Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    DYP əməkdaşları öz vəzifələrinin icrasına böyük məsuliyyətlə yanaşırlar
    Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Cəmşid Hənifəyev: «Biz bütün valideynləri məktəbyaşlı uşaqların yol hərəkəti qaydaları sahəsində maarifləndirilməsi işində məsuliyyətli olmağa çağırırıq»

    Azərbaycan Respublikası hökuməti dövlətimizin vətəndaşlarının təhlükəsizliyinə böyük diqqət ayırır ki, bu da müasir Azərbaycan cəmiyyətinin həyat fəaliyyətinin bütün sahələrinə qarşı göstərilən hərtərəfli qayğıda özünü büruzə verir. Göstərilən kontekstdə mühüm məsələlər sırasında yol hərəkətinin təhlükəsizliyi də durur. Həmçinin qeyd etmək lazımdır ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ilk növbədə, Dövlət Yol Polisi əməkdaşlarından asılıdır. Əməkdaşlarımız BDYPİ-nin konkret fəaliyyətinə dair suallarla Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Cəmşid Hənifəyevə müraciət ediblər.

    - Hazırkı gündə sürücülərin yol hərəkəti sahəsinə dair bilik səviyyəsi Sizi qane edirmi?

    - Bu gün sürücülərin yol hərəkəti qaydalarına dair bilik səviyyəsi olduqca aşağıdır və şübhəsiz ki, biz onlardan razı ola bilmərik. Xüsusilə, bir faktı qeyd etmək lazımdır ki, sürücülərin çox aşağı faizi yollarda sürücülük mədəniyyətinə malikdir. Misal üçün, elə sürücülər vardır ki, onlar məhz məlumatsızlıq səbəbindən yol hərəkəti qaydalarının pozulmasına yol verirlər.
    26.11.10 Məqaləni oxumaq
     
    “Ümumilikdə götürdükdə seçki kampaniyası normal keçdi”
    “Parlament-2010» koalisiyası təmsilçisi İbrahim Əliyev müsbət məqamlarla yanaşı, bəzi çatışmazlıqları da aşkar etdiklərini bildirdi 

    Artıq parlament seçkilərinə cəmi iki gün qaldı. Noyabrın 7-də vətəndaşlar seçki məntəqələrinə yollanıb bəyəndikləri namizədə səs verəcəklər. Təbii ki, hər şeydən əvvəl əsas gözlənti seçkilərin azad, demokratik və şəffaf keçirilməsidir. Çünki parlament seçkilərinə həm yerli səviyyədə, həm də beynəlxalq aləmdə böyük maraq var. Seçkilərin hansı formada keçirilməsinin müəyyənləşdirilməsi üçün isə qeyri-hökumət təşkilatlarının keçirdikləri monitorinqin və müşahidənin böyük əhəmiyyəti var. 7 noyabr seçkilərində bir sıra qeyri-hökumət təşkilatları bu missiyanı həyata keçirmək niyyətindədirlər.  Bir neçə qeyri-hökumət təşkilatının təsis etdiyi «Parlament-2010» koalisiyası da seçki prosesinin monitorinqini aparır. Artıq koalisiya seçkiqabağı mühitin öyrənilməsi ilə bağlı monitorinqlərini yekunlaşdırıb. Onların gəldiyi ümumi nəticələr barədə məlumat almaq üçün koalisiyanın təmsilçisi İbrahim Əliyevə müraciət etdik. Müsahibimiz əvvəlcə seçki günü monitorinqlərin aparılması üçün aparılan hazırlıq işləri barədə məlumat verdi:

    - Bu günlərdə biz mütəmadi olaraq seçki günü dairələrdə və məntəqələrdə müşahidə aparacaq şəxslər üçün treninqlər keçirmişik. Həmin treninqlərdə iştirak edənlərə müşahidə və monitorinq işinin özəllikləri barədə məlumatlar verilib, təlimlər keçirilib. Çalışmışıq ki, bizimlə əməkdaşlıq edəcək şəxslərə işin mahiyyətini izah edək. Biz təlim iştirakçılarının bilmədikləri, qaranlıq məsələləri onlara izah etmişik.
    04.11.10 Məqaləni oxumaq
     
