Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  8 9 10 11 12 13  #
    "Seçkilərə təkbaşına qatılacağıq"
    Fazil Mustafa: "Bloklarda fəaliyyət göstərmək potensialımızı məhdudlaşdırır"

    Məlum olduğu kimi, qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu baxımdan 2010-cu il ölkədə fəaliyyət göstərən siyasi partiyalar üçün mühüm illərdən biri hesab olunur. Artıq bir sıra siyasi partiyalar seçkilərdə hansı formada iştirak edəcəklərini dəqiqləşdirməyə başlayıblar. Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa isə hesab edir ki, seçkilərdə hansı formada iştirak əslində taktiki məsələdir.

    - Fazil müəllim, bilmək istərdik ki, partiyanız seçkilərə hazırlığa qeyri-rəsmi olsa da, start veribmi? Eyni zamanda, BQP bu seçkilərə təkbaşına, yoxsa blok şəklində gedəcək?

    - Əvvəla, seçkilərə hansı formada qatılmaq sırf taktiki məsələdir. İndidən seçkilərə bloklarla qatılmaq və yaxud ayrı formada iştirak məsələsi gündəmimizdə durmur. Bu, sadəcə, proseslərin gedişatında bəlli olacaq ki, partiyanın namizədlər potensialı, arsenalı nədən ibarətdir. Biz hər halda seçkilərdə təkbaşına iştirak etməyə daha çox meyilliyik və buna hazırlaşırıq...

    - Seçkilərə təkbaşına getməyə bəs nə üçün bu qədər meyillisiniz?

    - Seçkilərə təkbaşına qatılmağın üstünlüyü odur ki, biri var bloku tanıdasan, bir də var öz partiyanı tanıdasan. Ona görə partiyanın tanıtımı baxımından seçki prosesinə təkbaşına qatılmasını vacib sayırıq. Qeyd edim ki, istər sonuncu prezident seçkiləri, istərsə də bələdiyyə seçkiləri olsun, biz hər ikisinə təkbaşına qatıldıq və bu seçkilərdə partiyamızın təbliğatını xeyli qura bildik, bunun nəticəsində səs potensialımızı artırmağa nail olduq. İndi növbəti parlament seçkilərində də bu məqsədə nail olmağı əsas götürürük. Bu baxımdan çox güman ki, seçkilərə təkbaşına qatılacağıq.
    28.01.10 Məqaləni oxumaq
     
    "Bizdə insanların yaşamaq zövqü yoxdur"
    İlqar Əliyev, memar: "Bütün tikintilərdə şəhərsalma mütəxəssislərinə müraciət olunsa, çox gözəl effekt verə bilər"

    İlqar Əliyev Azərbaycanda yeganə memardır ki, 2007-ci ildə Amerikanın Tikinti Dizaynı İnstitutunun "Professional" kateqoriyası səviyyəsinə yüksəlib. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnən İ.Əliyev Azərbaycan Memarlar İttifaqının və Amerikanın Tikinti Dizaynı İnstitutunun üzvüdür. Ayrı-ayrı vaxtlarda həmin institutun illik təşkil etdiyi müsabiqədə "Ən yaxşı layihə" nominasiyası üzrə 1-ci və 2-ci yerlərin qalibi olub. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq, layihələndirmə və şəhərsalma kafedrasında müəllim kimi çalışır. İ.Əliyev keçən il ABŞ Konqresi kitabxanasının "World Oren" proqramı ilə ABŞ-da şəhərsalma mövzusu ilə bağlı seminar və məşğələlərdə iştirak edib. Hazırda azmərtəbəli evlərin layihələrini hazırlayır.
    İ.Əliyevin Bakıda şəhərsalma ilə bağlı fikirləri oxucular üçün də maraq doğurar.

    - Bu gün Bakıda şəhərsalma ilə bağlı ikili fikirlər var. Bəziləri deyir ki, qədim Bakının nə üzü, nə də izi qalıb, yəni şəhər simasını itirib. Bəziləri də deyir ki, Bakı durmadan inkişaf edir. Sizcə, bu fikirlərin hansı həqiqətə uyğundur?

