Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Nazarbayev: “Hicab bizim yolumuz deyil”
    Qazaxıstan prezidenti Nursultan Nazarbayev hicabı yerli mədəniyyətə uyğun olmadığını bildirib. Bunu prezident Astanada gənclər hərəkatının qurultayında səsləndirib. “Biz müsəlmanları dəstəkləyirik və gələcəkdə də dəstəkləyəcəyik. Lakin ərəb əşyaları - qadınların başlarını bağladığı hicab - bizim yolumuz deyil” - deyə Nazarbayev vurğulayıb. «KƏLAMİNFO» «RSN»-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, qazaxlar hər zaman köçəri olublar və öz inkişaf yolları var. O əlavə edib ki, Qazaxıstan qadınlarının müsəlman baş örtükləri taxmalarını istəmir.
    16.11.12 Məqaləni oxumaq
     
    “Müsəlman qardaşları” Misiri İsraillə əlaqələri kəsməyə çağırıb
    Misirdə “Müsəlman qardaşları” hərəkatı Misir hökuməti İsraillə əlaqələri kəsməyə çağırıb. “Müsəlman qardaşları”ı bildirir ki, İsrailin Qəzzaya hücumu cinayətdir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, “Müsəlman qardaşlar”ı ərəb dövlətlərini də heç bir tədbir görməməkdə qınayıblar. Onlar Ərəb Dövlətləri Liqasını cavab addımı atmağa çağırıblar. Misir İsrailin Qəzzaya hücumundan sonra İsraildəki səfirini geri çağırıb. İsrailin Misirdəki səfirinə isə nota təqdim olunub.
    16.11.12 Məqaləni oxumaq
     
    Obamanın yenidən seçilməsində qadın seçicilərin böyük rolu olub
    ABŞ-da prezident seçkisində Amerika qadınlarının 55 faizi prezident Obamaya səs verib. Qadınların çoxu Mitt Romninin mənsub olduğu Respublikaçılar partiyasının siyasətindən razı olmayıb. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, evli qadınların 53 faizinin Mitt Romniyə səs verməsinə baxmayaraq, həm tək, həm də evli qadınların böyük hissəsi Obamaya səs verib. Seçkilərdə qadın namizədlər də yaxşı nəticələr əldə edib. Senata 20 qadın seçilib, bu yerlərin üçdə biri deməkdir. Lakin Massaçusets ştatından seçilmiş demokrat Elizabet Uorren qadınların sayının daha çox olmasını arzulayır: “Gəlin ciddi danışaq, 2012-ci ildə Birləşmiş Ştatlar Senatına 20 qadın seçilib. Bu, o qədər də böyük rəqəm deyil”.
    15.11.12 Məqaləni oxumaq
     
    Klintonu Suzan Rays əvəz edə bilər
    ABŞ-da Barak Obamanın dövlət katibi vəzifəsinə kimi təyin edəcəyi məsələsi müzakirə edilir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu vəzifə üçün iki nəfərin adı çəkilir - senator Con Kerri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suzan Rays. Ancaq ABŞ mətbuatı Raysın şansının daha yüksək olduğunu yazır. Raysın İran və Şimali Koreya məsələlərində təsirli və konstruktiv rol oynamasının və Obamaya yaxınlığının bu təyinatda mühüm rol oynayacağı bildirilir. Kerrinin isə müdafiə naziri vəzifəsinə gətirilə biləcəyi vurğulanır. Mətbuatın iddiasına görə, Klinton ABŞ-ın ilk qadın prezidenti olmaq istəyir və 2016-cı ildə namizədliyini verməyə hazırlaşır. Bu səbəbdən də Klintonun bir müddət vəzifədən uzaqlaşmaq istədiyi bildirilir.
    14.11.12 Məqaləni oxumaq
     
    Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Obamanı təəccübləndirib
    ABŞ prezidenti Barak Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən istefa verən Devid Petreusun nikahdankənar münasibətini öyrəndiyi zaman təəccübləndiyi bildirilir. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Cey Qarni Obamanın Petreusla bağlı məlumatlandırıldığı zaman təəccübünü saxlaya bilmədiyini deyib. Qarni Obamanın xidmətləri üçün Petreusa minnətdar olduğunu bildirib. Ağ Ev sözçüsü Obamanın Petreusun sevgilisi Paula Brodueldən təhdid mesajları aldığını iddia edən Cil Kelli ilə normal olmayan münasibət qurduğu üçün haqqında istintaq başladılan general Con Alana güvəndiyini qeyd edib. Qarni bildirib ki, Obama Alanın çox gözəl iş görməkdə olduğunu və gördüyünü düşünür.
    14.11.12 Məqaləni oxumaq
     
