Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    K.Tahirov: “Milli Kitabxanaya gələn oxucuların sayı kifayət qədərdir”
    M.F.Axundov adına Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi Kərim Tahirov KƏLAMİNFO-ya müsahibə verib.

    - Kərim müəllim, bu gün Milli Kitabxanada oxucu problemi varmı?

    - Milli Kitabxanada oxucu davamiyyəti var. Kitabxanamıza maraq böyükdür. Milli Kitabxanada oxucu problemi yoxdur. Amma bu o demək deyil ki, ümumiyyətlə oxucu problemi yoxdur. Milli Kitabxanaya həm tədqiqatçılar, alimlər, mütəxəssislər, həm də tələbələr gəlir. Bu baxımdan bizim oxucu problemimiz yoxdur. Amma onu da demək olmaz ki, Azərbaycanda oxucu problemi yoxdur. Azərbaycanda oxucu problemi onunla əlaqədardır ki, ölkə kitabxanalarının oxuculara verməyə yeni informasiya mənbələri, yeni kitabları azdır. Amma  yeni materiallarla təmin olunduğuna görə, deyə bilərəm ki, Milli Kitabxanaya gələn oxucuların sayı kifayət qədərdir. Kitabxanalarımızda yeni materiallar nə  qədər çox olarsa, bir o qədər də artıq oxucu müraciəti olar.

    - Bəs, kitab oxumağa ictimaiyyətin marağı  hansı səviyyədədir?

    - Ümumi ab-havadan deyirlər ki, guya kitab oxumağa maraq azalıb. Mən belə deməzdim. Mən deyərdim ki, son beş-altı ildə bu sahədə çox böyük canlanma var. Hesab edirəm ki, yetmişinci-səksəninci illərin əvvəllərində olduğu kimi, Azərbaycanda kitaba maraq xeyli artacaq. Mən bunu, tam əminliklə söyləyirəm.
    01.09.10 Məqaləni oxumaq
     
    «Qayda pozuntularına qarşı həmişə ciddi mübarizə aparmaq lazımdır»
    Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşı, polis polkovniki Vaqif Əsədov: «Bəzən yol hərəkəti qaydalarının pozulmasına və yol hadisələrinin baş verməsinə yalnız sürücülər deyil, həmçinin piyadalar da şərait yaradır»

    - 2010-cu ilin birinci yarımilliyinə dair statistik göstəricilər barədə nə deyə bilərsiniz?

    - 2010-cu ilin sentyabr ayının 7-nə olan göstəricilərə görə, 2010-cu ilin əvvəlindən bu günə kimi nəqliyyat vasitəsini sərxoş halda idarə etmə ilə bağlı 539, svetoforun qırmızı işığında hərəkətlə bağlı 676, qəza şəraiti yaratma ilə bağlı 71, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etmə ilə bağlı 21, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmə ilə bağlı 736, 30 km/s-dan yuxarı surət həddini aşma ilə bağlı 497, «Giriş qadağandır», «Hərəkət qadağandır» yol nişanlarının tələbini pozma ilə bağlı 2118, səs siqnalından qadağan olunan yerlərdə istifadə etmə ilə bağlı 60, təhlükəsizlik kəmərindən istifadə edilməsi tələbinə riayət etməməklə bağlı 5386, piyadalarla bağlı 298, «Təmiz hava» aylığı ilə əlaqədar nəqliyyat vasitələrinin normadan artıq dəm qazı atması ilə bağlı 367 və avtoxuliqanlıqla bağlı 6 fakt qeydə alınmışdır. Beləliklə, göstərilən müddət ərzində 25.303 qanun pozucusu məsuliyyətə cəlb edilib.
    Yol-nəqliyyat hadisələrinə gəlincə, göstərilən vaxt ərzində onların sayı 73 olub. Bu YNH-lər nəticəsində 24 nəfər ölüb, 70 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 1 hadisə, 2 ölüm faktı və 10 yaralı azalıb.
    28.08.10 Məqaləni oxumaq
     
    A.İsmiyev: “Yaxın 5-6 ildə biz Türkiyədən də qabağa gedəcəyik”
    Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev müsahibə verib.