    “Study in America”nın qurucusu Tamer Türkman: “Kaspi” Azərbaycanda bir nömrəli təhsil mərkəzidir”
    Son illər Azərbaycan təhsil sistemində təhsil mərkəzlərinin artan peşəkar rolu, xarici ölkələrdə bu sahədə peşəkar fəaliyyət göstərən mütəxəssislərin ölkəmizə olan marağını getdikcə artırır. Belə mütəxəssislərdən biri də “Kaspi” Təhsil Mərkəzinin qonağı  -  ABŞ-da yaşayan dünya şöhrətli “Study in America”nın (Amerikada Təhsil) qurucusu Tamer Türkmandır. T.Türkman AZADİNFORM-a müsahibə verib:  

    - Mənim ailəm 1954-cü ildən ABŞ-da yaşamasına baxmayaraq, daim fəaliyyətimizdə türk mənşəyimizi unutmamışıq. Birləşmiş Ştatlarda böyüyüb, təhsil alıb formalaşmağıma baxmayaraq, milli mənsubiyyətim mənim üçün başlıca şərt olub. Mənim atam da professordur. Özüm iyirmi beş yaşımda ABŞ-ın Maryland ştatında “Study in America”nı yaratmışam və hazırda mərkəzi ofis ora olmaqla bütün dünya üzrə fəaliyyət göstəririk. Bütün türk mənşəli ölkələr kimi Azərbaycan da mənə yaxın və doğma torpaqdır. Bu hisslər ənənəvi olaraq mənim qanıma hopduğu üçün həmişə Azərbaycandan olan tələbələrə xüsusi doğmalıqla yanaşmışam. 1993-cü ildən bəri biz ABŞ-da təhsil almaq istəyən türk tələbələrinə istənilən şəkildə yardımçı oluruq. Həmçinin 2007-ci ildən başlayaraq Azərbaycandan olan tələbələrə də bu sahədə yardım edirik. Biz adətən ABŞ-da fəaliyyət göstərən məktəblərə qəbulla bağlı yardımlarımızı göstəririk.
    05.10.10 Məqaləni oxumaq
     
    “Hər həkimdə plastik cərrahlıq alınmır”
    Xətai Estetik Klinikasında fəaliyyətə başlayan dünya şöhrətli estetik-cərrah Mortan Rezai Məzahiri insanları gözəlləşdirməkdən zövq alır

    Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da estetik cərrahiyyəyə maraq xeyli artıb. Belə bir maraq və ölkənin sosial- iqtisadi inkişafı müxtəlif ölkələrdən Bakıya bu sahədə ixtisaslaşmış, görkəmli mütəxəssislərin səfərlərini çoxaldıb. Belə mütəxəssislərdən biri də bu günlərdə ABŞ-dan ölkəmizə işgüzar səfərə gələn və Bakıda olduğu müddətdə Xətai Estetik Klinikasında fəaliyyətə başlayan dünya şöhrətli estetik-cərrah doktor Mortan Rezai Məzahiridir. O, bizim müsahibimiz olub:
    - Burada çox gözəl deyirlər: “mən fəxr edirəm ki, azərbaycanlıyam”. Mən də istəyirəm söhbətimizə elə buradan başlayam. Çünki, mən də əslən Cənubi Azərbaycandanam və inanmazsınız ki, qürbətdə olan şəxs üçün bu ifadə necə də inqilabidir. Bizə burada İran azərbaycanlısı deyirlər. Mən də 1935-ci ildə Təbrizdə doğulmuşam. Lakin, üç yaşımda biz Tehrana köçdük. On səkkiz yaşıma qədər ailəmlə birgə Tehranda yaşadım. Orta təhsilimi bitirdikdən sonra ali təhsil almaq üçün üz tutdum Almaniyaya. O zaman İran sakinləri üçün Almaniyaya getmək o qədər də çətin deyildi. Berlində Tibb Universitetinə qəbul oldum və yeddi il orada təhsil aldım. Təvazökarlıq etmirəm, amma deməliyəm ki, Almaniyada tibb sahəsində ali məktəbə qəbul olmaq çox çətin idi. Xüsusi istedada və marağa çox üstünlük verilirdi. Çünki, tibb sahəsinə qəbul olduqdan sonra təhsili dövlət özü maliyyələşdirirdi. Şansım elə gətirdi ki, mən də bu cür xoşbəxtlər sırasında oldum. Ona görə xoşbəxtlər deyirəm ki, o zaman üçün pulsuz təhsil, özü də ali səviyyədə, tibb sahəsində və Almaniya kimi elm mərkəzində əlçatmaz bir şey idi. Universiteti uğurlu nəticələrlə bitirdim və 4 il Almaniyanın müxtəlif şəhərlərində cərrahlıqla məşğul oldum. Bundan sonra ABŞ-da cərrahiyyə klinikalarında fəaliyyət göstərmək üçün giriş imtahanı verdim və uğurla keçdim. ABŞ-a gəldikdən sonra ardıcıl bir neçə ştatda əlavə olaraq 4 il ümumi cərrahiyə, 2 il də plastik cərrahiyə üzrə universal kurs keçdim. Bu, təxminəm 60-cı illərin əvvəlləri idi. Artıq 1970-75-ci illərdə ABŞ-da kifayət qədər tanınan plastik cərrah idim.
    30.09.10 Məqaləni oxumaq
     
