Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 7 8 9 10 11 12 13 » #
    Əli Həsənov: “Bir məmurun həyatı bir dövlətin güzgüsüdür ”
    “Hesab edirəm ki, gücüm çatan, imkanım yetən çərçivədə dövlətimə, millətimə, respublikama, liderimə, prezidentimə və siyasi məktəbində formalaşdığım ümummilli liderimiz Heydər Əliyevə xidmət göstərmişəm”

    Martın 10-da 50 yaşı tamam olan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını cavablandırıb.

    Moskva Dövlət Universitetinin məzunu olan Əli Həsənov tarix elmləri doktoru, professordur. Prezident Administrasiyasında 1995-ci ildən çalışır. 1996-cı ildən ictimai-siyasi şöbəyə rəhbərlik edir. Martın 9-da dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    - 50 ilk yubiley yaşıdır. Dönüb arxaya baxanda nə xatırlayırsınız?

    - Arxada Azərbaycan dövlətinin sınağa çəkildiyi kəşməkəşli 90-cı illər var, 1993-95-ci illərin hadisələri var. Hətta 1996-cı ilin ortalarına qədər Azərbaycan dövləti çətin bir təhlükə dövrünü yaşayırdı. Hər tərəfdən Azərbaycanın üzərinə yeriyirdilər, iqtisadi, siyasi, sosial cəhətdən tam böhrana düçar olunmuşduq.
    12.03.10 Məqaləni oxumaq
     
    “Beynəlxalq təşkilatlara inanmamalıyıq”
    Rəbiyyət Aslanova: “Nə BMT qəbul etdiyi dörd qətnamənin həyata keçməsi üçün məsuliyyət daşıyır, nə də ən xırda prosesləri belə izləyən Avropa Şurası bu məsələdə bir qətiyyət göstərir”

    Milli Məclisin İnsan Haqları üzrə Daimi Komitəsinin sədri Rəbiyyət Aslanovanın müsahibəsi

    - Rəbiyyət xanım, bu gün dünyada insan haqlarının pozulmasına səbəb olan mövcud neqativ hallar, bir çox hallarda ədalətin deyil, güclünün müdafiə edilməsi dünyanı hara aparır? İşğala məruz qalan Azərbaycan ictimaiyyəti hansı baryerləri aşmalıdır?
    11.03.10 Məqaləni oxumaq
     
    “Qarabağ problemi yalnız Azərbaycanın gücü ilə həll edilə bilməz”
    Mübariz Qurbanlı: “Təcavüzkara lazımi səviyyədə sanksiyalar tətbiq olunmalıdır”

    Bu il yanvarın 1-dən ATƏT-ə sədrlik etməyə başlayan Qazaxıstan "dondurulmuş münaqişələr"in həllinə xüsusi diqqət yetirir. Təşkilatın fəaliyyətdə olan yeni sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bugünlərdə regiona səfəri çərçivəsində ilk olaraq Azərbaycanda olub və bu səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bir dövlətin iradəsi ilə həll edilə bilməz.

    - Mübariz müəllim, necə hesab edirsiniz, ATƏT-ə Qazaxıstanın sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyişlərə gətirib çıxara bilərmi?

    - Təbii ki, sədrliyin Qazaxıstanda olması bizim üçün olduqca önəmlidir. Qazaxıstan bizə dost, qardaş, həm də müsəlman ölkəsidir. Amma gəlin realist olaq və hər şeyə olduğu kimi qiymət verməyə çalışaq. Şəxsən mən düşünmürəm ki, Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə Qarabağ danışıqlarında hansısa bir sıçrayış olsun. Çünki bu proses ATƏT sədrinin nəzarətində deyil. Bu prosesə ATƏT-in Minsk qrupu nəzarət edir. Düzdür, formal olaraq ATƏT-in sədri bu təşkilat çərçivəsində formalaşdırılan qurumlara, komitələrə rəhbərlik edir. Amma sədr qurumların fəaliyyətinə təsir imkanlarına malik deyil. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrliyində üç ölkə var ki, onlar BMT Təhlükəsizlik Şurasında veto hüququna malikdirlər. Belə olan şəraitdə ATƏT-in rotasiya qaydasında müvəqqəti sədrliyini götürmüş ölkənin nümayəndəsinin regiona səfərləri tanışlıq, münaqişə ilə bağlı hansısa bir mövqe ortaya qoymaqdan uzağa gedə bilməyəcək. Düzdür, istər-istəməz ATƏT-in sədrliyində olan ölkənin nümayəndəsinin səfərləri münaqişə ilə bağlı danışıqlara impuls verə bilər. Amma sədr ölkənin danışıqlar masasında olan mövzuya, bu və ya digər layihələrə təsir etmək imkanları bir o qədər də böyük deyil.
    20.02.10 Məqaləni oxumaq
     