    - Aydın müəllim, bir müddət əvvəl rəhbərlik etdiyiniz qurum Azərbaycanda turizm sahəsinin hazırkı durumu ilə bağlı monitorinq həyata keçirirdi. Nəticələr nə deyir?

    - Ölkənin turizm regionlarına ümumi bir baxış həyata keçirdik. Əvvəlcə Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbəblə, Şəki, Zaqatala və Balakən ərazilərinə, daha sonra isə Masallı, Lənkəran, Lerik və Astara zonasında monitorinqlər apardıq. Müşahidələr zamanı, ümumi götürdükdə, sırf otellərdən başlasaq, hazırkı mövsümdə onların 70-80% dolu idi. Monitorinq zamanı, əvvəlki illərdən fərqli olaraq artıq ölkənin turizm sahəsində müxtəliflik də diqqəti çəkir. Yəni, otellər var ki, onlar yüksək səviyyədə xidməti və buna uyğun tənzimlənmiş qiyməti var. Eyni zamanda belə otellərlə yanaşı, həm də artıq az təminatlı insanlar üçün, uyğun səviyyəli və qiymətləri münasib otellər də fəaliyyətə başlayıb. Hətta onların sayı turzim regionlarında durmadan artır. Belə otellərdə qiymətlər adambaşı 20-50 manat arasında dəyişir. Artıq müşahidələr göstərir ki, turizmlə bağlı ölkədəki vəziyyət 4-5 il əvvəlki kimi deyil, müsbətə doğru kifayət qədər dəyişiklik var. Bu həm regionların özünün inkişafı, həm də artıq sərmayəçilərin Azərbaycanda turizmə olan marağının artması ilə əlaqədardır. Bir neçə ilə əvvəl insanlar istirahət üçün regionlara üz tutmurdular və bundan irəli gələrək də o bölgələrdə turizmə səhm yatıran yox idi. Amma, artıq bütün regionlara, xüsusilə də adını çəkdiyim ərazilərə kifayət qədər həm yerli, həm də xarici turistlər gəlir. İstirahət etmək üçün də ərazilərdən asılı olaraq müxtəlif yerlər və qiymətlər var. Bu müxtəlifliyin özü turizmin geniş inkişafında müstəsna rol oynayır. Yəni, qeyd olunan turizm regionlarımızda 15-20 manatlıq yerlər də var, 180-200 manatlıq yerlər də. Bu daha çox turistin gəlməsinə və dolayısı ilə regionların potensialının artmasına gətirib çıxarır. Bu bazar iqtisadiyyatına da uyğun bir haldır. Lakin, buna baxmayaraq, müşahidələr nəticəsində şahid olduq ki, bu il ümumi halda qiymətlər nisbətən aşağı enib. Bu daha çox otellərin sayının artmasından irəli gəlir. Otellər artıdıqca, rəqabat nəticəsində qiymətlərdə enmə müşahidə olunur.
    24.08.10 Məqaləni oxumaq
     
    “Bizim institut intellektual sərvət yaradır”
    AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, millət vəkili Gövhər Baxşəliyevanın müsahibəsi

    - Gövhər xanım, son dövrlər Azərbaycan elminin inkişafı, onun yüksəlişi istiqamətində ciddi addımların atılması məsələsi diqqət mərkəzindədir. Bu baxımdan Şərqşünaslıq İnstitutu elmimizə töhfə olacaq yeni ideyalar  üzərində çalışırmı?

    - Son illər Azərbaycan elminin inkişafı üçün dövlət tərəfindən çox önəmli addımlar atılır. Bildiyimiz kimi, hörmətli Prezidentin müvafiq Fərmanı ilə Azərbaycan elmində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradılmışdı. Bu komissiya Azərbaycan elminin inkişafı üçün Milli Strategiya və bu Strategiyanı həyata keçirmək üçün 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı hazırladı. Həmin proqram da prezident tərəfindən təsdiq olundu. Növbəti addım kimi, Azərbaycan elminin maliyyələşmə prinsiplərini təkmilləşdirmək,  ümumiyyətlə elmin inkişafını daha da stimullaşdırmaq üçün Prezident yanında Elmin İnkişafı Fondu yaradıldı. Təbii ki, respublikanın digər elmi mərkəzləri, institutları kimi, bizim institut da Elmin İnkişafı Fonduna müəyyən layihələr hazırlayıb təqdim edəcək. Bu baxımdan biz də,  elmimizin inkişafında maraqlıyıq və yeni ideyalar üzərində çalışırıq.