    - Hazırda ölkə rəhbərliyi Bakını gözəlləşdirməyə çalışır. Neftdən qazanılan pulları xərcləməklə şəhəri bəzəyirlər. Bu bilirsiniz nəyə oxşayır? İnsan var ki, əlinə bir qədər pul düşəndə özünə maşın, ev və s. alır, ailə də var ki, həmin pulu övladının gələcəyi üçün xərcləyir, onun yaxşı təhsil almasına çalışır. Bu gün şəhərin gözəlləşməsinə xərclənən pullar gələcək üçün bəlkə də strateyi məqsəddir. Bütün Qafqazda ən baxımlı, ən gözəl şəhəri burada yaratmaq istəyirlər. Körpülər, rayonlara gedən yollar, kommunikasiyalar, tikilən binalarla bu şəhərin fərqli olmasına çalışırlar. Bu, gələcək üçün gözəl plandır. Ancaq tarixə də toxunmaq olmaz.
    27.01.10 Məqaləni oxumaq
     
    "Təzyiq olmadan Ermənistanı mövqeyindən çəkindirmək bir qədər çətindir"
    Əli Həsənov: "Vasitəçilik edən dövlətlər münaqişə tərəflərini incik salmamağa çalışırlar"

    Məlum olduğu kimi, dünən Bakıda Humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu işə başlayıb. Forumun işində iştirak edən Prezident Administrasiyasının ictimai- siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin müxtəlif mövzuları əhatə edən suallarını cavablandırıb:

    - Humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya forumu çox müvəffəqiyyətlə keçir. Tədbirə Rusiyanın ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, yazıçılar, elm-təhsil sektorunu təmsil edənlər qatılıblar. Azərbaycan tərəfindən də ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm, mədəniyyət, incəsənət xadimləri forumun işində iştirak edirlər. Forumda Rusiya-Azərbaycan əlaqələrinin elm, mədəniyyət, kütləvi informasiya vasitələri üzrə inkişafı məsələləri müzakirə olunur. Nəzərə alsaq ki, forumun işində Azərbaycanın və Rusiyanın bütün aparıcı KİV-lərinin rəhbərləri və ya onların nümayəndələri iştirak edir, deməli, biz qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq. Hər iki ölkənin ictimaiyyətini əlaqələrin mövcud durumu və gələcəyi ilə bağlı vəziyyətlə tanış edə biləcəyik. Fikrimcə, bu forum çox əhəmiyyətlidir. Azərbaycanda ilin əvvəlində belə bir ciddi forumun keçirilməsi həm bizim üçün, həm də Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir.

    - Gələcəkdə növbəti forumun keçirilməsi nəzərdə tutulurmu?

    - Bildiyiniz kimi, biz bu tədbiri birinci forum adlandırmışıq. Düşünürük ki, yekundan asılı olaraq gələcəkdə belə forumlar həm Azərbaycanda, həm də Rusiyada davam etdirilsin.

    - Belə forumlar digər ölkələrlə də keçirilə bilərmi?
    23.01.10 Məqaləni oxumaq
     
    "Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən şəxslər mütləq cəzalarını almalıdır"
    Qüdrət Həsənquliyevin fikrincə, həmin şəxslərə qiyabi də olsa müvafiq hökmlər çıxarılmalıdır

    Məlum olduğu kimi, bu ilin payızında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq bir sıra siyasi qüvvələr və müstəqil namizədlər seçkilərdə iştirak edəcəklərini bəyan ediblər. Bununla yanaşı, bəzi şəxslər Milli Məclisdəki deputat yerlərinin artırılması təklifi ilə çıxış etməkdədirlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyir:

    - Hesab edirəm ki, Milli Məclisdə deputat yerlərinin sayının artırılmasına ehtiyac var. Hələ bir müddət öncə bizim partiya Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı təklif vermişdi. Orada da nəzərdə tuturduq ki, parlamentdə deputat yerlərinin sayı ən azı 150-yə çatdırılsın. Eyni zamanda, parlamentdə fraksiya yaratmaq üçün tələb olunan say 25-dən 10-a endirilsin və bu, birbaşa Konstitusiyada öz əksini tapsın. Xatırladım ki, qonşu Gürcüstanın Konstitusiyasında belə bir müddəa mövcuddur...

