Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    “Əsas məqsəd elm və biznesin birliyinə nail olmaqdır”
    İlqar Orucov: “Gənc alimlərimizin elmdə qalması və onların daha effektiv fəaliyyət göstərmələrinə dəstək lazımdır”

    AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri namizədi İlqar Orucov gənc alimlərin fəaliyyəti, onların sosial-iqtisadi vəziyyəti, elmə gətirdikləri yeniliklər və digər məsələlərlə bağlı “Azadinform”un suallarını cavablandırıb.

    - İlqar müəllim, gənc alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyiniz təkliflərin  reallaşması istiqamətində hansı yeniliklər var?

    - Gənc alimlərin mənzillə təmin edilməsinə münasibət müsbətdir, amma bununla bağlı konkret qərar yoxdur, hələlik gözləyirik. Təkliflərimiz "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına salınıb. Eyni zamanda bu məsələ Elmin İnkişafı ilə bağlı Milli Strategiyada da nəzərə alınıb. Hələlik bununla bağlı ortada rəsmi yekun qərar yoxdur. Yəqin ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq və təbii ki, bir daha müraciətimiz olacaq.

    - Yenidən edəcəyiniz müraciət nədən ibarət ola bilər?

    - Müraciətimiz yenə də ipoteka şərtlərinin yüngülləşdirilməsi ilə bağlı olacaq. Düzdür, bununla bağlı iş gedir, ancaq istəyirik ki, bu proses sürətləndirilsin. Müraciətdə, həmçinin gənc alimlərin sosial problemləri ilə bağlı məsələ olacaq. Bu, heç də asan məsələ deyil və buna zaman lazımdır. Amma hesab edirəm ki, çox gözləməyin də bir səmərəsi yoxdur. Çünki bizim alimlər var ki, mənzil-məişət şəraiti ilə bağlı ciddi problemlərlə üzləşirlər. Hesab edirəm ki, bu işləri sürətləndirmək vacibdir.
    26.04.12 Məqaləni oxumaq
     
    “Fransanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası etibarsızdır”
    Bahar Muradova: “ATƏT PA buna mütləq öz münasibətini bildirməlidir”

    Milli Məclisin vitse- spikeri, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova “KƏLAMİNFO”nun suallarını cavablandırıb.

    - Bahar xanın, ATƏT PA-nın növbəti sessiyasında Xocalı soyqırımı ilə bağlı sənədin müzakirəyə çıxarılacağından söhbət gedir...

    - İnanmıram növbəti sessiyada Xocalı soyqırımı ilə bağlı hansısa sənəd ortaya çıxarılsın. Çünki bunun üçün ATƏT PA-da müəyyən bir prosedur olmalıdır və ondan sonra bu sənəd müzakirəyə çıxarıla bilər. Üstəlik də nəzərə alaq ki, ATƏT PA belə bir sənədi müzakirə etməkdə maraqlı deyil. Biz neçə illərdi ki apardığımız mübarizədə bunun şahidiyik. İndiyə qədər sadəcə dinləmələr təşkil edə bilmişik. Onlardan ancaq yeganə bunun razılığını almışıq. Yəni tərəflərin ziddiyyətli mövqeyi olduğundan Xocalı soyqırımı ilə bağlı sənədlər orada müzakirəyə çıxarıla bilməyib.
    Ümumilikdə bu il ATƏT-ə sədrlik edəcək İrlandiya nümayəndəsi 2012-ci ili münaqişələrin həlli ili kimi bəyan edib. Ona görə də bu ilin ümumilikdə ATƏT regionunda olan münaqişələrin həllinin ciddi müzakirə predmeti olacağını düşünürəm.
    15.02.12 Məqaləni oxumaq
     
    “Rusiya cənub sərhədlərində stabilliyin təmin olunması marağındadır”
    Aydın Mirzəzadə: “Ermənistanın inkişafında ciddi problemlərin yaşanması Moskvanı ciddi addımlar atmağa vadar edir”

    Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə “KƏLAMİNFO”nun suallarını cavablandırıb.