    Klinton 20 illik sirrini açıb
    Amerikalıları maraqlandıran məsələ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun vəzifəsini tərk edəndən sonra hansı işlə məşğul olacağıdır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, 2016-cı ildə keçiriləcək prezident seçkilərinə qatılacağı istisna edilməyən Hillari Klinton “New York Tayms”a verdiyi açıqlamasında bildirib ki, “sadəcə yatmaq, istirahət etmək, məşq etmək və zövq üçün səyahət etməyi düşünürəm. Əsas məsələ istirahət etməkdir. Adi görünə bilər, amma 20 ildir dincəlmirəm. Bu, 20 illik sirrim də sayıla bilər. Görəsən, yorulmadığım bir an olacaqmı? Vəzifəmi tərk edəndən sonra bəlkə telekanallardan birində interyer və dekorasiyalarla bağlı proqramın aparıcısı oldum”.
    13.11.12 Məqaləni oxumaq
     
    Suriya-Türkiyə sərhədində döyüş gedir
    Azad Suriya Ordusu Türkiyə ilə sərhəddəki Ceylanpınar məntəqəsi ilə üzbəüz məntəqəni ələ keçirmək üçün hücuma keçib. Tanklardan da istifadə olunan döyüşdə Əsəd əsgərləri də tanklarla cavab verir. “KƏLAMİNFO” xəbər verir ki, Türkiyə mediasının xəbərinə görə, səhər saat 4-dən başlayan döyüş davam edir. Yaralıların Türkiyənin Ceylanpınar dövlət xəstəxanasına gətirilməsi gözlənilir. Şanlıurfanın Ceylanpınar yaşayış məntəqəsindəki məktəblərdə dərslər dayandırılıb. Çoxlu sayda təcili yardım maşınlarının siqnal səsləri eşidilir. Türkiyə tərəfdən hərbçilər hazır vəziyyətə gətirilib.
    09.11.12 Məqaləni oxumaq
     
    Çin Prezidenti: Yeni iqtisadi modelə ehtiyac var
    Çində Kommunist Partiyasının qurultayı öz işinə prezident Hu Jintaonun çıxışı ilə başlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, prezident bildirib ki, Çin hədəf kimi daha yüksək məqsədlər seçməlidir: “Ona görə də daha çox işləməliyik”. Prezident rüşvət haqqında da danışıb: “Əgər rüşvətə boyun əysək, bu, partiyamız üçün ölümcül ola bilər, partiyamız, ya da dövlətimiz çökər”. Prezident deyib ki, daxili və xarici problemlərin həlli üçün yeni iqtisadi modelə ehtiyac var. Hu Jintao 2020-ci ilə qədər həm kəndlərdəki, həm də şəhərdə adambaşına düşən gəlir səviyyəsinin iki dəfə yüksəlməsinin hədəf olduğunu bildirib. Son vaxtlar Çində iqtisadi irəliləyiş azalıb. Yoxsulluq və qocalan əhalinin sayı artıb.
    08.11.12 Məqaləni oxumaq
     
    Türkiyə Ermənistandan Suriyaya uçan təyyarəni Ərzurum aeroportunda endirib
    Türkiyə Ermənistandan Suriyanın Hələb şəhərinə uçan təyyarəni Ərzurum aeroportunda endirib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, təyyarədə hazırda axtarış aparılır. Axtarışın günortaya qədər davam edəcəyi bildirilir. Ermənistan təyyarənin humanitar yardım apardığını bildirir. Bundan əvvəl oktyabrın 15-də də Türkiyə Ermənistandan Suriyaya uçan təyyarəni məcburən öz ərazisində endirmişdi. Həmin vaxt içində yardım olan 1400 qutu bir-bir yoxlamadan keçirilmişdi. Axtarışdan sonra təyyarənin uçuşa davam etməsinə icazə verilmişdi.
    08.11.12 Məqaləni oxumaq
     
    Barak Obama: “Qarşıda bizi ABŞ üçün daha yaxşı günlər gözləyir”
    İkinci müddətə ABŞ prezidenti seçilən Barak Obama qələbəsinin açıqlanmasından sonra ilk çıxışını edib. Çikaqodakı seçki qərargahında çıxış edən Obama seçkilərdə iştirak edən amerikalılara təşəkkür edib.

    “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, prezident bu gün Amerikanın birliyinin irəli getdiyini gördüklərini deyib: “Sizlərin sayəsində birliyimiz irəli gedir. Müharibə zamanında, depressiya zamanında lazımi ruhu qoruyanlar sizlərsiniz. Biz Amerika ailəsi olaraq bir xalq halında bir yerdəyik. Bu seçkilərdə siz Amerika xalqı bizə bunu xatırlatdınız. Yolumuz uzun idi və bunu mübarizə ilə aşdıq. Qarşıda bizi ABŞ üçün daha yaxşı günlər gözləyir”.
    Seçki kampaniyasını həyata keçirən komandanı da unutmayan prezident: “Bu tarixi birlikdə yazdıq” deyib: “Məni ucaltdınız. Hər zaman bu töhfələriniz üçün sizə minnətdar olacağam. Siyasi kampaniyalar bəzən kiçik şeylər kimi görünə bilər. Siyasət yalnız yarış kimi görünə bilər. Amma bu gənc insanların səsində bir qərarlılıq görərsiniz. Bu insanlar hər uşağın eyni fürsətə qovuşması üçün çalışırlar”.
    07.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30