    - Elmin inkişafında hansı problemlər, maneələr görürsünüz?

    - Azərbaycan elminin inkişafının Milli Strategiyasında elmin qarşısında hansı məsələlərin durduğu, həmçinin yaxın vaxtlarda hansı məsələlərin öz həllini tapması müəyyənləşib. Bu, ilk növbədə azərbaycançılıq məfkurəsinə xidmət etmək, elmin Azərbaycan cəmiyyətinin sosial-iqtisadi və mədəni problemlərinin  həllinə yönəldilməsi, Azərbaycan elminin çevikliyinin təmin olunmasıdır.
    14.08.10 Məqaləni oxumaq
     
    Peşəkar təhsil əqli səviyyəni yüksəldən vasitədir
    Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi, təhsili də inteqrasiya proseslərinə cəlb olunub. Bu proseslərdən biri də təhsil kurslarının meydana gəlməsidir. Bu gün “Təhsil Mərkəzi” adı ilə fəaliyyət göstərən xeyli sayda özəl qurumlar var. Bu tədris mərkəzlərinin bəziləri ali məktəblərə abituriyent hazırlığı ilə məşğul olur. Təhsil sahəsində özəl sektor kimi fəaliyyət göstərən bu qurumların iş prinsipi kifayət qədər maraq oyadır. “Kaspi” Təhsil Mərkəzinin eksperti Elşən Əliyev mövzu ilə bağlı fikirlərini bildirib. 

    - Elşən müəllim, hazırda inkişaf edən ölkəmizin təhsil sistemində özəl təhsil mərkəzləri orta məktəblərin funksiyasını zəiflətmir ki? 

    - Son zamanlar Azərbaycan təhsilində baş verən islahatlar, prezidentimizin təhsilin inkişafına və dünya təhsilinə sürətli inteqrasiyası ilə bağlı mühüm fərmanları, təhsilin aparıcı qərb dövlətlərində olduğu kimi, biznes sahəsinə çevrilməsi üçün zəmin yaradıb. Özəl bağça, məktəb, universitetlərlə yanaşı, abituriyentlərin ali məktəbə hazırlığı ilə məşğul olan tədris mərkəzləri də yaranıb. Adını unutduğum bir alimin tövsiyəsinə əməl etməklə münasibət bildirmək istəyirəm: “Əvvəl anlayış və ya terminologiya barədə razılaşıb, sonra fikir mübadiləsi aparamaq olar”.
    Mənim gördüyüm konteksdə Abituriyent hazırlığı – İxtisas qruplarına əsasən xüsusi təmayüllü bir proqram hazırlığıdır. Mətbuatda oxuduğum məqalələrdə, repetitor, abituriyent hazırlığı ilə məktəblər arasında olan əlaqəni tərs-mütənasib şərh edən təhsil ekspertlərilə razı deyiləm.
    13.08.10 Məqaləni oxumaq
     
    “Azərbaycan hər zaman mənim qəlbimdə olacaq”
    Əbdülqadir Sabir Mənsur: «Azərbaycanı, onun mehriban və qonaqpərvər insanlarını daim böyük sevgi və ən xoş hisslərlə xatırlayacağam»