    “Mənim şüara ehtiyacım yoxdur”
    Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov seçkidə şüarsız da qalib gələcəyinə inanır

    Parlament seçkilərinə rəsmən start verilməsi ilə siyasi fəallığın artması eyni vaxta təsadüf edir. Siyasi partiyalar yanaşı, fərdi namizədlər də noyabrın 7-də şanslarını sınamaq istəyirlər. Məhz bu səbəbdəndir ki, deputat olmaq istəyənlərin sayı gündən-günə artır. Artıq Mərkəzi Seçki Komissiyasından imza vərəqəsi götürən namizədliyə iddialıların sayı 1000 nəfərə yaxınlaşmaqdadır. Amma təbii ki, namizədliyini verənlərin heç də hamısının seçilmək şansları yüksək deyil. Bu baxımdan, seçilmək şansı daha yüksək olan şəxslərin, millət vəkillərinin, siyasi partiya təmsilçilərinin seçki prosesi ilə bağlı rəyləri maraq doğurur. Bütün bunları nəzərə alaraq Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılova müraciət etdik. Qeyd edək ki, bu seçkilərə «İslahat» seçki blokunun tərkibində qatılan Ədalət Partiyası bu seçkilərdə Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları ilə tərəfdaş olacaq. Hazırda namizədliyini irəli sürmək üçün Tovuzda olan İ.İsmayılov seçki prosesi ilə bağlı fikirlərini bizimlə bölüşdü.

    - İlyas müəllim, artıq seçki kampaniyasına start verilib. Seçki mühitini necə qiymətləndirirsiniz?

    - Məncə, seçkilərin keçirilməsi üçün çox yaxşı şərait yaradılıb. Kim istəyir namizədliyini irəli sürür. Bütün namizəd olmaq istəyənlər kimi biz də çox rahat şəkildə bu prosesə qoşulmuşuq. İndiyədək seçki ilə bağlı atdığım addımlarda heç bir maneə ilə üzləşməmişəm.
    24.09.10 Məqaləni oxumaq
     
    “Hakim partiyanın seçdiyi yol da prosesə aktivlik verəcək”
    Millət vəkili Əli Məsimli hər dairədə ciddi rəqabətin müşahidə olunacağını proqnozlaşdırır

    Artıq parlament seçkiləri kampaniyasına rəsmən start verilib. Ayrı-ayrı fərdi namizədlər, siyasi partiyalar, siyasi partiyaların yaratdıqları seçki blokları namizədlərin irəli sürülməsinə başlayıblar. Hakim Yeni Azərbaycan Partiyası müdafiə edəcəyi namizədlərin siyahısını təsdiqləyib, AXCP ilə Müsavat da namizədlərin razılaşdırılması prosesini davam etdirirlər. Bundan əlavə, müxalifət düşərgəsini təmsil edən partiyalar əlavə dörd seçki bloku da yaradıblar. Seçkiyə həm də çoxlu sayda bitərəf namizəd qoşulmaqdadır. Belə namizədlərdən biri də 5 il əvvəl parlament seçkilərinə «Yeni siyasət» blokunun namizədi kimi qoşulan iqtisadçı millət vəkili Əli Məsimlidir. Onunla söhbətimizdə seçkiqabağı durum və hansı qüvvələrin şanslı olmasına toxunduq. 

    - Artıq seçkilərə rəsmən start verilib. Seçki mühiti ilə bağlı ilkin təsəvvürləriniz necədir?