    “Danışıqlarda bir nəticə əldə olunmasa, Rusiya rüsvay olacaq”
    Asim Mollazadə: “Biz açıq şəkildə görürük ki, Rusiyanın cəhdləri Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa tərəfindən də alqışlanır”

    Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi xeyli intensivləşsə də, yenə də konkret nəticə görünmür. Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə keçirilən sonuncu ikitərəfli görüşündən sonra isə sanki danışıqlarda bir durğunluq yaranıb. İctimaiyyətə məlum olan budur ki, danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Madrid prinsiplərinin yeni variantını hazırlayaraq tərəflərə təqdim ediblər. Srağagün Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarov Azərbaycan tərəfinin yeniləşdirilmiş prinsiplərlə ümumilikdə razılaşdığını bildirib. Ermənistan tərəfindən isə hələ heç bir cavab yoxdur. Belə hiss olunur ki, Ermənistan yenə də danışıqların uzadılmasına çalışır. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə prosesin gələcəyi ilə bağlı nikbindir. O, qəzetimizə verdiyi müsahibəsində bu il nizamlanma prosesində irəliləyiş əldə olunacağına inamını ifadə etdi:

    - Asim müəllim, son danışıqlardan sonra Dağlıq Qarabağ nizamlanması ilə bağlı dialoqun dalana dirəndiyini demək olarmı?

    - Məncə prosesdə durğunluq yoxdur. Əksinə, son aylarda danışıqların intensivləşdiyi, vasitəçilərin fəallaşdığı açıq-aydın görünür. Hazırda da danışıqlar davam edir. Həmsədrlər sonuncu dəfə regiona səfər edərkən Madrid prinsipləri adlandırılan sənədə yeni dəyişiklikləri tərəflərə təqdim etdilər. Məndə olan məlumata görə, Azərbaycan bu təkliflərlə bağlı öz mövqeyini açıqlayıb. Ermənistan isə yenə də prosesi ləngidir. Yerevan hələ də təqdim olunan son təkliflərə münasibətini açıqlamayıb. Məncə yaxın müddətdə həmsədrlər yenidən regiona səfər edəcəklər. Eyni zamanda, danışıqların xarici işlər nazirləri və prezidentlər səviyyəsində davamı da gündəmdədir. Bu günlərdə Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bu barədə vəd verdi. Digər beynəlxalq təşkilatların nümayəndələri, böyük dövlətlərin nümayəndələri də prosesin gələcəyi ilə bağlı nikbin fikirlər söyləyirlər.
    17.02.10 Məqaləni oxumaq
     
    "Bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməlidir"
    Əli Həsənov: "Soyadların milliləşdirilməsi məsələsi ciddi ictimai müzakirəyə çıxarılmalıdır"

    "Hesab edirəm ki, milli səviyyədə, bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməli və bu sonluq yalnız azərbaycançılığa, Azərbaycan xalqına, dövlətinə mənsubluğu göstərməlidir". Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri deyib ki, hər bir millətin soyadı və onun sonluğu milli domendir. Milli domen üzərində də millətin mənsubiyyətini müəyyən etdirmək texnologiyaları qurulur.
    Ə.Həsənov müsahibəsində gündəmdə olan digər məsələlərə də toxunub.

    - Avropa Şurasının Aqo qrupunun Azərbaycana dair son hesabatını necə dəyərləndirirsiniz?

    - Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələr, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin monitorinqi ilə bağlı vəziyyət, son zamanlar bu qurumun müxtəlif strukturları ilə Azərbaycan arasında müxtəlif sahələrdə - qanunvericilik, praktiki fəaliyyət, seçki, mətbuat və insan hüquqları sahələrində həyata keçirilən münasibətlər kifayət qədər dinamikdir. Burda ciddi konstruktivlik ruhu duyulmaqdadır.
    Bilirsiniz ki, uzun müddət Avropa Şurasının Azərbaycan üzrə monitorinq qrupuna münasibətlərə ciddi müdaxilə edən və təsir göstərən Andreas Qross və onun həmfikirlərinin rəhbərlik etməsi bu münasibətləri xeyli kəskinləşdirirdi, qeyri-konstruktiv məcraya yönəldirdi. Burda subyektiv məqamlar, yanaşmalar, ayrı-ayrı qüvvələrin münasibətlərə əsassız müdaxiləsi var idi. Azərbaycanın milli dövlət haqlarına müdaxilə məsələləri münasibətlərə mənfi təsir göstərirdi. Son zamanlar bu praktika xeyli şəkildə aradan qalxıb.
    05.02.10 Məqaləni oxumaq
     
    "Nabukko" layihəsi həddindən artıq siyasiləşdirilir"
    İlham Əliyev: "Biz yalnız bir marşrutdan asılılığa yol verə bilmərik"

    Prezident İlham Əliyev yanvarın 27-də Davosda "Bloomberg" informasiya agentliyinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

    - Azərbaycan olduqca böyük neft hasilatçısıdır. Neftin qiyməti barədə nə düşünürsünüz?

    - Hesab edirəm ki, hazırda qiymət ədalətlidir. Bu qiymət hasilatçıların və istehlakçıların tələbatlarına cavab verir və eyni zamanda, şirkətlərə sərmayə qoymaq imkanı yaradır. Çünki hazırkı səviyyədən aşağı olan qiymət şirkətlərə yeni işlənmə, kəşfiyyat və hasilat işlərinə sərmayə yatırmaqda çətinlik yaradır. Zənnimcə, bu qiymət tarazlıdır.

    - Hazırda qiymətlər qalxmaqda davam edir, lap yüz dolları ötsün, məgər Siz bundan məmnun olmayacaqsınızmı?

    - Neftin qiymətinin kəskin şəkildə qalxması büdcəmizə əlavə vəsaitlər verdi. Lakin, eyni zamanda, bu, ölkəmizdə olduqca yüksək inflyasiya yaratdı və istehlak qiymətləri də qalxdı. Ölkənin tarazlı şəkildə inkişafını təmin etmək və əhalinin sosial vəziyyətini daha da möhkəmləndirmək məqsədi ilə əlavə imkanlar əldə etmək üçün hesab edirəm ki, qiymət təxminən 90 və ya 100 dollar səviyyəsində olmalıdır. 70 dollar da yaxşı qiymətdir.

    - Bilirik ki, təbii qaz Azərbaycanın gələcək inkişafı üçün çox önəmli amildir. "Qazprom" Azərbaycan qazını almaq təklifi ilə çıxış etmişdir. Onlar bu gün nə qədər həə qazı almağı təklif ediblər və ölkəniz hazırda istismar olunan boru kəmərləri şəbəkəsi ilə nə qədər qazı ixrac etmək imkanındadır?
    04.02.10 Məqaləni oxumaq
     
    "Gənclərdə fəallıq azalıb"
    Əkrəm Abdullayev müasir gəncliyin daha çox maddiyyata üstünlük verməsindən narahatdır