    Bəşəriyyətin ilkinliyi ilə dünənini, bu gününü özündə əks etdirən Misir Ərəb Respublikası… Sivilizasiyanın ünvanı sayılan və bu gün bütün sahələrdə uğurlu inkişaf yolu tutan qədim, bənzərsiz və tarixən qüdrətli dövləti görmək misirli olmayan hər bir insanın istəyidir. Min illərin o tayından, dünyanın yaranışından xəbər verən, gerçək möcüzələri ilə dünyanı heyrətdə qoyan, bitib-tükənməyən Misir… Erkən sivilizasiyalar, hələ də insanlar üçün sirr olaraq qalan dünya möcüzələri, piramidalar, sfinks, mumiya, ilk dövlətlər…Bütün bunları Misirin tarixindən öyrənirik. Əgər tarixə nəzər salsaq, Azərbaycanla Misirin qədim dövrlərdən bir sıra ortaq dəyərləri paylaşdığını görmək olar. Bunlardan ən başlıcası ortaq İslam mədəniyyətidir. Hər iki ölkə İslam mədəniyyəti tarixinə və ümumilikdə dünya mədəniyyətinə özünəməxsus töhfələr verib. Bu ölkələrin münasibətləri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığı da mühüm tarixi köklər üzərində qurulub.
    Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əbdülqadir Sabir Mənsur ilə söhbətimizdə iki dövlət arasındakı münasibətlərin ən müxtəlif məqamlarına toxunduq. Səfir söhbətə Azərbaycan-Misir münasibətlərinin tarixindən başladı:

    - Azərbaycanla Misir arasında əlaqələrin tarixi çox qədimdir. Bildiyiniz kimi, Misir bəşər sivilizasiyasının beşiyidir. Azərbaycan da qədim sivilizasiyaların, qədim insan məskənlərinin olduğu məkandır. Əgər diqqət yetirsək, azərbaycanlılarla misirlilər arasında çoxlu bənzərlik tapmaq mümkündür. Bu isə o deməkdir ki, qədimdə bizi aramızda tarixi bağlılıq mövcud olub. Tarixin gedişində tayfalar bir yerdən digərinə axın ediblər.
    10.08.10 Məqaləni oxumaq
     
    “Jurnalistika inkişaf edib yeni uğurlara imza atacaq”
    Dağbəyi İsmayılov: «İstərdim ki, Azərbaycan mətbuatı, jurnalisti mövcud sağlam ənənələr üzərində daha da inkişaf etsin»

    Ötən həftə milli mətbuatımızın 135 illik yubileyi qeyd olundu. Prezident İlham Əliyevin yubiley ərəfəsində verdiyi sərəncamlar mətbuat işçilərinin böyük sevincinə səbəb oldu. Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən AzərTAc Dövlət İnformasiya Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılovla müsahibəmiz milli mətbuatımızın keçdiyi yol və hazırkı durumu barədədir.

    Etimad 

    - Azərbaycanda mətbuata dövlət dəstəyi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ənənədir. Çünki mətbuatımızın inkişafı daim onun diqqət mərkəzində olub. Bu ənənə indi də prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər bunun əyani təsdiqidir. Bu qayğının yekun zirvəsi prezidentin milli mətbuatın 135 illik yubileyi ərəfəsində imzaladığı çox dəyərli sərəncamlardır. Bu sənəddə Azərbaycan mətbuatının maddi-texniki bazasının inkişaf etdirilməsi, qəzetlərə və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, həmçinin KİV sahəsində işləyən və siyasi yönümündən asılı olmayaraq çalışan jurnalistlərin əməyinin qiymətləndirilməsi dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Bu sərəncamlar içərisində çox önəmlisi mətbuat işçiləri üçün yaşayış binasının tikilməsindən ötrü Prezidentin Ehtiyat Fondundan ayrılan böyük məbləğdə vəsaitdir.
    29.07.10 Məqaləni oxumaq
     
    Elçin Babayev: “Ümidləri doğrultmağa çalışırıq”
    Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru  Elçin Babayev müsahibə verib. E.Babayev Elmin İnkişafı Fondunun yaranma zərurəti, məqsədi və qarşıda duran vəzifələri barədə danışıb:

    - Elmin İnkişafı Fondunun yaradılmasında əsas məqsəd elmin inkişafına yeni bir təkan və alimlərin yaradıcılıq imkanlarına əlavə stimul verməkdir. Təbii ki, elm və elmin inkişafı ilk növbədə ölkənin, cəmiyyətin, iqtisadiyyatın inkişafına yardımçı olmalıdır və bu inkişaf  bir deyil, bir neçə istiqamətdə getməlidir və bu istiqamətlər bir-birini tamamlamalıdır. Yəni, biz tək klassik fundamental tədqiqatlarla kifayətlənməməliyik, həmçinin fundamental tədqiqatların nəticələrinin bilavasitə iqtisadiyyatda tətbiqinə nail olmalıyıq. Fond tərəfindən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli layihələrin qrantlar şəklində maliyyələşdirilməsi nəzərdə tutulub. Elm ümumbəşəri bir anlayışdır. Azərbaycanda yerinə yetirilən elmi-tədqiqat işləri, zaman keçdikcə dünya səviyyəsinə gəlib çatmalıdır. Bu səbəbdən Elmin İnkişafı Fondunun yaradılması irəliyə atılmış  mühüm bir addımdır və ümid edirik ki, öz missiyamızı layiqincə yerinə yetirməklə, bizə göstərilən etimadı tez bir zamanda doğrulda biləcəyik.

