sarkisyan və Qəddafi İstanbula dəvət olunub
    Serj Sarkisyan İstanbula səfər edəcək. KƏLAMİNFO Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, səfərin əsas məqsədi gələn ay İstanbulda keçiriləcək BMT–nin 4-cü konfransında iştirak etməkdir. Mayın 9-13-də keçiriləcək konfransa dəvət olunanlar arasında İsrail prezidenti Şimon Peres, Fransa prezidenti Nikolya Sarkozi və Liviya lideri Müəmmar Qədafinin də var. Konfransda 60-dək dövlət başçısı və yüzə yaxın nazirin iştirakı gözlənilir.
    13.04.11 Məqaləni oxumaq
     
    ABŞ bu dəfə öz əsgərlərini qətlə yetirdi
    Pentaqonun təəccüblənəcəyi hadisə baş verib. KƏLAMİNFO “Milliyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ əsgərləri bu dəfə səhvən öz əsgərlərini öldürüblər. Əfqanıstanın cənub-qərbində 2 ABŞ əsgəri ABŞ-a məxsus olan pilotsuz təyyarənin açdığı güllədən qətlə yetirilib. Amerika ordusunun bəzi nümayəndələri bu tip hadisənin ilk dəfə baş verdiyini bildiriblər. ABŞ müdafiə naziri baş verən hadisənin araşdırılacağını açıqlayıb.
    12.04.11 Məqaləni oxumaq
     
    BMT-nin baş katibi Quranı yandırmasını qınayıb
    BMT-nin baş katibi Ban Ki Mun ABŞ-ın Florida ştatında bir rahibin Quranı yandırmasını qınayıb. KƏLAMİNFO «TRT»yə istinadən xəbər verir ki, baş katib ifadə azadlığının nifrət və dözümsüzlüyə yol açmamasının vacibliyini vurğulayıb. Hüquqa sayğının başqa mədəniyyətlərə və inanclara sayğı ilə eyni dəyərdə olduğunu dilə gətirən Ban Ki Mun bu kontekstdə Florida əyalətində Quranın yandırılmasını açıqca qınadığını qeyd edib.
    12.04.11 Məqaləni oxumaq
     
    Minskdə terror aktını törədən şəxs müəyyən edilib
    Minskdə metro stansiyasında terror aktının törədilməsində şübhəli bilinən şəxs müəyyən edilib. KƏLAMİNFO RİA Novosti-yə istinadən xəbər verir ki, Belarus xüsusi xidməti onun axtarışını davam etdirir. İstintaq qrupuna Belarus baş prokurorunun müavini Andrey Şvedin rəhbərlik edir. Belarus prezidenti Aleksandr Lukaşenko partlayışdan dərhal sonra fövqəladə iclas keçirib. O, partlayışın həm xaricdən, həm də daxildən təşkil oluna biləcəyini istisna etməyib. Milli təhlükəsizlik və daxili işlər nazirlərinə ölkədə təhlükəsizlik tədbirlərinin olduqca gücləndirilməsini tapşıran Aleksandr Lukaşenko terror aktını təşkil edənlərin dərhal tapılmasını tələb edib.
    12.04.11 Məqaləni oxumaq
     
    Vaşinqton meri həbs olunub
    Vaşinqton meri Vinsent Qrey həbs olunub. KƏLAMİNFO Lenta.ru-ya istinadən xəbər verir ki, Kapitoli polisi Vaşinqton meri və Şəhər Şurasının 5 üzvünü Konqres binası qarşısında qanunsuz aksiya keçirdiklərinə görə həbs edib. Polis Vaşinqton meri və həmkarlarına 30 dəqiqə küçədə oturmağa icazə verib. Qrey və həmkarları prezident Barak Obamanın 2012-ci il üçün büdcədə şəhər proqramlarının maliyyələşməsinin azaldılması qərarının əleyhinə çıxış ediblər. Qeyd edək ki, senat aprelin 14-də büdcə layihəsinə baxacaq.
    12.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 97 98 99 100 101 102 103 104 105 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30