Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  96 97 98 99 100 101 102 103 104  #
    Həbsdəki müsəlmanların saqqal saxlamasına qadağa onların dini hüquqlarını pozmur
    «Virciniya ştatının penitensiar sistemi həbsdə saxlanılan müsəlmanların saqqal saxlamamaq barədə qərarı ilə onların dini hüquqlarını pozmur». Bu, ştatın məhkəmə orqanlarının çıxardığı qərarda öz əksini tapıb. Zorlama və digər cinayətlər törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən 50 yaşlı sünni müsəlman Uilyam Kauç uzun saç və saqqal saxlamağı qadağan edən ştatın həbsxana idarəsini məhkəməyə vermişdi. Onun qənaətincə, bu onu bir müsəlman kimi saqqal saxlamaq hüququndan məhrum edir. Bu barədə «KƏLAMİNFO» “MIGnews.com”a istinadən məlumat yayıb. Qeyd edək ki, ştatın həbsxanalarında məhkumlara yalnız 3 mm uzunluğunda saqqal və qısa saç saxlamağa icazə verilir.
    26.04.11 Məqaləni oxumaq
     
    Qəddafinin olduğu iqamətgah zədələnib
    Liviya lideri Müəmmar Qəddafinin olduğu iqamətgah aviazərbələr nəticəsində zədələnib. Məlumata görə, iqamətgah Tripoli yaxınlığında hərbi bazanın ərazisində yerləşir. Bu barədə məlumatı «KƏLAMİNFO» «Associated Press»ə istinadən yayıb. Liviyanın hakimiyyət orqanlarının agentliyə verdiyi məlumata görə, Qəddafinin yerləşdiyi iqamətgahın birinin damı uçub. Əcnəbi jurnalistlərə bu gün səhər əraziyə baxmağa icazə verilib. Qəddafinin nümayəndəsi bombardmanları Liviya liderinin həyatına qəsd kimi qələmə verib. İnsident zamanı 45 nəfər zərər çəkib.
    25.04.11 Məqaləni oxumaq
     
    Mübarəkin həbs müddəti daha 15 gün uzadılıb
    Misirin sabiq prezidenti Hüsnü Mübarəkin həbs müddəti daha 15 gün uzadılıb. Bu barədə qərarı bu gün Qahirə prokurorluğu qəbul edib. «KƏLAMİNFO» bu barədə məlumatı “Agence France-Presse»ə istinadən yayıb. 82 yaşlı eks-prezident aprelin 13-də həbs edilib. Onunla yanaşı oğlanları Alya və Camal da həbsxana divarları arasına düşüb. Keçmiş prezident və ailə üzvləri korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, eləcə də qətllər törətməkdə günahkar bilinirlər.
    23.04.11 Məqaləni oxumaq
     
    Medvedyev və Putinin reytinqi düşüb
    Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinin reytinqi ən minimal həddə çatıb. Bu barədə «KƏLAMİNFO» «Vedemosti»yə istinadən məlumat yayıb.
    «İctimai rəy»in keçirdiyi sorğunun nəticələrinə görə, Medvedyevə rusiyalıların 46 faizi, Putinə isə 53 faizi səs verib. Sorğu zamanı o da bəlli olub ki, «Vahid Rusiya» hərəkatına etibar edənlərin sayı 43 faizə düşüb. Eyni zamanda, «daha çox hansı siyasətçiyə etibar edirsiniz» sualını cavablandıran respondentlərin 37 faizi Medvedyevi ,42 faizi isə Putini göstərib.
    22.04.11 Məqaləni oxumaq
     
    Yaponiya büdcəsinə 50 milyard dollar əlavə edib
    Yaponiya hökuməti gələn ilin dövlət büdcəsinə 50 milyard dollar əlavələr edilməsi barədə qərar qəbul edib. Bu barədə “KƏLAMİNFO” Yaponiyanın «Kiodo» agentliyinə istinadən xəbər verir.
    Qeyd olunub ki, büdcəyə əlavələr mart ayında ölkədə baş verən zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılmasına sərf olunacaq. Agentlik xəbər verir ki, zəlzələ İkinci Dünya müharibəsindən sonra ölkəyə dəyən ən böyük zərbə olub. Yaponiya Maliyyə Nazirliyindən bildiriblər ki, dövlət regionların bərpası üçün zəruri olan pulu tapa biləcək.
    22.04.11 Məqaləni oxumaq
     
    «Fukusima” AES ətrafındakı ərazilər qadağan zonası elan edilib
    Yaponiyanın hakimiyyət orqanları «Fukusima” AES ətrafındakı əraziləri qadağan zonası elan edib. AES ətrafında 20 kilometr əraziyə daxil olmaq qadağandır. «KƏLAMİNFO» bu barədə məlumatı «Lenta.ru»ya istinadən yayıb. Hökumət belə bir qərara polisin AES ərazisinə yaxın 20 km radiusda 60 ailəni aşkar etməsindən sonra gəlib. Onlar evakuasiya barədə qərara məhəl qoymayaraq öz evlərini tərk etməkdən imtina ediblər. Yaponiya hökumətinin baş katibi Yukoi Edano bildirib ki, stansiya ətrafında vəziyyət qeyri-sabitdir. 20 km radiusda yaşayan əhaliyə yalnız iki saat müddətinə evlərinə gəlib şəxsi əşyalarını götürməyə icazə verilir. Hər ailədən yalnız bir nümayəndə ora gedə bilər.
    21.04.11 Məqaləni oxumaq
     