    - Ümumi seçki prosesi barədə rəy vermək çətindir. Çünki seçki prosesi bir neçə mərhələdən ibarət olur. Hələlik biz başlanğıc mərhələdəyik. Getdikcə digər mərhələlərə də start veriləcək və seçki ab-havası da çox hiss olunacaq. Deputatlığa namizəd olmaq istəyənlər imza vərəqələrini təhvil verib namizəd kimi qeydə alınandan sonra çox şeyə aydınlıq gələcək. Şəkililər demiş oktyabrın 15-dən seçki prosesi tamamilə qızışacaq. Hələlik həmin vaxta bir az var. Bu səbəbdəndir ki, hələlik seçki ab-havası da o qədər hiss olunmur. Tədricən fəallıq artacaq.
    23.09.10 Məqaləni oxumaq
     
    “Müxalifətin seçkiyə 5 blokla getməsi səsləri parçalayacaq”
    Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa seçkilərin ciddi rəqabətə səhnə olacağını düşünür

    Artıq parlament seçkiləri kampaniyasına rəsmən start verilib. Ayrı-ayrı fərdi namizədlər, siyasi partiyalar, siyasi partiyaların yaratdıqları seçki blokları namizədlərin irəli sürülməsinə başlayıblar. Hakim Yeni Azərbaycan Partiyası müdafiə edəcəyi namizədlərin siyahısını təsdiqləyib, AXCP ilə Müsavat da namizədlərin razılaşdırılması prosesini davam etdirirlər. Bundan əlavə, müxalifət düşərgəsini təmsil edən partiyalar əlavə dörd seçki bloku da yaradıblar. Bu seçki bloklarından biri olan «İslahat»da təmsil olunan Böyük Quruluş Partiyası da seçkilərdə uğur qazanmağa iddialıdır. Bu blokda Böyük Quruluşdan başqa Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət partiyaları da təmsil olunur. BQP sədri, millət vəkili Fazil Mustafa ilə söhbətimizdə də seçkiqabağı durum barədə dəyərləndirmə apardıq.

    - Fazil müəllim, artıq seçkilərə rəsmən start verilib. Seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

    - Seçki öncəsi prosesin demokratikliyinin təmin edilməsi üçün lazımi addımlar atılıb. Hamının seçkilərdə iştirakı üçün şərait yaradılıb. Namizədliyini irəli sürmək istəyən hər bir şəxs sərbəst şəkildə bunu edə bilər. Bu ərəfədə yeni seçki bloklarının formalaşması, əksər partiyaların seçkidə iştirak qərarlarını açıqlamaları da bunu göstərir. Bütün bunlar həm də ona işarədir ki, builki parlament seçkiləri çox ciddi rəqabət şəklində keçəcək. Hesab edirəm ki, yaranan ayrı-ayrı seçki bloklarının bölgələrdə namizədlər irəli sürmələri yerlərdə canlanma yaradacaq. Mən ümid edirəm ki, noyabrın 7-də ölkədə normal rəqabət mühitində azad seçkilər keçiriləcək. Seçkilərə də məhz bu baxımdan qoşuluruq.
    22.09.10 Məqaləni oxumaq
     
    “Medvedevin Bakıya gəlməsinə ehtiyac yox idi”
    Rusiyanın Ermənistanla imzaladığı protokollardan sonra regiondakı geosiyasi proseslərdə müəyyən dönüş yarandı. Bununla əlaqədar olaraq regoinda liderlik statusuna malik Azərbaycan ekspertlərin daha çox müzakirə obyektinə çevrildi. Cənubi Qafqazda gərgin münaqişə ocaqlarından biri olan Azərbaycanın itirilmiş torpaqları bu proseslərin fonunda qaynar bir nöqtəyə çatıb. Bu və ya digər məsələləri keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə KƏLAMİNFO-ya şərh edib.

    - Vəfa müəllim, Rusiya adətən Ermənistanla əməkdaşlıqda bu ölkənin təhlükəsizliyini, Azərbaycanla əməkdaşlıqda isə daha çox iqtisadi və ikitərəfli əməkdaşlığı önə çəkir. Bu fərqli yanaşmanı necə izah edərdiz?