    - Aydın müəllim, ötən gün Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında növbəti Soçi görüşü keçirildi. Bu görüşün əvvəlki görüşlərdən hansısa fərqi varmı?

    - Fərq var və özü də bir neçə vəziyyətdə fərq var. İlk fərq odur ki, əvvəlki görüşlər arasında zaman kəsiyi qısa olsa da, son görüşün baş tutması xeyli zaman çəkdi. Bura onu da daxil eləmək olar ki, əvvəlki görüşlər zamanı ABŞ-dan və Fransadan olan həmsədrlərin görüş üçün müraciətləri də əsas rol oynayırdı. Amma bu dəfə Moskva digər həmsədrlərin iştirakı olmadan bu görüşün təşkilatçısı oldu. İkinci önəmli fərq odur ki, Rusiya prezidentinin səlahiyyət müddətinin bitməsinə cəmi ay yarım qalıb, Rusiyanın kifayət qədər görəcək işi var. Bununla belə, bu cür məqamda Azərbaycan və Rusiya prezidentlərinin görüşünü də vacib saydı. Bu da onu göstərir ki, bütövlükdə görüş Rusiya dövlətinin birbaşa marağındadır. Artıq Moskvanın marağı ortaya çıxır. Yəni Rusiya indiki vəziyyətində yaxın sərhədlərində olan iki ölkə arasında istənilən vəchlə münasibətlərin normallaşmasına çalışır.
    24.01.12 Məqaləni oxumaq
     
    “Biz Türkiyə tarixçiləri ilə əməkdaşlığın yaradılmasında gecikmişik”
    Musa Qasımlı: “İnsan düşüncələri üzərinə qadağaların qoyulması Fransanı orta əsrlər dövrünə qaytarır”

    Azərbaycan Milli Məclisinin üzvü, tarixçi alim Musa Qasımlı suallarımızı cavablandırıb.

    - Musa müəllim, son vaxtlar dünya siyasi səhnəsində Türk dünyasına qarşı tarixi hadisələrdən bəhs edən iddialar güclənir. Proseslərin belə bir yön alması nədən qaynaqlanır?

    - ABŞ ilə SSRİ arasında soyuq müharibə ikincinin dağılması nəticəsində başa çatdıqdan sonra bölgədə yeni müstəqil dövlətlər yarandı ki, bunların da demək olar yarısı türk dövlətləri oldu. Yəni türk coğrafiyası yenidən dirçəldi. Bu da dünyada bir sıra ölkələri narahat edir. Atılan qeyri-obyektiv addımlar da türk dünyasının bu şəkildə güclənməsinə qarşı yönəlib. Xüsusilə də bu addımlar digər tük dövlətlərinin dəstəyindən ilhamlanan Türkiyənin Avropa Birliyinə gedən yolunun qarşısını almaq məqsədi güdür. Eyni zamanda, həmin qüvvələr Yaxın Şərqdə Türkiyənin artan rolunun məhdudlaşdırılmasına qarşı işləyirlər. Bu gün heç bir zaman olmayan uydurma erməni soyqırımı ilə bağlı sənədin Fransa kimi dövlətin parlamentində müzakirəyə çıxarılmasının da tarixi həqiqətlə heç bir əlaqəsi yoxdur.
    09.01.12 Məqaləni oxumaq
     
    “Azərbaycanda hələ ki, təkcə kosmik turizmin potensialı yoxdur”
    Bahadur Bilalov: “Ölkədə turizmin ən yaralı yeri xidmətlə qiymət arasındakı tərs-mütənasiblikdir”

    Azərbaycanda “Turizm ili” elan olunan 2011-ci il başa çatmaq üzrədir. İl ərzində bu sahənin, görülən işlərin lehinə və əleyhinə bir çox fikir səsləndi, rəylər bildirildi. Yekun olaraq təbii ki, mütəxəssis fikrinə ehtiyac var və bu məqsədlə suallarımızı Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalova ünvanladıq:

    - Azərbaycanda turizm potensialının böyük olması hər zaman deyilir. Bu potensialdan yetərincə istifadə edə bilirikmi? Bu gün turizmimiz olmalı olduğu səviyyədədirmi?