    - Siz necə hesab edirsiniz, ümumiyyətlə, Azərbaycanda yenidən Konstitusiya islahatlarına - özü də yaxın zamanlarda - ehtiyac varmı?

    - Bəli, mən bu gün də o fikrimdə qalıram ki, Azərbaycanda növbəti Konstitusiya islahatları həyata keçirilməlidir. Hətta Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsə belə, bunu əlavələr yoluyla həyata keçirmək mümkündür. Bu islahatlar da nədən ibarət ola bilər? Məsələn, Azərbaycanda baş nazirin səlahiyyətinin və statusunun müəyyənləşdirilməsi məsələsini həll etmək olar. Bu gün Azərbaycanda faktiki surətdə baş nazirin səlahiyyətlərini müəyyənləşdirən konstitusion norma yoxdur. Onun təyinatı ilə bağlı prosedur qaydalar var, amma baş nazir hansı məsələləri həll edir, bu, dəqiqləşdirilməyib. Hesab edirəm ki, baş nazir hökumətin formalaşdırılmasında yaxından iştirak etməlidir. Bundan başqa, Konstitusiya qanunu yoluyla məhkəmə islahatları da həyata keçirmək mümkündür. Bunun üçün də biz təklif etmişik ki, Məhkəmə-Hüquq Şurasının statusu Konstitusiya yoluyla müəyyən olunsun. Əgər bu şura hakimlərin özünüidarə orqanıdırsa, hakimləri seçib yerləşdirirsə, müstəqil olmalıdır. Bu qurumun üzvlərinin ən azı 2/3-si hakimlərdən ibarət olmalıdır. Digər bir hissəsi - ən azı 50 faizi fəaliyyətdə olan hakimlərdən təşkil edilməlidir.
    22.01.10 Məqaləni oxumaq
     
    Yaradıcılıq təşkilatları ilə bağlı ayrıca qanun olmayacaq
    Nizami Cəfərovun sözlərinə görə, yaz sessiyasında "Mədəniyyət haqqında" qanun üzərində işləyəcəklər

    Hazırda Milli Məclis qış tətilindədir. Buna baxmayaraq, parlamentin yaz sessiyası ilə bağlı müzakirələr indidən start götürüb. Növbəti sessiyada müzakirə ediləcək əsas məsələlərdən biri kimi soyad sonluqlarının dəyişdirilməsi göstərilir. Məlum olduğu kimi, artıq Milli Elmlər Akademiyasının nəzdindəki Xüsusi Komissiya soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı konsepsiya hazırlayaraq Prezident Administrasiyasına təqdim edib. Konsepsiya bəyənilərsə, məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq. Parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov soyad sonluqlarının milliləşdirilməsinin gündəmə gəlməsini günümüzün ən vacib məsələlərindən biri hesab edir. Onun fikrincə, təkliflər qəbul olunarsa, yeni doğulan uşaqlara yalnız milli soyadların verilməsi tələb ediləcək. Hazırda rus soyad sonluğu daşıyanlar üçün isə soyadlarının dəyişdirilməsi proseduru sadələşdiriləcək.

    - Nizami müəllim, qarşıdan Milli Məclisin növbəti yaz sessiyası gəlir. Bu baxımdan, komitəniz, eləcə də komitə sədri kimi şəxsən siz özünüz bu sessiyaya konkret hansı təkliflərlə, qanun layihələri ilə gedirsiniz?