    - Məsələnin acınacaqlı halı ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiya etdiklərinin əksinin göstərən nə bəyanat verirsə, hamı az qala ona inanır. Moskva İrəvanla bağladığı protokollarla Ermənistanın təhlükəsizliyini önə çəkərək, əslində Azərbaycanın Ermənistan tərəfdən zəbt olunmuş ərazisi – Qarabağın işğalını əbədiləşdirir. Həmin sənədlərlə Rusiya bunu təsdiq etdi. Düzdür əbədi heç nə yoxdur, lakin bu o demək oldu ki, nə qədər Rus imperiyası var, Qarabağ da işğal altında olacaq. Eyni zamanda hadisələri yaxından izləyən şəxs kimi onu da deməliyəm ki, Rusiyanın da varlığına çox qalmayıb. Onun xarici siyasətdə göstərdiyi aktivlikdən asılı olmayaraq, yaxın 10 ilə Rusiya özü parçalanacaq. Ən əlverişli zaman da o vaxt yetişəcək ki, Azərbaycan Ermənistanla öz haqq-hesabını çəksin. O ki, qaldı Rusiyanın Azərbaycanla canfəşanlıq göstərdiyi əməkdaşlığa, onlar əsasən də son imzalanan sənədlərlə bizə vurduqları zərbəni yumşaltmaq üçün, əhəmiyyətsiz də olsa mövzular ortaya atıb Bakı ilə müzakirələr təmasında olmaq istəyirlər. Sərhədlərin delimitasiyası və digər mövzuları ortaya atmaqla Moskva bizim başımızı qatır. Bu delimitasiya məsələsi 1990-cı ildən başlayıb, hələ də Rusiyanın əlində Azərbaycanla danışıqlar aparmaq üçün mövzudur. Bütün bunlar faktiki olaraq əhəmiyyətsiz əməkdaşlıqdır və Bakının gözündən “pərdə asmaq” kimi bir şeydir.
    06.09.10 Məqaləni oxumaq
     
    “Şou-biznesdə vəziyyət istədiyimiz səviyyədə deyil”
    Son illərin dillər əzbəri olan “şou-biznes” mədəniyyətinin Azərbaycanda formalaşması məsələsi ölkə gündəmini yenə də zəbt etməkdədir. Bir çoxları bunun üçün müvafiq qanunun qəbuluna da ehtiyac olduğunu düşünür. KƏLAMİNFO-nun bu məsələ ilə bağlı suallarına Milli Məclisin Mədəniyyət Komitəsinin  sədri,  filologiya elmləri doktoru, professor Nizami Cəfərov cavab verir: 

    - Bu məsələni xeyli müzakirə etmişik. Azərbaycan şou-biznesində xeyli qanun-qayda yaradılıb. Ancaq təbii ki, bu, bizim istədiyimiz səviyyədə deyil. Yenə də peşəkarlığın yüksəldilməsinə ehtiyac var. Müəyyən verigidən yayınma məsələləri var ki, o da qaydaya düşməlidir. Bizim televiziyalarımız, xüsusilə şou-verilişləri hazırlayanda bu sahənin mütəxəssisləri, böyük sənət adamları ilə məsləhətləşməlidirlər. Ən azındadan, televiziyalarda bu sahələrə nəzarət edən komissiya olmalıdır. Yəni, bunlar hələlik yoxdur. Amma bununla yanaşı, təkamül də hiss olunur.

    - Nizami müəllim, fonoqram oxumaqla bağlı qaydaların sərtləşdirilməsinə ehtiyac varmı?

    - Fonoqram oxumağın qarşısını almaq üçün müəyyən işlər görülür. Deyək ki, dövlət konsertlərində fonoqramdan istifadə olunmur. Artıq xeyli vaxtır ki, bu, qadağan olunub. Eyni zamanda fonoqramın işlədilməsi lazım olan müəyyən yerlər var. Bu, xeyli dərəcədə mürəkkəb bir texniki prosesdir.
    04.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan nadir ölkələrdəndir
    Burada bir çox millətlər və dini konfessiyalar dinc yanaşı yaşayır

    Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun
    www.yap.org.az  saytına müsahibəsini təqdim edirik.

    - Hidayət müəllim, istərdik ki, öncə ölkəmizdəki mövcud dini durum haqqında məlumat verəsiniz. Bu sahədə vəziyyəti necə dəyərləndirmək mümkündür?

    - Ölkədə dini durum sabit və normaldır. Dövlətimiz öz vətəndaşlarının vicdan azadlığını tam təmin edir, dini duruma qanunsuz yollarla müdaxilə olunmasının qarşısını alır. O cümlədən dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, əsrlərdir mövcud olan tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, dini dözümsüzlük meyillərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir.

    - Azərbaycan çoxsaylı xalqların yaşadığı ölkədir. Bu baxımdan, tolerant ölkə olaraq Azərbaycan beynəlxalq miqyasda necə dəyərləndirilir?
    03.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30