    - Doğrudan da, turizmin inkişaf etdirilməsi üçün Azərbaycanın potensialı çox böyükdür. Sadəcə olaraq, biz bu potensialı hələ lazımi səviyyədə turizm məhsuluna çevirə bilməmişik. Düzdür, Azərbaycanda turizmin tarixi kökləri var, ta qədim zamanlardan Azərbaycan səyyahların, elm adamlarının, səyahətsevərlərin marağında olan bir yer olub, sovet dönəmində turizmin maddi-texniki bazasının formalaşması yönündə iş görülüb. Amma sovet turizmi ilə bugünkü turizmin arasında fərq var. Sovet zamanı turizm bir biznes sahəsi kimi nəzərdə tutulmurdu. Hələ ötən əsrin 80-ci illərində Azərbaycanda atçılıq turizminin inkişafı gündəmdə idi.
    20.12.11 Məqaləni oxumaq
     
    «Bu cür hesabatlara əhəmiyyət verməməliyik»
    Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə «Amnesty İnternational»ın hesabatının qeyri-obyektiv olduğunu düşünür

    Bu günlərdə «Amnesty İnternational» təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabat narazılıqlara səbəb olub. Hsabatda yer alan bəzi fikirlər həqiqəti əks etdirmir, bəzən isə kiçik xarakterli hadisələrin şişirdilməsi müşahidə olunur. Hesabatla bağlı fikirlərini öyrənmək üçün hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadəyə müraciət etdik.

    - Çingiz müəllim, «Amnesty İnternational» təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabatı necə qiymətləndirirsiniz?

    - Mən bu hesabatla tanış olmuşam və hesab edirəm ki, bu, obyektiv deyil. həm bu təşkilatın, həm də digər beynəlxalq təşkilatların bu tipli hesabatlarında yer alan fikirlərin, məlumatların heç bir mənbəyi göstərilmir. Nə qədər ki, bu tipli hesabatlarda informasiyanın mənbəyi obyektiv göstərilməyəcək, onları obyektiv hesab etmək olmaz. Bunu həm «Amnesty İnternational», həm “Freedom House”, həm də ABŞ Dövlət Departamenti nəzərə almalıdır. Mən bu təkliflərimi Azərbaycanda və xaricdə həmin təşkilatların təmsilçiləri ilə keçirdiyim görüşlərdə də səsləndirirəm. Təklif edirəm ki, hesabatlarda yer alan informasiyaların mənbələrini mötərizə içərisində göstərsinlər. Hesabatlar bu cür olsa onlar daha inandırıcı olarlar. Çünki mən bilirəm ki, bəzi QHT təmsilçiləri var ki, bu kimi təşkilatlara informasiya verəndə özlərinin hakimiyyətə olan münasibətlərini də oraya əlavə edirlər. Başqa sözlə desək sətiraltı da olsa hakimiyyətə olan mənfi münasibətlərini ötürdükləri informasiyaya da əlavə edirlər.
    19.11.11 Məqaləni oxumaq
     
    “Özümü həmişə ikinci plana atdım”
    Günay Kılıc: “Qadını güclü olmayan cəmiyyət çökməyə məhkumdur”

    Azərbaycan Jurnalist Qadınlar  Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər klubu”nun qonağı bu dəfə Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Hulusi Kılıcın xanımı Günay Kılıc olub. O, xanım jurnalistlərin suallarını cavablandırıb. “KƏLAMİNFO” səfirin xanımı ilə müsahibəni təqdim edir.