    - Qeyd edim ki, bizim komitə bu sessiya ərzində əsasən bir qanun layihəsi üzərində işləməyi nəzərdə tutur. Başqa qanunlara əlavələr və dəyişikliklər olsa, bu, öz yerində, ancaq bir daha qeyd edirəm ki, biz "Mədəniyyət haqqında" mövcud qanun üzərində işlərə başlamağı planlaşdırırıq. Nəzərinizə çatdırım ki, artıq keçən sessiyadan - 2009-cu ilin payız sessiyasından başlayaraq bu qanuna əlavələr və dəyişiklikləri nəzərdə tutan məsələləri Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müzakirə edirik. Onu da bildirim ki, bu qanuna əlavələr və dəyişikliklərin nəzərdə tutulması həmin qanunvericilik aktının köhnəlməsi, dövrün reallıqlarına və tələblərinə tam cavab verməməsi ilə bağlıdır.
    15.01.10 Məqaləni oxumaq
     
    Milli Qəhrəmanlarla bağlı saytın təqdimatı keçiriləcək
    Qənirə Paşayeva: "Gənclərimiz öyrənməlidir ki, Vətən, torpaq hər şeydən üstün olmalıdır"

    Ötən həftənin şənbə günü Hökumət evində mərhum Milli Qəhrəman Naiq Yusifova həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, ssenari müəllifi tanınmış teleyurnalist olan Etibar Məmmədovun çəkdiyi bu film millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə araya-ərsəyə gətirilib. Onu da qeyd edək ki, bu filmdən təxminən ayyarım öncə mərhum Milli Qəhrəman Samir Xasıyevə həsr olunmuş "Samirin vəsiyyəti" adlı filmin də təqdimatı olub. Təqdimat mərasimindən sonra isə millət vəkili Q.Paşayeva media mənsublarının sözügedən filmlə və bu yöndə digər məsələlərlə bağlı suallarını cavablandırıb:

    - Bir müddət öncə elə bu məkanda Azərbaycanın Milli Qəhrəmanı mərhum Samir Xasıyev haqqında filmin təqdimatı olmuşdu. Bu gün isə Azərbaycanın digər Milli Qəhrəmanı və çox böyük qəhrəmanlıqlar göstərmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız ermənilərin işğalına məruz qalan zaman bu işğala qarşı vuruşaraq çox böyük igidliklər nümayiş etdirmiş, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş Milli Qəhrəmanımız Naiq Yusifovla bağlı filmin təqdimatı oldu. Qeyd edim ki, Naiq Yusifov Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Ağdam kəndində doğulub. Vaxtilə - müharibənin ən qızğın dövründə orada çox ağır döyüşlər gedib və ermənilər bir çox yüksəkliyi ələ keçirmək istəyiblər. Çünki bu yüksəklikləri ələ keçirmək o demək idi ki, böyük bir regionda - təkcə Tovuzdan söhbət getmir - insanların həyatı cəhənnəmə çevrilə bilərdi. Tovuzun bir qarış torpağının verilməməsi, o yüksəkliklərin ələ keçirilməməsi üçün çox ağır, ölüm-qalım döyüşləri gedib və Naiq Yusifov da bu döyüşlərdə çox böyük fədakarlıqlar göstərib.
    12.01.10 Məqaləni oxumaq
     
    "Hücumçu diplomatiya siyasəti əlverişli nəticələr verməkdədir"
    Ziyafət Əsgərov: "Azərbaycan iqtisadi sahədə əldə etdiyi uğurlarla Ermənistanı sülhə məcbur edir"

    Artıq 2009-cu il arxada qaldı. İndi hamı köhnə ilə yekun vurub yeni illə bağlı gözləntilərini dilə gətirir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da geridə qalan 2009-cu ilin Azərbaycan üçün uğurlu keçdiyi qənaətindədir.

    - Ziyafət müəllim, 2009-cu ildə baş vermiş mühüm hadisələr sırasından hansıları qeyd edərdiniz?