    Məlum olduğu kimi, 2 Fevral Azərbaycanda Gənclər güqü kimi qeyd olunur. Bunun əsası 1996-cı ildə qoyulub. Həmin ilin 2 fevral tarixində Azərbaycanda ilk Gənclər Forumu keçirilib. Bundan cəmi bir il sonra, yəni 2 fevral 1997-ci il tarixində isə ümummili liderimiz Heydər Əliyev Gənclər Forumunun iştirakçılarının bir qrupunu qəbul edib. Orada ilkin olaraq belə bir ideya ortaya gəlib ki, 2 fevral Gənclər günü kimi elan edilsin. Elə həmin vaxt da mərhum dövlət başçısı 2 fevralın Gənclər günü elan olunması ilə bağlı sərəncam imzalayıb. O gündən də bu günə kimi 2 fevral Gənclər günü kimi Azərbaycanda qeyd olunur. Bu proseslərin iştirakçısı olan millət vəkili Əkrəm Abdullayev bu günkü gəncliyin durumu və problemləri ilə bağlı danışdı:
    03.02.10 Məqaləni oxumaq
     
    "Milçəkdən fil düzəltmək lazım deyil"
    Yevda Abramov Türkiyə-İsrail münasibətlərindəki gərginliyin qabardılmasını istəmir

    Türkiyə ilə İsrail arasındakı diplomatik qalmaqal hələ də tam aradan qalxmayıb. Bu məsələyə Azərbaycanda da münasibət birmənalı deyil. Azərbaycan parlamentinin İsraillə Parlamentlərarası işçi qrupunun rəhbəri, yəhudi əsilli millət vəkili Yevda Abramovun isə məsələyə özünəməxsus baxışı var.

    - Yevda müəllim, bir müddət öncə qeyd etmişdiniz ki, İsrail Knessetinə keçirilən son seçkilərlə əlaqədar Knessetin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rəhbəri İosif Şaqalı bu vəzifədə əslən Dərbənddən olan yəhudi əsilli millət vəkili əvəzləyəcək. Həmin vaxtdan xeyli müddət ötür, artıq həmin şəxs İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna rəhbər təyin olunub, yoxsa qrupa tamamilə başqa bir şəxs başçılıq edir?

    - Bəli, o vaxt belə bir məlumat almışdım ki, Knessetin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna əslən Rusiyadan - Dərbənddən, soy-kökü isə Azərbaycandan olan yəhudi əsilli millət vəkili rəhbərlik edəcək. Ancaq sonradan orada müzakirələr zamanı vəziyyət dəyişib və qərara alınıb ki, bu qrupa Robert İlatov adlı deputat rəhbər təyin edilsin. Qeyd edim ki, o da əslən keçmiş SSRİ-dəndir. Rus dilini çox gözəl bilir, MDB ölkələri üzrə İsraildə tanınmış mütəxəssisdir, gözəl siyasətçidir, həm də təcrübəli parlamentaridir...

    - Yeri gəlmişkən, o, Knessetdə hansı partiyanı təmsil edir?
    30.01.10 Məqaləni oxumaq
     
    Ailə və Əmək məcəllələrinə dəyişikliklər edilməsi gözlənilir
    Hadı Rəcəbli: "Analıq məzuniyyəti müddətinin iki həftəlik artırılmasına ilkin razılıq almışıq"

    Fevralın 1-i Milli Məclisin yaz sessiyası işə başlayacaq. Sessiyanın iş planı təsdəqlənməsə də, artıq deputatların bir neçə maraqlı qanun layihələrini müzakirəyə çıxaracaqları şübhəsizdir. Parlamentin Sosial siaysət komitəsinin də yaz sessiyası ilə bağlı planları var. Nəzərə almaq lazımdır ki, bu komitənin müzakirəyə təqdim etdiyi qanun layihələri çox vaxt birmənalı qarşılanmır. Komitənin parlamentin müzakirəsinə təqdim etdiyi "Məişət zorakılığının qarşısının alınması haqqında", "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihələri ilə bağlı mübahisələr bu gün də davam edir. Komitənin sədri, millət vəkili Hadı Rəcəbli isə qanun layihəsinin əleyhinə çıxanların yanıldıqları qənaətindədir:

    - Ötən il müzakirəyə çıxarılan "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsi ətrafında xeyli mübahisə getdi. Etirazlar əslində, cəmiyyətin və parlamentin özünün bugünkü reallıqlardan, dünyada gedən səhiyyə inqilabi proseslərindən uzaq qalmasının nəticəsidir... Bilirsiniz, bəzən yeri gəldi-gəlmədi bu qanunla bağlı etirazları milli menatalitetimizlə bağlayırlar. Əslində isə reproduktiv sağlamlıq mentalitetə dəxli olmayan bir məsələdir. Dünyanın bütün ölkələrində reproduktiv sağlamlıqla bağlı proseslər gedir. Misal üçün qonşu İran İslam Respublikasında bu yöndə önəmli addımlar atılır. Ona görə hesab edirəm ki, bu sənədin müzakirəyə çıxarılmasının özü bizim uğurlarımızdan biri sayılmalıdır. Biz bununla cəmiyyətə bir növ mesay göndərmiş olduq, proqressiv bir qanunvericilik sənədini ortaya qoyduq, sözümüzü dedik, müzakirələr getdi, ciddi polemikalar oldu. İnanıram ki, zamanı gələndə həmin qanun layihəsi də deyilən tələblərə uyğun olaraq qəbul olunacaq. Buna heç bir şübhəmiz yoxdur. Ötən il, həmçinin uzun müddətdən bəri üzərində işlədiyimiz Əmək və Ailə məcəllələri ilə bağlı işləri davam etdirmişik. Sual oluna bilər ki, nəyə görə sözügedən məcəllələrə edilməsi nəzərdə tutulan dəyişikliklər ötən il olunmadı. Bunun başlıca səbəblərindən biri o idi ki, cəmiyyətdə bu dəyişikliklərə birmənalı münasibət olmadı. Qeyd edim ki, bir qrup bu əlavə və dəyişikliklərin edilməsinin tərəfdarı, digər qrup isə əleyhdarı kimi çıxış etdi. Əslində, hər iki tərəfin arqumentlərində də tutarlılıq var idi.
    29.01.10 Məqaləni oxumaq
     
    "Bakı şəhərinin təhsil sistemində ciddi irəliləyiş mövcuddur"
    Nailə Rzaquliyeva: "Ötən il məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində konkret addımlar atılıb"

    Təhsil istənilən cəmiyyətin inkişafında aparıcı rol oynayır ki, bu da bizdən ona xüsusi diqqət ayırmağımızı tələb edir. Müstəqil Azərbaycan Respublikasının rəhbərliyi təhsil sferasına hər zaman diqqətlə yanaşıb. Məhz bu qayğının nəticəsində bir sıra mühüm strukturlar yaradılıb. Onlardan biri də paytaxtda təhsilin inkişafı və yaxşılaşdırılması üçün çalışan Bakı Şəhəri üzrə Təhsil İdarəsidir. Ötən 2009-cu il ərzində idarənin əldə etdiyi uğur və nailiyyətlər barədə əməkdaşlarımıza adıçəkilən strukturun müdiri Nailə Rzaquliyeva müsahibə verib.

    - Rəhbərlik etdiyiniz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2009-cu ildə seçilən fəaliyyət istiqamətləri hansılar idi?

    - Məlum olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi prezident İlham Əliyevin 31 mart 2006-cı il tarixli sərəncamına müvafiq olaraq, Nazirlər Kabinetinin 28 iyul 2006-cı il tarixli 189 saylı qərarı əsasında yaradılıb. İdarəmiz fəaliyyətinin ilk dövründən paytaxtda təhsilin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də demokratik idarəetmənin təkmilləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçirir. Məhz bunun nəticəsində həm dövlətin, həm də Azərbaycan cəmiyyətinin dəstəyini qazanıb. Təhsil sistemində şagirdlərin bilik səviyyələrinin qiymətləndirilməsində yeni mexanizmin tətbiqi, mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi təhsilin ümumi keyfiyyətinə müsbət təsir göstərib və təhsil alanların bilik səviyyələrinin qiymətləndirilməsində subyektivliyin aradan qaldırılmasına səbəb olub.
    Bununla yanaşı, ötən il Bakı şəhərinin təhsil müəssisələrində İKT-nin inkişafına xüsusi yer verilib. Məlum olduğu kimi, prezident İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Bu proqram çərçivəsində təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr həyata keçirilir.
    28.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30