    - Günay xanım , təklifimizi qəbul etdiyinizə görə sizə təşəkkür edirik.  Xanımlarımız üçün maraqlıdır, özünüzü bir ana və bir həyat yoldaşı kimi necə xarakterizə edə bilərsiniz?

    - Ailə quranda 22 yaşım var idi. Ailədən aldığım tərbiyə və dinimizin gərəyi olaraq ailəni daima müqəddəs qəbul etdim. Atam bizə belə deyərdi: “İçəridə nə yaşarsanız yaşayın, amma kənarda həmişə dik durun. Probleminizi evdə buraxın, gözəllikləri kənara çıxarın”.  Bu nəsihət mənim və üç bacımın evlilik fəlsəfəsi oldu. Ailəmizi,  dolayısıyla həyat yoldaşımızı hər zaman ön planda tutduq. Böyüklərimizin ifadəsiylə həyat yoldaşımızı “evimizin dirəyi” qəbul etdik. Amma bununla bərabər, öz mənliyimizi və gücümüzü də mühafizə edə bildik.
    Mən 23 yaşımda ana oldum. Oğlumu qucağıma alanda  bənzərsiz sevginin xoşbəxtliyini yaşadım. Eyni zamanda, üzərimdə olan çox böyük məsuliyyəti də hiss etdim. Övladıma verəcəyim hər şeyin vətənə geri dönəcəyini düşündüm. Oğlum iki yaşında olanda Fransaya getdik.
    25.10.11 Məqaləni oxumaq
     
    “Norveçin xarici əsilli icmaları içində fəallığımıza görə ilk beşliyə düşərək başqalarından fərqlənirik”
    Ramil Əliyev: “Həmvətənlərimiz fəallıqlarını daha da artırmalıdır ki, haqq səsimizi daha yüksək səviyyədə çatdıra bilək”

    Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev “KƏLAMİNFO”nun suallarını cavablandırıb.

    - Ölkənin ictimai-siyasi həyatında rəhbərlik etdiyiniz cəmiyyətin fəallığı necədir? Ümumilikdə Norveçin siyasi həyatında necə bir rol oynayırsınız?

    - Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (təşkilat Norveçdə və beynəlxalq səviyyədə “NAYO” kimi tanınır) fəaliyyət göstərdiyi ölkənin, yəni Norveçin ictimai-siyasi həyatında təmsil olunmaq baxımından çox aktivdir. 2006-ci ildə Norveçin paytaxtı Oslo şəhərində yaranan NAYO-nun əsas məqsədi Norveçdə yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiyasına yardımçı olmaq, onları təşkilatlandırmaq və hüquqlarını müdafiə etməkdir. Bildiyiniz kimi, Azərbaycanın Norveçdə səfirliyi yoxdur və təşkilatımız eyni zamanda norveçlilər üçün azərbaycana dair ilk informasiya və əlaqə mənbəyi rolunu oynayır. Qeyd etdiyim müxtəlif məqsəd və məramları yerinə yetirən NAYO Norveçin ictimai-siyasi həyatında fəal rol oynamaya bilməz. Biz Norveçin xarici əsilli icmaları içində fəallığımıza və şəbəkəmizə görə ilk beşliyə düşərək başqalarından fərqlənirik. Onu da deyim ki, NAYO Norveçin Gənclər Konsulluğunun daimi üzvü olan ilk qeyri-norveç kökənli təşkilatdır. Norveçdə yaşayan azərbaycanlılardan sayca dəfələrlə çox olan icmalar belə bu konsulluqda təmsil oluna, Norveçin gənclərlə bağlı siyasətində mövqe tuta bilmirlər. Bu il Norveçdə keçirilmiş bələdiyyə seçkilərində də NAYO çox aktiv rol oynadı.
    21.10.11 Məqaləni oxumaq
     
    Elxan Süleymanov: "AVRONEST PA-nın İşçi Qrupunda siyasi qrupların yaradılması və onların imtiyazları müzakirə ediləcək"
    toplantıda müzakirə ediləcək məsələlərlə bağlı Trend-in suallarını AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov cavablandırır.