    - Əlbəttə, ötən il prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi sahədə mühüm nailiyyətlərin əldə olunması ilə yadda qalıb. Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inkişaf edir. Hər bir xalqın inkişafının əsas şərtlərindən biri strateyi yolun dəqiq müəyyən edilməsidir. Azərbaycanın inkişaf strategiyası ümummilli liderimiz tərəfindən çox dəqiq müəyyən edilib və bu gün möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə quruculuq işləri həyata keçirilməkdədir. Yalnız 2009-cu ilin hadisələrinə nəzər salsaq, əldə olunmuş uğurların miqyasını aydın şəkildə görə bilərik. Bəli, bu uğurlar əvvəlki illərdə əsası qoyulmuş siyasi-iqtisadi islahatların məntiqi nəticəsidir. Heç də təsadüfi deyil ki, Azərbaycan islahatlar aparılması baxımından dünyada ən öncül yerlərdən birini tutur və beynəlxalq təşkilatlar Azərbaycanı ən islahatçı ölkə hesab edirlər. 2009-cu ilin mühüm nailiyyətlərindən danışmazdan öncə biz 2008-ci ilin yekunlarına diqqət yetirək. 2008-ci ildə prezident İlham Əliyev xalqımızın böyük dəstəyi ilə yenidən prezident seçildi. Cənab prezident növbəti illərdə görəcəyi işlər haqqında hələ seçki kampaniyası çərçivəsində bəyan etmişdi. 2009-cu ildə də bu işlərin bir qismi artıq tamamlandı.
    06.01.10 Məqaləni oxumaq
     
    PA rəsmisi Əli Həsənov: “Azərbaycanın sürətli və hərtərəfli inkişafı təmin edilib”
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 2009-cu ilin yekunları ilə bağlı müsahibəsini təqdim edirik.

    Başa çatmaqda olan 2009-cu ili Azərbaycan üçün əlamətdar il hesab etmək olarmı?
    - 2009-cu il Azərbaycan üçün mühüm hadisələrlə zəngin oldu, daxili və xarici siyasət prioritetlərimiz uğurla həyata keçirildi. Dövlətçiliyimizin möhkəmləndirilməsi, siyasi, iqtisadi, hüquqi islahatların davam etdirilməsi, sürətli sosial-iqtisadi inkişaf, əhalinin rifahının yüksəldilməsi, demokratikləşmə prosesinin dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin gücləndirilməsi, ordu quruculuğu, habelə mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və digər mühüm məsələlər Azərbaycan prezidenti cənab İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərini təşkil etdi. Əmiliklə demək olar ki, hər bir istiqamət üzrə əvvəlki illərdə əldə olunmuş nailiyyətlər daha da möhkəmlənmiş, dövlət başçısının düşünülmüş, praqmatik siyasi kursu nəticəsində Azərbaycanın sürətli və hərtərəfli inkişafı təmin edilib.
    Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə yüksək nəticələr nümayiş etdirir. 2009-cu ildə başlanan ümumdünya iqtisadi böhranın fəsadları Azərbaycanda müşahidə olundumu? Çünki hələ böhranın ilk günlərində bəzi ekspertlər pessimist proqnozlar verir, ölkədə ciddi problemlərin yaranacağını iddia edirdilər.
    26.12.09 Məqaləni oxumaq
     
    "Bizi kimin həmməruzəçi olması bir o qədər də maraqlandırmır"
    Gültəkin Hacıbəyli: "Ən önəmlisi AŞ ilə münasibətlərin dərinləşməsidir"

    İsveçrədə yeni minarələrin ucaldılmasına qadağa qoyulması ilə bağlı reallaşdırılan referendumun nəticələri hələ də müzakirə edilməkdədir. Qəbul edilmiş qərar yalnız müsəlman dünyasında deyil, Avropanın özündə də etirazla qarşılanıb. Azərbaycanda da İsveçrənin minarə qadağası geniş müzakirə edilməkdədir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıbəyli də qəbul edilən qərarı insan haqlarının pozulması kimi dəyərləndirir:

    - Böyük mütəfəkkir və filosof Samuel Hantikton "Sivilizasiyaların toqquşması" adlı əsərini dünyaya təqdim edəndə bəziləri burada qoyulan fikirləri bölüşmür və bildirirdilər ki, müasir dünya, insan haqları, demokratiya sahəsində ali standartlara can atan, onu bərqərar etməyə çalışan dünya sivilizasiyaların toqquşmasının qarşısını almaq gücündədir. Bunun üçün ən azı Avropanın və ABŞ-ın, o cümlədən digər inkişaf etmiş ölkələrin siyasi iradəsi yetərlidir. Ancaq İsveçrədə baş verən son olay Hantikton nəzəriyyəsinə, sivilizasiyaların qarşıdurması ilə bağlı fikirlərə tamamilə yeni bir baxış sərgiləmək üçün əsas verir. Bu gün Avropanın mərkəzində baş verən bu hadisə əslində çox ciddi kökü olan və bundan da daha ciddi fəsadlar törədə biləcək hadisədir. Heç də təsadüfi deyil ki, bir çoxları bu hadisəni yeni və mədəni "səlib yürüşü" adlandırırlar...

    - Məsələ növbəti "səlib yürüşü"nə qədər gedib çıxa bilərmi?

    - Hər halda bəziləri indi baş verənləri ən azı "səlib yürüşü"nün başlanğıcı kimi qiymətləndirirlər. Avropanın ürəyində yerləşən, insan haqlarının, azadlıqlarının, liberal dəyərlərin ən yüksək səviyyədə bərqərar olduğu bir dövlətdə - İsveçrədə vicdan azadlığına qoyulan bu qadağa çox ciddi nəticələr verə bilər.
    17.12.09 Məqaləni oxumaq
     
    «Bizim məktəbimizin əsas məqsədi şagirdlərimizi hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmaqdır»
    Budaqova Sevinc Budaq qızı: «Biz məktəbimizdə təhsil alan şagirdlərlə yanaşı, bu və ya digər səbəbdən cəzaçəkmə müəssisələrində olan uşaqların gələcək taleləri ilə yaxından maraqlanmalıyıq»

    Şəxsiyyətin formalaşmasında təhsil ocaqlarının rolu böyükdür. Məhz, orta məktəbdə oxuyarkən, insan gələcək təhsilinin, fəaliyyətinin və ümumiyyətlə bütün həyatının əsas istiqamətlərini müəyyənləşdirir. Buna görə də, dövlət məktəblərə xüsusi diqqət və qayğı ilə yanaşır. Danılmaz faktdır ki, bir neçə il bundan öncəki dövrlə müqayisədə, bu gün orta təhsilin səviyyəsi daha yüksəklərə qalxmışdır. Təhsil sisteminin uşaqlara verdiyi imkanlar sayəsində, şagirdlərimizin hansı nailiyyətlərə nail olduğunu «Azadİnform» İnformasiya Agentliyinin əməkdaşı ilə müsahibəsində 46 saylı orta məktəbin direktoru, Valideynlər-Müəllimlər Assosiasiyasının üzvü, Ədliyyə Nazirliyinin Himayəçilik Şurasının üzvü, tarix elmləri namizədi Budaqova Sevinc Budaq qızı məlumat vermişdir.


    - Bildiyimizə görə, direktoru olduğunuz məktəb 2008-ci ilin ən yaxşı məktəbi seçilmiş, eyni zamanda Siz özünüz 2004-cü ildə «İlin ən yaxşı direktoru» müsabiqəsinin qalibi olmusuz. Sizin məktəbiniz bu qədər nailiyyətləri necə əldə edib?

    - 2003-cü ilin aprel ayında mən 46 saylı məktəbin direktoru vəzifəsinə təyin olundum. Həmin gündən etibarən, mənim fəaliyyətimin əsas istiqamətləri müəyyən olundu. İlk növbədə, sözügedən təhsil müəssisənin maddi-texniki bazasını mükəmməlləşdirməyi qarşımıza məqsəd qoymuşduq.
    09.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30