    - Bu günlərdə ilk qrant müsabiqəsi elan olundu. Bununla bağlı Fonda nə qədər layihə daxil olub?

    - Elanın verilməsi və ondan sonrakı dövrün yay mövsümünə düşməsinə baxmayaraq, müsabiqəyə maraq böyükdür və kifayət qədər fəallıq müşahidə olunur. Fondun internet səhifəsinə girişlərin sayını göstərən proqram qoyulub.  Məlum olur ki, maraqlananların sayı üç minə çatıb.
    26.07.10 Məqaləni oxumaq
     
    Bayram günü jurnalistlərə sürpriz ediləcək
    Vüqar Səfərli: «Yubiley ilini nəzərə alaraq, sevindirici bir rəqəm olacaq ki, onu biz sürpriz kimi bayram günü açıqlayacağıq»

    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının yubileyi ərəfəsində qəzetimizə müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti, gələcək planları və ən əsası, jurnalistləri qarşıda gözləyən yeniliklər barədə danışdı.

    Sürpriz

    - Milli mətbuatımızın 135 illik yubileyi yaxınlaşır. Sizcə jurnalistlər bayramı hansı əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşırlar?

    - Milli mətbuatın yubileyinin qeyd olunması ənənəsi 2000-ci ildən başlayıb. Həmin il ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan milli mətbuatının 125 illik yubileyi dövlət səviyyəsində keçirilib. 2005-ci ildə isə möhtərəm prezidentimiz İlham Əliyevin Sərəncamı ilə mətbuatın 130 illik yubileyi respublikamızda geniş qeyd olundu və həmin bayram jurnalistlər üçün daha çox yaddaqalan oldu. Belə ki, o bayramda bir çox jurnalistlər fəxri adlara, mükafatlara layiq görüldülər. Ən önəmlisi isə möhtərəm prezidentimiz İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adının yenidən bərpa olunması olub ki, həmin adlar mətbuatın 130 illik yubileyində jurnalistlərə verilib. Son 5 il ərzində  keçirilən peşə bayramlarında jurnalistlər fəxri adlar və təltiflərlə mükafatlandırılmayıblar.
    16.07.10 Məqaləni oxumaq
     
    Mətbuat Şurası Prezident Administrasiyasına siyahı təqdim edib
    Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bizə müsahibə verib.

    - Jurnalistlərə dövlət tərəfindən fəxri adların verilməsi ilə bağlı müraciət edənlərin siyahısı hazırdırmı?

    - Jurnalistlər, redaksiyalar Mətbuat Şurasına bu sahədə xidmətləri olan insanların adlarını təqdim ediblər. Prezidentin Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı müvafiq Sərəncamında nəzərdə tutulub ki, Mətbuat Şurası mətbuatın inkişafında xidmətləri olan insanları müəyyənləşdirib onların siyahısını Prezident Administrasiyasına  təqdim etsin. Yəni, bu Sərəncam Mətbuat Şurasına da aid olduğundan Mətbuat Şurası da daxil olan müraciət əsasında siyahı hazırlayaraq Prezident Administrasiyasına təqdim edib. Müraciət edənlərin sayı barədə dəqiq heç nə deyə bilmərəm.

    - Prezident Administrasiyasına təqdim olunan siyahında əyalət mətbuatında çalışan həmkarlarımızın çəkisi nə qədərdir?

    - Prezident Administrasiyasına ünvanladığımız məktubda demək olar ki, əksəriyyət əyalət mətbuatının nümayəndələridir.
    12.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30