    - AVRONEST PA-nın Prosedur Qaydaları üzrə İşçi Qrupu barədə məlumat verməyinizi xahiş edirik.

    - AVRONEST PA Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" (ŞT) ölkələrinin birgə parlament təsisatı kimi 2-3 may 2011-ci il tarixdə Brüsseldə təsis edilib. Onun qurumları kimi 4 komitə və 2 işçi qrupu yaradılıb. Bu Komitələrin və İşçi Qrupların içərisində Prosedur Qaydaları üzrə İşçi Qrupu Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu İşçi Qrupunun əsas vəzifəsi Assambleya və onun qurumları tərəfindən Prosedur Qaydalarının yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. Bu işçi qrupu həmçinin Prosedur Qaydalarına düzəlişlərin edilməsi prosesini stimullaşdırmaq üçün Büroya yazılı təkliflər təqdim edə bilər. Göründüyü kimi, Prosedur Qaydaları üzrə İşçi Qrupu AVRONEST PA-nın çox vacib bir qurumudur. Odur ki, bizim üçün bu İşçi Qrupuna kimin sədr olacağı prinsipal xarakter daşıyırdı.
    Təsadüfi deyil ki, AVRONEST PA təsis edilərkən bu İşçi Qrupuna ermənilər sədrlik etmək istəyirdi. Lakin bu Azərbaycanın maraqlarına cavab vermirdi. Odur ki, Azərbaycan nümayəndə heyəti qətiyyətlə bunun əleyhinə çıxış etdi və bildirdi ki, Ermənistan nümayəndə heyətinin üzvü Prosedur Qaydaları üzrə İşçi Qrupunun tək sədri ola bilməz. Bu qrupa sədr digər ölkələr - Ukrayna, Moldova, Gürcüstan ola bilər. Amma Azərbaycan ilə Ermənistanın təkbətək sədr olması düzgün deyil və yaxud ikimiz həmsədr ola bilərik. Ermənistan tərəfi bu İşçi Qrupuna çox maraqlı olduğundan hər ikimizin həmsədr olmasını qəbul etdi və beləliklə, biz Prosedur Qaydaları üzrə İşçi Qrupunun həmsədri kimi fəaliyyətə başladıq. Nəhayət, cari ilin 17 oktyabrında Prosedur Qaydaları üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək. Burada beş nəfər Avropa Parlamenti üzvü və beş nəfər ŞT ölkələri üzvləri təmsil olunur.
    14.10.11 Məqaləni oxumaq
     
    “Müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən iki təşkilatın akkreditasiyasına yenidən baxılacaq”
    Xudayat Həsənli: “Qanun pozuntusu aşkar edilsə, onların lisenziyası ləğv ediləcək”

    Azərbaycan Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli “KƏLAMİNFO”nun suallarını cavablandırıb

    - Xudayat müəllim, bu günlərdə Nazirlər Kabineti “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, təşkilatların akkreditasiyadan keçirilməsi Müəllif Hüquqları Agentliyinə həvalə edilib. Bu qərardan irəli gələn məsələlərlə bağlı  nə deyə bilərsiniz?

    - Bu qərarın mahiyyəti ondan ibarətdir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna uyğun olaraq müəlliflik və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Hazırda respublikada iki belə təşkilat fəaliyyət göstərir. Bu təşkilatların biri Azərbaycan Müəllifləri İctimai Birliyidir. Bu təşkilat musiqili əsər müəlliflərinin əmlak hüquqlarını idarə edir. İkinci təşkilat isə Azərbaycan Professional Kinorejissorlar Gildiyasıdır ki, bu da audio-vizual əsər müəlliflərinin əmlak hüquqlarının idarəçiliyini həyata keçirir. 
    30.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30