    Qırğızıstan parlamenti qoyun kəsməklə şər qüvvələri qovub
    Bu gün Qırğızıstan parlamentinin iclası qeyri-adi qaydada başlayıb. Belə ki, deputatlar iclası şər qüvvələrin qovulması ayini ilə başlayıblar. «KƏLAMİNFO» «İA «24.kg» istinadən xəbər verir ki, şər qüvvələrin parlament iclasından qovulması üçün deputatlar qurban kəsiblər. Qurban qismində isə 7 qoyun seçilib. Maraqlıdır ki, onların harada kəsildiyinə aydınlıq gətirilməyib. Hər halda yəqin ki, parlament binası olmayıb. Parlamentin spikeri Əhmədbəy Gəldibəyov bildirib ki, ayinin həyata keçirilməsi üçün hər deputatın əmək haqqından 700 som (15 dollar) çıxılıb. Spiker vurğulayıb ki, yığılan pulun yalnız bir qismi qoyunların alınmasına sərf olunub. Yerdə qalan vəsait isə xeyriyyə məqsədlərinə sərf edilib. Bu pul internat və qocalar evinin hesabına köçürülüb. Bu ayindən sonra parlamentdə atmosferin dəyişdiyi barədə məlumat hələ ki yoxdur. Qeyd edək ki, bir müddət öncə qırğız parlamentində deputatlar arasında dava düşmüşdü.
    21.04.11 Məqaləni oxumaq
     
    Bill Geyts Braziliyadan qovulub
    «Microsoft» kompaniyasının yaradıcısı Bill Geyts istirahət etdiyi Braziliyadan qovulub. Bu barədə “KƏLAMİNFO” «Agence France-Presse»ə istinadən məlumat yayıb. Geytslə yanaşı onun bir neçə dostu da ölkəni tərk etməli olub. Onlar Riu-Neqru çayında, Amazonkanın ən böyük axınında qayıqla gəzərkən saxlanılıblar. Belə ki, onların gəzdikləri qayığın fəaliyyət göstərməsi ilə bağlı icazəsi olmayıb. Qeyd edək ki, Bill Geyts və dostlarının sənədlə bağlı problemləri yaranmayıb. Onlar leqal şəkildə turist vizası ilə ölkəyə gəliblər. Sadəcə, onlar yerli işçi qüvvəsindən əcnəbi kimi qanunsuz yararlandıqları üçün cərimələniblər. Bu səbəbdən də üç gün ərzində ölkəni tərk etmələri tələb olunub.
    20.04.11 Məqaləni oxumaq
     
    Obama 1,73 milyon dollar qazanıb
    ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel ötən il 1,73 milyon dollara yaxın qazanc əldə ediblər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə məlumat Birləşmiş Ştatların birinci ailəsinin vergi bəyannaməsində verilir. Bəyannaməni Ağ Evin mətbuat xidməti ictimaiyyət üçün açıqlayıb. Gəlirin böyük hissəsi Barak Obamanın yazdığı kitablardan əldə olunan qonorarların payına düşür. Ağ ev rəhbərinin illik maaşı 400 min dollardır. Barak və Mişel Obama qazanclarından 453 min 770 dollar vergi ödəyiblər. Qazancın 14,2 faizi - 245 min 075 dollar 36 müxtəlif xeyriyyə təşkilatına verilib. Ən böyük ianə amerikalı hərbi qulluqçuları və ailələrinə tibbi yardım göstərilməsi üzrə ixtisaslaşmış “Fisher House” fonduna edilib.
    19.04.11 Məqaləni oxumaq
     
    Obama “soyqırımı” deməyəcək
    Obama yenə də “soyqırımı” ifadəsini işlətməyəcək. “KƏLAMİNFO” CNN Türk-ə istinadən xəbər verir ki, Ermənistanın “Miras” partiyasından olan millət vəkili Larisa Alaverdyan bildirib ki, ABŞ prezidenti Barak Obamanın aprelin 24-ə planlaşdırılan çıxışında “soyqırımı” ifadəsi olmayacaq. ABŞ-ın gündəmində erməni iddialarının olmadığını vurğulayan millət vəkili, əksinə, Obamanın Türkiyə-Ermənistan əlaqələrinin inkişafı üçün çalışdığını qeyd edib. Alaverdyan, həmçinin Obamanın “soyqırımı” ifadəsini işlətməməsini Türkiyənin siyasi qələbəsi kimi bəyan etməsinə mane olacaqlarını əlavə edib.
    19.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  96 97 98 99 100 101 102 103 104  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30